Axtarış

The search found 105849 results in 0.132 seconds.

Search results

  1. ​"Evdə "Qarabağ"a qarşı fərqli oynayacağıq" - BATE-nin futbolçusu

    "Hələ heç kim PSV haqda düşünmür. Komanda şəklində addım-addım irəliləyirik".
    Qol.az-ın məlumatına görə, bu sözləri Belarus mətbuatına açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun deyib. Gələn həftə Borisovda keçiriləcək cavab matçı ilə bağlı fikirlərini açıqlayan 30 yaşlı futbolçu ev oyununda fərqli taktika ilə çıxış edəcəklərini bildirib:

    Muxalifet4 - 10-08-2018

  2. "Ərim deyirdi et, mən də edirdim" - Həftədə 150 min qazanan qadın - FOTO

    Türkiyənin Adana və Osmaniye şəhərlərində polisin eyni vaxtda keçirdyi xüsusi əməliyyatda qanunsuz mərc şəbəkəsi çökdürülüb.

    Milli.Az Milliyet-ə istinadən bildirir ki, 5 ay əvvəl Osmaniyenin Kadirli rayonunda qanunsuz fəaliyyət göstərən qumarxanada mərcdə uduzması barədə polisə şikayətlənən şəxsin müraciətindən sonra əməliyyat başlanmışdı. Polis qumarxanaları izləyirdi.

    Dünən isə əməliyyat çərçivəsində Adanada biri qadın olmaqla 19 nəfər, Kadirlidə 9 nəfər tutulub.

    Muxalifet4 - 10-08-2018

  3. ​“Azərbaycanda əlillərə, Qarabağ veteranlarına yüksək diqqət göstərilir” - DEPUTAT

    “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində qarşılaşdığı bir sıra problemlərin həll edəcək”.
    Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov deyib.
    Onun sözlərinə görə, bu agentliyin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımdır:

    Muxalifet4 - 10-08-2018

  4. ​Səfir açıqladı: Paşinyan İrana gedir – VİDEO

    İranın Ermənistandakı səfiri Seyid Kazım Səcdadi Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşüb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qriqoryan öz Feysbuk səhifəsində yayıb. O, görüş zamanı İranla iqtisadi münasibətləri yüksək səviyyədə bərpa edəcəklərinə və bunun Ermənistanın təhlükəsizliyi məsələsində də rol oynayacağına inandığını bildirib.

    Muxalifet4 - 10-08-2018

  5. ​Daşkəsəndə 18 yaşlı gənc süni göldə boğuldu

    Daşkəsən rayonunda süni göldə batan gəncin meyiti sudan çıxarılıb.
    Fövqəladə Hallar Nazirliyindən (FHN) Muxalifet.az-a verilən məlumata görə, Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Emin Bəhruz oğlu Əliyevin axtarışları başa çatıb.
    Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 10-08-2018

  6. Sabahdan azərbaycanlılar Həccə üz tutur – “Nə qədər çox adam getsə, o qədər yaxşıdır”

    Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq. Belə ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər.

    Muxalifet - 10-08-2018

  7. ​“Tacikistanın potensialından yararlana bilərik” - Qabil Hüseynli

    Tacikistan geostrateji mövqeləri yüksək olan ölkədir. Bu ölkənin Əfqanıstanla sərhəddə yerləşməsi ABŞ-ın, yaxud Qərb dövlətlərinin diqqətini çəkən əsas məsələlərdən biridir. Talibanla mübarizədə Tacikistan ərazilərindən istifadə etmək istəyən ABŞ hələlik bu niyyətinə nail ola bilməyib.
    Muxalifet.az bildirir ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərini Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli belə deyib.

    Muxalifet - 10-08-2018

  8. ​İranda Azərbaycanla bağlı bannerlər asıldı - Foto

    İranın Həmədan şəhərində Azərbaycan dilində təhsil verən qurumun olmaması, eləcə də teleradio şirkətinin əyalət üçün yayımladığı bütün proqramların fars dilində olması azərbaycanlıların etirazına səbəb olub.
    Muxalifet.az xəbər verir ki, Həmədanda rəsmi idarələrdən birinin binasına ana dilində təhsil tələb edən banner asılıb. Şəhərin ən hərəkətli yerində nümayiş etdirilən bannerdə farsca “Ana dilində təhsil almaq hər bir insanın təbii haqqıdır” sözləri yazılıb. Burada azərbaycanca yazılmış “Biz öz ana dilimizin rəsmi şəkildə öyrədilməsini istəyirik” cümləsi də nəzərə çarpır.

    Muxalifet - 10-08-2018

  9. ​Oqtay Əsədov və Tacikistan Prezidenti birgə işçi nahar etdi

    Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon birgə işçi nahar ediblər.
    Söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Muxalifet - 10-08-2018

  10. Putinin köməkçisi oliqarxlardan 500 milyard qoparmağı təklif etdi, səhm bazarı çökdü

    Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov öz şefinə məktub göndərərək 14 kimya, neft-kimya və metallurgiya şirkətlərindən prezidentin may fərmanlarının yerinə yetirilməsi üçün 500 milyard rubl götürməyi təklif edib.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bura “Nornikel”, “Alrosa”, “Sibur”, “Severstal” kimi iri şirkətlər daxildir.

    Muxalifet - 10-08-2018

  11. ABŞ ilə müharibənin bitdiyini bildirdilər!

    Şimali Koreyanın rəsmi qəzeti “Rodong Sinn”-də dərc olunan yazıda, "Şimali Koreyanın atəşkəs elanı, yalnız Koreya yarımadasında deyil, həm də regionda və dünya miqyasında sülhün və təhlükəsizliyin təmin edilməsindəki ilk addımdır" deyə, qeyd olunub.
     

    Muxalifet3 - 10-08-2018

  12. Sərhəd qoşunları taktiki döyüş təlimlərinə başladı - FOTOLAR

    Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri birgə döyüş təlimlərinə start veriblər. Avqustun 10-da başlayan təlimlərin əsas məqsədi Azərbaycanın Xəzərdəki neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili səviyyəsni yüksəltməkdir. Təlimlər zamanı dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi kimi məşqlər də keçiriləcək.

    Muxalifet - 10-08-2018

  13. ​Aslan İsmayılova məhkəməni tərk etməyə icazə verilmədi – Hüquqşünas: "Haqqımda olan qanunsuzluğa üsyan edirəm"

    Son bir ayda keçmiş vəkil Aslan İsmayılov haqqında iki ittiham hökmü çıxarılandan sonra indi də o, xuliqanlıq suçlamasıyla mühakimə olunur. Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə divarının suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda təqsirləndirilən A.İsmayılov haqqında cinayət işinə elə həmin məhkəmədə baxılır.

    Muxalifet - 10-08-2018

  14. Putin təcili Təhlükəsizlik Şurasını topladı – Yeni sanksiyalara görə

    Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın Rusiyaya tətbiq edəcəyi yeni sanksiyaları müzakirə edib.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib.
    Onun sözlərinə görə, iclasda Vaşinqtonun sanksiyaları qeyri-qanuni adlandırılıb.
    Qeyd edək ki, bundan öncə Rusiya Baş naziri Dmitri Medvedyev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını iqtisadi savaş elanı adlandırmışdı.

    Muxalifet - 10-08-2018

  15. SON DƏQİQƏ: Paşinyan Azərbaycanla sərhədə gəldi

    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş əyalətinin Berd rayonuna gəlib.
    “armenpress” saytı məlumat verir ki, Paşinyan əhali ilə görüşüb, bir sıra yerlərə baş çəkib.
    Məlumata görə, Paşinyan erməni hərbi birləşmələrinin mövqelərinə də baş çəkəcək. (Publika.az)

    Muxalifet - 10-08-2018

  16. Ərdoğandan dollar oyunçularına və faizçilərə cavab

    Türkiyənin prezidenti Ərdoğan faiz oyunçularına münasibət bildirərək xalqa müraciət edib.
     
    MƏNİM MİLLƏTİMİN CAVAB BU OLACAQ
     
    Prezident Ərdoğan dollar və faiz oyunçularına səslənərək “Dollar, mollar bizim yollarımızı kəsə bilməz, heç narahat olmayın. Buradan yenə də deyirəm, yastığının altında valyuta, qızılı olan varsa, Türk Lirəsinə çevirsin. Bu yerli və milli bir mücadilədir. Biz qarşı iqtisadi müharibə elan edənlərə mənim millətimin cavabı olacak. Bugün deyilsə, bəs nə vaxt? Yerli pulumuzla bunlara cavab verək.
     

    Muxalifet3 - 10-08-2018

  17. ​Mərkəzi Bankdan bankların dolları bahalaşdırmasına münasibət

    Azərbaycan Mərkəzi Bankı Türkiyə və Rusiyanın milli valyutalarının dəyərdən düşməsi, bəzi yerli bankların ABŞ dollarının satış məzənnəsini artırması fonunda manatın məzənnəsinin gələcək perspektivi ilə bağlı “Report”a açıqlama verib.
    Qurumun sözçüsü Namiq Əliyev sorğuya cavab olaraq bildirib ki, Azərbaycanın valyuta bazarındakı vəziyyətə – manatın məzənnəsinə təsir edən başlıca fundamental amil tədiyyə balansının durumudur.

    Muxalifet - 10-08-2018

  18. Ukraynada məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi

    Ukraynanın Zaporejye vilayətində azərbaycanlı qeyri-leqal miqrant yaxalanıb.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu ilin yazında Akimov rayon məhkəməsi qanunsuz yolla Ukraynaya gələn Azərbaycan vətəndaşının deportasiyası ilə bağlı qərar qəbul edib. Sonuncu isə adekvat davranmayıb. O, qətiyyətlə əcnəbilərin olduğu bölgəyə getməkdən boyun qaçırıb və bildirib ki, bu, onun azadlıqlarının pozulmasıdır.
    Bundan sonra həmin şəxs məhkəmə zalından qaçıb və yarım il bölgələrə səfər etməklə miqrasiya xidmətinin əməkdaşlarından gizlənib.

    Muxalifet - 10-08-2018

  19. ​Azərbaycan əhalisi ərzağa, içkilərə və tütün məmulatlarına 10 milyard manat xərcləyib

    2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olub.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, ticarət dövriyyəsinin 10,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,2 faiz üstələyib.

    Muxalifet - 10-08-2018

  20. “iPhone”dan daha bir yenilik - Rəsmi razılıq verildi

    ABŞ-ın Patent və Əmtəə Nişanları Bürosu “Apple” şirkətinin “iPhone” smartfonu vasitəsilə şəxsiyyətin identifikasiyası texnologiyası üçün müraciətini qeydə alıb.
    Muxalifet.az “RİA” agentliyinə istinadla xəbər verir ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İdeya mühafizəli saxlancdan şifrələnmiş istifadəçi məlumatlarının informasiyanı tələb edən orqana təqdim edilməsi üzərində qurulur.

    Muxalifet - 10-08-2018

Pages