Axtarış
The search found 105849 results in 0.212 seconds.
Search results
Melanie Trampın valideynləri ABŞ vətəndaşı oldu
ABŞ prezidenti Donald Trampın xanımı Melanie Trampın anası və atası ABŞ vətəndaşlığına keçib.
Melanianın valideynləri Viktor və Amalija Knavs, Nyu-Yorkda aparılan vətəndaşlıq mərasimində and içərək, Amerika vətəndaşlığına keçib.
Tramptan 2 yaş böyük 74 yaşlı ata Viktor, Amerikaya gəlməzdən əvvəl Sloveniyada avtomobil qalereyasında, ana Amalijnin də tekstil fabrikində çalışdığı qeyd olunub.
Hazırda təqaüddə olduğu bildirilən Knavs ailəsi, Amerikada "Yaşıl Kart" kimi bilinən daimi oturum izni ilə yaşayırdı.Muxalifet3 - 10-08-2018
Gəncədə 16 yaşlı qız yoxa çıxdı
Gəncədə itkin düşən qız yaxınları tərəfindən axtarılır.
DİN-in Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimova avqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, uzun qara saçlara malik, gözlərinin rəngi qara.
Rəsmiyyə Kərimova evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.Muxalifet - 10-08-2018
İbadi ABŞ sanksiyalarına uyacağını demişdi: İRAQ XİN ƏKSİNİ SÖYLƏDİ
İraqın baş naziri Heydər əl-ibadi, ABŞ-ın İrana sanksiyaları ilə məşğul olmayacaqlarını, ancaq buna tabe olacaqlarını açıqlamışdı.
İbadinin bu açıqlamasına İrana yaxın Şiə qruplardan da sərt reaksiya gəldi.
Seçkidə ikinci yeri tutan “Fəth” Koalisiyasının sözçüsü Əhməd el-Əsədi, "Baş nazirin sanksiyayla bağlı sözlərinin altından qırmızı xətt qoyuruq. İbadi, siyasi nailiyyətlər əldə etmək üçün ABŞ-dan istifadə etmək həvəsindədir" deyib.Muxalifet3 - 10-08-2018
Azərbaycanda yoluxucu xəstəlik təhlükəsi – Sərhəddə dezinfeksiya aparılır
Bu il ölkədə 2442699 baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvənd olunub.
Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.Muxalifet - 10-08-2018
Bakıda tramvaylar bərpa edilə bilər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:
“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.
Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək. (modern.az)Muxalifet - 10-08-2018
Qəbiristanlıqlarla bağlı sənəd HAZIRLANDI - məzar yerləri pulsuz olacaq
“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”.
Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.Muxalifet - 10-08-2018
Qızı məşhur müğənniyə dənizdə ƏSL ŞOK YAŞATDI - ANBAAN VİDEO
Rusiyalı müğənni Timatinin qızı Alisa atasının telefonunu əlindən alaraq dənizə atıb.
Muxalifet.az xəbər verir ki, ifaçı yaxtada baş verən qeyri-adi hadisəni instaqramda paylaşıb. Qızının hərəkətindən təəccüblənən reper əsl şok yaşayıb.
Yaxtada səfərdə olan Timati telefonda kiminləsə danışarkən bildirib ki, yaxın vaxtlarda Moskvaya qayıtmaq fikri yoxdur. Bu zaman qızı atasından təkidlə xahiş edib ki, onu üzməyə aparsın. Daha sonra isə reperin əlindən bahalı telefonu alaraq dənizə atıb.Muxalifet - 10-08-2018
Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub
Bu günlərdə ölkə daxilində girişi bloklanan “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına da qadağa qoyulub. “AzPolitika.info”nun məlumatına görə, bu barədə P.Həşimli özü “Facebook”da məlumat verib.
“Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandi. İstintaqa çəkildim. İltizama imza atdığımdan detalları demirım. Bildirirəm ki, qarşıma qoyulan 10 yazinin 5-i Baş Prokurorluga istinadən gedən yazilar idi, qalanları da təkzibi mümkün olmayan xəbərlərdir.Muxalifet - 10-08-2018
“Taliban” Qəzni şəhəri istiqamətində hücuma keçib"
“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni şəhəri istiqamətində hücuma başlayıb.
TOLO News telekanalının yaydığı məlumata görə, taliblərin bəyanatında onların bir neçə istiqamətdən eyni adlı vilayətin administrativ mərkəzinə daxil olmağa çalışdığı bildirilir.Muxalifet - 10-08-2018
ABŞ-a xəbərdarlıq: “Əli-qolu bağlı qalmayacağıq”
İraq XİN ABŞ-ın İrana sanksiyalarını rədd elədi
Muxalifet - 10-08-2018
"BakuBus" işçi axtarır
"BakuBus" MMC tərəfindən sürücü vəzifəsinə işə qəbul elan olunub.
Qurumun mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, iş üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər.
İşə qəbul olmaq istəyənlər ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng edə bilər.Muxalifet - 10-08-2018
Rusiyada dolların məzənnəsi 2 illik rekordu yeniləyib
Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı il avqustun 3-dən bəri ilk dəfə 67 rublu keçib.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Moskva Banklararası Valyuta Birjasında Amerika valyutasının qiyməti gün ərzində 0,44 rubl və yaxud 0,66% artaraq 67,09 rubla çatıb.
Əvəzində qonşu ölkədə avro ucuzlaşıb. Belə ki, Avropanın vahid valyutasının məzənnəsi 0,2 rubl və yaxud 0,26% azalaraq 76,74 rubla düşüb.Muxalifet - 10-08-2018
İsrailli qadın nazirdən şok təklif: “SUİ-QƏSD TÖRƏDƏK”
İsrailin mədəniyyət və idman naziri Miri Regev, qalmaqal sözlərlə dolu açıqlama verib. Ölkəsinin mülki əhalini bombalamasına səsini belə çıxarmayan İsrailli nazir, “Həmas” liderlərinə sui-qəsd həyata keçirilməsi çağırışı edib.
İsraildə nəşr edilən ən mühüm qəzetlərdən “Jerusalem Post”-da yer alan xəbərə görə Regev, “Həmas” liderlərinin öldürülməsini nəzərdə tutaraq, "Əgər uşaqlarımız qorxu içində yaşayırsa, Həmas liderləri də bu şəkildə yaşamalıdır. Sui-qəsd siyasətinə geri qayıtmalıyıq və onları hədəfə almalıyıq", - deyib.Muxalifet3 - 10-08-2018
“Bəlkə silahı Ermənistana kreditlə yox, nəğd pula sataq?...”
Rusiyada hakimiyyətə yaxın “Nezavisimaya qazeta”nın bu günkü redaksiya məqaləsində Ermənistana güzəştli kreditlə silah satışından və əvəzində İrəvanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərindən bəhs edilir. Virtualaz.org xəbər verir ki, məqalədə silahların Ermənistana daha kreditlə yox, nəğd pula təklif edilə biləcəyinə eyham vurulur.
Muxalifet - 10-08-2018
İRANDA ŞOK: azyaşlı azərbaycanlılar həbs edildi
Güney Azərbaycanın Savalan dağında onlarla azərbaycanlı milli-mədəni fəal İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvləri tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, SEPAH-ın təhlükəsizlik bölümü əməkdaşları tərəfindən tutulan fəallar naməlum istiqamətə aparılıb, onların harada saxlandığı məlum deyil.
Saxlanılanlardan bir neçəsinin - Cavad Şokri (Duman), Məhəmməd və Rəsul Qövmzadə, 9 yaşlı Elman və bacısı Aysuda, Əhməd Nəsiri və iki azyaşlı qızı, Aydın Zakiri, Tohid Əmir Əmini və b. kimliyi müəyyən edilib.Muxalifet - 10-08-2018
Almanlardan Türkiyə ilə bağlı qalmaqal manşet!
Keşiş Brunsonun azad edilməsi üçün hər cür sanksiya və əlindəki bütün “kozırları” istifadə edən ABŞ, "Keşişi verin, hər şey normala dönsün” mesajını verməyə davam edir.
ALMANLAR BU VƏZİYYƏTDƏN İSTİFADƏ ETMƏYƏ ÇALIŞIR
Muxalifet3 - 10-08-2018
Ruhani Paşinyanı İrana dəvət edib
Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər edəcək.
Muxalifet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Facebook” səhifəsində yazıb.
Onun yazdığına görə, avqustun 9-da Nikol Paşinyan İslam Respublikasının Ermənistandakı səfiri Seyid Kazem Səccadini qəbul edib.
Görüş zaman tərəflər iki ölkə arasındakı münasibətin çox yüksək səviyyədə oldğunu vurğulayıb.
“Bu münasibət Ermənistan, yaxud İran üçün çətin dövrlərdə heç vaxt pozulmayıb və ya problem yaranmayıb”, – A.Qriqoryan yazıb.Muxalifet - 10-08-2018
Əvvəl güllələdilər, sonra asdılar - EDAMIN FOTOSU
Yəmənin paytaxtı Sənada 10 yaşlı Mosad əl Motanı vəhşicəsinə zorlayandan sonra qətlə yetirən 3 şəxs edam olunub.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, onlar əvvəlcə güllələniblər, sonra da asılıblar.
Üç pedofil şəhərin mərkəzi meydanına çıxarılmışdılar. Hakim onların cinayəti barədə məlumat verib, məhkəmənin hökmünü açıqlayıb.
Hərbçilər 3 cinayətkarı yerə, üzü üstə uzadıblar.
Muxalifet4 - 10-08-2018
Medvedyevdən ABŞ-a cavab: “BU MÜHARİBƏ ELANIDIR”
Rusiyanın baş naziri Medvedev ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiya ilə bağlı etdi açıqlamada, "Buna iqtisadi, siyasi və lazım olduğu təqdirdə digər metodlarla təpki göstərmək lazımdır. Bizim Amerikalı dostlarımız bunu anlamaq məcburiyyətindədirlər" deyərək, dolayısı ilə Vaşinqtonu təhdid edib.
Medvedev, sanksiyaların valyuta məzənnəsi də daxil olmaqla, ölkənin iqtisadiyyatını təsir etdiyini bildirib.Muxalifet3 - 10-08-2018
ABŞ-ın 3 ölkədən ibarət "şok qrup"u: Azərbaycan, Gürcüstan və...
NATO blokunun hərbi qaydalarına əsasən, bir ölkənin ərazi mübahisələri varsa, təşkilatın üzvlüyünə iddia edə bilməz. Ancaq bu maneə Gürcüstan və NATO arasında ikitərəfli əlaqələrin qurulması yolu ilə əvəz edilə bilər.
Bunu Rusiyanın Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi, politoloq Vladimir Karyakin deyib.
Onun sözlərinə görə, amerikalılar Qafqazda “Şok qrupu” yaratmaq üçün Gürcüstanın NATO-ya daxil olmasını arzulayırlar.
O, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu format yaratmaq niyyətində olduğunu iddia edib:Muxalifet - 10-08-2018