Axtarış

The search found 105849 results in 0.073 seconds.

Search results

  1. ​"Qoca"nı maşının "baqaj"ında Qazaxa qaçıran qadından ŞOK ETİRAFLAR: Arxadan polislər gəlirdi, Etibar...

    Bakıda "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağami adlı məhbusların qatardan qaçmasına kömək göstərməkdə təqsirləndirilən Günay Atakişiyevin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
    Publika.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, ittiham aktında qeyd edilib ki, o, "Qoca" ləqəbli Etibar Məmmədovu birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsilə tanıyıb.

    Muxalifet - 8-08-2018

  2. Trampın Yəhudi kürəkənindən Fələstinlilər üçün hiyləgər plan!

    “Foreign Policy” jurnalı tərəfindən sızdırılan yazışmalarda ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnerin Fələstinlilərə qarşı xain planı gün üzünə çıxıb.
     

    Muxalifet3 - 8-08-2018

  3. Rusiyalı erməni politoloq: “Nikol Paşinyan Qərbin agentidir, yoxsa siyasi naşı?” – TƏHLİL

    Gevorq Mirzayan, RF hökuməti yanında Maliyyə Universiteti politologiya departamentinin dosenti

    Muxalifet - 8-08-2018

  4. ABŞ-dan terrorçulara 200 TIR silah yardımı - TÜRKİYƏ QƏZƏBLƏNƏCƏK

    ABŞ terror təşkilatı PKK-nın Suriya qolu YPG ilə olan səmimiyyətini, müttəfiqi olan Türkiyənin bütün etirazlarına baxmayaraq davam etdirir. Artan etirazlardan sonra bir müddət silah və sursat yardımına fasilə verən ABŞ, YPG-yə yenidən silah daşıyan TIR konyoları ilə yardım etməyə başlayıb.
     
    200 TIR-lıq KONVOY
    Uzun zamandır YPG-yə silah və sursat göndərməyən ABŞ, terror təşkilatına yeni bir partiya hərbi təhcizat göndərib. 200 TIR-dan ibarət yük maşınılarla Rojavaya gedən silah və sursatlar YPG-nin istifadəsi üçün bölgəyə göndərilib.

    Muxalifet3 - 8-08-2018

  5. ​Bu gün daha bir neçə saytın bloklanması ilə bağlı məhkəmə olacaq

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib. Avqustun 7-də az24saat.org saytının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik, ardınca Arqument.az, Xural.com saytlarının bağlanması ilə bağlı məhkəməyə müraciət edib.

    Muxalifet - 8-08-2018

  6. ​Adnan Oktarın "kedicik"lərinin həbsxanada ilk istəkləri hər kəsi mat qoydu

    Mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən “din xadimi” Adnan Oktar “kedicik” adlandırdığı qadın müridlərinin həbsxanada keçirdikləri 20 gündən sonra istədikləri ilk şey hər kəsi təəccüb içində qoyub.
    “kedicik”lər gözəllik salonuna getmək istəyiblər.
    Onlar həbsxanada qadın məhbusların işlədiyi gözəllik salonuna gediblər. Qocaəli, Gebzə və Təkirdağ həbsxanalarında olan “kedicik”lər artıq düşdükləri mühitə uyğunlaşmağa başlaybılar.

    Muxalifet - 8-08-2018

  7. ​“BAKIDA ƏLİYEVƏ QARŞI İNQİLAB HAZIRLANIR“ - Eks-prezidentdən XƏBƏRDARLIQ

    “2009-cu ilin aprel ayının 7-də Kişinyovda 2014-cü ilin Kiyev Maydanının baş məşqi keçirildi. Bu məşqin müəllifi və rejissoru Latviya mənşəli ABŞ vətəndaşı Aleks Qriqoryevsdir. O, Miloşeviçə qarşı Yuqoslaviyanın dağılmasına gətirib çıxarmış inqilabın müəllifidir”, - Moldovanın eks-prezidenti, kommunist partiyasının hazırkı lideri Vladimir Voronin yerli mətbuata bildirib.

    Muxalifet - 8-08-2018

  8. İraq İrana qarşı ABŞ-ın yanında yer aldı

    İraq prezidenti Məsum, "Əl-Ura İraq" televiziyasına verdiyi müsahibədə, "İraqın vəziyyəti və İran ilə münasibətimizin gərəyi olaraq ABŞ-ın İrana sanksiyalarına riayət etməyimiz çətin olar" deyib.
     
    Məsum, İraqın haihazıkı qarşıdurma şəraitində tərəf olmamasının gərəkliyini qeyd edib.
    İraqın baş naziri Heydər əl-İbadi də paytaxt Bağdadda keçirdiyi mətbuat konfransında məsələyə toxunaraq, "İraq olaraq beynəlxalq sanksiyalara qarşıyıq. İraq, bunun acı təcrübəsini yaşadı. Sanksiyalar ölkəni və xalqı yorub" deyə, söyləyib.
     

    Muxalifet3 - 8-08-2018

  9. ​“Qanuni oğrular”ın “obşak” uğrunda mübarizəsi - TƏFƏRRÜAT

    Laşa Şuşanaşvili, Merab Canqveladze və...
    İspaniya polisinin Marbelye şəhərindəki restoranlardan birində keçirdiyi əməliyyat zamanı həbs edilən “rus mafiyası” liderləri barədə yeni sensasion məlumatlar var. Virtualaz.org xəbər verir ki, həbs edilənlərin adları Rusiya mənbələri tərəfindən açıqlanıb. Üstəlik, məlum olub ki, onlar “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifovun adamını aradan götürmək üçün plan qururmuşlar.

    Muxalifet - 8-08-2018

  10. ​Gürcüstandan gələn qaramalda xəstəlik aşkarlandı – XƏBƏRDARLIQ

    Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.
    Modern.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:
    “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

    Muxalifet - 8-08-2018

  11. Azərbaycan idmanına növbəti ŞOK: bu klub da ləğv edilir

    Təbriz Bələdiyyə İdarəsinin idman klubu ləğv edildikdən sonra Urmiya Bələdiyyəsinin idman komandalarının da ləğv edilməsi istənilib.
    Muxalifet.az xəbər verir ki, Şəhər Şurasının 5 üzvü Urmiya “Şəhrdari” klubunun ləğv edilməsi ilə bağlı Şura rəisinə məktub ünvanlayıb.
    Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib. Urmiya “Şəhrdari” komandasının icraçı direktoru Peyman Rzayi “Mehr” agentliyinə bunları deyib:

    Muxalifet - 8-08-2018

  12. ​Sürücülərin nəzərinə: Bu yolda təmir işləri aparılır

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-50 km km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, təmir işləri bu gün axşam saatlarınadək davam edəcək.
    Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

    Muxalifet - 8-08-2018

  13. DİASPOR KOMİTƏSİNİN ADINDAN SUİ-İSTİFADƏ – Yaxud Azərbaycan diasporunu kimlər və nə üçün parçalamaq istəyir...

    Hərfi mənada “səpələnmə” anlamı verən “diaspor” sözünün yaranma tarixi çox-çox qədimlərə təsadüf edir. Bir xalqın nümayəndələrinin aid olduğu və tarixən yaşadığı torpaqlardan uzaq məsafələrə köçməsi, daha sonra orada öz tarixi vətənləri naminə ictimai fəaliyyət göstərməsi bilavasitə diasporun formalaşması ilə nəticələnir.
    Azərbaycanlıların dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi bir neçə əsr əvvəl başlanıb. Milli diasporumuz çox çətin yollardan keçərək formalaşıb, amma bu gün onun daha da güclənməsi vacibdir. 

    Muxalifet4 - 8-08-2018

  14. ​Bu xamalar “qara siyahı”ya salındı – SİYAHI

    Rusiyada bəzi xama növləri istehlak üçün yararsız hesab edilib.
    Trend-in məlumatına görə, Rusiyanın “Roskontrol” İstehlakçılar Birliyinin Ekspert Mərkəzinin apardığı yoxlamalardan sonra “Prostokvaşino”, “Ostankinskoe” və “President” markalı xamaların yarasız olduğu aşkar edilib.
    Bundan başqa, “Uqleçe pole”, “Milava”, “Rostaqroeksport” və “Blaqoda” xamalarının da tərkibi araşdırılıb və onların da yararsız olduğu barədə qərar verilib.

    Muxalifet - 8-08-2018

  15. ​ABŞ-ın İrana qarşı sanksiyası ilə bağlı Türkiyədən sərt açıqlama - “Bu, birtərəfli qərardır, biz qanuni ticarət edirik”

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı açıqlamasında deyib: “Bu, birtərəfli qərardır, biz qanuni bir ticarətlə məşğuluq”.

    Muxalifet - 8-08-2018

  16. ƏRDOĞANIN ELÇİLƏRİ VAŞİNQTONA YOLLANIB – Pastor Bransonun həbsi və türk lirəsinin ucuzlaşması arasında əlaqə - TƏHLİL

    Amberin Zaman

    “Əl-Monitor”

    Şimali karolinalı yevangelist pastor Endryu Bransonun həbsdə saxlanılması nəticəsində NATO müttəfiqləri arasında yaranan böhranı aradan qaldırmaqdan ötrü yüksək səviyyəli türk diplomatlar, hüquq ekspertləri və energetiklərindən ibarət heyətinin Vaşinqtona səfəri gözlənilir.

    Muxalifet4 - 8-08-2018

  17. ​“Əşi, gedin verin məhkəməyə də...” – ŞEYXİN QUDASI RƏSUL QULİYEVİ TƏHQİR ETDİ

    Milli Məclisin keçmiş spikeri, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev və onun qohumları ilə sabiq deputat Hacı Qalib Salahzadənin bağ davası yenidən başlayıb.
    Bununla bağlı  Rəsul Quliyevin qardaşı Telman Quliyev və Quliyevlərin nümayəndəsi Nazim Quliyev  musavat.com-un redaksiyasına  müraciət ediblər.

    Muxalifet4 - 8-08-2018

  18. ​Paşinyan Köçəryanı AZADLIĞA buraxmaqdan imtina etdi

    Ermənistan Baş Prokurorluğu parlament deputatlarının Robert Köçəryanın azadlığa buraxılmasıyla bağlı qaldırdığı vəsatəti rədd edib.
    Muxalifet.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan deyib.
    Qeyd edək ki, bundan öncə Ermənistan parlamentinin 45 deputatı eks-prezident Robert Köçəryanın azadlığa buraxılması üçün Baş Prokurorluğa müraciət edib. Onların bu təşəbbüsünə sonradan qondarma rejimin parlamentinin bir sıra deputatları da qoşulub.

    Muxalifet - 8-08-2018

  19. Rusiyadan Gürcüstana hədə dolu təklif

    Rusiya Xarici İşlər Nazirliyinin internet saytından yayımlanan açıqlamada, "Son 10 il ərzində Rusiyanın Cənubi Qafqazdakı səyləri, Gürcüstan ilə Abxaziya və Cənubi Osetiya arasında dialoqun və danışıqların yenidən başlanmasına yönəlib. Bu ölkələr arasında hücum etməmə haqqında saziş imzalanması, doğru istiqamətdə atılacaq ilk addım ola bilər" deyilib.
     

    Muxalifet3 - 8-08-2018

  20. ​İran “İnqilab”ında partlayış: ölənlər var

    Tehrandakı “İnqilab” idman kompleksinin binasında partlayış baş verib.
    Bu barədə informasiyanı İRNA agentliyi yayıb.
    Agentlik partlayış zamanı 3 nəfərin öldüyünü bildirib. Ölənlərin hamısı binanın qazanxanasında fəaliyyət göstərən şəxslər olublar. (axar.az)

    Muxalifet - 8-08-2018

Pages