Axtarış

The search found 105849 results in 0.13 seconds.

Search results

  1. Bakı sakini qardaşı arvadını bıcaqlayaraq öldürdü

    Bakıda qətl hadisəsi baş verib.
    Trend-in məlumatına görə, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.
    Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.
    Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
    Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

    Muxalifet - 9-08-2018

  2. RUSİYADAN ŞOK AÇIQLAMA: Gürcüstan Abxaziya və Cənubi Osetiyanı itirir

    Gürcüstan NATO-ya Abxaziya və Cənubi Osetiyasız daxil olacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib:
    “Gürcüstan NATO-ya üzv olacağı halda, Abxaziya və Cənubi Osetiya ətrafında yaranmış münaqişə bağlanılacaq. Yəni, Gürcüstan bu iki bölgə istisna olmaqla, mövcud sərhədlər daxilində NATO-ya qoşulacaq”.

    Muxalifet - 9-08-2018

  3. ​Afaq Aslan qiymətini AÇIQLADI – Yarım saatı 2000 manata…

    Müğənni Afaq Aslan toy qiymətini açıqlayıb.
    Unikal.org-a açıqlama verən müğənni hər toya getmədiyini bildirib. O, qeyd edib ki, getdiyi toylar arasında seçim edir:
    “Hər toya getmirəm. Ümumiyyətlə, tam toy idarə etmirəm. Toyun müəyyən bir hissəsində iştirak edirəm. Adətən məclisdə yarım saat iştirak edirəm. Toya yarım saata 2000 manata gedirəm. Rayon və ya bölgələrdə keçirilən toylarda iştirak etmirəm.”

    Muxalifet4 - 9-08-2018

  4. Dolların sabaha olan MƏZƏNNƏSİ

    Avqustun 10-na manatın məzənnəsi açıqlanıb.
    Muxalifet.az-a Mərkəzi Bankdan verilən məlumata görə, 10.08.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il avqustun 9-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 9-08-2018

  5. ​Daxili İşlər Nazirliyi:"Əkin sahəsi və meşələrdə yanğın törədən 15 nəfər həbs olunub"

    Respublika ərazisindəki əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə polis orqanları, eləcə də digər aidiyyəti dövlət qurumları tərəfindən bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermerlər və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb. Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.

    Muxalifet - 9-08-2018

  6. ​Natiq Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev Natiq Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncamla Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Natiq Kamal oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

    Muxalifet - 9-08-2018

  7. İlham Əliyevdən əhalinin sosial müdafiəsi ilə bağlı MÜHÜM SƏRƏNCAM - 2 milyon manat ayrıldı

    Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Muxalifet - 9-08-2018

  8. ​Yeni Təşkilat Komitəsi yaradıldı - Əbülfəz Qarayev sədr oldu

    Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 

    Muxalifet - 9-08-2018

  9. Köməkçiləri Trampın söhbətlərini gizli şəkildə qeydə aldılar

    ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omaros Maniqol-Nyuman Trampın söhbətlərini gizlin şəkildə qeydə alıb.

    Muxalifet4 - 9-08-2018

  10. "Pambıq zəhərlənmələri" ilə bağlı bir neçə vəzifəli şəxs həbs olundu

    Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti cari ilin iyun ayında respubilkanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi barədə məlumat yayıb.

    Muxalifet4 - 9-08-2018

  11. Türkiyə təcili bunun qarşısını almalıdır - "Fitç"

    Türkiyədəki prosesləri yaxından izləyirik, lirənin sürətlə uculaşmasının qarşısı alınmalıdır.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq reytinq agentliyi "Fitç"in analitiki Pol Qambl deyib.

    Ötən ay Türkiyənin kredit reytinqini "BB+"dan BB səviyyəsinə endirən faiz dərəcələrinin mənfi olduğunu bildirən Qambl Türkiyənin gedişata təcili təsir etməli olduğunu söyləyib.

    Muxalifet4 - 9-08-2018

  12. Gürcüstandan Rusiyaya sərt xəbərdarlıq: QÜVVƏLƏRİNİZİ GERİ ÇƏKİN!

    “Separatçıları dəstəklədiyiniz üçün on minlərlə vətəndaşımız öz ölkəsində qaçqına çevrilib”

    Gürcüstanın baş naziri Mamuka Baxtadze Gürcüstan ilə Rusiya arasındaki münasibətlərin normallaşdırılması üçün Gürcüstan torpaqlarında qanunsuz hərbi fəaliyyət göstərən rus hərbi birliklərinin geri çəkilməsinin lazım olduğunu bildirib.

    Muxalifet4 - 9-08-2018

  13. ​Bakıda güclü külək fəsadlar törədib - VİDEO

    Bakıda güclü külək bir sıra fəsadlar törədib. “Report”un məlumatına görə, paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilin üzərinə, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb. Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub. Birliyin şöbə rəisi Orxan Məmmədov "Report"a bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.

    Muxalifet4 - 9-08-2018

  14. Azərbaycanda “DOST” mərkəzləri yaradılır - SƏRƏNCAM

    Prezident İlham Əliyev N.K.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Natiq Kamal oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

    İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

    Muxalifet4 - 9-08-2018

  15. “QARA QİTƏ”DƏ BAŞ VERMİŞ QARANLIQ HADİSƏLƏR: Müəmmalı Martini Orxan Camalın qrupuna kimin calaşdırdığı üzə çıxdı

    Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş 3 Rusiya jurnalistini, o cümlədən azərbaycanlı Orxan Camalı özünü “Martin” kimi tanıtmış müəmmalı koordinatorla calaşdıran “Vagnerin ordusu” nun sponsoruna bağlı agentliyin Suriya müxbiri olub. virtualaz.org xəbər verir ki, bu haqda “Meduza” yazır.

    Muxalifet4 - 9-08-2018

  16. ​Evini 55 milyona satıb, küçələrdə yatır - FOTO

    ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtindəki "Bowery" küəəsinə əvvəllər "Skid Row" deyirdilər.
    Səbəb bu küçədə evsiz-eşiksiz, yoxsul adamların, kriminala meylli şəxslərin çoxc olması idi.
    Milli.Az Daily Mail-ə istinadən bildirir ki,  dünyanın ən məşhur fotoqraflarından birii  Cey Meyzel bu küçədə doğulub, bu küçədə böyüyüb.
    O, "190 Bowery" ünvanda 1966-2015-ci illərdə yaşadığı 72 otaqlı binanı 55 milyon dollara sataraq Bruklinə köçmüşdü.

    Muxalifet4 - 9-08-2018

  17. Hərbi gəmilərimiz bu hədəfləri MƏHV ETDİ - VİDEO

    “Dəniz kuboku-2018” müsabiqəsinin son mərhələsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet4 - 9-08-2018

  18. Şampun qabına kamera yerləşdirib qadınları çəkdi - 210 gizli görüntü

    Yeni Zelandiyada bir kişi şampun qabına yerləşdirdiyi gizli kameralar vasitəsilə 34 qadının hamamda çılpaq görüntülərini əldə edərək porno saytlara satıb.

    Teleqraf.com xəbər verir ki, polis 2017-2018-ci illərdə çəkilmiş 210 gizli görüntüləri əldə edib.

    Muxalifet4 - 9-08-2018

  19. Uşaqları daşıyan avtobusa hücum - 39 ölü, 51 yaralı

    Yəmənin şimalındakı Sada rayonunda uşaqları daşıyan avtobusa silahlı hücum olub.
    Muxalifet.az xəbər verir ki, nəticədə əksəriyyəti azyaşlı olmaqla 39 nəfər ölüb, 51 nəfər yaralanıb.
    Hücum Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən təşkil olunub.

    Muxalifet4 - 9-08-2018

  20. Bakıda 21 günün gəlini yoxa çıxdı - VİDEO

    Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova evdən yoxa çıxıb. Evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi isə məlum deyil.

    Muxalifet4 - 9-08-2018

Pages