Axtarış
The search found 105849 results in 0.075 seconds.
Search results
ABŞ sanksiyaları İran iqtisadiyyatını tezliklə tənəzzülə uğradacaq – AVROPALI EKSPERTLƏRİN RƏYİ
Avropada əksər nüfuzlu analitiklər ABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiyalarla bağlı 7 avqust gecəsi qüvvəyə minən qərarını birmənalı olaraq tənqid edir. Lakin artıq kimsənin İrana qarşı məhdudiyyətləri aradan qaldırmaq və ya bu qərarı yumşaltmaq şansı yoxdur.
Muxalifet4 - 7-08-2018
“Bakıdan xahiş etdim ki…” – Kazimirov 1994-cü il anlaşmasından danışdı
Ermənilər və azərbaycanlılar arasında Dağlıq Qarabağ münaqişəsinin yaranmasının əsas səbəblərindən biri Sovet İttifaqının dağılması idi.
Bunu Rusiyanın ATƏT-in Minsk qrupundakı ilk həmsədri Vladimir Kazimirov deyib.
Kazimirov hesab edir ki, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında əldə edilmiş atəşkəs anlaşmasında onun və Rusiyanın böyük rolu olub:
“Bunun üçün Bakıdan xahiş etdim. Son nəticədə - 1994-cü ildə tərəflər arasında atəşkəs rejiminin tətbiq edilməsinə nail olduq.Muxalifet - 7-08-2018
Sanksiyanın ilk nəticəsi: Bu şirkət İrandan getdi
Almaniyanın məşhur “Daymler” şirkəti İrana qarşı tətbiq olunan sanksiyalar səbəbindən bu ölkədəki fəaliyyətini dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.
“Biz tətbiq olunan sanksiyalara uyğun hərəkət edərək İrandakı fəaliyyətimizi dayandırırıq. Bundan sonra nüvə sazişinin gələcəyi ilə bağlı hadisələri yaxından izləyəcəyik”, - şirkətin bəyanatında bildirilib.Muxalifet - 7-08-2018
Ramil Usubov Şərif Əsədullayevi özünə müşavir təyin etdi
Daxili İşlər Naziri (DİN) Ramil Usubov özünə yeni müşavir təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.Məsələ ilə bağlı xəbəri DİN-dən təsdiqləyiblər.
Muxalifet - 7-08-2018
Azərbaycanlı məşqçinin ürəyi partladı: oğul itkisindən - Foto
Bu gün idmançı Cəhdi Ramil dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Baku.ws məlumat yayıb.
Məlumatlara əsasən, Azərbaycan Kung Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.
Həkimlər idmançının ürək çatışmazlığından keçindiyini bildirib.Muxalifet - 7-08-2018
“Ermənistanda sabitlik pozulub, yaxın zamanlarda...” - Deputat
Ermənistan kimi cırtdan və gücsüz dövlətlər heç zaman müstəqil siyasət yürüdə bilmirlər, kiminsə vassalı, şəraitdən asılı olaraq əl maşası, yaxud qapazaltısı olurlar. Bu mənada, Ermənistan nəinki istisna deyil, tarix səhnəsində biabırçı bir nümunədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev deyib.Muxalifet - 7-08-2018
Gəncə hadisələrinə görə daha bir nəfər həbs edildi
Gəncə şəhərində törədilən cinayət hadisələri ilə əlaqədar daha bir nəfər həbs edilib.
Muxalifet.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Hikmət Natiq oğlu Əliyevin barəsində Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2, 279.1-1, 277 və 315.2-ci maddələri (ümumilikdə 21 maddə) ilə ittiham irəli sürülüb.Muxalifet - 7-08-2018
Sərnişindaşıma xidmətində ənənəvi özbaşınalıq - Bakı Beynəlxalq Avtovağzalı korrupsiya yuvasına çevrilib
Avqustun 1-dən ictimai nəqliyyatda gediş haqlarının birdən-birə nə az, nə çox 50 faiz qaldırılması şəhərlərarası rəsmi tariflərin də eyni faizlə qaldırılmasına nədən olub. Ölkədə hələ sovet dönəmindən hökm sürən rəsmi tariflərin şişirdilərək yuvarlaqlaşdırılması özbaşınalığı bu gün də daha eybəcər şəkildə meydan suladığından sərnişinlərin durumunu təsəvvür etmək çətin deyil. Özəlliklə Bakıdan uzaq olmayan rayonlara gediş haqları rəsmi tarifdən 2-3 dəfə bahadır.(??)
Muxalifet - 7-08-2018
Paşinyandan Nazarbayevə gözlənilməz zəng
Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da müzakirə ediblər.
Telefon danışığı zamanı Paşinyan və Nazarbayev ikitərəfli münasibətlərlə yanaşı KTMT-nin fəaliyyətini də müzakirə ediblər.Muxalifet - 7-08-2018
Putin NATO-nun Gürcüstan addımına görə ordunu AYAĞA QALDIRDI: Qafqazda dəhşətli müharibə hazırlığı
NATO-nun Gürcüstanda hərbi təlimlərə başlaması Rusiyanı hərəkətə keçməyə sövq edib.
Rusiya buna cavab olaraq Abxaziya ərazisindəki 49-cu ümumqoşun ordusunu ayağa qaldırıb.
Rusiya KİV-nin məlumatına görə, Abxaziyada rus hərbiçilərinin də iştirakı ilə genişmiqyaslı təlimlərə start verilib. Təlimlərin başlanması gizli və olduqca sürətli olub. Hətta Rusiyanın Abxaziyadakı addımlarına mütəmadi olaraq nota ilə etiraz edən rəsmi Tbilisi bu dəfə nota verməyə fürsət belə tapmayıb.Muxalifet - 7-08-2018
Moskva sükutunu pozdu: Razılaşmadan çıxmayacağıq
Moskva İranla nüvə razılaşmasına sadiqdir.
Muxalifet.az xəbər verir ki, bu barədə bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Nazirlik Rusiyanın razılaşmanın reallaşması və qorunması üçün əlindən gələn hər şeyi edəcəyini bildirib. Moskva həmçinin BMT Təhlükəsizlik Şurasından kənar İrana qarşı tətbiq edilən istənilən birtərəfli sanksiyanı qınadığını bəyan edib.Muxalifet - 7-08-2018
Məhkəmə saytı blokladı
Səbail rayon Məhkəməsi az24saat.org xəbər saytının bloklanmasına qərar verib. Qərarı bu gün, avqusun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.
Bu haqda saytın rıhbəri Vuqar Qurdqanlı məlumat verib.
O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.Muxalifet - 7-08-2018
Xızıda ağır qəza: xəsarət alanlar var
Xızı rayonunda yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Xızı rayonunda yüksək sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə üç nəfər - 1959-cu il təvəllüdlü Məhəbbət Rzabala oğlu Vəliyev, 1963-cü il təvəllüdlü Rafiq Qüdrət oğlu Quliyev və 1973-cü il təvəllüdlü Habil Fazil oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.Muxalifet - 7-08-2018
Millət vəkilindən HƏYƏCAN TƏBİLİ: "Bu, böyük fəlakətlərə səbəb ola bilər"
"Əkin sahələrinin biçindən sonra yandırılması həm aqrotexniki, həm də təhlükəsizlik baxımından doğru hesab edilmir".
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Millət vəkili bu üsulun müasir aqronomiya elmi ilə zidd olduğunu bildirib:Muxalifet - 7-08-2018
Paşinyanın arvadı Qarabağda sülh təşəbbüsünə görə yenə Moskvaya gedir
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akobyan ötən ay başlatdığı Qarabağda sülh təşəbbüsünə görə yenə Moskvaya getməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, Anna Akobyan bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Biz artıq səfər hazırlayırıq. Bu təşəbbüs davam edir”-o bildirib.Muxalifet - 7-08-2018
"İsti hava enerji sərfiyyatı deməkdir" - "Azərişıq"
Son günlərdə ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlərdən narahat olan vətəndaşlar iddia edir ki, axır iki ay ərzində onlara əvvəlki aylarla müqayisədə daha çox borc yazılır. Elektrik enerjisinə maksimum 20-25 manat aylıq ödəniş edən abonent bu ay 40 manata yaxın çek gəldiyini deyir.
Yay aylarında elektrik enerjisinə tələbatın artmasını da nəzərə alaraq məsələ ilə bağlı Publika.az Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.Muxalifet - 7-08-2018
Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət: "Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn Teleqraf.com-a müsahibə verib.
Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
– Nikol Paşinyanın rəhbərliyi dönəmindəki Ermənistanda son vəziyyəti necə şərh edərdiniz?Muxalifet - 7-08-2018
FAZ: Венесуэла - нефтяной резервуар, который трещит по швам
Страна с огромными запасами нефти разваливается на части. Как долго еще Россия и Куба будут поддерживать оружием и идеологически президента Венесуэлы, задает вопрос обозреватель FAZ.
Muxalifet4 - 7-08-2018
BAKIDA ŞOK CİNAYƏT: 36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı
Bakıda pedofil həbs edildi.
Bu barədə hüquq-mühafizə orqanlarından "Sputnik Azərbaycan" saytına məlumat verilib. Verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.
Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.Muxalifet4 - 7-08-2018
SANKSİYALARLA İRANA VƏ TƏRƏFDAŞLARINA NƏLƏR QADAĞAN EDİLİR? – 2 mərhələli yasaqların iqtisadi zərərləri - TƏHLİL
Ted Reqensia
“Əl-Cəzirə”
ABŞ prezidenti Donald Trampın 2015-ci ildəki nüvə sazişindən çıxma qərarı bu gündən etibarən Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını yenidən qüvvəyə mindirmə yolunu açıb.
Maliyyə Nazirliyi (Xəzinədarlıq) tərəfindən təyin olunan 90 günlük və 180 günlük şaxələnmə dövrünə əsasən, sanksiyalar iki mərhələli olacaq.
Muxalifet4 - 7-08-2018