Axtarış

The search found 105849 results in 0.092 seconds.

Search results

  1. ​Qazaxıstandan Azərbaycana türk ölkələri üçün vahid viza təklifi

    Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş “İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.
    Trend-in məlumatına görə, Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.
    Bu rejim İpək yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.
    Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın “Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirir.

    Muxalifet - 8-08-2018

  2. Azərbaycanda növbəti inflyasiya dalğası gözlənilir - Dolların rubl, lirə və rialla savaşı bu gün olmasa da, sabah mütləq manata da öz mənfi təsirini göstərəcək

    Tramp Rusiya, Türkiyə və İran iqtisadiyyatını çökdürməyi planlaşdırır
    Hər üç qonşu ölkədə baş verən iqtisadi və siyasi hadisələr Azərbaycandan yan keçməyəcək

    Muxalifet - 8-08-2018

  3. ​Ağsu sakinindən narkotik götürüldü

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini, 40 yaşlı Elçin Abbasov saxlanılıb.

    Muxalifet - 8-08-2018

  4. ​ABŞ-dan Ukrayna bəyanatı: “Krımın ilhaqı ilə bağlı mövqeyimiz...”

    ABŞ dövlət katibi Mayk Pompeo Ukrayna Prezidenti Petro Poroşenko ilə telefon söhbətində rəsmi Vaşinqtonun Krım məsələsində mövqeyinin dəyişmədiyini bəyan edib.
    Muxalifet.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
    Bəyanatda bildirilir ki, dövlət katibi Pompeo Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətlə dəstəyini ifadə edib. O vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanın Krımın ilhaqı ilə bağlı cəhdlərini tanımayıb və heç vaxt tanımayacaq.

    Muxalifet - 8-08-2018

  5. PUTİNİN “ARMATA FİASKOSU” – Rusiya ordusu “texniki möcüzə”yə qovuşa bilmədi

    Rusların dünyada analoqu olmayan texniki möcüzə adlandırdıqları “T-14 Armata” tankı kütləvi istehsal edilməyəcək və bu tank Rusiya ordusunun əsas döyüş maşını olmayacaq. Düzdür, uzun illər ərzində hərbçilərə belə bir silahın təhvil veriləcəyi vəd edilmişdi, amma indi ölkənin bunu kütləvi istehsal etməyə sadəcə pulu yoxdur.

    Muxalifet - 8-08-2018

  6. ​Əli Həsənovun nəvəsinin azadlığa buraxılması haqda SENSASİON İDDİALAR - "O, zatən cəza çəkmirdi ki..."

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet4 - 8-08-2018

  7. ​Bakıda avtomobillərin qiyməti ucuzlaşır

    Hazırda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur. Bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.
    V.Hüseynov bildirib ki, bir müddət bazarda qiymətlər süni şəkildə qalxmışdı və bu, bazar iştirakçılarını qane etmirdi: “Çünki yay aylarında bazarda qiymətlər ənənəvi olaraq aşağı düşür, lakin iyul ayı ərzində süni şişirdilmiş qiymət qalırdı. Ancaq son 1 həftədə qiymətlərdə enmə müşahidə olunur. Artıq iyul ayının sonu – avqust ayının əvvəli qiymətlər düşməyə başladı”.

    Muxalifet - 8-08-2018

  8. ​ABŞ Londona xarab hərbi avadanlıq göndərdi - Etiraf

    Britaniyanın sualtı atom donanmasının yenilənməsi müvəqqəti olaraq təxirə salına bilər.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Tayms” qəzeti çıxış edib. Qəzet buna əsas səbəbin ballistik raketin buraxılışı üçün nəzərdə tutulan borularda qaynaq qüsurlarının aşkarlanması olduğunu bildirib.
    ABŞ Hərbi Dəniz Sistemləri Komandanlığının rəsmi nümayəndəsi Bil Kouç ABŞ-ın Britaniyaya göndərdiyi detallarda problemlərin olduğunu təsdiqləyib. O göndərilən buraxılış borularından heç birinin yeni hazırlanan gəmilərə quraşdırılmadığını vurğulayıb.

    Muxalifet - 8-08-2018

  9. ​Orta ixtisas müəssisələrinə qəbulun nəticələri AÇIQLANDI

    Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 8-də saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirib.
    Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.
    Bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
    Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

    Muxalifet - 8-08-2018

  10. ​Ermənistanın keçmiş baş nazirinin qardaşı həbs edildi

    Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın (2014-2016-cı illərdə baş nazir olub) qardaşı Canik Abraamyan həbs edilib.
    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, qanunsuz silah əldə etmək və gəzdirmək maddələri üzrə ittiham olunur.
    Hüquq mühafizə orqanlarının əməkdaşları Canik Abraamyanın yaşadığı evdə xeyli sayda silah aşkarlasalar da, onların böyük bir qismi qanuni olub.
    Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin Mətbuat mərkəzləri KİV-in telefon zənglərinə cavab verməyib.

    Muxalifet - 8-08-2018

  11. ​Sanksiyalar "Cənub Qaz Dəhlizi"nə aid deyil - Trampdan göstəriş

    ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar "Cənub Qaz Dəhlizi" layihəsinə aid olmayacaq.
    Məlumata görə, bu barədə "S&P Global Platts" agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb.

    Muxalifet - 8-08-2018

  12. Əsədin arvadı xərçəngə tutuldu - Foto

    Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Dəməşqdəki xəstəxanalardan birinə yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Bəşər Əsədin Tvitter səhifəsində yerləşdirilib.

    Əsma Əsədin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib. Onun süd vəzilərində bədxassəli şiş aşkarlandığı vurğulanıb.

    Muxalifet - 8-08-2018

  13. ​Xərçəngdən əməliyyat olunub, iki ay kimyəvi müalicə alıb, NAZİRLİK ƏLİLLİK DƏRƏCƏSİ VERMƏKDƏN İMTİNA EDİR – Şikayət

    Zərdab rayonu Çallı kənd sakini Vahidov Asim Mahmud oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən A.Vahidov Zərdab rayon mərkəzi xəstəxanasının rəhbərliyindən şikayətçidir: “Cənab nazir! Mən sizə ay yarım bundan əvvəl bu problemimlə bağlı poçt vasitəsi ilə rəsmi qaydada müraciət etmişəm. Bu günə kimi mənim müraciətimə cavab verilməyib. Ola bilər ki, mənim müraciətim sizə çatmayıb. Ona görə də qərara aldım ki, təkrar müraciətimi mətbuat vasitəsi ilə edim.

    Muxalifet4 - 8-08-2018

  14. ​Ərəblər nə üçün Azərbaycana gəlir? - Özləri HEYRANLIQLA AÇIQLADI

    Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin sakinləri üçün tətillərini keçirmək üçün əla seçimdir.
    Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” nəşri yazıb. Nəşrdə Azərbaycanla bağlı məqalədə Bakının tanınmış yerləri və Azərbaycanda istirahət etməyən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün üstünlüklərindən yazılıb.
    Məqalədə bildirilir ki, Bakıda İçərişəhərin gözəl divarları arasında atəşli qalaları görə bilərsiniz.

    Muxalifet - 8-08-2018

  15. ​İran bizim üçün çox əhəmiyyətli dövlətdir – Vahid Əhmədov

    Hesab edirəm ki, İranla ABŞ arasında olan münasibətlər mütləq qaydaya salınmalıdır.
    Bu sözləri Axar.az-a ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqolar və bunun Azərbaycana təsiri haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları çox ciddidir, faktiki olaraq iqtisadiyyatın bütün əsas sahələrini əhatə edir:

    Muxalifet - 8-08-2018

  16. ​Saatlıda yol qəzası olub, yaralananlar var

    Saatlı rayonunda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb. 
    Belə ki, iki avtomobilin toqquşması nəticəsində Əlisoltanlı kənd sakinləri, 1940-cı il təvəllüdlü İsmayılov İldırım Xanlar oğlu və 1965-ci iltəvəllüdlü İsmayılov Qubad İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
    Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 8-08-2018

  17. ​Azərbaycanda görünməmiş hadisə: Bəy toyda gəlini qaçırdı

    Tovuzda baş verən qeyri-adi hadisənin təfərrüatı ortaya çıxıb
     
    Bu günlərdə Tovuzda bəyin gəlini öz toyu günü qaçırdığı barədə yazmışdıq. Bu barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində yazmışdı.

    Muxalifet4 - 8-08-2018

  18. ​Ermənilər Qarabağda hərbi təlimlər keçirir

    Ermənistan ordusu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında hərbi təlimlər keçirir.
    Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səhra təlimləri cəbhənin şimal, cənub və mərkəz istiqamətlərində həyata keçirilib.
    Müxtəlif qoşun növlərinin qatıldığı səhra təlimlərinə qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan başçılıq edib.

    Muxalifet - 8-08-2018

  19. ŞOK: Lotu Qulinin adamlarını Qazaxıstanda tutdular, Ukraynada güllələdilər

    Qazaxıstanın güc strukturları azərbaycanlı “vor zakon” Nadir Səlifovun (Lotu Qulinin) kriminal klanının öz nüfuz dairəsini Qazaxıstana yaymaq cəhdinin qarşısını alıblar. Qazaxıstan KİV-ləri xəbər verir ki, DİN və MTK-nın Akmola vilayəti ərazisində birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində odlu silahın və narkotik vasitələrin qeyri-qanuni saxlanmasında şübhəli bilinən Azərbaycan vətəndaşı, 1986-cı ildə anadan olmuş Əliyev Orxan Qulu oğlu saxlanılıb.

    Muxalifet4 - 8-08-2018

  20. ​Məhkəmə xural.com saytını blokladı - YENİLƏNİB

    Bu gün Səbayel Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin xural.com saytının bloklanması haqda müraciətinə baxılıb.
    Mərkəz saytda dərc edilən yazılarda “Kibertəhlükəsizlik haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların pozulduğunu bildirib.

    Muxalifet - 8-08-2018

Pages