Axtarış
The search found 105849 results in 0.142 seconds.
Search results
"Saytların bloklanması hüquqi nonsesdir" - ELÇİN ŞIXLI
"Saytların bloklanaraq fəaliyyətdən salınması, əlbəttə, əsaslı deyil, nəinki əsaslı deyil, bunun baş verməsi özü hüquqi nonsesdir".
Bunu Azərbaycan Jurnalistlər İttifaqının sədri, "Ayna.az" saytının rəhbəri Elçin Şıxlı son günlərdə bir sıra inetrnet resurslarının bolklanmasını şərh edərkən bildirib.Muxalifet4 - 9-08-2018
Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarıldı
Bloqqer Mehman Hüseynov cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.
"Report"un xəbərinə görə, ona anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etmək üçün verilən icazənin müddəti başa çatıb.
M.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisəsinə aparılıb.
Xatırladaq ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-də vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.Muxalifet - 9-08-2018
Xalq artisti oğlu ilə bağlı gizli fakt açıqladı: "Buna icazə vermədim..."
Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov oğlu ilə bağlı maraqlı fakt açıqlayıb.
Muxalifet.az xəbər verir ki, yenicag-a açıqlama verən xalq artisti illər öncə övladının aktyor olmasına etiraz etdiyini bildirib:
"Nə övladlarım, nə də nəvələrim sənətimi davam etdirmədi. Özüm icazə vermədim. Çünki aktyorluq çətin, əzab-əziyyətli peşədir. Ya gərək yaxşı aktyor olasan, ya da bu sənəti seçməyəsən. Çünki əks halda, ortalıqda qala bilərsən.Muxalifet - 9-08-2018
İndoneziyadakı zəlzələdə azərbaycanlıların ölüb-ölməməsi araşdırılır
“İndoneziyanın Lombok adasında 9 avqust tarixində təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı Səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır”. Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Himmət Hacıyev bildirib. XİN rəsmisi qeyd edib ki, 6 avqust tarixində həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmamışdı.
Muxalifet - 9-08-2018
Azərbaycanda ikinci ali təhsil “XƏSTƏLİYİ” - ən çox bu sahələrə maraq VAR
Daha yaxşı iş arzusunda olanlar və bəzən də bir işlə kifayətlənməyənlər adətən ikinci ali təhsil almağa üstünlük verirlər. Bu baxımdan son illər ölkədə əlavə təhsillə maraqlananların, ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə edilir.
Hüquq, bağça müəllimliyi....
Muxalifet - 9-08-2018
Çindən Türkiyəyə 2 trilyon dollarlıq dəvət
Muxalifet.az xəbər verir ki, Çinin 2 trilyon dollara çatan idxalat bazarı üçün ilk dəfə keçirəcəyi sərgidə Türkiyədən 41 şirkət iştirak edəcək. Çin Beynəlxalq İdxalat Sərgisi 5-10 noyabr tarixlərində Şanxayda keçiriləcək. Sərgidə iştirak etmək üçün 120 dövlət müraciət edib.
Türk şirkətləri daha çox mətbəx əşyaları, zərgərlik, kimya, ərzaq, məişət texnikası, kənd təsərrüfatı, avtomobil hissələri sektorlarında öz xidmətlərini təklif edəcəklər.Muxalifet - 9-08-2018
Adnan Oktardan ŞOK SÖZLƏR: "Əgər Türkiyəni İsrailə sevdirməsəydik..."
Özünü “din xadimi” kimi təqdim edərək mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktarın “kedicik”lər adlandırdığı qadın müridləri ilə cinsi əlaqə yə girib-girməməsi rəsmi şəkildə bəlli olacaq.
Muxalifet.az xəbər verir ki, “din xadimi”nin qadınlarla hər hansı cinsi təmasda olub-olmadığını yoxlamaq üçün hər iki tərəfdən DNT analizi götürülüb.Muxalifet - 9-08-2018
AZƏRBAYCANDA BAHALAŞMA – Rəsmi
2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb.
Muxalifet.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsindən bildirilib.Muxalifet - 9-08-2018
Məhkəmə baş müstəntiq barəsində xüsusi qərardad çıxardı – Ciddi nöqsanlara görə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1960-cı il təvəllüdlü Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə T.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 9-08-2018
Saakaşvilinin Paşinyan haqda dedikləri Ermənistanda qalmaqal yaratdı
Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixeil Saakaşvili Ermənistan baş naziri Paşinyana məsləhətlər verib.
Saakaşvilinin bu məsləhətləri Ermənistan mətbuatında qalmaqala və geniş müzakirələrə səbəb olub
O, “Exo Moskva” radiosunda çıxışı zamanı Putinin Ermənistanı Paşinyana elə-belə verməyəcəyi və payızda ona qarşı mitinqlər təşkil ediləcəyi xəbərdarlığını edib.
Saakaşvili Ermənistan baş nazirinə bunun olmaması üçün ilk olaraq sistemi dəyişdirməli olduğunu bildirib.Muxalifet - 9-08-2018
“Suriyada artıq mühasirədə qalan bölgə yoxdur” – BMT Baş katibinin müşaviri
“Suriyada artıq mühasirədə qalan bölgə yoxdur”. TASS xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisinin müşaviri Yan Egelann bu gün Cenevrədə keçirdiyi brifinqdə bildirib. “İndi Suriyada BMT meyarlarına görə, mühasirəyə alınmış bölgə yoxdur” – o, deyib. Xatırladaq ki, may ayında BMT Suriyada mühasirəyə alınmış rayonun (El Fua, Kefraya və Yarmuk) olduğunu məlumat vermişdi./report/
Muxalifet - 9-08-2018
İraq hökuməti İranla maliyyə əməliyyatlarını dayandırdı
İraq hökuməti ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın maliyyə institutları ilə bank köçürmələrini dayandırıb.
Bu barədə İraqın "Al-Mada" elektron nəşri məlumat verib.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəz Bankına məktub göndərərək İraq tərəfini aktivləri dondurmaq və "qara siyahı"ya salmaq təhlükəsi ilə təhdid etməklə İranla bütün bank əməliyyatlarını dayandırmağa məcbur edib.Muxalifet - 9-08-2018
Köçəryanın zirzəmisində çox “meyitlər” tapılacaq” - Petrosyan
Mənim Serj Sərkisyan və Robert Köçəryanla 23 illik mübarizə stajım var. 1997-ci ildə Köçəryan baş nazir təyin olunanda mən Levon Ter-Petrosyana dedim ki, o sənin qəbirqazanına çevriləcək, necə ki, bu baş verdi.
Bu sözləri Ermənistan mülki aviasiyasının keçmiş rəisi Şaqen Petrosyan Ermənistanın 1-ci informasiya saytına müsahibəsində deyib.
Ş.Petrosyan Köçəryanın həmin vaxt prezident seçilməsinin konstitusiyaya zidd olduğunu bildirir:Muxalifet - 9-08-2018
İŞ ADAMI, YOXSA SİYASƏTÇİ? - Türkiyəli biznesmen Hüseyn Böyükfırat dövlət maraqlarımıza qarşı çıxır
İş adamı Azərbaycan qanunlarına zidd olaraq ölkəmizdə siyasi fəaliyyətlə məşğul olur, saytlara maliyyə dəstəyi verir…
Muxalifet4 - 9-08-2018
Dolların qalxması mümkün deyil – Deputat
Dolların kursu heç vaxt kəskin şəkildə qalxmayacaq. Üzən məzənnəyə keçid olub ki, bu da zəruri addım idi. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi mümkün deyil. Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Rafael Cəbrayılov deyib. Onun sözlərinə görə, hazırda manatın kursu sabitdir: “Kəskin artımın olacağını iddia eləmək absurddur. Bir neçə qəpiyin artıb-düşməsi dünyada qəbul olunmuş haldır. Bəzən birjalar dolları süni şəkildə artırır və dünya miqyasında böyük pullar qazanılır. Əslində dolların 78 qəpik olması qeyri-normal hal idi.
Muxalifet - 9-08-2018
Gürcüstan terrorun hədəfində - İŞİD qonşuda...
Gürcüstanda bundan əvvəl də İŞİD terror təşkilatına qarşı əməliyyatlar keçirilib. Hesab edirəm ki, bu terror təşkilatının Gürcüstanda boy göstərməyə cəhd etməsi təsadüfi deyil.
Bu barədə məlumatı politoloq Arzu Nağıyev deyib.
Politoloq İŞİD-in bu ölkəyə girməsinin bir sıra səbəblərinin olduğunu diqqətə çatdırıb:Muxalifet - 9-08-2018
İsrail dəhşətli müharibəyə hazırlaşır: düşərgələr boşaldılacaq və...
Qəzza bölgəsində İsrail və Fələstin arasında sürətlə yeni müharibə başlayır.
Bu barədə “Yedioth Ahronoth” qəzetinə danışan adının açıqlanmadığı İsrail rəsmisi deyib.
Onun sözlərinə görə, proseslər İsraili sürətli şəkildə müharibəyə sürükləyir.
“Müharibə başlayan kimi İsrail ordusunun birlikləri Qəzzaya göndəriləcək. Qəzzaya yaxın bölgələrdəki yəhudi düşərgələri boşaldılacaq. Qəzzada vurulacaq çox hədə var”, - deyə İsrail rəsmisi vurğulayıb. (publika)Muxalifet - 9-08-2018
Lavrov Türkiyəyə yollanır
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəli həmkarı ilə görüşəcək.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, avqustun 13-14-də baş tutacaq səfər çərçivəsində Suriyadakı son vəziyyət müzakirə ediləcək.
Səfər barədə Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında açıqlama verib.Muxalifet - 9-08-2018
ABŞ-Türkiyə dialoqu nəticəsiz bitdi - Yeni sanksiyalar gözlənilir
Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi heyət ABŞ-da bir sıra görüşlər keçirib. Lakin görüşün nəticələri haqqında hər hansı bir informasiya yoxdur.
Muxalifet.azxəbər verir ki, ABŞ mediası kritik Türkiyə-Amerika diplomatik danışıqlarına xüsusi maraq göstərməyib.Muxalifet - 9-08-2018
Azərbaycanda sələfiliyin müxtəsər tarixi
“Oksford İslam Araşdırmaları Onlayn” Ensiklopediyası Sələfiliyi 20-ci əsrin əvvəllərində Şeyx Cəmaləddin Əfqani və onun tələbəsi Məhəmməd Abduh tərəfindən əsası qoyulan, Peyğəmbər dövrü İslamının bərpasına, dinin sonrakı izah, interpretasiyalardan təmizlənməsinə çağıran islahatçı, modernist, intellektual hərəkat adlandırır. Bu şəxslərin ideyalarından ruhlanmış ictimai-siyasi cərəyanlar Misirdəki Müsəlman qardaşları (İxvan-ul Muslimin) və Pakistandakı Camaat-i-İslami hərəkatları hesab olunur.
Muxalifet4 - 9-08-2018