Axtarış
The search found 105849 results in 0.091 seconds.
Search results
Ordumuzun tank bölmələri məşğələlərə başladı
Azərbaycan ordusunun tank bölmələri intensiv məşğələlərə başlayıb.
Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məqsəd yeni tədris dövründə qoşunların hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və hərtərəfli praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Bu istiqamətində məqsədyönlü fəaliyyət üzrə intensiv məşğələlərə başlayıblar.Muxalifet - 7-08-2018
ABŞ-dan Türkiyə və dollar açıqlaması
Türkiyə və ABŞ arasında günlərdir davam edən gərginlikdə bəyanatlar ard-arda gələrkən bu gün ABŞ-ın Ankaradakı səfirliyinin Twitter ünvanından açıqlama edilib.
Muxalifet3 - 7-08-2018
22 yaşlı gənc su anbarında batdı
Mingəçevir su anbarında (nəzarətsiz ərazi) 1 nəfər batıb.
Bu haqda Muxalifet.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Hadisə yerinə cəlb olunmuş kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1996-cı il təvəllüdlü Məmmədov Tofiq Rafiq oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.Muxalifet - 7-08-2018
Ağsu aşırımında sürüşmə aktivləşdi, ərazidə uçqun oldu
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) sürüşmə aktivləşib.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib və lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında faktı təstiqləyib.Muxalifet - 7-08-2018
Rusiyadan İrana qarşı sanksiyalara - Reaksiya
“BMT Təhlükəsizlik Şurası tərəfindən əldə edilən qərarların əksinə olaraq, tətbiq edilən birtərəfli sanksiyaları qınayırıq”.
Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Açıqlamada ABŞ-ın İrana qarşı sanksiyaları təkrar tətbiq etməsinin xəyal qırıqlığına səbəb olduğu bildirilib.Muxalifet - 7-08-2018
ERMƏNİSTAN RESPUBLİKAÇILAR PARTİYASINDA “MƏXMƏRİ ÇEVRİLİŞ”: Koçaryan partiyanın əsas namizədinə çevrilir - TƏHLİL
Aram Amatuni
“1in.am”, Ermənistan, 06 avqust 2018-ci ilMuxalifet - 7-08-2018
Çavuşoğlu Pompeo ilə danışdı - Təcili
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi arasında Mayk Pompeo arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, görüşü barədə ətraflı məlumat verilməyib.
Muxalifet - 7-08-2018
Prezident Təzəpir məscidinə 2 milyon manat ayırdı
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
Muxalifet - 7-08-2018
"Deyirəm ki, ayrılıram" - Xalq artisti gənc ərindən danışdı
Xalq artisti Naibə Allahverdiyeva "Xəzər maqazin"ə şəxsi həyatı ilə bağlı açıqlama verib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, aktrisa özündən yaşca kiçik olan həyat yoldaşından danışıb və aralarında yaşanan davalardan söz açıb:Muxalifet - 7-08-2018
AMERİKALI KOMANDİR: “Hər saatın hər dəqiqəsində Rakkanı bombaladıq”
Beynəlxalq Amnistiya Təşkilatının apardığı araşdırma, ABŞ-ın lideri olduğu koalisiyanın Rakka əməliyyatı zamanı onlarla mülki vətəndaşın öldürüldüyünü qəbul eləməyə məcbur edib.
Muxalifet4 - 7-08-2018
SƏRƏNCAM: Təzəpir məscidi yenidən qurulacaq
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılsın.Muxalifet4 - 7-08-2018
ABŞ-da həbs olunan azərbaycanlılar haqda XİN-dən AÇIQLAMA - Yenilənib
ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır.
Bunu virtualaz.org-a Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə orqanları Azərbaycanın bu ölkədəki səfirliyini hadisə barədə məlumatlandırıblar.
“Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır”, - deyə H.Hacıyev qeyd edib.
**
13:59
Muxalifet4 - 7-08-2018
Azərbaycanda dövlət idarəsinin anbarında mina tapıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin anbarında 3 ədəd mina tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, avqustun 7-si saat 15:19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, S.Vurğun küçəsi 8 ünvanında 3 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.Muxalifet4 - 7-08-2018
Şahzadənin toya geyindiyi yırtıq ayaqqabıları hər kəsi şoka saldı - FOTOLAR
Uşaqlıq dostu Çarli Van Ştraubenzin toyuna gedən İngiltərə şahzadəsi Harrinin ayaqqabısı gündəm olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, şahzadənin altı yırtıq olan ayaqqabısı fotolarda asanlıqla görünüb və bu görüntü onun heyranlarının gözündən qaçmayıb.
İzləyiciləri “kral ailəsindən də olsan, ayaqqabıların dabanından ayrılana qədər onları geyinəcəksən” kıpsləri düzəldib.
Sol tayının ortasında böyük yırtıq yaranan və dabanları köhnəlmiş bu ayaqqabı Harrinin favorite olduğu üçün onu ən özəl günlərdə belə başqası ilə əvəz etmirmiş.Muxalifet4 - 7-08-2018
Türkiyə prezidentinə sui-qəsd cəhdi olsaydı... - BU APARAT TƏHLÜKƏSİZLİYİ QORUYUR
Son zamanların ən yaxşı texnologiyası kimi qəbul edilən dronlar hərbi və mülki sahələrdə üzərilərinə düşən bir çox vəzifənin öhdəsindən faydalı şəkildə gələ bilir.
Muxalifet.az xəbər verir ki, lakin bu texnoloji vastədən pis məqsədlər üçün istifadə olunarsa, silaha çevrilə bilir.
Muxalifet4 - 7-08-2018
TEHRANA DAHA BİR ZƏRBƏ: Bu şirkət də İranda fəaliyyətini dondurdu
Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Almaniyanın “Mercedes” şirkəti ABŞ-ın iqtisadi sanksiyalarıyla əlaqədar İranla olan bütün fəaliyyətlərini ikinci təlimata qədər tamamilə dayandırdığını açıqlayıb.
TRT xəbər verir ki, şirkət prosesləri yaxından izlədiyini və gedişata uyğun addım atacağını bildirib.
“Mercedes” şirkətinin mənsub olduğu “Daimler” qrupu İrana əsasən yük avtomobillərinin ixracı ilə məşğul olub.Muxalifet4 - 7-08-2018
DƏHŞƏTLİ PROQNOZ: Bu, dünyanın sonunu gətirə bilər
İqlim dəyişikliyi problemləri ilə məşğul olan beynəlxalq tədqiqat qrupu Yer planetində temperaturun və dənizlərin səviyyəsinin tezliklə yüksələcəyini proqnozlaşdırır. Onların qənaətinə görə, karbon dioksid qazının atmosferə buraxılması tempi yüksələn xətlə davam edərsə, havanın hərarəti 2 dərəcə selsiyədək arta bilər.
Muxalifet4 - 7-08-2018
“Qüdrət Həsənquliyevin iqtidarda "kütbeyin" dediyi adam...” - ADP SƏDRİ
“Çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var”.
Bu bəyanatı ötən həftə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev səsləndirib.
Muxalifet4 - 7-08-2018
ABŞ-a qarşı yeni güc mərkəzi? - TRAMPIN NARAHATÇILIĞININ SƏBƏBİ...
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirən təşkilat (BRİKS) getdikcə daha israrla ümumdünya proseslərinə təsir etməyə başlayıb. Son illər ardıcıl olaraq sammitlər keçirib və hər dəfə də maraqlı qərarlar qəbul edib. Onun 10-cu yubiley sammitinə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Burada liderlər çox əhəmiyyətli beynəlxalq məsələləri müzakirə edib, onları yekun bəyannamədə vurğulayıblar. Sənəddə siyasi, geosiyasi, iqtisadi, ticari, humanitar və təhlükəsizlik məsələləri yer alıb.
Muxalifet4 - 7-08-2018
Kəşfiyyat Türkiyəyə səfər edən vətəndaşlarını nəzarətə götürdü - BU ŞƏXSLƏR MÜŞAHİDƏ ALTINDA SAXLANILIR
ABŞ Türkiyəyə səyahət edən vətəndaşlarını nəzarətdə saxlayır, bu ölkəyə sistematik səfər edən şəxsləri sorğu-sual edir.
"Stratejikguvenlik.com" saytı xəbər verir ki, ABŞ-ın Türkiyəyə gələn vətəndaşlarının arxasınca agent saldığı və sorğu-suallar apardığı ortaya çıxıb.
ABŞ-da nəşr edilən “Boston Globe” qəzeti aralarında Türkiyənin də olduğu bəzi ölkələrdən ABŞ-a edilən uçuşların Amerika kəşfiyyatı tərəfindən izləndiyi, hətta Türkiyə ilə ABŞ arasında tez-tez uçuşlar edən şəxslərin nəzarətə götürüldüyünü ortaya çıxarıb.
Muxalifet4 - 7-08-2018