Axtarış

The search found 105844 results in 0.126 seconds.

Search results

  1. Birinci vitse-prezidentdən əhaliyə ŞAD XƏBƏR

    Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi yaxın zamanda 4 min köçkün ailəsi yeni evlərə köçürüləcək
    İcra başçılarına məcburi köçkünlərlə bağlı tapşırıq verildi
    "Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb. Proses davam etdirilir".

    Muxalifet3 - 5-08-2018

  2. ​Ərdoğanın ziyarətində diqqət çəkən detal

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inşaası davam edən Çamlıca məscidini ziyarət edib.
    Muxalifet.az xəbər verir ki, prezidentin ziyarəti əsnasında ərazidə böyük təhlükəsizlik tədbirlərinin görülməsi diqqət çəkib.
    Xüsusən, hava hücumundan müdafiə raketi ilə ərazidə xidmət edən hərbçinin fotosu maraq doğurub.
     

    Muxalifet3 - 5-08-2018

  3. ​Müsəlman ölkəsində fəlakət: ölənlər var

    Əlcəzairdə leysan yağışlarının səbəb olduğu daşqın və ildırım səbəbindən 6 nəfər həlak olub.
    Muxalifet.az xəbər verir ki, ölənlərdən ikisinin 7 və 8 yaşlarında uşaqlar olduğu bildirilib.
    Ölkə rəsmiləri təbii fəlakətlər nəticəsində daha 2 nəfərin itkin düşdüyünü açıqlayıb.
     

    Muxalifet3 - 5-08-2018

  4. ​Orxan Camalı dəfn edə bilmirlər: Maksim Şevçenkodan - Bəyanat

    Mərkəzi Afrikada həlak olmuş jurnalist Orxan Camalın qohumlarına bildiriblər ki, Mərkəzi Afrika Respublikasında onun ölümü haqda Rusiya Federasiyasının konsulu tərəfindən imzalanmış yekun rəy itirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə mərhumun dostu və həmkarı Maksim Şevçenko öz Feysbuk səhifəsində yazıb.
    "Sağlığında Orxanla nə etmək lazım olduğunu bilməyən küt hakimiyyətin qisasçılığının hüdudu yoxdur", — jurnalist yazıb. Onun sözlərinə görə, bu sənəd olmadan O.Camalı dəfn etmək olmaz.

    Muxalifet3 - 5-08-2018

  5. ​Tramp planını açıqladı: Bu yolla Barak Obamanın...

    Gömrük tarifləri yüksək səviyyədə öz işini görür.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitterdə yazıb.
    "Dünyanın bir çox ölkəsi ABŞ-dan sərvət çıxarmaq istəyir. Bu, bizim ziyanımızadır. Əgər onlar yüksək vergi vermək istəmirlərsə, məhsullarını ABŞ-da hazırlasınlar.
    Biz gömrük siyasətimiz sayəsində keçmiş prezidentdən (Barak Obama - red.) qalmış 21 trilyon dollarlıq borcu da ödəməyə başlayacağıq və xalqımızın vergilərini azaldacağıq", - Tramp bildirib.
     

    Muxalifet3 - 5-08-2018

  6. ABŞ səfirinə sui-qəsd edildi

    Banqladeşin paytaxtı Dəkkə şəhərində ABŞ səfəri Marş Berniketə hücum olub.
    Muxalifet.az xəbər verir ki, cinayətkarlar səfirin avtomobil kortejinə silahlı hücum təşkil ediblər.
    Hadisə zamanı maşınlar zərər görüb, səfir və mühafizəçiləri isə xəsarət almayıblar.
     

    Muxalifet3 - 5-08-2018

  7. ​"Qarabağ"ın Avropa matçına neçə min bilet satılıb?

    BATE-ylə matça 15 min bilet satılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
    "Biletləri fan-şopumuzdan (Park Bulvar), Respublika stadionunun kassalarından, 28 Malldan və onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz", - məlumatda bildirilib.
    Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ"-BATE matçı avqustun 7-si, saat 21:00-da baş tutacaq.

     

    Muxalifet3 - 5-08-2018

  8. ​Cinayətkardan Maduroya sui-qəsdlə bağlı - Etiraf

    Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd yarım ildir hazırlanırdı.
    Muxalifet.az xəbər verir ki, bu haqda ölkənin Rabitə və informasiyalar naziri Rodriges Xorxe bildirib.
    “Prezident Maduronun təhlükəsizlik xidməti tərəfindən sürətli reaksiyası yalnız onun təxliyyəsini təmin etmədi, həm də cinayət başında bir neçə icraçını sürətli şəkildə tutmağa imkan verdi. İndi onlar bu əməliyyatın bütün detallarını danışırlar. Sui-qəsd ən azı altı ay hazırlanırdı”, - Rodriqes deyib.

    Muxalifet3 - 5-08-2018

  9. ​3 min il azadlıqdan məhrum edilmiş terrorçu həbsdən çıxdı

    ETA terror təşkilatının məşhur üzvlərindən olan Santi Potros 31 ildən sonra azadlığa buraxılıb. Muxalifet.az xəbər verir ki, Potros bu gün Topas həbsxanasını tərk edib. Onun həbsdən çıxması İspaniya dövlət televiziyası tərəfindən canlı yayımlanıb. Qeyd edək ki, Santi Potros 40-dan çox terror aktının törədilməsində ittiham olunurdu. 1987-ci ildə Fransada saxlanılan Potros məhkəmə tərəfindən 3 min il azadlıqdan məhrum edilmişdi.

    Muxalifet3 - 5-08-2018

  10. ​ABŞ İrana qarşı embarqoya başlayır - İki mərhələ

    Avqustun 6-da, bazar ertəsi ABŞ, İrana yeni iki mərhələli bir embarqoya başlayacaq.
    Muxalifet.az xəbər verir ki, ABŞ İrana qarşı tətbiq olunan embarqoya dair iki mərhələli yeni bir qərarın ilk mərhələsinə start verəcək.
    Embarqo daxilində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.
     

    Muxalifet3 - 5-08-2018

  11. ​Tramp İranla danışıqlara hazırdır, lakin... - Pompeo

    Donald Tramp İran Prezidenti Həsən Ruhani ilə danışıqlar aparmağa hazırdır, lakin İran öz siyasətini dəyişəcəyinə sadiq olmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
    "İran terrorizmi maliyyələşdirən böyük bir dövlətdir. ABŞ istəyir ki, İranı bu siyasətindən daşınsın", - Pompeo bildirib.
     

    Muxalifet3 - 5-08-2018

  12. ​Toyda rəqs edən şəxs qəfil öldü

    Şirvan rayonunda keçirilən toy mərasimində bir nəfərin ürəyi dayanaraq ölüb.
    Muxalifet.az xəbər verir ki, hadisə Şirvanda fəaliyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.
    İlkin məlumata görə, toya gələn 1973-cü il təvəllüdlü Salyan şəhər sakini Zeynalov Mahir Rizvan oğlu mərasimdə oynayan zaman qəfil ürəyi dayanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 5-08-2018

  13. ​Əfsanəvi aktyor xəstəxanaya yerləşdirildi

    Türkiyənin məşhur aktyoru Cüneyd Arkın xəstəxanaya yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, aktyorun tənəffüs yollarında yaranmış problemə görə xəstəxanaya aparıldığı bildirilib. Məlumata görə, Cüneyd Arkın xəstəxananın reanimasiya bölümünə yerləşdirilib.
    Qeyd edək ki, Cüneyd Arkın daha çox tarixi filmlərdə canlandırdığı Battal Qazi obrazı ilə tanınır.
     

    Muxalifet3 - 5-08-2018

  14. ​İspaniyada erməni mafiyasına daha bir zərbə

    İspaniya Milli Polisi Malaqa vilayətində Litvada yaşayan Ermənistan vətəndaşını, həmçinin iki Gürcüstan vətəndaşını həbs edib.
    Muxalifet.az xəbər verir ki, onların saxlanılması İspaniyada iyunun sonunda erməni mafiyasına qarşı səs-küylü əməliyyatın davamı hesab edilir. Həmin əməliyyat zamanı 129 nəfər həbs olunmuşdu.
    Ötən gün keçirilən əməliyyat zamanı saxlanılan şəxslər mütəşəkkil cinayətdə şübhəli bilinirlər.
    Onlardan biri Rusiya mafiyasında üçüncü adam hesab olunur.

    Muxalifet3 - 5-08-2018

  15. ​Əfqanıstanda hərbi bazaya hücum: 40 ölü

    Taliban yaraqlıları Əfqanıstanın Uruzqan əyalətinin Çinartu rayonundakı hərbi bazaya hücum edib.
    Muxalifet.az xəbər verir ki, hücum nəticəsində 40 əsgər həyatını itirib. Taliban yaraqlılarının da toqquşma zamanı itki verdiyi bildirilir.
    Hücum nəticəsində onlarla əsgərin yaralandığı və girov götürüldüyü deyilir.
     

    Muxalifet3 - 5-08-2018

  16. ​Güzəşt müddəti uzadıla bilər — Hökumətə təkliflər verildi

    Azərbaycanda sənaye parklarının rezidentləri üçün güzəşt müddəti uzadıla bilər.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə hökumətdəki mənbə bildirib.
    Mənbənin sözlərinə görə, müvafiq təkliflər hökumətə təqdim olunub.
    Hazırda ölkədə sənaye parklarının rezidentləri 7 il müddətinə müxtəlif güzəştlər əldə edir. Yeni təklif güzəşt müddətinin 10 ilədək uzadılmasını nəzərdə tutur.
    Rezidentlər hazırda əmlak, mənfəət, torpaq və idxal olunan avadanlıq üçün əlavə dəyər vergilərindən azad edilib.

    Muxalifet3 - 5-08-2018

  17. ​Gürcüstanda neft ehtiyatları var?

    Gürcüstanda fəaliyyət göstərən bəzi xarici şirkətlər bu ölkənin ərazisində neft yataqları olduğunu iddia edirlər və bununla əlaqədar olaraq axtarışlara da başlanılıb.
    Muxalifet.az xəbər verir ki, “İmedi” telekanalının məlumatına görə, bu barədə “Kommersant” radiosuna Gürcüstan Neft və Qaz Korporasiyasının rəhbəri Giorgi Tatişvili məlumat verib.

    Muxalifet3 - 5-08-2018

  18. Milli Məclisdə ÇƏKİŞMƏ: “Ölkədə demək olar korrupsiya yoxdur” - “52 manata hansı deputat dolana bilər?”

    Parlamentdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsin sədri Hadı Rəcəbli qeyd edib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib: “ Mən ikinci oxunuşda deputatları müzakirədə fəal olmağa çağırıram”.

    Muxalifet3 - 6-08-2018

  19. Iki ölkə arasında böhran: 24 saat vaxt verdilər

    Səudiyyə Ərəbistanı təhlükəsizlik orqanlarının bəzi insan haqları fəallarını nəzarətə almasından sonra Kanada tərəfindən verilmiş sərt bəyanatlar iki ölkə arasında diplomatik böhrana səbəb olub.
     
    Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi və rəsmi agentliyi “SPA”-dan verilən məlumatda, Kanada'nın Riyaddakı səfiri Dennis Horakın arzuolunmaz şəxs elan edildiyi və ölkəni 24 saat içində tərk etməsi lazım olduğu ifadə edilib

    Muxalifet3 - 6-08-2018

  20. Əsgərlər tələyə düşdülər: 100 ölü

    Yəməndə hökümətə bağlı Amalika güclərinin sözçüsü Abdullah əş-Şabi, AA müxbirinə verdiyi açıqlamada, ötən bir neçə saat içində Husilərin Hudeydə vilayətində 100-ə qədər hərbçini öldürdüyünü ya da əsir aldığını söyləyib.
     
    Amalika güclərinə bağlı üç birliyin Hudeydə'nin cənubundakı Dureyhimi qəsəbəsi istiqamətində İran dəstəkli Husilər tərəfindən mühasirəyə alındığını deyən Şabi, nəticədə 100-ə qədər əsgərin Husilər tərəfindən öldürüldüyünü, yaralandığını ya da əsir olaraq ələ keçirildiyini qeyd edib.

    Muxalifet3 - 6-08-2018

Pages