Axtarış

The search found 105849 results in 0.102 seconds.

Search results

  1. Koreya yarımadası tarixində İLKLƏRLƏ DOLU GÖRÜŞ

    Şimali və Cənubi Koreya 3-cü dəfə zirvə toplantısı keçirəcək.
    Muxalifet.az xəbər verir ki, iki ölkənin liderləri sentyabrda Şimali Koreyanın paytaxtı Pxençanda görüşəcək.
    Zirvənin dəqiq tarixi və detallarına aydınlıq gətirilsə də, hələ ki, mediaya açıqlanmayıb. Bildirilir ki, qonşu ölkələr Şimali Koreyanın nüvə silahından imtina etməsi və Koreya yarımadasında sülhün təmin edilməsinə dair müzakirələr aparacaq.

    Muxalifet - 13-08-2018

  2. ​"Avropa ABŞ qarşısında diz çökməyəcək" - Alman nazir

    Almaniyanın iqtisadiyyat və enerji naziri Piter Altmayer ABŞ-ın Türkiyə və Çinə qarşı əlavə gömrük rüsumları tətbiq etməsinə sərt reaksiya göstərib.
    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, nazir ticarət müharibəsinin Avropada iş imkanları və iqtisadi artıma mənfi təsir göstərdiyini bildirib.
    "Donald Tramp administrasiyasının Türkiyə və Çinə qarşı əlavə gömrük rüsumları tətbiq etməsi haqsızdır. Bu ticarət müharibəsi həm iqtisadi artımı yavaşıdır, həm də ortaya yeni qeyri-müəyyənliklər çıxarır", - o deyib.

    Muxalifet - 13-08-2018

  3. “Dəvət etsələr, Türkiyədəki böhrana…” – Qubad İbadoğlu

    İqtisadçı alim Qubad İbadoğlu Türkiyədəki böhranla bağlı özünün fikirlərini açıqlayıb.

    Muxalifet - 13-08-2018

  4. ​Fədayə Laçın ifadə verdi: "Ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir"

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum Etibar Məmmədovun həbsdən qaçması ilə bağlı təqsirləndirilən şəxslərin növbəti məhkəmə iclası keçirilib.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda ilk olaraq müğənni Fədayə Laçın ifadə verib.

    Muxalifet - 13-08-2018

  5. ​YAP-çı deputat: “Allah İlqar Məmmədova ağıl versin!”

    “Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsini faktlarla göstərmək olar.

    Muxalifet - 13-08-2018

  6. ABŞ-ın İran sanksiyasına məhəl qoymadılar: YENİ URAN ANLAŞMASI

    İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kemalvendinin verdiyi açıqlamaya görə, İran, yaxında, 2015-ci ildə imzalanan nüvə müqaviləsi çərçivəsində Rusiyadan ikinci dəfə 20 faiz nisbətində zənginləşdirilmiş uran alacaq. İran bu uranı paytaxt Tehrandakı nüvə reaktorda istifadə etməyi planlaşdırır.
     
    Qeyd edək ki, İran, ötən aprel ayında ABŞ-ın nüvə müqaviləsindən çıxdığı təqdirdə, texniki olaraq yenidən yüksək nisbətdə zənginləşdirilmiş uranın istehsalına başlamağa hazır olduğunu bəyan etmişdi.
     

    Muxalifet3 - 13-08-2018

  7. ​Rusiyada azərbaycanlı quldur həbs olundu

    Rusiyanın Omsk vilayətinin sərhədçiləri əvvəllər bu ölkənin həbsxanasında yatmış, sonra vətənə qayıtmış, lakin yenidən şimal qonşumuz istiqamətində səfər etmiş 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.
    Muxalifet.az xəbər verir ki, Əli Yaşar oğlu Salehzadə adlı azərbaycanlı 2009-cu ildə Saxalində vətəndaşlara hücum edib.
    O bu əməlinə görə səkkiz il həbsdə olub.

    Muxalifet - 13-08-2018

  8. İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı vəkilindən açıqlama

    Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi "Respublikaçı Alternativ" (ReAl) Partiyasının həbsdə olan sədri İlqar Məmmədovu 2 il sınaq müddəti olmqla azadlığa buraxıb.
     
     Bu barədə vəkil Fuad Ağqyev Amerikanın Səsinə müsahibəsində bildirib.
    İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
    Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

    Muxalifet3 - 13-08-2018

  9. Daha bir radikal məhv edildi – SUMQAYITDA

    Hüquq-mühafizə orqanları avqustun 10-da Sumqayıtda keçirilən xüsusi əməliyyat zamanı sayca 5-ci dini radikalın məhv edildiyini bildiriblər.
     
    Rəsmi məlumata görə, bu yaxınlarda Gəncə hadisələrində iştirak edən Muraz Rəhimov (1989-cu ildə anadan olub) silahlı müqavimət göstərərkən məhv edilib.
    Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, sentyabrda qeyd olunacaq Aşura mərasimində Gəncənin imamını öldürməyi planlaşdırmışdı.

    Muxalifet3 - 13-08-2018

  10. "Azərbaycan üçün vacib məsələ Xəzərin dibinin necə bölünməsidir" - POLİTOLOQ

    “Xəzərin statusuna dair imzalanan Konvensiya irəliyə doğru atılmış ciddi addımdır. Yəni, artıq Xəzər və Xəzəryanı dövlətlərin iddiaları hüquqi müstəviyə çıxdı. Konvensiyada da bu hüquqi müstəvinin bir çox cəhətləri sadalanır”.

    Bu sözləri politoloq Qabil Hüseynli avqustun 12-də Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyanı şərh edərkən deyib.

    Muxalifet4 - 13-08-2018

  11. Adnan Oktara 400 il həbs cəzası..

    Ona qarşı yönələn 31 ittihamın hamısı əsaslıdır
     
    Türkiyədə ciddi səs-küy doğuran Adnan Oktar işi ilə bağlı yeni gəlişmələr var.
    Türkiyə mediası xəbər verir ki, artıq A.Oktarla bağlı istintaq sənədləri, ifadələrdən onun durumunun çox ağır olacağı təsəvvürü formalaşıb.
    Türkiyənin “Star” qəzetinin yazarı Ersoy Dədə Adnan Oktar cinayətkar qruplaşmasına aid əməliyyatla bağlı iddianamənin ilk ip uclarını açıqlayıb.

    Muxalifet3 - 13-08-2018

  12. ​Sabaha olan hava proqnozu

    Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 13-08-2018

  13. 2 gün iş günü olmayacaq

    Qurban bayramı ilə əlaqədar gələn həftə Azərbaycanda iki gün iş olmayacaq.
     
    Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür.
    Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.

    Muxalifet3 - 13-08-2018

  14. Ermənipərəst konqresmen Trmapa müracət etdi: “Ərdoğanın siyasəti…”

    Amerikalı konqresmen Ted Lyu ABŞ Prezidenti Donald Trampı qondama erməni soyqırımını tanımağa çağırıb.
    Muxalifet.az xəbər verir ki, Trampın Türkiyəyə qarşı sanksiyaları dəstəklədiyini deyən konqresmen təzyiqlərin davamı kimi qondarma soyqırımın tanınmasının vacibliyinə diqqət çəkib.

    Muxalifet - 13-08-2018

  15. Xəzər dənizinin hüquqi statusu razılaşması barədə nələri bilməliyik?

    Bu müqavilə 20 ildən çox davam edən danışıqlardan sonra imzalanıb.

    Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan - Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəliblər.

    Ölkə rəhbərləri bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

    Müqavilə, tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək və digər qüvvələrin orada hərbi birlik yaradılmasına mane olmaq imkanı verir.

    Muxalifet4 - 13-08-2018

  16. Daha 3 ölkədən Türkiyəyə dəstək!

    Almaniya, İran və Pakistandan Türkiyə haqqında kritik açıqlamalar verilib. Alman Hökuməti, "Türk iqtisadiyyatının sabit olması bizim də marağımızdadır, prosesləri izləyirik" açıqlaması edərkən, İran və Pakistandan da Türkiyəyə dəstək mesajları verilib.
     
    Almaniyanın hökumət sözçüsü Steffen Seibert etdiyi açıqlamada, "Türk iqtisadiyyatının sabit olması bizim də marağımızdadır, prosesləri izləyirik. Türk Lirəsinin dəyər itkisini yaxından izləyirik, hazırda həyəcan verən bir vəziyyət yoxdur" deyə, bildirib.
     

    Muxalifet3 - 13-08-2018

  17. ​Türkiyə iqtisadi böhranın ÇARƏSİNİ TAPDI - Təkcə bu sahədən milyardlar qazanacaq

    Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Bağlıqaya Türkiyə lirəsinin ABŞ dolları qarşısında dəyərdən düşməsi ilə bağlı açıqlamalar verib.
    Muxalifet.az xəbər verir ki, prezident bu il Türkiyəyə təkcə turizm sektorunun 32 milyard dollar gəlir gətirəcəyini açıqlayıb.
    Cari büdcə kəsrinə ən çox fayda verən sektorlardan biri olan turizm bu il Türkiyə iqtisadiyyatından gələn gəlirin 50%-ni təşkil edəcək. Birliyin prezidenti qeyd edib ki, hər hansı maneə olmazsa, bu il Türkiyəni 40 milyon turist ziyarət edəcək.

    Muxalifet - 13-08-2018

  18. ​SOCAR-dan Türkiyədəki sərmayələri ilə bağlı AÇIQLAMA

    “Bəzi gəlirlərimiz həm dollarla, həm də lirə ilə həyata keçirilir. Ona görə də ehtimal ki, öhdəliklərimiz bir tərəfdən arta, bir tərəfdən də azala bilir. Bunların bir-birini necə tarazlaşdırmasını ilin sonunda biləcəyik. Çünki ilin sonuna qədər çox şey dəyişə bilər”.
    Bunu Modern.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov türk lirəsinin dollara nisbətən dəyərdən düşməsinin SOCAR-ın Türkiyədəki sərmayələrinə təsirini şərh edərkən deyib.

    Muxalifet - 13-08-2018

  19. ​Mahnıya görə “Batabat”da qan tökdü

    Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Akif Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Muxalifet.az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
    Məhkəmə prosesi avqustun 20-də davam edəcək.

    Muxalifet - 13-08-2018

  20. ​İran Azərbaycanla danışıqlara başlayıb- Elektrik enerjisinin Rusiyaya tranziti üçün

    İran elektrik enerjisinin Rusiya ərazisinə tranziti üçün Azərbaycanla danışıqlar aparır.
    Muxalifet.az-ın məlumatına görə, bunu İranın energetika naziri Rza Ardakanian deyib.
    Nazir bildirib ki, İranın şimal qonşuları vasitəsilə Avropanın elektrik şəbəkələrinə qoşulması mümkün ssenarilərdən biridir.
    Onun sözlərinə görə, İran həmçinin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və İraqla elektrikr enerjisi mübadilə etmək niyyətindədir.

    Muxalifet - 13-08-2018

Pages