Axtarış

The search found 105849 results in 0.178 seconds.

Search results

  1. Türkiyədə Amerikaya qarşı çıxan şəxsə 35 il 8 ay həbs verildi

    Bu ilin 23 fevralında Türkiyənin Sakarya şəhərində dil kurslarından birində silahlı şəxsin 7 nəfəri girov götürməsi ilə bağlı aparılan istintaq işi yekunlaşıb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, "Rədd olsun, Amerika imperializmi!" deyərək kurs rəhbərlərini girov götürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    O, 35 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib.

    Muxalifet4 - 9-08-2018

  2. ABŞ Türkiyə ilə razılaşmadı: YENİ SANKSİYALAR TƏTBİQ OLUNACAQ?

    ABŞ ilə Türkiyə arasında yaranan siyasi-diplomatik böhrandan sonra Ankaranın Vaşinqtona göndərdiyi 9 nəfərlik diplomatik heyət ölkəsinə əliboş dönəcək.

    Yerli KİV-lər bildirir ki, ABŞ-ın Xarici İşlər və Maliyyə nazirlikləri nümayəndələrinin Türkiyə heyəti ilə görüşlərində müsbət nəticə alınmayıb.

    Muxalifet4 - 9-08-2018

  3. Kanoedə üzən 18 turist itkin düşdü

    Fransanın cənubunda yerləşən Qar departamentində kanoe ilə üzən 18 turist itkin düşüb.

    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda BFMTV telekanalı bildirib.

    Telekanalın məlumatına görə, turistlər Ardeş çayı üzrə üzürmüş. Onların axtarışlarına təxminən 100 jandarma cəlb edilib. Əməliyyat ərazisinin üstündə üç helikopter patrul keşiyi çəkir.

    Məlumata görə, gecə yağan güclü yağışlar regionda subasmaya səbəb olub.

    Muxalifet4 - 9-08-2018

  4. Avtobusun bombalanması nəticəsində ölənlərin sayı 50-yə çatdı

    Yəmənin şimal-qərbində yerləşən Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 77 nəfər yaralanıb.

    “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç komitəsinin tvitter hesabında yerləşdirilən bəyanatında bildirilir.

    Daha əvvəl yaşı 15-ə qədər olan ən azı 29 uşağın həlak olduğu, 30 uşağın isə yaralandığı bildirilirdi.

    Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının bəyanatına istinadən “Al-Arabia” telekanalı bildirib ki, raket koalisiyaya aid idi(publika.az).

    Muxalifet4 - 9-08-2018

  5. ​Qadın məhkəməyə verdiyi qonşusu tərəfindən döyüldü

    Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb.
     
    "Report"un məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
     
    Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Pərvanə Hüseyn qızı Dadaşova onunla qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən P.Dadaşovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
     
    Məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və P.Dadaşovanın məhkəməyə müraciət etməsi olub.
     

    Muxalifet4 - 9-08-2018

  6. ​Ramil Quliyev Avropa çempionu oldu – YENİ REKORD

    Avropa Atletizm Çempionatında 200 metr məsafəyə qaçışda Türkiyə millisinin atleti Ramil Quliyev birinci yerə çıxaraq qızıl medala layiq görülüb.
    Muxalifet.az xəbər verir ki, Quliyev bu məsafəni 19,76 saniyəyə qət edərək çempionatın rekordunu qırıb.
    2017-ci ildə Londonda keçirilən dünya çempionatında qızıl medal qazanan atlet karyerasında ilk Avropa çempionluğunu rekord qıraraq əldə etdi.

    Muxalifet4 - 9-08-2018

  7. ​Dünya Eynşteyni geridə qoyan bu qızdan danışır - FOTOLAR

    İngiltərənin ən ağıllı uşağı adlandırılan 3 yaşlı Ofeliya Morqan-Dyu dünya gündəmini zəbt edib.
    "Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ofeliyanın İQ səviyyəsi Albert Eynşteyn və Stefan Houkinq kimi alimlərin zəkasından 11 bal yüksəkdir.
    İQ-sü 171 olan balaca qızın yüksək zəkasını görən anası Nataliya onu mütəxəssislərin yanına aparıb.
    Məlum olub ki, Ofeliya təkcə ağıllı uşaq deyil, eyni zamanda iti yaddaşa malikdir.
    Belə ki o, 1 yaşından əvvəl bütün yaşadıqlarını xatırlaya bilir.

    Muxalifet4 - 9-08-2018

  8. Heydərov haqqında ŞOK ARAŞDIRMA - Britaniyalı deputatların Azərbaycana səfərlərini kim maliyyələşdirir?

    Beynəlxalq Şəffaflıq təşkilatı "Kimin Marağında" adlı hesabatında Azərbaycan, Rusiya və Bəhreyni "korrupsiyalaşmış və repressiv rejimlər" adlandıraraq, Britaniyalı deputatların köməyilə legitimlik qazandığını iddia edib. Beynəlxalq Şəffaflıq (Transparency International) təşkilatının Britaniya bölməsinin hazırladığı hesabatda, Azərbaycan dövləti və ona bağlı olan təşkilatların, Britaniyalı deputatların Azərbaycana səfərlərini maliyyləşdirməsinə diqqət çəkilir.

    Muxalifet4 - 10-08-2018

  9. ​Bakıda restoranda silahlı insident: ölən var

    Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
    Report xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
    Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Qoşunların əməkdaşları cəlb olunub.
    Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

    Muxalifet - 10-08-2018

  10. ​Türkiyə ilə Suriya barışır? - Zaxarovadan SENSASİYALI AÇIQLAMA

    Suriya ilə Türkiyə arasında əlaqələrin normallaşması üçün müzakirələr aparılır.
    Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova söyləyib.
    Zaxarova Moskvanın Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması üçün addımlar atdığını, bu məqsədlə hərbi rəsmilər və diplomatlar arasındakı danışıqlardan istifadə edildiyini bildirib:

    Muxalifet - 10-08-2018

  11. ​Ərdoğan Ramil Quliyevi təbrik etdi

    Xəbər verdiyimiz kimi, Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Türkiyə adından çıxış edən azərbaycanlı idmançı Ramil Quliyev 200 metrə qaçışda qitənin ən güclüsü olub.
    Bu qələbə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın diqqət mərkəzindən qaçmayıb. O, telefonla Ramilə zəng edərək onu təbrik edib.
    Qeyd edək ki, Ramil Quliyev 19,76 nəticəsi ilə Avropa çempionatının və Türkiyənin rekordunu qırıb. (oxu.az)

    Muxalifet - 10-08-2018

  12. İstanbul aeroportunda iki sərnişin təyyarəsinin toqquşma anı - VİDEO

    İstanbulun Atatürk adına beynəlxalq hava limanında Mərakeşin "Royal Air Maroc" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə "Turkish Airlines"ın layneri toqquşub.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Hurriyet" məlumat yayıb.
    Hadisə beynəlxalq terminal yaxınlığındakı təyyarə dayanacağı zonasında baş verib. Mərakeş layneri öz çıxışına doğru hərəkət edərkən, məlum olmayan səbəblərdən qanadı ilə "Turkish Airlines"a məxsus təyyarənin gövdəsinin arxa hissəsinə toxunub. Türkiyə təyyarəsi çıxış yaxınlığında dayanıb və Ciddəyə (Səudiyyə Ərəbistanı) uçmağa hazırlaşırmış.

    Muxalifet - 10-08-2018

  13. ​Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq

    Ermənistanda hökumətin iclas zalı yenidən jurnalistlərin üzünə bağlanacaq.
    “Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu avqustun 9-da Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.
    O, hökumətin bu məsələdə əvvəlki rejimə qayıtmasını təhlükəsizliklə əlaqələndirib, jurnalistlərdən müsahibəni başqa yerlərdə götürməyi xahiş edib.

    Muxalifet - 10-08-2018

  14. ​Əhmədinejad Ruhanini istefaya çağırdı:"Vəzifədə qalmağınız həm ölkənin, həm də sizin ziyanınıza olacaq"

    İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hazırkı həmkarı Həsən Ruhanini istefaya çağırıb.
    Eks-prezident sosial şəbəkədə yayımladığı videoda iqtisadi böhranın səbəbkarı kimi Ruhanini göstərib:
    “Ruhani anbarların və xəzinənin boş, hökumətin isə borcu olduğunu söylədi. 5 il keçib. Xalqın seçkilərdəki səsinə hörmətim səbəbindən səssiz qaldım. Ölkəmizin bizdən daha önəmli olduğunu göz önünə gətirərək heç nə söyləmədim. Ancaq ölkənin iqtisadiyyatı dağılmaq üzrədir. Xalqın inamı sıfıra bərabərdir. Davamlı olaraq düzgün olmayan sözlər danışır. Xalq bundan narazıdır.

    Muxalifet - 10-08-2018

  15. ​Qızına 2 milyon dollarlıq toy edən hakim bəraət aldı – Toya dəvət olunan “ulduzlar” pulsuz çıxış ediblərmiş…

    “AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, uzun müddətdir medianın gündəmindən düşməyən hakim Yelena Xaxaleva ilə bağlı istintaq araşdırmalarına son qoyulub.
    Hər şey ondan başlayıb ki, ötən ilin iyununda Krasnodar Şəhər Məhkəməsinin hakimi olan E.Xaxalevanın qızının toyundan çəkilən kadrlar mətbuatda yayımlanıb. Həmin kadrlarda toyun olduqca möhtəşəm və təmtəraqlı keçdiyi görünür. O vaxt Rusiya mətbuatında bu məclisin ən azı 2 milyon dollara başa gəldiyi iddia edilirdi.

    Muxalifet - 10-08-2018

  16. HƏMAS İsraillə razılaşdı

    İsraillə HƏMAS arasında 24 saat davam edən şiddətli qarşıdurmadan sonra atəşkəs barədə razılıq əldə edilib. Muxalifet.az xəbər verir ki, razılığa əsasən, HƏMAS raket hücumu etməyəcəyi təqdirdə, İsrail Qəzza zolağında əməliyyatları dayandıracaq.
    İki tərəf arasında atəşkəsin Misirin vasitəçiliyi ilə əldə edildiyi bildirilib.
    Qeyd edək ki, ötən gün İsrailə 36 raket atılıb. İsrail isə Qəzza bölgəsini bombardmana məruz qoyub.

    Muxalifet - 10-08-2018

  17. ​Avroliqa matçında insident: Hakimin başını yardılar - Video

    Avstriyada "Şturm" və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.
    Sportnet.az-ın məlumatına görə, 78-ci dəqiqədə yan xətt hakiminin başına tribunadan atılan şüşə qab dəyib. Nəticədə yerə sərilən laynsmanın başından qan açılıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.
    "Şturm"un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. Habelə, insidentin səbəbkarının saxlanıldığı açıqlanıb.

    Muxalifet - 10-08-2018

  18. Türkiyədən 2 ABŞ nazirinə məhdudiyyətlər

    Keşiş Endryu Kreyq Brunson böhranından sonra ABŞ ədliyyə naziri Cef Sessions ilə daxili təhlükəsizlik naziri Kirsjten M. Nielsene sanksiya qərarı tətbiq edən Türkiyə atılacaq addımları müəyyənləşdirdi.
     
    Türkiyənin Xarici İşlər Nazirliyi, Türkiyə İxracatçılar Məclisi vasitəsilə bütün şirkət və iş adamlarına Türkiyənin sanksiyalarını xatırladıb. ABŞ Xəzinə Nazirliyinin 1 avqustda Türkiyədə məhkəmə prosesi davam edən Brunsonu əsas göstərərək, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gül haqqında sanksiya qərarı aldığına diqqət çəkilib.

    Muxalifet3 - 10-08-2018

  19. ABŞ-dan Türkiyəyə danışıqlar masasında şantaj

    Türkiyənin xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərliyi ilə Vaşinqtona gedən nümayəndə heyəti, ABŞ Xarici İşlər Nazirliyində təxminən 50 dəqiqə, Xəzinə Nazirliyində isə 1,5 saat davam edən danışıqlar aparıb. Diplomatik yollardan həll əvəzinə böhranı daha da gərginləşdirmək yolunu seçən ABŞ-ın mövqeyi səbəbindən görüşlərdən nəticə almayan Türk nümayəndə heyəti dünən Ankaraya qayıdıb. Danışıqlar nəticəsində, keşiş Brunsonu bəhanə edən ABŞ-ın əsl dərdinin Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğu ortaya çıxıb.

    Muxalifet3 - 10-08-2018

  20. Netanyahu üçün “QƏZZA” KABUSU

    İsrailli jurnalist Anshel Pfeffer, “Haaretz” qəzeti üçün qələmə aldığı son məqalədə, blokada altında olan Fələstinin Qəzza bölgəsinin İsrail baş naziri Binyamin Netanyahunun kabusuna çevrildiyini bildirib.
     
    Netanyahunun mübahisəli “Yəhudi milli dövlət aktı”nın İsrail məclisində keçən ay qəbul edilməsindən sonra qeyri rəsmi olaraq seçki kampaniyasına başladığını bildirən Pfeffer, Qəzzada zaman zaman yüksələn təzyiqin, bu günlərdəki gərginliyin seçki kampaniyasını kölgə saldığını və bu vəziyyətin ciddi olaraq baş nazirə zərər verdiyini yazıb.

    Muxalifet3 - 10-08-2018

Pages