Axtarış
The search found 105844 results in 0.075 seconds.
Search results
Mehman Hüseynovu anasının dəfn mərasiminə buraxıblar
Penitensiar Xidmət həbsdə olan bloger Mehman Hüseynovun anasının dəfn mərasiminə buraxılması ilə bağlı müraciətini təmin edib.
M.Hüseynovu aparan avtomobil avqustun 6-da saat 17:00-a yaxın 14 saylı koloniyadan çıxıb.
Blogerin anası, 71 yaşlı Firəngiz Hüseynovanın dəfn mərasimi avqustun 7-də olacaq.
Xatırladaq ki, o, avqustun 6-na keçən gecə kəskin ürək çatışmazlığından vəfat edib. Blogerin anası ilə görüşmək üçün etdiyi əvvəlki müraciətlərə məhəl qoyulmayıb.Muxalifet3 - 6-08-2018
Bakıda Beynəlxalq Dəniz Ticarət Limanı tikiləcək –Prezident 10.2 milyon vəsait ayırdı
Bu gün Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında sərəncam verib.
Muxalifet - 6-08-2018
Lənkəranda göldə 1 nəfər boğuldu
Lənkəran şəhərinin Qurumba kəndində süni göldə 1 nəfər batıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.Muxalifet - 6-08-2018
İsmayıllıda maşın dərəyə aşdı - Ölən var
İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində kənd sakini Vasiliy Kazakov idarə etdiyi “UAZ-69” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.Muxalifet - 6-08-2018
“İcra başçısının özbaşınalığı bizi cana yığıb, özümüzü öldürmə həddindəyik” – GÖYÇAYDAN PREZİDENTƏ ŞOK MÜRACİƏT
Göyçay rayonu Həbibi küçəsi ev 50 sakini Azadov Seymur Əlibala oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadədən şikayət edir:
“Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeganə qazanc yerimiz olan avtomobillərin təmiri sexini qanunsuz olaraq dağıtdırıb, 9 nəfərlik ailəmizi aclığa məhkum etmişdi.Muxalifet4 - 6-08-2018
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü
Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, ötən həftə Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində yeni tədris dövrü başlayıb.Muxalifet3 - 6-08-2018
Qonşuda bağ evləri üçün vergilər belə hesablanacaq
Rusiyada bağ sahələrindəki kiçik tikililər, o cümlədən hamam və qarajlar üçün vergiləri aerofotoçəkilişlər vasitəsilə və həmin obyektlərin Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrində (DƏVDR) qeydiyyatdan keçməklə avtomatik qaydada hesablamaq mümkün olacaq.
Muxalifet.az xəbər verir ki, əmlakın növünün müəyyənləşdirilməsi zamanı vergi xidməti Rusiyanın Dövlət Reyestrinin məlumatlarına əsaslanacaq və torpağın tipindən asılı olmayaraq DƏVDR tərəfindən nömrə almış istənilən iri tikili vergitutma obyektinə çevriləcək.Muxalifet3 - 6-08-2018
Alman mediası: Ərdoğanın ABŞ-a sanksiya tətbiqi...
Ankara Vaşinqtonun sanksiyalarına simvolik bir cavab verdi.
Muxalifet.az xəbər verir ki, bu sözlər Almaniyanın nüfuzlu "Şpiqel" jurnalında qeyd edilib.
"Şpiqel" bildirir ki, sanksiya tətbiq edilən nazirlərin ABŞ-da mal varlığının olmaması və Ərdoğanın da eyni qaydada sanksiya tətbiq etdiyi nazirlərin Türkiyədə mal varlıqlarının olmaması simvolik xarakter daşıyır. Sanksiyaların hər iki ölkənin nazirlərinə faktiki olaraq zərər verəcəyi gözlənilmir.Muxalifet3 - 6-08-2018
Tramp bunu da etdi: İranla bağlı fərman imzalandı
İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv edilmiş sanksiyalar yenidən işə düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.
Fərmana əsasən, İrana qarşı sanksiyalar bərpa edilir.
Muxalifet3 - 6-08-2018
İncə məqsədinə çata biləcəkmi? - CHP son nöqtəni qoydu
Türkiyə Cümhuriyyət Xalq Partiyasında yeni sədrin seçilməsi ilə bağlı qurultay baş tutmayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə CHP-dən məlumat verilib.
Bildirilir ki, qurultayın keçirilməsi üçün 569 imza toplanılıb, ancaq bu kifayət deyil. Qurultayın keçirilməsi üçün 630 imzanın toplanması labüddür.
Bu gün imza toplanması üçün verilən vaxt başa çatıb.
Qeyd edək ki, CHP-nin keçmiş prezidentliyə namizədi Məhərrəm İncə partiyanın sədri seçilmək üçün qurultay keçirilməsini tələb edirdi.
Muxalifet3 - 6-08-2018
Türkiyə Ermənistanı susuz qoydu - NAZİRLİKLƏR BİR-BİRİNƏ QARIŞDI
Ermənistanın ekologiya naziri Ayser Kazaryan Türkiyənin Araz çayı üzərində inşa etdiyi su anbarları ilə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, nazir Türkiyənin Araz çayı üzərində inşa etdiyi anbarların çaydakı suyun həcmi baxımından ciddi problemlərə yol açacağını, Göyçə gölündə su qıtlıığı yaradacığını deyib.
Nazir su istehsalı mövzusunda alternativlərin nəzərdən keçirilməsi lazım olduğunu bildirib.Muxalifet3 - 6-08-2018
BATE-nin baş məşqçisi "Qarabağ"a tərif yağdırdı
“Qarabağ” təcrübəli və keyfiyyətli komandadır. Son illər avrokuboklarda qrup mərhələsində çıxış edib. Komandaya Qurban Qurbanov kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Şansların bərabər olduğunu düşünürəm.
Muxalifet.az xəbər verir ki, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirəcəkləri ilk oyundan əvvəl deyib.Muxalifet3 - 6-08-2018
Erməni nazir: Rusiya ilə dəmiryolu əlaqəsini kəsirik
Ukrayna Rusiya ilə dəmiryolu xətti ilə əlaqələri kəsmək üçün müzakirələr aparılır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukraynanın erməni əsilli İnfrastruktur naziri Vladimir Omelyan bildirib.
Nazir sözügedən məsələnin Nazirlər Kabinetində müzakirə edildiyini söyləyib.
Qeyd edək ki, hazırda Kiyev-Moskva-Kiyev, Lvov-Moskva-Lvov və digər istiqamətlərdə dəmiryolu xətti mövcuddur.
Muxalifet3 - 6-08-2018
Bu rayonda yeni uçqun əraziləri aşkarlandı
Ölkə ərazisində yeni uçqun və sürüşmə sahələri qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyul ayı ərzində Lənkəranın Gəgiran sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, bir neçə yerdə yeni sürüşmə və uçqun hadisələri baş verib.
Həmçinin Lənkəran-Lerik yolunun 45-47-ci km-də yamacda uçqun qeydə alınıb.
Rayonun Tükəvillə-Diryan-Gegiran avtomobil yolunun 12-ci kilometrliyində də nisbi aktivlik müşahidə olunub.
Muxalifet3 - 6-08-2018
İtaliyada güclü partlayış: 2 ölü, 70 yaralı - Yeniləndi
Boloniya hava limanının yaxınlığında yanacaqla dolu tanker partlayıb.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 70-ə yaxın yaralı var. Yaxınlıqda olan 10 avtomobil də partlayıb. Partlayışa səbəb tankerlə digər avtomobillərin toqquşması olduğu bildirilib.
Əhaliyə Borqo Paniqale bölgəsindən uzaq durmaq barədə xəbərdarlıq edilib.
Muxalifet3 - 6-08-2018
Rusiya Yunanıstana nota verdi: Cavab tədbirləri...
Rusiya Yunanıstana nota verib.
Muxalifet.az xəbər verir ki, Rusiya XİN Yunanıstanın Moskva səfiri Andreas Friqanası nazirliyə çağıraraq rus diplomatlara qarşı atılan addımlarla bağlı görüləcək cavab tədbirləri barədə nota verib.
Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişini qadağan edib. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar.
Muxalifet3 - 6-08-2018
ABŞ ilk növbədə İran və Çini zəb etmək, daha sonra isə...
İŞİD üzvləri hələ də çöllük ərazilərdən istifadə edərək, gizlicə Suriya-İraq sərhədini keçirlər.
Muxalifet.az xəbər verir ki, bunu İraqın Ənbar vilayətinin məclis üzvü Fərhan Məhəmməd əl-Dulaimi bildirib.
Dulaimi bəyanatında söyləyib ki, bu hərəkətlər ABŞ hərbi-hava qüvvələrinin gözü qarşısında baş verir.
Dulaiminin bəyanatını dəyərləndirən iraqlı siyasətçi Əhməd əş-Şərifi onun sözlərini təsdiq edib: "Gələn bütün məlumatlar amerikalıların terrorçuların fəaliyyətinə göz yumduğunu göstərir. İŞİD ABŞ-ın Bağdada təzyiq üçün investisiya layihəsidir".Muxalifet3 - 6-08-2018
Makedoniyanın adının dəyişdirilməsinə daha bir əngəl...
Makedoniyada 30-a qədər partiya ölkənin adının dəyişdirilməsi üzrə keçiriləcək referendumu boykot etmək üçün kampaniyaya start verib.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı danışan Makedoniyanın müxalif siyasətçisi Yanko Baçev xalqın referendumda iştirak etməməsi üçün qapı-qapı gəzəcəklərini söyləyib.
Qeyd edək ki, ölkənin NATO-ya üzvlüyü üçün adının dəyişdirilməsi ilə bağlı sentyabrın 30-da referendum keçiriləcək.
Muxalifet3 - 6-08-2018
"Qarabağ" BATE-ni keçə bilməsə, bu klubla görüşəcək
Avropa Liqasının pley-off mərhələsinin də püşkü atılıb.
"Qarabağ" BATE səddini keçə bilməsə, "Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.
Muxalifet3 - 6-08-2018
Conson niqablı qadınları görün nəyə bənzətdi
İngiltərənin keçmiş xarici işlər naziri Boris Consonun hicablı qadınlarla bağlı ölkəsinin "Teleqraf" qəzetində məqaləsi dərc edilib.
Muxalifet.az xəbər verir ki, niqab taxan qadınları gah "poçt qutusu"na, gah da "bank soyğunçusu"na bənzədən Conson Danimarkada niqabdan istifadəyə tətbiq edilən qadağanı tənqid edib.
Keçmiş seçicilərindən də üzlərini açmasını gözləməyə haqqı olduğunu deyən Conson məktəblər, universitetlər, şirkətlər və dövlət qurumlarında niqabın aradan qaldırılmasını gözlədiyini, ancaq qadağa tətbiq edilməsinə qarşı olduğunu söyləyib.
Muxalifet3 - 6-08-2018