Axtarış

The search found 105844 results in 0.2 seconds.

Search results

  1. Səudiyyə Ərəbistanı ilə İran arasında buzlar əriyir

    Səudiyyə Ərəbistanı Krallığı  İrana diplomatik nümayəndəliyinə yaşıl işıq yandırıb. Səudiyyə Ərəbistanı administrasiyası İrana diplomatik viza verməyə razılıq verib. Bu diplomatın ofisi 2017-ci ildə imzalanmış müqaviləyə əsasən İsveçrənin səfirliyində yerləşəcək.

    Muxalifet3 - 6-08-2018

  2. Şəhid qızı ürəkləri dağladı: “GƏLİN OLURAM ATA"

    2012-ci ildə PKK terrorçularının yola döşədiyi patlayıcının partlaması ilə şəhid olan polis məmuru Orhan Ayan'ın qızının sosial mediada paylaşımı ürəkləri dağlayıb.
     
    Qeyd edək ki, Türkiyənin  Mardin vilayətində müvəqqəti xidmət üçün göndərilən polis məmuru Orhan Ayan terrorçuların hücumu nəticəsində şəhid olmuş, 2 polis məmuru da yaralanmışdı.
    Şəhid polisin qızı Büşra Ayan'ın dünən sosial mediada etdiyi paylaşım görənləri duygulandırıb.

    Muxalifet3 - 6-08-2018

  3. “Həmas”-ın İsraillə anlaşması tənqid olundu

    Fələstin prezidenti Mahmus Abbasın rəhbərlik etdiyi Əl-Fəth hərəkatı Həması İsraillə anlaşdığı üçün ittiham edib.
     
    Əl-Fəth hərəkatının etdiyi açıqlamada, "Həmas liderliyinin işğalçı rəhbərliklə utanc verici müzakirələrdə iştirak etməsi, ABŞ-ın təklif etdiyi “Əsrin müqaviləsi”nin ən əhəmiyyətli maddələrinin tətbiq olunmasıdır" deyə, bildirilib.
     

    Muxalifet3 - 6-08-2018

  4. İsraildən QORXULU AÇIQLAMA: Artıq sondur, müharibə başlayacaq

    İsrail təhlükəsizlik kabineti Birləşmiş Millətlər Təşkilatının (BMT) və Misirin vasitəçiliyi ilə keçirilən HƏMAS-la razılaşma ehtimalının detallarını müzakirə edib.
    Muxalifet.az xəbər verir ki, müzakirəyə İsrail Baş naziri Benyamin Netanyahu rəhbərlik edib.
    İsrailin Rabitə və kəşfiyyat naziri İsrail Katz görüşdən sonra Qəzza zolağındakı durumla bağlı bu açıqlamanı yayıb. "Qəzzadakı vəziyyətlə bağlı qərarda son addım atılacaq. Ya razılığa gəlinəcək, ya da müharibə başlayacaq", - katz bildirib.

    Muxalifet - 6-08-2018

  5. İstanbulu 'Bizanslaşdırma planı'!

    565 il əvvəl tarixə qarışan Bizans dövlətinə aid əsərləri yenidən ortaya çıxarmağı məqsəd qoyan Bizans Araşdırmaları Beynəlxalq Birliyi (AIEB), İstanbulda Beynəlxalq Bizans Tədqiqatları Konqresi (ICBS) təşkil edir. 7-10 avqust tarixləri arasında Beyoğlu'nda keçiriləcək konqres zamanı türk-islam düşmənliyi ortaya qoyulurkən, digər tərəfdən də İstanbulu “Bizanslaşdırma planı”nın həyata keçirilməsi üçün hərəkətə keçəcəklər.
     

    Muxalifet3 - 6-08-2018

  6. ​ABŞ üçün DƏHŞƏTLİ SSENARİNİ xəbər verdilər – Ən yaxın həftələrdə…

    Suriyada terrorçuluğa qarşı əməliyyatda Çinin iştirakı ABŞ üçün “dəhşətli ssenari” olardı.
    Bu haqda Avstriyanın “Contra Magazin” nəşri yazıb.
    Məqalənin müəllifi Çinin Dəməşqdəki səfiri Xi Xianjinin fikirlərinə istinad edib.

    Muxalifet - 6-08-2018

  7. ​İspaniyada erməni və gürcülərdən ibarət dəstə yaxalandı

    İspaniyada mütəşəkkil cinayətkarlıqla əlaqədə şübhəli bilinən bir Ermənistan və iki Gürcüstan vətəndaşı saxlanılıb.
    Üç kişi Marbelyi restoranlarından birində, ehtimal ki, "rəqib qruplaşma üzvünün qətlini" planlaşdıran zaman tutulublar.
    Saxlanılan canilərin hamısı adam öldürməyə qəsd etmə, sənədləri saxtalaşdırma və cinayətkar qruplaşmaya aid olma ittihamı üzrə həbs olunubalar.

    Muxalifet - 6-08-2018

  8. Suriyada Müxalif qruplar birləşdi!

    Suriyanın şimalında İdlib mərkəzli müxalif qruplar arasında yeni bir birləşmə baş tutub. Daha əvvəldən ayrı birliklər halında fəaliyyət göstərən dörd qrup birləşdiklərini elan edib.
     
    Milli Liberallaşdırma Cəbhəsi
     
    Milli Liberallaşdırma Cəbhəsi adı altında bir araya gələn qruplar arasında eyni adla əvvəlcədən qurulan Milli Azadlıq Cəbhəsi, Ahraruş Şam-Nureddin Zenki ittifaqı ilə qurulan Təhrir Suriya Cəbhəsi, daha əvvəldən Ahraruş Şam-dan ayrılan Ceyşul Əhrar və Sukuruş Şam var.

    Muxalifet3 - 6-08-2018

  9. ​Ermənilər atəşkəsi 86 dəfə pozdular

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 6-08-2018

  10. Şənbə-bazarın “yol terroru”: 11 qəza, 4 ölü, çox sayda yaralı

    Daxili İşlər Nazirliyi avqustun 4-dən 6-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat  açıqlayıb.    
    DİN-dən Muxalifet.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 220 cinayət faktı qeydə alınıb, onların da 48-i “isti izlər”lə açılıb.
    Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.  

    Muxalifet - 6-08-2018

  11. ​Balakən-Bakı qatarında insident olub

    Bu gecə Balakəndən Bakıya gələn sərnişin qatarında insident baş verib.
    “Report” xəbər verir ki, hadisə qatarın keçdiyi Şəki stansiyasında qeydə alınıb.
    4 nəfər – Əzizağa, Gülnarə və Gülxanım Əzizovalar, eləcə də Rəfiqə Səfərli vaqon vələdçilərinə internetlə bilet aldıqlarını bildirərək qatara minmək istəyiblər. Lakin bələdçilər onlardan onlayn biletin kassadan alınmalı olan kağız variantını tələb ediblər. Tərəflər arasında mübahisə yaranıb.

    Muxalifet - 6-08-2018

  12. DİN-dən əməliyyat: 44 şübhəlini saxladı

    Avqustun 4-dən 6-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
    Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 220 cinayət faktı qeydə alınıb, onların da 48-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

    Muxalifet - 6-08-2018

  13. Cüneyt Arkının səhhəti AĞIRLAŞDI - FOTO

    “Yeşilçam”ın tanınmış aktyoru Cüneyt Arkının səhhəti ağırlaşıb.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağ evində dincələn əfsanəvi kino ulduzu tənəffüs problemi yaşayıb. 81 yaşlı aktyoru yaxınları dərhal təcili tibbi yardım maşınıyla özəl xəstəxanaya aparıb.
    İlk müayinələrdən sonra C.Arkın reanimasiyaya yerləşdirilib.

    Muxalifet - 6-08-2018

  14. MKİ Türkiyədəki casusuna qəzəblənib: “ƏFƏL”

    ABŞ-la Türkiyə arasında böhrana səbəb olan keşiş-casus Brunsona 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) tapşırıq gəldiyi ortaya çıxıb.
     
    ABŞ-a “GERİ QAYIT” ÇAĞIRIŞI
     
    Keşiş adı altında Türkiyədə terror təşkilatları FETÖ və PKK ilə münasibət quran, xəndək mübarizəsi dövründə Suriyanın Kobani bölgəsinə gedən Brunsona xain çevriliş cəhdi müvəffəqiyyətsiz olunca, MKİ tərəfindən "Türkiyədən çıx və dərhal ABŞ-a dön" şəklində müraciət edildiyi müəyyən olunub.
     

    Muxalifet3 - 6-08-2018

  15. ​Çin dünyaya meydan oxuyur: Hipersəsli uçan aparat sınaqdan keçdi

    Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası " Xingkong-2" kimi tanınan hipersəsli uçan aparatı uğurla sınaqdan keçirib.
    Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Global Times" qəzeti məlumat yayıb.
    Sınaq zamanı sözügedən aparat havada təxminən 10 dəqiqə olub. Uçuş zamanı 30 km yüksəklikdə aparat bir çox çətin trayektoriya boyunca uğurlu manevrlər eləməklə eniş edib.
    Aparatdan gələcəkdə döyüş başlığı üçün daşıyıcı və raket əleyhinə müdafiə sistemlərində istifadə etmək nəzərdə tutulur.

    Muxalifet - 6-08-2018

  16. ABŞ-da təyyarə düşdü: ÖLÜLƏR VAR

    Yanğınsöndürmə rəsmiləri, Kaliforniyanın cənubundakı alış-veriş mərkəzində yerləşən dayanacağa iki motorlu kiçik təyyarənin düşdüyünü bildirib.
     
    Təyyarədəki 5 nəfərin həyatını itirdiyini ifadə edən rəsmi şəxslər, avtoparkda ölən ya da yaralananın olmadığını bildirib.
    Qəzayla bağlı istintaq başlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 6-08-2018

  17. Bu ərazilərində su olmayacaq

    Bakının bu ərazilərində su olmayacaq.
    Azərsu ASC-dən Muxalifet.az-a verilən məlumata görə, Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar 06 avqust 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
    Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

    Muxalifet - 6-08-2018

  18. Axtarılan terrorçu öldürüldü!

    Türkiyənin Tunceli vilayətində Ovacıq kəndində aparılan əməliyyatlarda narıncı siyahıda olan Yusif kod adlı PKK-lı terrorçu İlker Tezer məhv edilib.
     
    Tuncelinin Ovacıq rayonu çölündə Jandarm qüvvələrinin apardığı əməliyyatda 6 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
    Zərərsizləşdirilən terrorçulardan Yusif kod adlı İlker Tezerin terror təşkilatının Ovacıq üzrə məsul şəxsi olduğu və axtarılan terrorçular siyahısı arasında Narıncı Siyahıda yer aldığı və başına 600 min lirə mükafat qoyulduğu müəyyən olunub.

    Muxalifet3 - 6-08-2018

  19. ​Bin Ladenin oğlu 11 sentyabr qəhrəmanının qızı ilə... – İntiqam arzusu

    Əl-Qaida lideri Usamə Bin Ladenin oğlu Həmzə Bin Laden 11 sentyabr terror hücumuna rəhbərlik edən Məhəmməd Attanın qızı ilə ailə qurub.
    Bu barədə “Qardian” qəzeti məlumat yayıb.
    Qəzetə bu haqda Bin Ladenin ögey qardaşları bildirib.
    Əhməd və Həsən adlı qardaşlar deyiblər ki, Həmzə Bin Laden Əl-Qaida təşkilatında yüksək post tutur və əsas məqsədi 7 il əvvəl öldürülən atasının intiqamını almaqdır.
    Həmzə Bin Laden Usamə Bin Ladenin həyatda olan 3 xanımından biri, Hayriyə Sabardan doğulan öğludur.
    Sabar ABŞ xüsusi xidməti Bin Ladeni öldürərkən onun yanında olub.

    Muxalifet - 6-08-2018

  20. ​Səudiyyə ilə Kanada arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ - 24 saat vaxt verildi

    Səudiyyə Ərəbistanının təhlükəsizlik oraqnlarının bəzi insan haqları aktivistlərini həbs etməsindən sonra Kanadadan verilən açıqlamalar ik ölkə arasında diplomatik böhrana səbəb olub.
    Muxalifet.az xəbər verir ki, buna cavab olaraq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kanadanın Riyaddakı səfiri Dennis Horak “istənməyən insan” elan edilib və ölkəni tərk etməsi üçün 24 saat vaxt verilib.

    Muxalifet - 6-08-2018

Pages