Axtarış
The search found 105849 results in 0.093 seconds.
Search results
Atəşkəs 82 dəfə pozuldu - Şiddətli atışma
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Muxalifet - 11-08-2018
Metronun bağlanan bu stansiyası 2 günlük açılır
Avqustun 11-12-də təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək.
Bunu Muxalifet.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, sərnişinlər qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.Muxalifet - 11-08-2018
"Bu, müharibədir!" – Medvedev yeni sanksiyalar barədə…
Rusiyaya qarşı Vaşinqtonun planladığı iqtisadi sanksiyaları Rusiyaya qarşı iqtisadi müharibənin elan olunması kimi qiymətləndirmək olar.
Muxalifet.az-ın "AzPolitika.info"-ya istinadla verliyi xəbərə görə, cümə günü bu barədə Rusiya Federasiyasının (RF) Baş naziri Dmitri Medvedev Kamçatkada Kronostk dövlət qoruğunun əməkdaşları ilə görüşü zamanı bəyan edib. Onun sözlərinə görə, belə müharibəyə həm iqtisadi, həm də siyasi üsullarla cavab vermək qaçılmazdır.Muxalifet - 11-08-2018
Çavuşoğlu BMT baş katibinə zəng etdi
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə BMT-nin Baş katibi Antonio Quttereş arasında telefon danışığı olub.
Muxalifet.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, diplomatik qaynaqlar tərəflər arasında telefon danışığının olduğunu təsdiqləyiblər.
Müzakirə olunan məsələlər barədə hər hansı informasiya verilməyib.Muxalifet - 11-08-2018
Nazarbayev: “Xəzər dənizi ilə bağlı tarixi qərar veriləcək”
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər dənizinin hüquq statusu ilə bağlı bütün detalların razılaşdırıldığını elan edib.
Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, avqustun 12-də məsələ ilə bağlı tarixi qərarım veriləcəyini açıqlayıb.
“Düşünürəm ki, bütün məsələlər razılaşdırılıb və sabah tarixi qərarın veriləcəyini gözləyirik. Bu hamımız üçün çox vacib məqamdır”.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan prezidentlərinin Xəzər dənizinin statusu ilə bağlı görüşü olacaq.Muxalifet - 11-08-2018
Ərdoğan ABŞ-ı təhdid etdi: Bizi buna məcbur edirlər
ABŞ-ın birtərəfli fəaliyyəti Türkiyəni yeni dostlar və müttəfiqlər axtarmağa məcbur edə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu York Tayms” qəzetinə açıqlamasında bildirib.
“Onilliklər ərzində müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı birtərəfli fəaliyyəti yalnız onların maraqları və təhlükəsizliyinə ziyan vuracaq. Nə qədər ki, gec deyil, Vaşinqton yanlış təsəvvürlərindən imtina etməli, bizim münasibətlərin assimetrik olmayacağı, Türkiyənin alternativlərinin olmasıyla barışmalıdır” – deyə o bildirib.Muxalifet - 11-08-2018
Ankara və Vaşinqtonun “arasına girən” rahib - BRANSON KİMDİR?
Vaşinqtonun Türkiyə hökumətinə azad edilməsi üçün 5 gün vaxt verdiyi rahib Bronson kimdir?
Muxalifet - 11-08-2018
Qaxda sel körpünü uçurdu: bir kəndlə əlaqə kəsildi - Video
Qax rayonuna yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.
Report-un məlumatına görə, Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb.
Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd edək ki, həmin körpünü 2011-ci ildə də sel aparmışdı.Muxalifet - 11-08-2018
“Eşkiya dünyaya hökmdar olmaz” serialında ŞOK AYRILIQ
Son günlər özəl həyatı ilə gündəmə gələn aktrisa Dəniz Çakır baş rolda yer aldığı “Eşkiya dünyaya hökmdar olmaz” serialından ayrılıb.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prodüser Raci Şaşmaz qərar verib.
Məlumata görə, D.Çakır bu ilin sentyabrda yeni bölümləri yayımlanacaq serialın təqdimat çəkilişlərində yer almayıb.
Belə ki, R.Şaşmaz son vaxtlar D.Çakırın özəl həyatı və içkili görüntüləri ilə tez-tez gündəmə gəlməsindən narahat olub. Ona görə də, belə bir qərar qəbul edib.
Prodüserin bu qərarından D.Çakır şok yaşayıb.Muxalifet - 11-08-2018
Ötən günün yol qəzaları – 1 nəfər ölüb, 6 nəfər yaralanıb
2018-ci il avqust ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Muxalifet - 11-08-2018
Tramp Makrona zəng etdi
ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Tramp öz Tvitter səhifəsində məlumat yayıb.
O, Makronla təhlükəsizlik və ticarət məsələlərini müzakirə etdiklərini bildirib:Muxalifet - 11-08-2018
Xəzərin bölgüsü: ABŞ şərh etmək istəmir
ABŞ Dövlət Departamenti Xəzərin hüquqi statusuna dair sabah Qazaxıstanın Aktau şəhərində imzalanacaq Konvensiyanı şərh etmək istəmir. Virtualaz.org xəbər verir ki, bu barədə Dövlət Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos “RİA Novosti” agentliyinə bildirib. Agentliyin sualı Konvensiyanın Avropaya qaz təchizatının şaxələndirilməsi situasiyanı mümkün təsirləri barədə olub.
“Hər hansı şərh vermək erkən olardı, çünki razılaşmanın detalları bizə məlum deyil”-Dövlət Departamentinin nümayəndəsi bildirib.Muxalifet - 11-08-2018
Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ: “Yeni müttəfiqlər axtaracağıq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüfuzlu “The New York Times” qəzetində məqalə yazıb.
Muxalifet.az “xəbər verir ki, məqalədə Ərdoğan ABŞ-a yeni müttəfiqlər axtaracağı ilə bağlı xəbərdarlıq edib.
Yazıda ABŞ-ın Türkiyəyə hazır ki, münasibətini qınayaraq bunun yalnız Vaşinqtona xələl gətirəcəyini qeyd edib.Muxalifet - 11-08-2018
“Rusiya bizimlə müharibəyə hazırlaşır” – Hərbi diplomatdan ŞOK AÇIQLAMA
Son dörd il ərzində Rusiya Ukrayna-Rusiya sərhədində üç diviziya və altı briqada yerləşdirib.
Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, bu haqda “ObozTV”-nin efirində hərbi diplomat Pyotr Qaraşuk bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna sərhədindən 20-80 kilometr məsafədə dayanır. Hərbi diplomat qeyd edib ki, bölmələr texnika ilə 100 faiz komplektləşdirilib. O, şəxsi heyətin isə 95 faiz hazırlıqlı olduğunu vurğulayıb.
“Onlar hücum üçün döyüş hazırlığı keçirlər. Anbarlar və hospitallar açırlar”, - Qaraşuk deyib.Muxalifet - 11-08-2018
Kondisioner bir gündə 10 saat işləyirsə... - “Azərişıq”-dan ETİRAZLARA CAVAB
“Məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir. Məsələn, bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə 1 ay ərzində 70 manata başa gəlir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Azərişıq”ASC-nin Eneji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
V.Nəsibbəyli sayğaclara sistemdən hər hansı müdaxilənin mümkün olmadığını deyib.Muxalifet - 11-08-2018
Göyçayın icra başçısı “yaşıl soyqırım” törədir: “Uzun ömürlü böyük kükünar, nar, qaratikan, şam ağacları kəsilərək məhv edilib”
Göyçay rayonu Hacalıkənd kənd sakini Qarabağ müharibəsi iştirakçısı, Yeni Azərbaycan Partiyasının üzvü Şıxəliyev Eldar Muxtar oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:
Muxalifet4 - 11-08-2018
Zəvvarların ilk qrupu bu gün yola düşür
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bun gün təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşür. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Zəvvarlar mərhələli şəkildə avqustun 11-dən 15-ə qədər yola salınacaqlar, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.Muxalifet - 11-08-2018
Vətəndaşlara külli mkiqdarda əsassız borc yazılır - SAKİNLƏR "AZƏRİŞIQ"A ÜSYAN EDİR
Ekspert: “Azərişıq” şübhəli hesabların səbəblərini araşdırmalı və açıqlama verməlidir”
Muxalifet4 - 11-08-2018
Dağıstanlılar "Bakı bulvarı"nın direktorunu öldürmək istədilər
Moskva polisi qatil olduğu güman edilən iki nəfəri tapmağa və saxlamağa nail olub. Onlar 2017-ci ilin yazında "Bakı bulvarı" restoranlar şəbəkəsinin direktoru Niyaz Bədəlovu güllələmək istəyiblər, ancaq biznesmen sağ qalıb.
Virtualaz.org Mash teleqram-kanalına istinadən bildirir ki, saxlanılanlar Dağıstan sakinləridir. Dindirmə zamanı onlar tədqiqatçılara bildiriblər ki, Niyaz Bədəlovun qətli üçün onlara pul ödəyiblər. Hazırda qanun keşikçiləri cinayətin sifarişçisinin şəxsiyyətini təyin etməyə çalışırlar.Muxalifet - 11-08-2018
ATƏT Azərbaycanda saytların bloklanmasından narahatdır – HÖKUMƏTƏ MÜRACİƏT
ATƏT-in Media Ofisinin rəhbəri Harlem Desir Azərbaycan hökumətinə müraciət edib. Müraciətdə xəbər saytlarının böhtan əsası ilə bloklanmasından narahatlıq ifadə olunub.
“Turan” xəbər verir ki, bu barədə ATƏT-in press-relizində bildirilir.
Avqustun 7-8-də Nəqliyyat, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin xahişi ilə Bakıda rayon məhkəmələri dörd xəbər saytını: az24saat.org, xural.com, arqument.az və monitortv.info bloklaşdırmağa qərar verib.Muxalifet4 - 11-08-2018