Axtarış

The search found 105844 results in 0.106 seconds.

Search results

  1. ​Bakıda 75 evin söküntüsünə başlanıldı - VİDEO

    Paytaxtın Yasamal rayonunda 75 evin söküntüsünə başlanılıb. Muxalifet.az xəbər verir ki, buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək.
     
    İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.
     
    Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərdən çıxarılıb və söküntüyə başlanılıb. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir.
     

    Muxalifet4 - 7-08-2018

  2. F-35 böhranı: “GİZLİ MƏLUMATLAR ƏLƏ KEÇİRİLDİ”

    "Daily Mail”-in verdiyi xəbərə görə, şəxsiyyəti naməlum bir haker Tinderda Böyük Britaniya Kral Hava Qüvvələrində xidmət edən bir qadın pilotla tanış olub və sonra hesabını hackləyib. Bu hesab üzərindən digər İngilis pilotlarla ünsiyyət quran hakerın F-35-lər haqqındakı məxfi məlumatları ələ keçirdiyi iddia edilib.
     
    İNGİLTƏRƏ MÜDAFİƏ NAZİRLİYİ BƏYANAT VERİB
     

    Muxalifet3 - 7-08-2018

  3. Avtoqəzada iki nəfəri öldürən şəxs PENİTENSİAR XİDMƏTDƏ VƏZİFƏYƏ TƏYİN EDİLİB - İddia

    Bu yaxınlarda “Akif Əsgərovun “Ərdoğan” planı” başlıqlı araşdırma yazım bir neçə internet portalında işıq üzü görmüşdür. “Tarixi Şəxsiyyətlər” jurnalının 2018-ci ilin aprelində işıq üzü görmüş 42-ci sayı da türk dünyasında böyük nüfuza malik olan Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Jurnalda Ərdoğanın həyat yolu, siyasi fəaliyyəti barədə ətraflı məlumat və məqalələr yer alıb. Lakin mən məqalədə də qeyd etdiyim kimi, yazım belə bir jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsinə, bu şəxslərin əsl niyyətlərinə həsr olunmuşdur.

    Muxalifet4 - 7-08-2018

  4. ABŞ-ın İrana qarşı sanksiyası rəsmən başladı: SANKSİYA NƏLƏRİ EHTİVA EDİR?

    ABŞ prezidenti Donald Tramp, nüvə müqaviləsi çərçivəsində təxirə salınan İran sanksiyalarının ilk hissəsini yenidən həyata keçirməyə başlayıb.
     
    İranın ABŞ dolları əldə etməsini, dövlət istiqrazı satmasını, qızıl və digər qiymətli metallar ilə polad, alüminium, kömür kimi metallarla ticarət etməsini və sərnişin təyyarə və ya hissələrini idxal etməsini əngəlləyən sanksiya paketi Vaşinqton saatı ilə 00.01 etibarilə rəsmən qüvvəyə minib.

    Muxalifet3 - 7-08-2018

  5. DƏHŞƏTLİ AÇIQLAMA: “Ona layiq olduğu cəzanı verib, sonra intihar edəcəyəm”

    Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1 saylı evdə kirayədə yaşayan çoban Hüseynov Heydər Ənvər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifi tanınmış iş adamı Şərurlu İsfəndiyarın bacısı oğlundan şikayətçidir:

    Muxalifet4 - 7-08-2018

  6. PKK-da bir-birilərini yeyirlər: EKSPERTDƏN DİQQƏTÇƏKƏN QEYD

    Terror mütəxəssisi Abdulla Ağar sosial media hesabından Tuncəlinin Ovacıq çölündə 6 terrorçunun zərərsizləşdirildiyi əməliyyatdan diqqət çəkən bir qeyd paylaşıb.
     
    Ağar, PKK-nın "qrup liderinin" öz canını xilas etmək üçün digər terrorçuları necə ölümə sürüklədiyini yazıb.
    Abdulla Ağarın əməliyyatla bağlı bölüşdüyü qeyd;

    Muxalifet3 - 7-08-2018

  7. ​Çində mədəndə partlayış - 4 ölü, 9 itkin

    Çiinin Quyçjou əyalətindəki kömür mədənlərindən birində partlayış baş verib.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, 4 nəfər həlak olub, daha 9-u itkin hesab edilir.
    Hadisə bazar ertəsi, yerli vaxtla saat 21:00-da Pançjou şəhərində yerləşən "Szımutszya" mədənində naməlum səbəbdən qaz və kömür tullantılarının partlaması nəticəsində qeydə alınıb.
    Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir, araşdırma başlanılıb.

    Muxalifet - 7-08-2018

  8. ​Kreml niyə Tiflisi təhdid edir? – Səbəb

    Rusiya baş nazirinin fikrilərini Tiflisə təzyiq kimi də qələmə vermək olar.
    Bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyevin Gürcüstanla bağlı açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə deyib.

    Muxalifet - 7-08-2018

  9. ​“İran üçün daha pis günlər başlayır” - POLİTOLOQ

    ABŞ prezidenti Donald Tramp bir az əvvəl İrana qarşı ikimərhələli sanksiyaların bərpası haqqında qərar imzaladı. Bu gündən etibarən İranın avtomobil sənayesinə, qızıl və digər qiymətli metal, eləcə də polad, kömür, alüminium ticarətinə, mülki aviasiya sektoruna, borc kağızlarına sanksiyalar və dollar əldə etməsinə qadağalar qüvvəyə minəcək.

    Muxalifet4 - 7-08-2018

  10. Ruhanidən ABŞ-a sanksiya təpkisi

    İran prezidenti Həsən Ruhani, ABŞ-ın sanksiya qərarından sonra verdiyi açıqlamada, "İran, dünya və regional aktyorlarla Orta Şərqdə sülhü təmin etmək məqsədilə münasibətlərini inkişaf etdirmək istəyir" deyə, bildirib.
     
    Həsən Ruhani, ABŞ və Donald Trampa dürüstlük çağırışı edib. Ruhani dünyanın və digər regional güclərin dəstəyini istəyərək Orta Şərqdə sülhə çağırıb.
     
    ABŞ-ın SANKSİYALARINI TƏNQİD ETDİ
     
    Ruhani, “Reyters”-də yer alan çıxışlarında ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları tənqid edib.

    Muxalifet3 - 7-08-2018

  11. ​Qarabağın həlli üçün pozitiv bəyanatlar... - Şərh

    Son vaxtlar danışıqları pozitiv istiqamətə apara biləcək kifayət qədər siyasi bəyanatlar olub.
    Bu sözləri Axar.az-a Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “Ria Novosti”yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Elmar Məmmədyarovun da müsahibəsində irəli sürdüyü təkliflər kifayət qədər konstruktivdir:

    Muxalifet - 7-08-2018

  12. Polisdən ƏMƏLİYYAT: 63 nəfər TUTULDU

    Avqustun 6-dən 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
    Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 7-08-2018

  13. ABŞ-ın təzyiq mexanizmi - TERRORÇULAR

    İraqın Anbar vilayətinin məclis üzvlərindən biri olan Farhan Məhəmməd əl Dulaimi, ABŞ-ın Suriya-İraq sərhədini keçən terror təşkilatı İŞİD üzvlərinə göz yumduğunu iddia edib.
     
     Farhan Məhəmməd əl Dulaimi, İŞİD üzvlərinin hələ də çöllük yerlərdən istifadə edərək, gizlincə Suriya-İraq sərhədini keçdiyini bildirərək," Bu hərəkətlər Amerika hava qüvvələrinin gözü qarşısında baş verir" deyib.

    Muxalifet3 - 7-08-2018

  14. ​Gəncədə VAZ və "Chevrolet" yandı

    Gəncə şəhərininin Nizami rayonunda ümumi sahəsi 90 m2 olan talvarın altında dayanmış VAZ markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və qabaq təkərləri yanıb.
    Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan tavanın lambirdən ibarət üzlüyü 5 m2 sahədə əriyib.
    Talvarın və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 7-08-2018

  15. ​Oğlu tərəfindən döyülən Gədəbəy sakini xəstəxanada ölüb

    Gədəbəy rayonunda oğlu tərəfindən döyülən kişi xəstəxanada ölüb.
    “Report”un Qərb bürosunun verdiyi məlumata görə, bir müddət əvvəl rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
    A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılılb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet - 7-08-2018

  16. ​Mirəlioğlu qurultay haqda – “Qabaqdangəlmişlik etməyək”

    “Konfranslarımız davam edir. Onların nəticələri ilə bağlı müəyyən addımlar atılacaq”.
    Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, partiyanın qurultaya hazırlıq işləri hələ ki tamamlanmayıb:
    “Gündəliyimiz bəllidir. Partiyanın nizamnaməsində birmənalı şəkildə yazılıb. Əksər partiyaların nizamnaməsində qurultayın gündəliyi var. Yəni hesabatlardır, seçkilərdir və.s “.
    Partiya sədri qeyd edib ki, qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək:

    Muxalifet - 7-08-2018

  17. ​ABŞ-ın planı: Rusiya parçalanır, qonşuları isə... - Jirinovski

    ABŞ Ukraynaya Rusiyanın 4 şəhərini işğal etməyə izn verib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski deyib.

    Muxalifet - 7-08-2018

  18. Türkiyənin ATAK vertolyotlarından ABŞ niyə qorxur? – RUS EKSPERT AÇIQLADI

    ABŞ-ın Türkiyənin Pakistana 1.5 milyard dollarlıq ATAK hücum vertolyotunu ixrac etməsinə mane olacağı xəbərlərinə Rus hərbi mütəxəssis Boris Aleksandroviç Rojin münasibət bildirib.
     
    Sputnik-ə danışan Rojin, Pakistanın Çinlə müdafiə sahəsində sıx əməkdaşlıq etdiyinə diqqət çəkərək, "Əgər ATA hücum vertolyotlarında Vaşinqtonun ABŞ və NATO ölkələri üçün dəyərli hesab etdiyi bir şeylər varsa, Çinin Pakistan üzərindən bu texnologiyaları ələ keçirməsindən narahat ola bilər. Bu, Vaşinqtonun müqaviləni əngəlləməsi üçün əsas ola bilər" deyib.
     

    Muxalifet3 - 7-08-2018

  19. ​Şabranda meşə yanğınının qarşısı alındı

    Şabranda meşə yanğınının qarşısı alınıb.
    Fövqəladə Hallar Nazirliyindən Muxlifet.az-a verilən məlumata görə, rayonun Zöhrabkənd kəndində 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
    Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 7-08-2018

  20. ​50 illik savaşı bitirən prezident siyasətdən getdi

    Xuan Manuel Santos Kolumbiya prezidenti vəzifəsini yeni seçilmiş lider İvan Dukeyə təhvil verib.
    Muxalifet.az xəbər verir ki, xalq qarşısında vida nitqi ilə çıxış edən Santos böyük siyasəti tərk etdiyini bildirib:
    “Siyasətdən gedirəm, amma digər sahələrdə işləməyə davam edəcəyəm. Mən düşmənçilik etmədən gedirəm. Allaha şükür ki, ürəyimdə heç bir nifrət və inciklik yoxdur”.

    Muxalifet - 7-08-2018

Pages