Axtarış
The search found 105849 results in 0.146 seconds.
Search results
ALİMLƏRDƏN ŞOK İCAD: Qocalma əleyhinə preparat hazırlandı
Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrinin laboratoriya sınağını keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar.
Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən “yaşlı” hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər.Muxalifet4 - 8-08-2018
“Məsələni öz aranızda həll edin” – ERMƏNİLƏRƏ CAVAB
Yeni Zelandiyada yaşayan ermənilər bu ölkənin Baş naziri Jasind Ardernə müraciət edərək qondarma “soyqırım”la bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Yeni Zelandiyada fəaliyyət göstərən Erməni Milli Komitəsi bununla bağlı xanım baş nazirə yazılı müraciət ünvanlayıb.
Hökumət başçısı hələlik ermənilərin müraciətinə cavab verməyib.Muxalifet4 - 8-08-2018
Azərbaycan artilleriyaçıları üçüncü oldu - FOTO/VİDEO
“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.
Qaliblərin təltif olunması mərasiminin sabah keçiriləcəyi nəzərdə tutulub.
Muxalifet4 - 8-08-2018
“Biz böyük Qırmızı dalğanı alacağıq!” – İRAN VƏ ÇİN TRAMPIN HƏDƏFİNDƏ
ABŞ prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilərində respublikaçıların qələbəsini təmin olunmasında kömək etmək üçün vaxt tapacağına söz verib.
Bu haqda Tramp tvitter hesabında yazıb.
“Əgər mən Çin, İran və iqtisadi mövzular arasında vaxt tapsam, biz böyük Qırmızı dalğanı alacağıq!”, - prezident qeyd edib.
Qırmızı respublikaçıları, göy isə demokratları dəstəkləyən ənənəvi ştatların rəngi hesab edilir. Prezident əmindir ki, onun dəstəyi Konqresdə respublikaçıların qələbəsini təmin edəcək.Muxalifet4 - 8-08-2018
Əvvəl başı kəsildi, sonra ASDILAR – TƏCAVÜZƏ CƏHD
Səudiyyə Ərəbistanında təcavüzdə ittiham olunaraq həbs edilmiş myanmarlı kişinin edamdan öncə başı kəsilib.
Elias Abulkalaam adlı şəxs Səudiyyədə bir qadının evinə daxil olaraq qarətlə məşğul olub. Qadına isə təcavüz etmək istəyib.
Kral Salmanın əmri ilə kişi edam edilib. Cəlladlar onun başını kəsdikdən sonra Məkkədə çarmıxa çəkiblər.
Qeyri-adi edam ölkədə narazılıq doğurub. Hüquqşünaslar məhkumun öldürülərək edam olunmasını insan haqlarına zidd hesab edirlər.Muxalifet4 - 8-08-2018
ABŞ və Türkiyə arasındakı gərginlik manata da təsir edir - EKSPERT RƏYİ
Təhlilçilərin fikrincə, 40 ildən çoxdur ki, müttəfiq sayılan NATO üzvləri ABŞ və Amerika münasibətləri görünməmiş həddə pisləşib.
Keçən həftə Vaşinqton Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə sanksiyalar qoyub və bildirib ki, bu şəxslər amerikalı rahib Endrü Bransonun Türkiyədə həbsinə görə məsuliyyət daşıyırlar. Vaşinqton rahibin azadlığa buraxılmasını tələb edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə cavab addımı atacaq.
Muxalifet4 - 8-08-2018
"Güc, etimad və inamla…" - PREZİDENT APARATI ƏSMA ƏSƏDƏ ŞƏFA DİLƏYİB
Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd məşhurluğuna görə heç də həyat yoldaşından geri qalmır. Onun Suriyanın çətin günlərində Bəşərin yanında qalması, əri ilə çiyin-çiyinə ağır yükün altına girməsi diqqətdən yayınmayıb.
Bu gün yayılan məlumata görə, Əsma Əsəd xərçəng xəstəliyinə tutulub.
Bu barədə Suriya prezidentinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.
Səhifədə Bəşər Əsədlə Əsma Əsədin xəstəxanada çəkilmiş birgə şəkli yayımlanıb və bu mesaj yazılıb:
Muxalifet4 - 8-08-2018
İnəklər oğrunu qovaraq polislərin ağuşuna atıb - VİDEO
ABŞ-ın Florida ştatında inəklər oğru qadının polis tərəfindən yaxalanmasına yardım edib.
Belə ki, 46 yaşlı amerikalı Cenifer Kaufmen meşədə polisdən qaçmaq istəyərkən inək sürüsü ilə rastlaşıb.
Heyvanlar qadını qarabaqara izləyiblər. Polislər qadını tikanlı məftildən ibarət hasarın çölündə gözləyiblər. İnəklər oğrunu qovaraq polislərin ağuşuna atıb.Muxalifet4 - 9-08-2018
İranda işsizliyə qarşı nümayişlər davam edir – REJİM GERİ ÇƏKİLİR
İranda keçirilən ara-sıra nümayişlər ciddi polis mövcudluğu ilə müşayiət edilir.
İran parlamenti ölkənin əmək və sosial təminat nazirini etimad səsverməsi ilə vəzifəsindən kənarlaşdırıb.
129 millət vəkili Əli Rabinin əleyhinə səs verib və onu işsizliyin artmasında, maaşların gecikdirlməsinə və ödənməməsində, nazirlik daxilindəki korrupsiyada ittiham edib.
Parlamentin 243 deputatından 111-i Rabinin postunda qalmasına səs vermişdi.Muxalifet4 - 9-08-2018
Azərbaycan nefti bahalaşmaqda davam edir
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 74,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.Muxalifet4 - 9-08-2018
Prezidentdən oğluna 9,5 milyonluq hədiyyə
Ukrayna prezidenti Petro Poroşenko oğlu, “Həmrəylik” blokundan olan deputat Aleksey Porşonekoya dəyəri 9,5 milyon qriven (təxminən 600 min manat) olan əmlak bağışlayıb.
Muxalifet.az Gazeta.ru-ya istinadən xəbər verir ki, ümumi sahəsi 1331 kv.m olan əmlak Kiyevdə yerləşir.
Satınalma 2017-ci ildə həyata keçirilsə də, fakt yeni ortaya çıxıb.
Hazırda həmin əmlakın dəyərinin 30 milyon qriven olduğu bildirilir.Muxalifet4 - 9-08-2018
Azərbaycanlı oliqarxlar 10 ədəd "unitaz"lı lüks maşın sifariş verib - FOTOLAR
Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.
Muxalifet.az xəbər verir ki, unikal.org-un Türkiyənin bu işlə məşğul olan "Ertex Otomotiv” şirkətindən əldə etdiyi məlumata görə, avtombillər daha lüks və konfortlaşdırılaraq bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı oliqarxlar (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb.
Muxalifet4 - 9-08-2018
Rusiya iddianı təsdiqlədi
Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə göndərdiyi məktubun diplomatik kanallarla Rusiya tərəfinə çatdırıldığını açıqlayıb.
Peskov mətbuata verdiyi açıqlamada, məktubun hələ Putinə təqdim olunmadığını deyib. Daha əvvəl, ABŞ senatoru Rand Pol, Trampın məktubunu Rusiyaya apardığını bildirmişdi.Muxalifet3 - 9-08-2018
ABŞ-Türkiyə heyətləri arasındakı görüşün təfərrüatı
Keşiş Brunson böhranı ilə gərginləşən Türkiyə-ABŞ münasibətlərində normallaşma addımı olaraq 3 nazirlikdən 9 nəfərlik Türk heyəti dünən ABŞ xarici işlər nazirinin köməkçisi Con Sullivanla görüşüb. Bu dəfə üzərində razılıq anlaşılacaq məqamların yazılı mətnlə zəmanətə alınmasının gündəmdə olduğu bildirilir. Bağlayıcılığı olmayan yazılı çərçivə üzərindən müzakirənin olduğu bildirilir. Ön anlaşma əldə olunarsa, son sözü liderlər deyəcək.
Muxalifet3 - 9-08-2018
Mafiya lideri və sevgilisi yaxalandı
Türk polisinin keçirdiyi əməliyyatla İstanbulda yaxalanan "Mityo Othice" ləqəbli Bulqar mafiyasının atası Dimitar Zhelyazkovun sevgilisi və 5 adamı Bolqarıstana təhvil verilib.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İdarəsinin əməkdaşları, İlina S.T ilə birlikdə 6 nəfəri Kapıkulə Sərhəd Məntəqəsində qar maskalı Bolqar xüsusi təyinatlı dəstəsinə təslim edib.
DHA-nın xəbərinə görə, həbs olunan və Metris həbsxanasına göndərilən Zhelyazkovun ekstradisiya prosesinin davam etdiyi bildirilib.Muxalifet3 - 9-08-2018
Fələstin dövlətini rəsmən tanıdı
Fələstin xarici işlər nazirinin köməkçisi Teysir Ceradat, Kolumbiyanın Fələstin dövlətini tanıdığını açıqlayıb.
Ceradat, keçmiş Kolumbiya prezidenti Xuan Manuel Santosun vəzifə müddətini tamamlamamışdan əvvəl Fələstin xarici işlər naziri Riyad el-Malikiyə verdiyi məktubda "Fələstin dövlətini tanıma qərarını" açıqladığını söyləyib.
Ceradat, Malikinin Santosla bir araya gəldiyini və tanıma qərarının ona şəxsən təbliğ edildiyini bildirib.Muxalifet3 - 9-08-2018
FETÖ-ya ABŞ-da soyuq duş: CİNAYƏT İŞİ BAŞLANDI
ABŞ-ın Kaliforniya ştatında Fetullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı müqaviləli məktəb “Bay Tech”-in direktoru Hayri Hatipoğlunun korrupsiya ilə ittiham olunduğu və regiondakı təhsil qurumunun hadisədən sonra məktəbdə istintaq başlatdığı bildirilib.
Regionda yayımlanan yerli qəzet “East Bay Ekspress”-də yer alan xəbərə görə, Oaklanddakı texnologiya məktəbinin direktoru Hayri Hatipoğlunun məktəbin idarə heyətinin onu dələduzluqla ittiham etməsindən sonra qəflətən istefa verib.Muxalifet3 - 9-08-2018
PKK-lı terrorçu ABŞ əsgərini vurdu
ABŞ dəniz piyadalarına bağlı bir serjantın, Suriyada yaralı Ərəb vətəndaşlara kömək etdiyi üçün silahlı YPG/PKK terrorçusu tərəfindən vurularaq xəsarət aldığı və ABŞ Müdafiə Nazirliyinin bu (Pentaqon) təcavüzün üstünü örtdüyü iddia edilib.
Amerikan "Task and Purpose" xəbər saytı, hadisə ilə bağlı məlumatı olan mənbələrə əsaslandırdığı xəbərində, təcavüzün ABŞ-a aid Deyrizor yaxınlığındakı hərbi bazada meydana gəldiyini bildirib.Muxalifet3 - 9-08-2018
ABŞ və Rusiya arasında yeni böhran: DAHA SARSIDICI SANKSİYALAR GƏLİR...
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, etdiyi yazılı açıqlamada "İngiltərə vətəndaşı Sergey Skripal və qızı Yulia Skripala qarşı Novichok adlı sinir qazı sui-qəsd cəhdindən sonra, ABŞ hökuməti 6 avqust 2018-də, 1991 Kimyəvi və Bioloji Silahların Nəzarəti və Aradan Qaldırılması Qanunu çərçivəsində Rusiya Federasiyası hökumətinin beynəlxalq hüququ pozaraq öz vətəndaşlarına qarşı kimyəvi və ya bioloji silah istifadə etdiyini təsbit etmişdir", - qeyd edilib.
Muxalifet3 - 9-08-2018
Bakıda şirkət rəhbəri qadını aldadıb - 10 milyonluq kredit QALMAQALI
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 28 ünvanında qeydiyyatda olan Rəhilə Məmməd qızı Kazımova ölkə rəhbərliyindən kömək istəyib.
R.Kazımova bildirib ki, o, “ŞURATAZ LTD”MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov onu aldadarq evini banka girov qoyub, indi isə küçəyə atılmaq təhlükəsilə üz-üzə qalıb.
Bununla ölkə rəhbərliyinə ünvanladığı müraciətdə R.Kazımova bildirib:Muxalifet - 9-08-2018