Axtarış
The search found 105849 results in 0.185 seconds.
Search results
İsraildən Rusiyaya xəbərdarlıq
İsrailli təqaüddə olan general Uzi Rubin, Rusiyanın Suriyaya S-300 hava müdafiə sistemləri sövq etməməsi şərtilə, İsrail və Rusiyanın müdafiə sistemləri sahəsində əməkdaşlıq edə biləcəyini söyləyib.
Müdafiə mövzusunda forumdakı çıxışında Rusiya və İsrail arasındakı əməkdaşlığı qiymətləndirən Rubin, "Bu, Rusiyadan asılıdır. Hazırda Rusiya və İsrail arasında dostcasına münasibətlər var. Rusiya İsrailin təhlükəsizlik problemlərinə haqlı olaraq böyük əhəmiyyət verir" deyib.Muxalifet3 - 9-08-2018
Rusiya və Çindən ABŞ-a İran jesti
ABŞ prezidenti Donald Trampın, İran ilə ticarət əlaqəsi olan ölkələri İrana tətbiq edəcəyi sanksiyalara dəstək olmaları barədə çağırışa, Çin və Rusiya etiraz edib. Çin və Rusiya, ABŞ-ın İran ilə olan ticarət münasibətləri əngəlləyəcək olan sanksiyaları pisləyərək, ABŞ-a dəstək verməyəcəklərini açıqlayıb.
Muxalifet3 - 9-08-2018
Ötən gün Azərbaycan yollarında 5 nəfər öldü, 12 nəfər yaralandı
Avqustun 8-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 20-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.Muxalifet - 9-08-2018
Qırılan elektrik naqili dəhəşətə SƏBƏB OLDU - Neftçalada İNANILMAZ HADİSƏ
Neftçala rayonunda qadını elektrik cərəyanı vurub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü yerli sakin Əzimova Aynurə İman qızı Şirvanlı kəndində qırılaraq yerə düşmüş elektrik naqili toxunub.
Nəticədə elektrik cərəyanı onu öldürüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 9-08-2018
Sərnişin daşıyıcıları qarşısında YENİ TƏLƏBLƏR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib.
Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, Tarif Şurasının məlum qərarından sonra DANX daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub:Muxalifet - 9-08-2018
Ad, soyad və ata adının dəyişdirilməsi QAYDALARI DƏYİŞDİ: bundan sonra...
Nazirlər Kabineti adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edib.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarda deyilir ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.Muxalifet - 9-08-2018
Cəbhədən son XƏBƏR
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.
Muxalifet - 9-08-2018
Eldar Əzizov Bakı meriyasında kimisə işdən çıxarmağa tələsmir
Xəbər verdiyimiz kimi bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirildi.
Eldar Əzizov Bakı meriyasının başçının müavini təyin edildi.
Hazırda BŞİH-nin başçısı postu boş olsa da, kadr islahatlarının nə vaxt aparılacağı məlum deyil.Muxalifet - 9-08-2018
ABŞ Türkiyəyə niyə “müharibə” elan etdi: CAVAB 2013-cü İLDƏ GİZLİDİR
ABŞ-Türkiyə böhranı bu günə aid bir məsələ deyil. Keşiş Brunson və ya sanksiya qərarı da elədir. Əslində bu gün yaşadığımız bir çox məsələnin kökü 2013-ə uzanır. Nə üçün? Qısaca xatırlayaq, 2013-də nələr olmuşdu.
Taha Dağlı / Haber7
BVF-yə BORCU 2013-də BAĞLAMIŞDIQ
Təqvimlər 14 may 2013-ü göstərəndə Türkiyə, Beynəlxalq Valyuta Fondu(BVF) ilə borc dəftərini bağlamışdı. 10 illik 23,5 milyard dollar məbləğində borcun son krediti olan 422,1 milyon dollar o gün ödənmişdi.Muxalifet3 - 9-08-2018
Adnan Oktarın məşhur simalara qarşı İNANILMAZ ƏMƏLLƏRİ: gizlicə izləyib...
Mütəşəkkil cinayətkar dəstəyə başçılıq etməkdə təqsirli bilinən “din xadimi” Adnan Oktar və müridlərinin fəaliyyətində bu dəfə siyasi detallar ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, Adnan Oktarın müridlərindən olduğu iddia edilən bir nəfərin Məsud Yılmaz, Maral Akşənər, Cəlal Adan və Məhəmməd Ağar kimi siyasətçilər haqqında bilgilər topladığı aşkarlanıb.Muxalifet - 9-08-2018
Ərdoğanın “hər şey düzələcək” sözünə baxmayaraq, LİRƏ UCUZLAŞIR
Türkiyənin nümayəndə heyətinin ABŞ-da danışıqlar aparmasına və Prezident Rəcəb Tayyib Ərdoğanın iş dünyasına “hər şey düzələcək” sözü verməsinə baxmayaraq Türk Lirəsi Dollar qarşısında dəyərdən düşür.
“Marja” xəbər verir ki, Bakı vaxtı ilə saat 11:10-da USD/TRY məzənnəsi 2,72% yüksələrək 5,4227 Türk Lirəsini görüb.
Dünən iş dünyası təmsilçilərini qəbul edən Prezident Ərdoğan, Türkiyə ilə ABŞ gərginliyi məsələsinə dair, “Ağlabatan müddət ərzində hər şey düzələcək. Bazarlar sakitləşəcək. Heç qorxmayın, hamısı keçəcək. Vətəndaş nəyin haradan gəldiyinin fərqindədirlər” deyib.Muxalifet - 9-08-2018
Sərkisyan 3 gündür ki, Azərbaycanda imiş - FOTO
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan Ermənistana qayıdıb.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyini bildirib. Onun artıq 3 gündür Xankəndində olduğu vurğulanıb.Muxalifet - 9-08-2018
ABŞ sanksiyaları Ermənistanı qorxuya saldı - Qarabağın işğaldan azad olunması üçün yeni tarixi fürsət...
ABŞ-ın İran və Rusiyaya qarşı sanksiyalarını genişləndirməsi təkcə bu iki ölkəni narahat etmir. Söhbət Tehran və Moskva ilə hərtərəfli əlaqələri olan ölkələrdən də getmir. Mövcud situasiyanı daha çox təşvişlə izləyən ölkələrdən bəlkə də birincisi öz mənfur siyasəti nəticəsində dalana dirənmiş işğalçı Ermənistandır.
Muxalifet4 - 9-08-2018
"Çudo Peçka”nın rəhbərinə 12 il həbs cəzası verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ç.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Ç.Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.Muxalifet - 9-08-2018
“MEDVEDEVƏ 3 DƏFƏ ZƏNG ETDİM, İKİSİNDƏ PUTİN GÖTÜRDÜ…” – Saakaşvili baş naziri yerdən-yerə vurdu
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın “Exo Moskvı” radiostansiyasına maraqlı açıqlamalar verib.
Muxalifet4 - 9-08-2018
GÜRCÜSTANDAKI NATO TƏLİMLƏRİ RUSİYADA QƏZƏB YARADIB:"Tiflis və İrəvanı cəzalandırmaq lazımdır" - TƏHLİL
Andrey Nikolayev
rosbalt.ru, 08.08.2018Rusiya NATO-nun Gürcüstanda keçirilən təlimlərində özü üçün təhlükə görür. Amma bu zaman özü Abxaziyada hərbi təlimlər keçirir. Kim kimdən daha çox qorxur və xoflanmaq üçün səbəblər varmı? Ermənistanın alyansın “tədbirinə” qatılması Moskvanı xüsusilə rahatsız edir.
Muxalifet - 9-08-2018
DİN-dən ƏMƏLİYYAT: çay fabrikindən çox sayda silah-sursat tapıldı
Astarada çay fabrikindən silah-sursat tapılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.
DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.Muxalifet - 9-08-2018
İsrail Fələstinə məxsus 140 obyekti bombaladı
İsrail ordusu Qəzza zolağında Fələstin silahlılarına aid 140 obyekti raket və artilleriya zərbələri ilə vurub.
Muxalifet.az AFP agentliyinə istinadən xəbər verir ki, Qəzza zolağına endirilmiş zərbələr nəticəsində biri hamilə qadın, biri uşaq olmaqla üç nəfər həyatını itirib.
İsrail tərəfi bu zərbələrin son 12 saat ərzində İsrail ərazisinə endirilmiş 150 raket zərbəsinə cavab olduğunu bildirib. İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikusun bildirdiyinə görə, bu raketlərdən cəmi 25-i “dəmir qübbə” raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.Muxalifet - 9-08-2018
“Lotu Quli”nin adamı Qazaxıstanda tutuldu- Azərbaycanlı biznesmenlərdən “haqq” alırmış
Qazaxıstanda Azərbaycan vətəndaşı Əliyev Orxan Qulu oğlu saxlanılıb.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, kriminal aləmin nümayəndəsi olan Azərbaycan vətəndaşı ölkədə qanunsuz cinayətkar qrup yaratmağı planlaşdırıb.
Onun Nadir Səlifovun (Lotu Quli) adamı olduğu bildirilir. Orxan Əliyev iyulun 5-də Qazaxıstana gələrk qısa müddətdə ölkədəki bütün azərbaycanlı biznesmenləri toplayaraq onlardan xərac almağa başladığı xəbər verilir.
Hazırda ona qarşı cinayət işi açılıb.Muxalifet - 9-08-2018
“Qarabağda müharibə başlaya bilər” – Rusiyalı hərbi ekspert
Cənubi Qafqazda vəziyyət çox mürəkkəbdir və yaxın gələcəkdə Qarabağda silahlı qarşıdurma baş verə bilər.
Bu iddia ilə rusiyalı hərbi ekspert Pavel Felqenhauer çıxış edib.
“Bu münaqişənin Gürcüstana təsir edəcəyi qaçılmazdır. Çünki Gürcüstan Rusiyanın quru yolla Ermənistana ünsiyyət qura biləcəyi yeganə ölkədir”, - deyə ekspert qeyd edib.
Pavel Felqenhauer Rusiyanın Ermənistanla münasibətlərinin gərgin olduğuna da diqqət çəkib:Muxalifet - 9-08-2018