Axtarış

The search found 105844 results in 0.13 seconds.

Search results

  1. Xəzər sahilində parlayan mirvari... - İraq mediası

    İraq mətbuatında dərc olunan “Bakı: Qafqazın Xəzər sahilində parlayan mirvarisi” sərlövhəli məqalədə Azərbaycan paytaxtının turizm imkanlarından bəhs edilib.
    Muxalifet.az xəbər verir ki, müəllifi Camal əl-Xərsan olan məqalədə Bakıda turistlərin böyük maraq göstərdikləri məkanlardan söz açılıb. Qeyd olunub ki, Xəzər dənizinin sahilində yerləşən Bakı əsrarəngiz şəhərdir. Xüsusi gözəlliyə malik bulvar boyu saysız-hesabsız piyadanın sərbəst hərəkət edə bildiyi geniş küçə uzanır. Müxtəlif binalar və rəngarəng məkanlar mənzərəni daha da gözəlləşdirir.

    Muxalifet3 - 6-08-2018

  2. ​Dərada partlayış: 4 ölü, 15-i yaralı

    Suriyanın Dəra şəhərində İŞİD partlayış törədib.
    Muxalifet.az xəbər verir ki, bombanın partladılması nəticəsində 4 nəfər ölüb, 15-i isə yaralanıb.
     

    Muxalifet3 - 6-08-2018

  3. ​Sanksiyalar başlayır: İran çökdürüləcək?

    Sanksiyaların İran iqtisadiyyatına çox əhəmiyyətli bir təsiri olacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin adını açıqlamaq istəməyən rəsmi şəxslərindən biri deyib.
    "Bu sanksiyaların maliyyə məsələsində İran iqtisadiyyatına çox əhəmiyyətli bir təsiri olacağı heç bir şübhə doğurmur. Sanksiyalar bu gün gecə yarısı fəaliyyətə başlayacaq", - amerikalı rəsmi şəxs deyib.

    Muxalifet3 - 6-08-2018

  4. ​ABŞ qorxur ki, bu texnologiya Çinin əlinə keçər: Türkiyə...

    ABŞ Türkiyənin Pakistana 1,5 milyard dollar dəyərində ATAK helikopterlərinin təhvilinə əngəl ola bilər.
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı hərbi mütəxəssis Boris Roj bildirib.
    Roj söyləyib ki, Vaşinqton ATAK helikopterlərinin texnologiyalarının Çinin əlinə keçməsindən qorxur.
    Pakistanın Çinlə müdafiə sahəsində sıx əməkdaşlıq etdiyini deyən Roj sırf bu səbəbdən Vaşinqtonun müqaviləni bloklaya biləcəyini vurğulayıb.

    Muxalifet3 - 6-08-2018

  5. ​Sosial yardımla bağlı yeniliklər olacaq

    Ünvanlı sosial yardımın verilməsində bir sıra yeniliklər həyata keçiriləcək.
    Yeniliklərdə əsas məqsəd şəffaflığın artırılması, bu yöndə ayrılan vəsaitlərin real olaraq ehtiyac sahiblərinə çatdırılmasını təmin edilməsidir.
    Sosial yardımın ayrılması zamanı diqqət ediləcək məqamlardan biri də hazırda sosial yardım alan ailələrin 40 faizində əmək qabiliyyəti olan insanların aktiv əmək bazarına cəlb edilməsidir.

    Muxalifet3 - 6-08-2018

  6. ​Qızıl-gümüş bazarında QİYMƏTLƏR

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
    Muxalifet.az trend-ə istinadən məlumatına görə, avqustun 6-da qızılın qiyməti avqustun 3-ü ilə müqayisədə 13,5235 manat artaraq 1 troy unsiyası üçün 2066,01 manat təşkil edib.
    Gümüş 0,2476 manat bahalaşaraq 1 unsiya üçün 26,2594 manata bərabər olub.
    Platinin qiyməti 16,1415 manat artaraq 1415,8535 manat, palladiumun qiyməti isə 2,0825 manat azalaraq 1557,795 manat təşkil edib.
     

    Muxalifet3 - 6-08-2018

  7. ​Bakıda bu xidmətlərin həcmi 20 milyard manat olub

    2018-ci ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 20,5 milyard manat təşkil edib.
    Muxalifet.az-ın məlumatına görə, sənaye məhsulunun 82,5 faizi mədənçıxarma, 15,5 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

    Muxalifet3 - 6-08-2018

  8. Azərbaycan nefti ucuzlaşıb

    CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 73,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel azdır.

    Muxalifet3 - 6-08-2018

  9. ​Pentaqondan Türkiyə açıqlaması: Son dərəcə gizlidir

    Türkiyə yaxın müttəfiqdir və onların təhlükəsizliklə bağlı narahatlıqlarını hörmətlə qarşılayırıq. Eyni zamanda, Menbiçdə yol xəritəsini tamamlamağa və sadələşdirməyə qarşı onlarla birlikdə çalışırq.
    Muxalifet.az xəbər verir ki, bu açılama ilə ABŞ Müdafiə Nazirliyinin sözçüsü polkovnik Rob Manninq çıxış edib.
    "Müttəfiqimiz Türkiyə ilə olan hərbi əlaqələrimiz son dərəcə gizli bir məsələdir", - Manninq söyləyib.
     

    Muxalifet3 - 6-08-2018

  10. ​Prezidentin andiçmə mərasiminə mane olan şəxs ölü tapıldı

    Venesuelada 2013-cü ildə hazırkı ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasiminə mane olan Yendri Sançesin meyiti tapılıb.
    "Nasyonal" nəşri xəbər verir ki, 30 yaşlı kişinin nəşini qonşuları onun evində aşkar ediblər.
    Tapılan zaman Sançesin başında polietilen paket olub. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.
    2013-cü ildə Maduronun andiçmə mərasimində Sançes mühafizəçini aldadaraq prezidentin olduğu tribunaya çıxıb. O, siyasətçini qucaqlayıb və ondan kömək istəyib.
    "Nikolas, mən Yendriyəm, mənə kömək et",- deyə kişi qışqırıb.

    Muxalifet4 - 7-08-2018

  11. ​İntihar edən xanəndənin qardaşı həbs edildi – ŞOK SƏBƏB

    Bərdə rayonunda özünü su kanalına ataraq intihar edən xanəndənin qardaşı həbs edilib.
    Məlumata görə, avqustun 2-də Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində meyiti tapılan xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu cinayəti bilib gizlətdiyi üçün saxlanılıb.

    Muxalifet4 - 7-08-2018

  12. ​ABŞ VƏ TÜRKİYƏ ARASINDA ANLAŞMA: Sanksiya problemi həll olunur

    Türkiyə və ABŞ Amerikanın ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edib.
    "Daily Sabah" nəşri xəbər verir ki, Ankara və Vaşinqton iki ölkə arasında yaranmış problemi birlikdə həll etməyə hazır olduqlarını ifadə edib.
    Bununla yanaşı məlum olub ki, türkiyəli məmurlar nazirlərlə bağlı sanksiyaları müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcəklər.

    Muxalifet4 - 7-08-2018

  13. ​"ABŞ İrana sanksiya tətbiq etdiyi üçün peşman olacaq” - PREZİDENT

    Trampın birbaşa görüşə dəvəti ABŞ-ın daxili istehlakı üçün İranı parçalamağı qarşısına məqsəd qoyub.
    Bunu İran Prezidenti Həsən Ruhani bildirib.
    "ABŞ İrana sanksiya tətbiq etdiyi üçün peşman olacaq. Dünyadan təcrid olunmuş vəziyyətdədirlər. İranın uşaqlarına, xəstələrinə və bütün millətə sanksiya tətbiq edirlər. Sanksiya tətbiq edərkən müzakirəyə dəvət etməyin bir mənası yoxdur. Müzakirə üçün şərtimiz qarşı tərəfin sədaqətini göstərməsi və nüvə müqaviləsinin öhdəliklərinə geri qayıtmasıdır. Bizim müzakirə üçün ilkin şərtimiz yoxdur", - Ruhani söyləyib.

    Muxalifet4 - 7-08-2018

  14. ​Prezidentin vida nitqi – “BİR DAHA SİYASƏTLƏ MƏŞĞUL OLMAYACAM”

    Kolumbiyada prezident postunu tərk edən Xuan Manuel Santos xalq qarşısında vida nitqi ilə çıxış edərək bir daha siyasətlə məşğul olmayacağını deyib.
     
    “RİA Novosti”nin məlumatına görə, bu gündən bu postu seçkilərdə qələbə qazanan İvan Duke tutacaq. 8 ildir Kolumbiyanı idarə edən Santos qəlbində heç bir narazılıq və inciklik olmadan prezidentlikdən getdiyini bildirib: “Kolumbiya bir olanda güclü olacaq. Bizim potensialımız genişdir”.
     
    Santos söz verib ki, Dukeyə “mane olmayacağı” ilə bağlı verdiyi sözün üstündə duracaq.

    Muxalifet4 - 7-08-2018

  15. ​Bu ölkələrdə gənclər xaricə getməyi arzulamır – SİYAHI

    Xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti elə oxuduqları ölkədə qalaraq karyera qurmaq arzusundadırlar. Buna səbəb isə adətən yüksək maaşdır.

    Muxalifet4 - 7-08-2018

  16. ABŞ-la Türkiyə arasında ön anlaşma - ANKARADAN VAŞİNQTONA HEYƏT DƏVƏT OLUNDU

    “Habertürk”-ün verdiyi xəbərə görə, sanksiya qərarı ilə bağlı Türkiyə ilə ABŞ arasında bəzi məsələlərdə ön anlaşma əldə olunub. Diplomatik mənbələrə görə 2 gün ərzində ABŞ-a nümayəndə heyəti gedəcək.
     
    Diplomatik mənbələr də, sanksiya qərarı ilə bağlı Türkiyə ilə ABŞ arasında müəyyən məsələlərdə ön anlaşma əldə olunduğunu təsdiqləyib.
    Diplomatik dialoq və konstruktiv mövqeyin davam etdirilməsində qarşılıqlı məmnuniyyət dilə gətirilib. Danışıqların üzbəüz görüşlərlə davam etdirilməsi qərara alınıb.
     

    Muxalifet3 - 7-08-2018

  17. SENSASİON AÇIQLAMA: “Nüvə silahları Rusiyaya tuşlanıb”

    NATO-nun genişlənməsi Moskvanın narahatlığına səbəb olur, çünki ittifaqın hərbi imkanları, həmçinin nüvə silahı Rusiyaya tuşlanıb.
    Bu haqda Rusiyanın baş naziri Dmitri Medvedev “Kommersant” nəşrinə müsahibəsində bildirib.

    “İndiki halda yalnız strateji nüvə güclərindən deyil, həm də taktik nüvə silahından söhbət gedir. Taktik nüvə silahları Rusiyanın sərhədlərinə yaxınlaşanda strateji nüvə silahının keyfiyyətini əldə edir”, - baş nazir deyib.
    Onun sözlərinə görə, NATO ölkələri Rusiyaya potensial rəqib kimi baxmağa davam edirlər.

    Muxalifet4 - 7-08-2018

  18. ​Yapon ixtiraçısı 10 yaşlı oğlanın üzüylə robot-android yaratdı - VİDEO

    Məşhur yapon robototexnik Xirosi İsiquro “İbuki” robot-androidi yaradıb.
    Publika.az xəbər verir ki, “İbuki” insanlarla ünsiyyət üçün nəzərdə tutulub və hələ tamamlanma mərhələsindədir.
    Amma artıq indi bəzi imkanlarını nümayiş etdirə bilir. “İbuki” 10 yaşlı oğlanı təmsil edir və dörd təkərdə hərəkət edir. Onun hündürlüyü 120 santimetr, çəkisi 37 kiloqramdır.

    Muxalifet4 - 7-08-2018

  19. ​Smartfonun qızmasının qarşısını belə almaq olar

    Smartfon istehsalçıları isti günlərdə “ağıllı” telefonlardan təhlükəsiz istifadə üçün bir neçə sadə qaydaya riayət edilməsini bildiriblər.
     
    Axar.az xəbər verir ki, yüksək hava temperaturu elektron qurğuların həddindən çox qızmasına səbəb ola bilər, ancaq belə hallar təcrübədə çox az qeydə alınır.
     

    Muxalifet4 - 7-08-2018

  20. ​Jurnalist Orxan Camalın dəfni niyə ləngiyir?

    Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən jurnalist - Orxan Camalın yaxınları onu dəfn edə bilmirlər.
    Bu barədə BBC-ə məlumat verən Orxan Camalın yaxın dostu, jurnalist Maksim Şevçenko deyib ki, Camalın ölüm haqqında şəhadətnaməsi cəsəd gətirilirkən itib, buna görə də yaxınları onu dəfn mərasimini təşkil edə bilmirlər.
    Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko-nun cəsədləri bazar günü Air France təyyarəsiylə MAR-dan Moskvaya gətirilib, bu barədə BBC News Rusca məlumat verib.

    Muxalifet4 - 7-08-2018

Pages