Axtarış
The search found 105849 results in 0.073 seconds.
Search results
PKK-lı xainlər donuz yeyərkən vuruldu!
Türkiyənin təhlükəsizlik qüvvələrinin terror təşkilatı PKK-ya qarşı əməliyyatların aparıldığı ərazilərdəki kəşfiyyat işləri, təşkilatın yaşadığı tənəzzülü ortaya qoyur.
Bölgə xalqı üzərindəki təsirini tamamilə itirən təşkilat, etdikləri xəbərdarlıqlarla təhlükəsizlik qüvvələrinin əməliyyatlarına yardımçı olan yerli əhalinin də dəstəyi ilə dalana girib. Yaxalanan və təslim olan terrorçuların verdikləri ifadələr, təşkilatın, təhlükəsizlik qüvvələrinin əməliyyatları qarşısında çarəsiz qaldığını ortaya qoyur.
Muxalifet3 - 10-08-2018
Tacikistan prezidenti Bakıda - Foto
Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Muxalifet - 10-08-2018
BMT baş katibi ərəb koalisiyasının Yəməni bombalamasını pislədi
BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmənin Saada şəhərinə aviazərbə vurulmasını pisləyib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, baş katibin mətbuat ofisinin məlumatında Antonio Quterreşin həlak olanların ailəsinə başsağlığı verdiyi bildirilir. Vurğulanır ki, BMT-nin baş katibi bir daha problemi siyasi yolla həll etməyə, Yəmən dialoqu daxilində danışıqlara çağırıb.Muxalifet - 10-08-2018
Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDI
ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı qəbul edilməsi planlaşdırılan yeni sanksiyaların detalları açıb.
Muxalifet.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, sanksiyalar Rusiyanın müdafiə xarakterli məhsulları əldə etməsi, həmçinin silahın satışı üzrə əməliyyatları bloklamağı hədəfləyir.Muxalifet - 10-08-2018
DYP sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.
İdarədən Muxalifet.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə “Yol hərəkəti haqqında” qanuna 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq, sürücülər inzibati məsuliyyət daşıyırlar.Muxalifet - 10-08-2018
Rusiyadan ABŞ-ın sanksiya qərarına açıqlama
ABŞ Xarici İşlər Nazirliyi, Rusiyanın Salisburyde keçmiş Rus agent Sergey Skripal və qızı Mariyanın zəhərləndiyi halda kimyəvi silah istifadə etdiyi istiqamətindəki iddialarla bağlı olaraq 22 avqustda qüvvəyə minmək üçün Moskvaya yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Muxalifet3 - 10-08-2018
Ermənilər cəbhəboyu təxribat törətdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub. Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Muxalifet - 10-08-2018
Brilliant Dadaşova oğlunun özəl günündə göz yaşlarını saxlaya bilmədi - VİDEO
Dünən Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin doğum günün olub.
Muxalifet.az xəbər verir ki, sənətçi oğlunun 28 yaşı tamam olması münasibətilə ziyafət təşkil edib. Qonaqlıqda müğənninin ailə üzvləri və yaxınları iştirak edib.
Doğum günündən maraqlı kadrlar sosial şəbəkədə paylaşılıb. Xalq artisti yeganə övladının doğum günündə kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Brilliant Dadaşova Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru ədalət Hacıyevlə evlidir.Muxalifet - 10-08-2018
“Çınqıl altında” qalan iş adamları-həbslərin əsl səbəbi
Mədən işlədənlər bu tələblərə əməl etməlidirlər Azərbaycanda qum-çınqıl mədənlərinin normalara uyğun fəaliyyətinin təmin olunması istiqamətində işlər başladılıb.
Muxalifet - 10-08-2018
Ərdoğanın Almaniya səfəri PKK-nı hərəkətə keçirdi
Terror təşkilatı PKK tərəfdarlarının prezident Ərdoğanın 28-29 sentyabrda Almaniya səfəri əsnasında təxribat xarakterli aksiyalar təşkil edəcəyi müəyyən olunub.
Almaniya Kürd Cəmiyyəti Dərnəyinin sədr müavini Mehmet Tanrıverdi, Alman xəbər agentliyi “DPA”-ya məsələyə dair verdiyi açıqlamada, "Ərdoğana burada qırmızı xalça sərilməsini qəbul etmirik" deyə, söyləyib.Muxalifet3 - 10-08-2018
Dollar bu gün neçəyə olacaq?- Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankı 10 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 10-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9580 manat təşkil edir.
1 türk lirəsi 0,2965 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6886 manatdır.Muxalifet - 10-08-2018
Özəl klinikada körpə doğuş zamanı öldü
Gəncə şəhərində körpə doğuş zamanı ölüb.
Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib.
Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb. Körpənin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 10-08-2018
Neatnyahu KABUS YAŞAYIR - İsrailin 70%-i buna görə ondan narazıdır
İsrailin blokada altında saxladığı və ötən gün kəskin silahlı hücumlara məruz qoyduğu Qəzza bölgəsi baş nazir Benyamin Netanyahunun kabusuna çevrilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Ötən ay İsrailin yalnız yəhudilərə aid olması haqqında qanunun parlamentində qəbulundan sonra Netanyahunun qeyri-rəsmi olaraq seçki kampaniyasına başlanıb. Qəzzada yaşanan qarşıdurmalar və gərginliyin artması isə seçki kampaniyasına kölgə salır və bu vəziyyət baş naziri ciddi şəkildə narahat edir.Muxalifet - 10-08-2018
Türkiyədə dolların məzənnəsi 6 lirəni keçdi – YENİLƏNİB
Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb.
Muxalifet.az türk mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterliqinin məzənnəsi isə 7,35 lirə olub.
Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır.Muxalifet - 10-08-2018
ABŞ-da Türk polis vuruldu
Amerika Birləşmiş Ştatlarında xidmət zamanı başından vurulan Türk polis məmuru reanimasiyaya yerləşdirilib.
Muxalifet3 - 10-08-2018
Kremldən ABŞ-a sərt XƏBƏRDARLIQ: “Bu, iqtisadi müharibədir”
ABŞ yeni sanksiyaları elan etsə, bunu Rusiyaya qarşı iqtisadi müharibənin başlanması kimi qəbul etmək olar.
Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmitri Medvedev Kamçatka vilayətində Kronotsk dövlət qoruğunun əməkdaşları ilə görüşü zamanı deyib.Muxalifet - 10-08-2018
Sarkisyan çətin durumda - 2 yolu var... POLİTOLOQ
“Ermənistanın eks-prezidenti Serj Sarkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib. Sarkisyanın iki variantı var. O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Koçaryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq”.
Bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.Muxalifet - 10-08-2018
Qanunsuz tikintilərə qarşı birgə mübarizə aparılacaq – Memorandumu imzalandı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib ki, son illər ərzində respublikanın bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti və quruculuq işləri nəticəsində şəhərlər günü-gündən abadlaşır.Muxalifet - 10-08-2018
NEOKON-YEVANGELİSTLƏRİN “KÜRD SEVGİSİ”NİN SİRRİ: İsrailin təhlükəsizliyini Türkiyəsiz necə təmin etməli? - ARAŞDIRMA
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 08.08. 2018Muxalifet - 10-08-2018
Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI - Qatil tutuldu
Daxili İşlər Nazirliyi (DİN) ötən gecə Ramanada baş verən qətllə bağlı məlumat yayıb.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.Muxalifet - 10-08-2018