Axtarış
The search found 105849 results in 0.075 seconds.
Search results
Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir
Yunanıstanın Evbeya adasında güclü meşə yanğını başlayıb.
Muxalifet.az xəbər verir ki, bu gün günorta saatlarında başlayan yanğın Xalkida şəhərindən şimal tərəfdə yerləşən Kontodespoti kəndini təhlükə altında qoyub.
Güclü külək və isti hava hələlik yanğını söndürməyə imkan vermir. Hökumət yanğına yaxın ərazidə yerləşən iki qəsəbənin əhalisinin təxliyyə edilməsi ilə bağlı qərar verib.Muxalifet3 - 12-08-2018
Mingəçevirdə kütləvi zəhərlənmə - Nişanda
Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:
Aşurov Osman Şahlar oğlu 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini
Aşurova Xumarə Anar qızı 1996-cı il təvəllüdlü Ağdaş rayon sakiniMuxalifet3 - 12-08-2018
Həm alıcı tapılmır, həm də qiymətlər çox aşağıdır — Tonlarla sarımsaq anbarlarda qalıb
Ötən il sarımsaq yüksək qiymətə satıldığından bu il daha çox sahədə bu məhsulun əkini həyata keçirilib. Lakin indi həm sarımsağa alıcı tapılmır, həm də qiymətlər çox aşağıdır. Bu səbəbdən də tonlarla məhsul anbarlarda qalıb.
Muxalifet.az xəzər tv-yə istinadla xəbər verir ki, Cəlilabadlı fermerlər sarımsaq yığımını tam başa çatdırıblar. Ötən illərdə sarımsağın yüksək qiymətə satılması bu məhsulun əkildiyi sahələrinin nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. Lakin bi il məhsuldarlıq aşağı olub. Bundan əlavə sarımsağa alıcı da tapılmır.Muxalifet3 - 12-08-2018
"ABŞ təzyiqlə Türkiyəni diz çökdürə bilməyəcək" — Ərdoğan
"ABŞ türk xalqını sanksiya və iqtisadi təzyiqlə diz çökdürə bilməyəcək"
"Bu sözləri Türkiyə prezidenti Recep Tayyib Ərdoğan Trabzondakı çıxışı zamanı deyib.Muxalifet3 - 12-08-2018
Almaniyadan ABŞ-a Türkiyə təpkisi
Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmaier, ABŞ-ın Türkiyə və Çinə qarşı əlavə gömrük vergisi tətbiq etməsinə təpki göstərib.
Tramp rəhbərliyini tənqid edən Altmaier, əməliyyatların huquqsuz olduğunu bildirib. Bu iqtisadi müharibənin Avropada biznes imkanlarını və böyüməyə zərbə endirdiyini qeyd edib.
AVRUPA ABŞ-a DİZ ÇÖKMƏYƏCƏK
Muxalifet3 - 13-08-2018
Rusiyadan müdhiş dollar həmləsi
Rusiya baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov, ABŞ dollarlarının beynəlxalq ticarətdə təhlükəli bir alət halına gəldiyini bildirərək "ABŞ varlıqlarına investisiyalarımızı əhəmiyyətli nisbətdə azaltdıq və azaltmağa davam edəcəyik. Dollar əvəzinə də avro və Çin yuanının istifadəsini artıracağıq" deyib.
Muxalifet3 - 13-08-2018
“Dollar” oyununda Qətər və Küveytdən Türkiyəyə dəstək
ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi qalmaqal sanksiya qərarından sonra Türkiyəyə dəstək mesajları gəlməyə davam edir. Ərəb ölkələrinin tanınmış şəxsləri, sosial media hesablarından dəstək bəyanatları verərkən, Qətər xalqı da, dollarlarını dəstək üçün Türk Lirəsinə çevirir.
Sosial media hesabından açıqlama edən Küveytli alim professor Hakim el-Mutayri, Türkiyəyə dəstək açıqlaması verib.Muxalifet3 - 13-08-2018
Tacikistanda təyyarə qəzası - 13 rus turist
Tacikistan dağlarında sərt eniş edən Mİ-8 vertalyotunda Rusiyadan 13 turist olub.
Bu barədə Maş kanalı məlumat yayıb.
Bildirilir ki, Fortanbek dağına enəndə 1 nəfər ölüb. Qeyd olunub ki, vertalyot fövqəlada eniş edərkən göyərtəsində 13 rus, 1 belarus və 1 ispan vətəndaşı olub.Muxalifet - 13-08-2018
Trampın Türkiyə qərarı ABŞ-ı qarışdırdı
“New York Times” qəzeti Trampın gömrük rüsumlarına dair verdiyi qərarların, Dünya Ticarət Təşkilatında (DTT) yeni bir böhrana səbəb olduğunu yazıb. Yazıda, ABŞ prezidenti Donald Trampın gömrük rüsumları məsələsində verdiyi qərarların ölkənin müttəfiqlərini, siyasiləri və müəssisələri narahat edərkən, Dünya Ticarət Təşkilatında (DTT) da yeni bir böhrana qapı araladığı qeyd olunub.
Muxalifet3 - 13-08-2018
ABŞ bundan həmişə qorxub – Alman siyasətçidən ŞOK İDDİA
ABŞ Rusiya resursları və alman texnologiyalarının birləşməsindən ehtiyat edir.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Sollar” Partiyasının lideri, bundestaqın üzvü Sara Vaqenknext “Frankfurter Allgemeine” qəzetinə müsahibəsində bildirib.Muxalifet - 13-08-2018
SAVAŞ BAŞLAYIB, Türkiyənin planı var - Nazir
Hazırda Türkiyə iqtisadi müharibənin içindədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Maliyyə naziri Barat Albayraq deyib.
"Biz bu iqtisadi savaşdan millət və dövlət olaraq birlikdə qalib çıxacağıq. Bu addımlara qarşı bizim də hazırladığımız bir plan var. Bütün tədbirləri görmüşük. Lirəyə qarşı yürüdülən bu siyasət aşkar hücumdur. Ölkəmizin ABŞ lideri tərəfindən hədəfə alındığı aydın görünür. Ancaq hər şeyin öhdəsindən gələcəyik", - Albayraq bildirib.Muxalifet - 13-08-2018
Azərbaycanda zəlzələ oldu
Lerikdə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, yerli vaxtla saat 04:30-də Yardımlı stansiyasından 25 km cəmibi - şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.Muxalifet - 13-08-2018
PKK-dan Münbiçdə təhlükəli addım
Terror təşkilatı YPG/PKK, ABŞ ilə Türkiyənin Münbiç anlaşmasına baxmayaraq, Münbiçli gəncləri zorla silah altına alır. YPG/PKK işğal etdiyi Münbiç rayonunda 18 ilə 30 yaş arasındakı kişiləri 20 avqusta qədər təşkilat sıralarına qoşulmaları barədə təhdid edib.
Terror təşkilatı YPG/PKK-nın Münbiç rayonundakı hərbi məclisi, ABŞ və Türkiyənin təşkilatın rayondan çıxarılması məsələsində 4 iyunda gəldiyi razılığa baxmayaraq Münbiçli gəncləri təhdid edərək zorla silah altına alır.Muxalifet3 - 13-08-2018
Ötən iki gündə yol qəzaları – 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Ötən iki gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 11-dən 13-dək ölkədə 195 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Muxalifet - 13-08-2018
Baş nazirin ölkəyə çağırdığı azərbaycanlı müğənni - Video
Bu gün xalq artisti Elmira Rəhimovanın doğum günüdür.
Kult.az xatırladır ki, o, 13 avqust 1941-ci ildə Bakıda anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunu, 1965-ci ildə isə Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib.
Elmira xanım 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb və Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə bu ölkədə olub, hind mahnı və rəqslərini öyrənib.Muxalifet - 13-08-2018
İran və İraq arasında gərginlik!
İraqın baş naziri İbadinin ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiya qərarını tətbiq edəcəklərini açıqlamasından sonra İrandan çox sərt açıqlama verilib.
İranın dini lideri Əli Xamneyinin İraq nümayəndəsi Müctəba əl-Hüseyni, "ABŞ-ın İrana sanksiyalarını tətbiq edəcəklərini" deyən İraq baş naziri Heydər el-ibadinin, ABŞ qarşısında psixoloji məğlubiyyətə düşdüyünü bildirib.
Hüseyni, etdiyi yazılı açıqlamada, İbadini sərt bir dillə tənqid edərək, "sanksiyaları tətbiq edəcəkləri" istiqamətindəki açıqlamasının "məsuliyyətsiz" olduğunu bildirib.Muxalifet3 - 13-08-2018
Atəşkəs 79 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 79 dəfə pozub.
Muxalifet - 13-08-2018
Yol polisindən İNSANLIQ DƏRSİ - Sürücünün həyatını belə xilas etdi - VİDEO
Dünən Qaradağ rayonu ərazisində yerləşən Yol Patrul Xidməti postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib. Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. Dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib. Sürücünün ağır xəstəliyi olduğu üçün ona müxtəlif dərmanlar verilib.Muxalifet - 13-08-2018
Ərdoğandan PKK-nı titrədəcək açıqlama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sərhəd xaricində yeni bir əməliyyatın olacağı siqnalını verib.
Ərdoğan, "Suriyada tezliklə yeni yerləri də azad edəcəyik. Münbiçi bölgənin əsil xalqı ilə birlikdə yenidən qurma istiqamətində işlərimiz davam edir. İdlibdə fəlakətin baş verməməsi üçün diplomatik və hərbi işlərimizi sürətləndirdik" deyə, söyləyib.
Müxalifət.azMuxalifet3 - 13-08-2018
Bu gündən qatarlarda plastik ödəniş kartları tətbiq ediləcək – FOTO
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə bu gündən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək.
Muxalifet - 13-08-2018