Axtarış

The search found 105849 results in 0.077 seconds.

Search results

  1. İlham Əliyev Qazaxıstanda SƏFƏRDƏDİR

    Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib.
    Muxalifet.az xəbər verir ki, Aktau şəhərinin beynəlxalq hava limanında dövlət başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.
     

    Muxalifet4 - 12-08-2018

  2. Ordumuzun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutuldu – 86 DƏFƏ

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.

    Belə ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet4 - 12-08-2018

  3. Rusiyada köpək balığı dayverə hücum edib - VİDEO

    Rusiyanın Primorski diyarı sahillərində keçirilən sualtı ov çempionatının iştirakçısına köpək balığı hücum edib.

    "Report" "İnterfax"a istinadən xəbər verir ki, hadisə Böyük Pyotr körfəzindəki Jeltuxin adası yaxınlığında lakedra balığı ovlayan zamanı baş verib.

    Dayver üzərindəki silahla balığı vurub, lakin onu köpək balığı götürmək istəyib. Yırtıcı idmançını kürəyindən dişləsə də, kişi xəsarət almayıb.

    "O kömək çağırdı, kater yaxınlaşdı, yalnız bundan sonra köpək balığı uzaqlaşdı", - deyə vilayətin Sualtı İdman Federasiyasının prezidenti Dmitri Anaşkin bildirib.

    Muxalifet4 - 12-08-2018

  4. ABŞ və Türkiyə arasında “hoca böhranı”: qarşıdurma təhlükəli situasiya yaradıb

    ABŞ-ın embarqosu var. Əlində təsbeh kimi fırladır. Kimə gəldi, yelləyir, vurur. Və bir çox dövlətləri özündən incik salır. Məsələn, Almaniya, Şimali Koreya, Çin, İran, Türkiyə və s. önəmli dünya dövlətləri ABŞ-ın “embarqo təsbehinin muncuqları” sırasında yer alır.
    Belə anlaşılır ki, Ağ Ev üçün dost, müttəfiq və s. bu kimi faktorlar qətiyyən əhəmiyyət daşımır. ABŞ-ın beynəlxalq maraqları var və kim o maraqlara uymasa, problem yaratsa, dərhal “embarqo təsbehinin muncuqları”nın sırasına əlavə olunur.

    Muxalifet4 - 12-08-2018

  5. Səlim Müslümov Cenevrəni necə qurutdu...

    İsveçrənin almandilli kantonlarına qarşı, öncəki yazımda göstərdiyim “qəddarlığı” yumşaltmaq adına, onların bir üstün cəhətini demək istəyirəm – siz Sürixdə, Bazeldə fransızca danışsanız, bu dili bilən adam mütləq fransızcaya keçəcək ki, sizə rahat olsun. Əlbəttə bu, başqa dillərə də aiddir – sürixli, bazelli bildiyi bütün dilləri işə salacaq ki, sizin işiniz görülsün. Lakin Cenevrədə sizə qarşı bu qədər “dözümlü” olmayacaq, fransızcada israr edəcəklər. Fransızların ədasından, forsundan da ki, keçmək olmur.
     

    Muxalifet4 - 12-08-2018

  6. III DÜNYA MÜHARİBƏSİNƏ HAZIRLIQ - Bu ölkələr sınaqlara başlayıb...

    Donuzların afrika taununun Şərqi Avropada yayılmasının ümumi mənzərəsi fikir formalaşdırır ki, ABŞ Üçüncü dünya müharibəsi üçün bioloji silahı sınaqdan keçirir.

    Bu haqda “Sputnik” agentliyinin Latviya xidmətində jurnalist Aleksandr Xrolenko yazıb.

    Onun fikrincə, Baltikyanı ölkələr ABŞ-ın bu sistemində xüsusi rol oynayırlar. Xrolenko qeyd edir ki, Baltikyanı ölkələr əsas sınaq poliqonu rolunda çıxış edirlər.

    Muxalifet4 - 12-08-2018

  7. ABŞ Türkiyəyə niyə hücumlar edir? - Rusiyalı ekspertlərdən SENSASİON AÇIQLAMALAR

    ABŞ bir çox məsələdə Türkiyənin fikir yürütmək haqqını tanımağa hazır deyil.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Rusiya Todey”kanalına açıqlamasında Rusiya Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter söyləyib. O, ABŞ Prezidenti Donald Trampın Türkiyədən idxal edilən alüminium və poladın gömrük vergisinin artırılması qərarının iki ölkə arsındakı vəziyyəti gərginləşdirəcəyini deyib:

    Muxalifet4 - 12-08-2018

  8. ABŞ-ın Türkiyədən İNANILMAZ TƏLƏBLƏRİ - 15 avqusta qədər yerinə yetirilməsə...

    ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb.
     
    “Taymtürk” xəbər verir ki, ABŞ-ın irəli sürdüyü şərtləri Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür.
     
    Qeyd edilir ki, bir növ ABŞ Türkiyədən ölkənin "açarını" təhvil verməyi tələb edib. Sözügedən həmin ağır şərtlər aşağıdakı kimidir:
     
    1. Keşiş Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.
     

    Muxalifet4 - 12-08-2018

  9. Bakı “talkuçkalarında” hamı lirədən danışır… - “ÇOXU KREDIT GÖTÜRƏRƏK TÜRKIYƏYƏ MAL DALINCA GEDIB…”

    Ötən həftə Türkiyənin milli valyutasının kəskin dəyər itirməsi prosesi daha da sürətlənin. Həftənin sonuncu iş günü türk lirəsi dollar qarşısında dəyərini 17 faizə yaxın itrib və ötən cümə günü birjalarda hərraclar yekunlaşanda 1 dollar 6,41 lirəyə, avro isə 7 lirəyə yüksəlmişdi. Lirənin ucuzlaşması əlbətdə ki, Türkiyədə istehsal olunan malların dollarla müqayisədə kəskin ucuzlaşması deməkdir.

    Muxalifet4 - 12-08-2018

  10. "Azərbaycanın siyasəti iki hədəfə yönəlməlidir..." - ELÇİBƏYİN SABİQ KÖMƏKÇİSİ

    Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır? Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

    Muxalifet4 - 12-08-2018

  11. ​Bakıda evlərin qiyməti bahalaşacaq – SƏBƏB…

    Bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz bahalaşa bilər.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

    Muxalifet4 - 12-08-2018

  12. “Real” 28-ci kubokunu qazandı - VİDEO

    Hər il keçirilən ənənəvi Santyaqo Bernabeu kuboku - 2018-in builki finalı “Real” və “Milan” arasında baş tutub.

    Muxalifet.az xəbər verir ki, ev sahibi “Real” rəqibini 3:1 hesabı ilə məğlub edərək növbəti dəfə kuboka sahib çıxıb.

    Bu, “Kral klubu”nun turnirdəki ardıcıl 13-cü, ümumilikdə isə 28-ci kuboku olub.

    Qeyd edək ki, 1979-cu ildən keçirilən turnirdə “Bavariya” 3, “Milan” və “İnter” 2, “Ayaks”, “Hamburq” və “Dinamo Kiyev” isə 1 dəfə qalib olub.

    “Real” - “Milan” - 3:1

    Muxalifet4 - 12-08-2018

  13. İRAN BANKLARINA QADAĞA: Dollar satışı qadağan edildi

    İraqın Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən bankalara xəbərdarlıq göndərib.

    Muxalifet.az xəbər verir ki, Mərkəzi Bank İraqda yerləşən İrana aid bank şöbələri ilə dollar alış-verişinin qadağan edildiyini bildirib.

    İraqın baş nazirinin sözçüsü Səad əl Hədisi ölkəsinin ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanskiyaları dövründə İran ilə ticarətdə dollardan istifadəni ləğv etmək məcburiyyətində qaldıqlarını deyib. Həmçinin, İranla ticarətdə sanskiyaların təsirini azaltmaq üçün başqa üsulları sınaqdan keçirəcəklərini qeyd edib.

    Muxalifet4 - 12-08-2018

  14. Varlı uşaqlarının ağız sulandıran lüks həyatı - FOTOLAR

    Sosial media platforması olan instaqramda hər ölkənin varlı ailələrinin övladları özlərinə məxsus səhifələr açıb lüks həyatlarını dünyaya nümayiş etdirir.

    Bunlar arasında ən çox maraq cəlb edənlərdən biri “Sinqapurun Varlı Uşaqları” adlı səhifədir.

    Muxalifet4 - 12-08-2018

  15. ​“Türkiyədə tətilə getmək üçün ən yaxşı zaman...” – İNGİLTƏRƏ MEDİASI

    Türkiyə ilə ABŞ arasında gedən iqtisadi müharibə dünya mediasında geniş yer alıb.
    Belə ki, İngiltərənin “Deyli Mirror” nəşri böhranı fürsətə çevirərək böhran xəbərini “Türkiyədə tətilə getmək üçün ən yaxşı zaman” başlığı ilə dərc edib.
    “Qardian” nəşri isə Türkiyə lirəsinin dollar, avro və funt-sterlinq qarşısında dəyərini itirməsindən sonra tur şirkətlərinin Türkiyə paketlərini artırdığını xəbər verib.
    Ötən il ingilislər 100 funtu 460 TL-yə dəyişirdilərsə, bu il bu rəqəm 697 olub.

    Muxalifet4 - 12-08-2018

  16. "O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..."

    Planetin ən varlı teleaparıcısı Opra Uinfrinin yalnız bir neçə Amerika saytında dərc olunmuş etirafları diqqət mərkəzindədir. Publika.az aparıcının etiraflarını təqdim edib:

    "Mən Opra Uinfriyəm..."

    Uşaqlıq illərimin əsas xatirələri məni tez-tez döyən nənəmlə və səfil həyatımızla bağlıdır.

    Hələ 9 yaşımda məni dayımoğlu zorlayıb, bir dondurma ilə günahını yumağa çalışdı.

    Bundan sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı. Hər gün atam yaşında kişilərin cinsi istismarına məruz qalırdım.

    Muxalifet4 - 12-08-2018

  17. Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - YENİLƏNİB

    Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri bu gün Aktauda görüşün yekun sənədini imzalayıblar.

    Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, İlham Əliyev, Vladimir Putin, Həsən Ruhani, Nursultan Nazarbayev və Qurbanqulu Berdıməhəmmədov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

    Bu vacib sənəd 1996-ci ildən başlayaraq hazırlanırdı.

    *   *   *14:33

    Rusiya prezidenti Vladimir Putin Xəzər xüsusi iqtisadi forumunun yaradılmasının anonsunu edib.

    Muxalifet4 - 12-08-2018

  18. Çinlə ABŞ Cənubi Çin dənizi üzərində ÜZ-ÜZƏ GƏLDİ - Qanlı savaşın bir addımlığında...

    Çinlə ABŞ arasında Cənubi Çin dənizində gərginlik yaşanıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ donanmasının kəşfiyyat təyyarəsi Cənubi Çin dənizinin üzərindən uçduğu üçün bölgədə sənaye adaları quran Çindən xəbərdarlıq siqnalı qəbul edib.

    Muxalifet4 - 12-08-2018

  19. ŞOK: Bu mikroçiplə bütün bağlı qapıları aça biləcəyik, KASSALARA KODSUZ GİRİŞ İMKANI QAZANACAĞIQ

    Mikroçip dəri altına yeridilən xırda ölçülü, zərərsiz qurğudur. Bu günədək bu alət ev heyvanları üzərində sınanmışdı. İndi isə növbə insanlara çatıb. ABŞ-ın CNBS kanalında yayımlanan verilişdə bu mövzudan bəhs olunub.

    Bu televiziya proqramının əsas məzmunu haqda olan yazını təqdim edirik.

    Muxalifet4 - 12-08-2018

  20. Trampın sanksiya qərarı "Qalatasaray"ı ÇÖKDÜRDÜ - Sərt açıqlama

    Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti Əbdürrəhim Albayraq ABŞ prezidenti Donald Trampln ünvanına sərt ifadələr işlədib.

    Muxalifet.az xəbər verir ki, vitse-prezident Trampın Türkiyəyə tətbiq etdiyi maliyyə sanksiyalarından sonra türk lirəsinin dollar qarşısında dəyərini itirməsinə görə transfer gerçəkləşdirə bilmədiklərini deyib.

    “CNN Türk” telekanalında qonaq olan Ə.Albayraq bunları deyib:

    Muxalifet4 - 12-08-2018

Pages