Axtarış

The search found 105849 results in 0.07 seconds.

Search results

  1. ​İrana qarşı SANKSİYALAR Azərbaycana az təsir edəcək

    Avqustun 7-də ABŞ İrana sanksiyaları bərpa etdi. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənyesinə, xalça satışına qədər sahələri əhatə edir. Bu gün isə ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyalarin 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti “İranla iqtisadi əməkdaşlı edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz” dir. Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır.

    Muxalifet - 9-08-2018

  2. Tramp Buş və Obamanı GERİDƏ QOYDU: ABŞ-da hər an vətəndaş müharibəsi BAŞLAYA BİLƏR

    ABŞ-da siyasətlə bağlı yayım edən “Politiko” və “Morninq Kansalt” araşdırma mərkəzi ölkədə irqçiliklə əlaqədar anket sorğusu keçirib.
    Muxalifet.az xəbər verir ki, anketin nəticəsinə əsasən, son iki prezidentin dövrü ilə müqayisədə Donald Trampın iqtidarda olduğu müddət ərzində ABŞ-da irqçilik artaraq 55 faizə çatıb.

    Muxalifet - 9-08-2018

  3. ​Havanın qeyri-sabitliyi davam edəcək - Xəbərdarlıq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.
    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-dək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

    Muxalifet - 9-08-2018

  4. “Bizim hərbi donanma Xəzərin ümumi su səthində tam sərbəst üzəcək...”

    Bu həftə sonu-bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. Sammiti tarixi adlandırmaq olar, çünki 25 illik danışıqlardan sonra nəhayət Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaqlar.

    Muxalifet - 9-08-2018

  5. ​İsrail Kolumbiyanın Fələstini tanımaq qərarını “təhqir” adlandırıb

    Muxalifet.az xəbər verir ki, İsrailin Boqotadakı səfirliyi Kolumbiya hökumətinin Fələstini dövlət kimi tanımaq qərarını “təhqir” adlandırıb.
    İsrailin Xarici İşlər Nazirliyinin bəyanatı qurumun “Tvitter”dəki rəsmi səhifəsində yerləşdirilib. Açıqlamada İsrail səfərliyinin Kolumbiyanın Fələstinlə bağlı qərarından “təəccübləndiyi və məyus olduğu” yazılıb. “Söhbət sadiq müttəfiqin üzünə vurulmuş şapalaqdan gedir. Bu, ölkələrimizin və liderlərimizin yaxınlığına və münasibət səviyyəsinə tamamilə ziddir.

    Muxalifet - 9-08-2018

  6. ​Vatsap istifadəçilərinə BƏD XƏBƏR

    Feysbuk şirkətinin tərkibində olan Vatsapda yalan məlumatların yayılmasını qarşısını almaq üçün tədbirlər görüldüyü vaxtda yeni bir boşluq aşkarlanıb. Belə ki, hakerlər Vatsap istifadəçiləri adından dost siyahılarında olan insanlara mesaj göndərə bilər.
    Muxlifet.az xəbər verir ki, sosial şəbəkədəki bu boşluq istifadəçilərin narahatlığına səbəb olub.

    Muxalifet - 9-08-2018

  7. ​Ağdaş rayonunda silahlı insident – İdman müəllimini həmkəndlisi güllələdi

    Ağdaş rayonunda idman müəllimi öldürülüb.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.
    İlkin məlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb.
    Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir.
    Faktla bağlı araşdırmalara başlanılıb.
    Əlavə məlumat veriləcək.

    Muxalifet - 9-08-2018

  8. ​“Petkim”in xalis mənfəəti kəskin artıb

    Bu ilin aprel-iyun ayları ərzində əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in xalis mənfəəti ilin I rübünə nisbətən 183% artaraq 356 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.
    “Report” şirkətin məlumatına əsasən xəbər verir ki, II rübdə “Petkim”in xalis satışları əvvəlki rübə nisbətən 25% artaraq 2,3 mlrd. lirə olub.
    “Petkim”in II rübdə faiz, amortizasiya və vergidən öncəki mənfəəti 80% artaraq 439 mln. lirəyə çatıb. II rübdə “Petkim”in istehsal gücündən istifadə göstəricisi 96% olub.

    Muxalifet - 9-08-2018

  9. ​Balaxanıda ağır qəza: 2 nəfər öldü

    Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Kamran Muradovun idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi “Hyundai HD” markalı avtomobilə vurub.
    Xəstəxanaya yerləşdirilmiş hər iki sürücü orada ölüblər.
    Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 9-08-2018

  10. Yeni avtobuslar hansı istiqamətlər işləyəcək? - Agentlik AÇIQLADI

    Bakıda avtobus parkı yenilənəcək. Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən 300 ədəd avtobusun alınması üçün dövlət büdcəsindən 47 924 000 manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılıb.
    Alınacaq yeni avtobuslar hansı istiqamətlərdə istifadə ediləcək?

    Muxalifet - 9-08-2018

  11. ​Ruhanidən Şimali Koreyaya xəbərdarlıq: “ABŞ-a etibar etməyin”

    İran prezidenti Həsən Ruhani KXDR-in xarici işlər naziri Li Yon Ho ilə görüşdə bildirib ki, ABŞ etibar ediləsi tərəfdaş deyil.
    Virtualaz.org İRNA-ya istinadən xəbər verir ki, Ruhani bununla bağlı deyib: “Son illərdə ABŞ-ın hərəkətləri ona gətirib çıxarıb ki, Amerika administrasiyası dünyada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən etibarsız tərəfdaş kimi tanınır”.
    Qeyd olunduğuna görə, Li Yon Ho avqustun 7-də İrana rəsmi səfərə gəlib.

    Muxalifet - 9-08-2018

  12. Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"

    Paris Sorbon Universitetinin geosiyasət üzrə professoru, Fransa paytaxtının 5-ci rayonunun mer müavini Jak Soppelsan “Report”a müsahibə verib.
    Strateq.az həmin müsahibəni təqdim edir:
    – Siz “Azərbaycan Cənubi Qafqazın lider dövləti” adlı kitabın həmmüəllifisiniz. Bəs belə bir kitabın nəşri Fransa ictimaiyyəti tərəfindən necə qarşılandı?

    Muxalifet - 9-08-2018

  13. ​"Gün gələcək Ermənistanla münasibət quracağıq" - Faiq Ağayev

    “Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945 ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyaynın Xirosima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Nəticədə, "Bala" və "Gonbul" adlı nüvə bombaları bir anın içində yüz minlərcə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu”.

    Muxalifet - 9-08-2018

  14. "Dağlıq Qarabağda silahlı münaqişə baş verə bilər” - RUS EKSPERT

    “Bütövlükdə Cənubi Qafqazda vəziyyət olduqca gərgindir. Bu baxımdan, yaxın zamanlarda Dağlıq Qarabağda silahlı münaqişə baş verə bilər”.

    Muxalifet.az bildirir ki, bu barədə Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer “RTVI”yə müsahibəsində deyib.

    Onun fikrincə, Qarabağda alovlanacaq müharibə Gürcüstana də təsirsiz ötüşməyəcək. Çünki məhz Gürcüstan vasitəsilə Rusiya Ermənistanla quru əlaqəsi yaratmaq imkanına sahibdir.

    Muxalifet4 - 9-08-2018

  15. ABŞ-ın yeni sanksiyları Rusiyanı çökdürür - RUBL KƏSKİN UCUZLAŞDI...

    Birləşmiş Ştatların Moskvaya yeni sanksiya tətbiq ediləcəyini açıqlamasının ardınca rus rublu ucuzlaşıb, səhmlər düşməyə başlayıb.

    ABŞ yeni sanksiyaların Britaniyada rusiyalı keçmiş casus və qızının zəhərlənməsində Rusiyanın iddia olunan roluna görə qoyulacağını bildirir.

    Rusiya valyutası 3,1 faiz ucuzlaşıb, bir dollar 65,55 rubla bərabərləşib. Bu, 2016-cı ilin noyabrından ən aşağı məzənnədir. Rubl avqustun 9-da Asiya bazarlarında da üzüaşağı getməkdədir. Rusiyanın RTS fond indeksi dəyərinin 3 faizə qədərini itirib.

    Muxalifet4 - 9-08-2018

  16. Ağdaşda karate müəlliminin öldürülməsinin səbəbi bilindi – QAN DAVASI

    Muxalifet.az bildirir ki, Ağdaş rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub. Hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb. Belə ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub.

    Muxalifet4 - 9-08-2018

  17. Ermənini Azərbaycan haqqında yalanına görə ABŞ vətəndaşlığından məhrum etdilər

    Daha öncə bəzi klinikalar vasitəsilə dərman vasitələrinin qanunsuz satışında və maxinasiyalarda ittiham olunmuş ABŞ vətəndaşı olan erməniyə ABŞ vətəndaşlığının qeyri-qanuni alınması ittihamı irəli sürülüb.

    Berbank sakini, 44 yaşlı Armen Simonyan əvvəlcə girov müqabilində sərbəst buraxılsa da, avqustun 7-də yenidən həbs edilib. Virtualaz.org ABŞ Ədliyyə Nazirliyinin saytındakı bəyanata istinadən xəbər verir ki, Simonyan ABŞ-a oğurlanmış şəxsi məlumatlar və saxtalaşdırılmış pasportun köməyi ilə gəlib.

    Muxalifet4 - 9-08-2018

  18. Moldova prezidenti ABŞ-a “yox” dedi - İSTƏDİYİ ƏRAZİNİ ONA VERMƏDİ

    Moldova prezidenti İqor Dodon ölkənin keçmiş stadion ərazisini Amerika səfirliyinin yeni binasının tikilməsi üçün verməkdən imtina edib.

    Bu barədə İ.Dodon özünün “Facebook” səhifəsində bəyan edib.

    Muxalifet4 - 9-08-2018

  19. Müsəlman ermənilər Qarabağda yerləşdirilir - “ƏLİMİZDƏ VİDEOLAR VAR, TEZLİKLƏ YAYACAĞIQ...”

    Ermənistan müsəlmanlığı qəbul etmiş erməniləri-hemşinliləri Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirmək üçün fəaliyyətə başlayıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey açıqlayıb.

    Muxalifet4 - 9-08-2018

  20. ŞOK İDDİA: ​ABŞ Rusiya silahlarını kosmosdan məhv edəcək

    Pentaqon kosmosda raketdən müdafiə üçün sensor qatı yerləşdirmək istəyir.
    “Defense News” nəşri xəbər verir ki, bu yeni sistemlər Rusiyanın hipersəs raketləri və digər fantastik silahları əleyhinə effektiv olacaq.
    Nəşrin bu məlumatı Raketdən Müdafiə Agentliyinin direktoru general-leytenant Sem Qrivsin Alabama Ştatı Hantsvil şəhərində çıxışına istinadən yayılıb.
    Qrivsin sözlərinə görə, bu sistemlərin kosmosda yerləşdirilməsi vacib və əhəmiyyətli bir məsələdir.
    Burada əsas məsələ sensorlara qoyulan tələblər və onların əldə olunması prosesidir.

    Muxalifet4 - 9-08-2018

Pages