Axtarış
The search found 105844 results in 0.077 seconds.
Search results
Ermənilər Qarabağ meşələrində diversiya qrupları yaradır – VİDEO
Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında könüllü hərbi birləşmələr yaradır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.
Onların həyata keçirdiyi təlimlərin videogörüntüləri Youtube.com-da yerləşdirilib.Muxalifet - 6-08-2018
ABŞ-ın “Türkiyə” sanksiyalarının hədəfi bəlli oldu
ABŞ, Türkiyə ilə böhranı dərinləşdirməyə hazırlaşır. Türkiyənin daxili şlər naziri Süleyman Soylu ilə ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyaların olacağını qərarın açıqlanmasından bir neçə gün əvvəl xəbər verən iqtisadiyyat xəbər bülleteni “Bloomberg”, indi də yeni bir iddia ortaya atıb. Casusluqda ittiham olunan keşiş Endryu Kreyq Brunsonın azad edilməməsi bəhanəsi ilə Türkiyəni təhdid edərək iki nazir haqqında sanksiya qərarı verən ABŞ rəhbərliyi, prezident Ərdoğanın geri addım atmayaraq eyni şəkildə qarşıdurmaya getməsindən sonra yeni bir sanksiya hücumuna başlayacaq.
Muxalifet3 - 6-08-2018
İran üçün bəla başladı: Sanksiyalar işə düşdü
ABŞ Tehrana qarşı 2015-ci ildə nüvə müqaviləsi imzalana qədər olan sanksiyalardan daha dəhşətlisini tətbiq etməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, sanksiyalar İran rəhbərliyinin fəaliyyətlərinə cavabdır. O bu sanksiyaların mənfi nəticələrinə görə, bütün məsuliyyətin İran hökumətinin üzərinə düşdüyünü bildirib. Pompeo İran xalqının ABŞ-dan yox, öz rəhbərlərindən narazı olduğunu deyib.Muxalifet - 6-08-2018
Sui-qəsd təşəbbüsü ilə bağlı kritik gəlişmə
“Reuters”-ın Venezüela daxili işlər naziri Nestor Reverolin açıqlamalarına əsaslandırdığı xəbərində dövlət başçısı Nikola Maduroya qarşı sui-qəsd cəhdinə qarışdıqları şübhəsi ilə 6 nəfərin həbs edildiyini bildirib.
Venezüelanın informasiya naziri Jorge Rodriguez də, bu gün etdiyi açıqlamada, Maduroya sui-qəsd cəhdi zamanı 3 insansız hava vasitəsinin (İHA) partladığını bildirib.Muxalifet3 - 6-08-2018
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb
Bugündən etibarən 2018-2019-cu tədris ili üzrə "ASAN peşə" layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi və "ASAN xidmət"in birgə həyata keçirdiyi "ASAN peşə" layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.Muxalifet - 6-08-2018
Külli miqdarda dolların Azərbaycandan çıxarılmasının qarşısı alındı
Azərbaycandan külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.Muxalifet - 6-08-2018
Sürücülərin nəzərinə: Bakı-Sumqayıt yolunda yenidən hərəkət məhdudlaşdırılacaq
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Muxalifet.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədləri təmir ediləcək:Muxalifet - 6-08-2018
Yaponiya və Rusiya arasındakı nifaq adaları: Moskva Kurili hərbi bazaya çevirir
Muxalifet.az bildirir ki, Yaponiya hökuməti Rusiyanın İturup adasına Su-35C qırıcı təyyarələrinin yerləşdirməsinə sərt təpki verib.
Musavat.com TASS agentliyinə istinadla xəbər verir ki, Yaponiya Nazirlər Şurasının baş katibi Yosixide Suqa ölkəsinin bununla bağlı Moskvaya rəsmi etiraz notası göndərdiyini açıqlayıb.
Qeyd edək ki, Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu olub, Oxot dənizini Sakit okeandan ayırır.Muxalifet - 6-08-2018
Jozefdən ŞOK etiraf: DÇ-da Saxtakarlıq edildi
FİFA-nın eks-prezidenti Jozef Blatter 2022-ci ildəki futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı saxtakarlıq edildiyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu etiraf Blatterin yeni dərc edilən kitabında yer alıb. Onun sözlərinə görə, ev sahibinin müəyyən edilməsi üçün təşkil edilən komissiya Qətərin dünya çempionatı üçün lazımi şəraiti təşkil edə bilməyəcəyi haqqında verilən konsultasiyaların heç birini diqqətə almayıb. O, Qətərin UEFA-nın keçmiş prezidenti Mişel Platininin təzyiqi ilə bu hüququ əldə etdiyini bildirib.Muxalifet - 6-08-2018
İran Mərkəzi Bankının sədr müavini və daha 3 vəzifəli şəxs həbs olundu
Muxalifet.az bildirir ki, İran Mərkəzi Bankının Valyuta Şurasının sədr müavini Əhməd Əraqçi həbs olunub.
İran KİV-ləri xəbər verir ki, bunu İslam Respublikası məhkəməsinin sözçüsü Qulamhüseyn Möhsün-Ejei bildirib.
Məlumata görə, onunla yanaşı, daha üç nəfər həbs olunub. Q.M.Ejeyinin sözlərinə görə, onlara qarşı korrupsiya ittihamı irəli sürüləcək.
Ə.Ərakçi bu yaxınlarda korrupusiyada iştirakda şübhəi bilindiyi üçün tutduğu vəzifədən azad edilib.Muxalifet - 6-08-2018
"Şeytan çarxı"ndan özünü atan gəncin kimliyi məlum oldu
Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub.
Bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.
O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.
Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.Muxalifet - 6-08-2018
Sanksiyalara bir neçə saat qalmış İrana uçan 5 təyyarə...
ABŞ-ın sanksiyalarının təkrar qüvvəyə minməsinə cəmi bir neçə saat qalmış İran Avropadan daha 5 ATR sərnişin təyyarəsi almağa imkan tapıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, turbovintli təyyarələr bazar günü Fransanın Tuluza şəhərindəki zavodu tərk ediblər və ABŞ-ın sanksiyalarının qüvvəyə minməsinə saatlar qalmış İranın şimal-qərbindəki Urmiyə şəhərinə eniblər. Qısa dayanacaqdan sonra təyyarələr Tehranın Mehabad aeroportuna uçub. Bununla da İran Avropadan sanksiyaların yenidən qüvvəyə minməsinə qədər cəmi 13 ATR təyyarəsi almağa imkan tapıb.
Muxalifet - 6-08-2018
Qohumunun evində arvadını... - Astarada ata və oğuldan DƏHŞƏTLİ ƏMƏL
Astara şəhərində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, xuliqanlıq etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məstəli Nuriyev və onun oğlu, 1990-cı il təvəllüdlü Əli Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet - 6-08-2018
Medvedyevdən dəhşət ANONSU: Tiflisi NATO-ya qəbul etsəniz...
Gürcüstanın NATO-ya üzvlüyü katastrofik nəticələrə səbəb ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözlər Rusiya Baş naziri Dmitri Medvedyevin yaxın günlərdə “Kommersant” radiosunda yayımlanacaq müsahibəsinin fraqmentində yer alıb. O, NATO-nun niyə belə dəhşətli konfliktə getmək istədiyini anlamadığını bildirib.
Qeyd edək ki, məhz Medvedyevin hakimiyyəti dönəmində Rusiya ilə Gürcüstan arasında müharibə baş verib.Muxalifet - 6-08-2018
Mehman Hüseynovun anası vəfat edib
Həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Hüseynovun anası 71 yaşlı Firəngiz Hüseynova bu gün dünyasını dəyişib. O, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Bir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloqerin davranışlarını əsas gətirərək buna icazə verməmişdi.Muxalifet - 6-08-2018
Türkiyədə 9 zabit tutuldu
Ankara Baş Prokurorluğu quru qoşunlarda xidmət edən 9 zabit barədə həbs qərarı çıxarıb.
Teleqraf.com “Hürriyət”ə istinadla xəbər verir ki, şübhəlilərin FETÖ terror təşkilatının üzvləri ilə müxtəlif telefonlar vasitəsilə əlaqə saxladığı üzə çıxıb.
Saxlanılanlardan ikisi hazırda hərbi xidmətdə imiş.Muxalifet - 6-08-2018
Manqal yandırmaqla bağlı ŞOK QƏRAR - Burada kabab çəkənləri HƏBS GÖZLƏYİR
Muxalifet.az bildirir ki, İsveçdə manqal yandırmaq qadağan edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə may ayından bu vaxta qədər isti və quraqlıq səbəbindən baş verən meşə yanğınlarıdır.
Manqal yandırmaqla bağlı qadağaya əməl etməyənlərə əvvəl pul, sonra isə həbs cəzası müəyyən edilib. İsveçrənin dövlət televiziyası yanğın baş verən ərazilərdə ötürücü antenaların yanması səbəbindən 3 bölgədə yayımı dayandırdıqlarını açıqlayıb.Muxalifet - 6-08-2018
ELNUR ASLANOV UKRAYNADA ZAVOD ALIB! – “Azərbaycan səfirliyinin tədbirlərində iştirak edir”
Prezident Administrasiyasının eks şöbə müdiri, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Ukraynada şəkər zavodu alıb. “AzPolitika.info”ya daxil olan məlumata görə, bu zavod Aslanovun Ukraynadakı çoxşaxəli biznesinin yalnız bir həlqəsidir.
Elnur Aslanov iqtidarda təmsil olunduğu dövrdə yüksək iddialarına, gizli işlər çevirdiyinə görə siyasi hakimiyyətin qəzəbinə tuş gələrək, komandadan qovulan məmurlardandır.Muxalifet - 6-08-2018
Qəribə nəticə: rusların yarısı bu müharibədən xəbərsizdir
Ruslar hələ də 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən müharibənin əsas günahkarının rəsmi Tiflis, ABŞ və NATO olduğunu düşünürlər.
Muxalifet.az xəbər verir ki, bu nəticə “Levada Çentr” saytının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 34%-i Gürcüstan rəhbərliyini 2008-ci il hadisələrində əsas günahkar hesab etdiklərini bildiriblər. ABŞ-ın və NATO-nun bu müharibədə əsas günahkar olduğunu düşünənlərin sayı 24% təşkil edib. Cəmi 5% şəxs müharibədə əsas günahkar kimi Rusiyanı görüb.Muxalifet - 6-08-2018
"Hər manatımızın qədrini bilməliyik" - Vahid ƏHMƏDOV
“Dövlət maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbulu artıq sürətləndirilməlidir. Büdcə şəffaflığının təmin edilməsi üçün bu sənəd həddindən artıq vacibdir.
Muxalifet.az bildirir ki, bunu oxu.az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.
“Artıq neçə illərdir bunu deməkdən, təklif etməkdən, səsləndirməkdən yorulmuşuq”, - deyən millət vəkilinin sözlərinə görə, o, həmkarı Əli Məsimli ilə həm parlamentin komitə, həm də plenar iclaslarında, sessiyaların açılışında, qanunvericilik işləri planının müzakirələrində hər dəfə bu məsələni dilə gətiriblər.Muxalifet - 6-08-2018