Axtarış

The search found 105849 results in 0.106 seconds.

Search results

  1. ​Sabiq deputatın evindən 10 min manatlıq qızıl oğurlanıb

    Muxalifet.az bildirir ki, Yasamal rayonunda prezidentliyə namizəd olan professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
    Məlumata görə, F.İbrahimbəyov küçəsi 12-də yaşayan Qulamhüseyn Surxay oğlu Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.
    Q.Əlibəylinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

    Muxalifet - 7-08-2018

  2. ​Yol polisi Xeyrəddin Qocaya cavab verdi – Protokol ləğv edilib

    DİN Baş Dövlət Yol Polisi İdarəsi yazıçı Xeyrəddin Qocanın ittihamlarına cavab verib. X.Qoca bildirib ki, onun qızına səhv protokol göndərilib. Qızı minik maşını idarə etsə də, DYP ona “Kamaz”a aid elektron protokol göndərib.

    Muxalifet - 7-08-2018

  3. Suriyada Fəratın şərqinə “Qamışlı modeli”

    Tramp ilə Putinin "Böyük Suriya” planının əsas prinsipləri üzərində razılaşdıqları Helsinki sammitindən sonra, bu planın əsas hissəslərindən biri olan şimali Suriyada Kürdlərlə bağlı addımın nə olacağı Vaşinqton-Moskva xəttində sıx danışılmağa başlanıb.
     
    Vaşinqtonda son zamanlar Fəratın şərqi ilə bağlı getdikcə daha çox "Qamışlı modeli” anlayışı səsləndirilir. Bu nə anlama gəlir, bu haqda  növbəti sətirlərdə yazılacaq.

    Muxalifet3 - 7-08-2018

  4. Fransada polis zorakılığı: AYAĞINI ÖPDÜRDÜ!

    Parisin şimalında yerləşən Le Bourgetdə bir bar sahibi, mütəmadi olaraq təzyiq tətbiq etməklə günahlandırdığı komissardan şikayətçi olub. Barda narkotik satıldığı şübhəsi ilə basqın edən komissar və polis dəstəsi, bar içərisindəki müştərilərin üstünü axtarıb. Bu zaman komissar və yanındakı bir polisin bar sahibi ilə eyvanda danışarkən komissarın ayağını öpdürməsi təhlükəsizlik kameralarında əks olunub. Görüntüdə ayağını öpdürdüyü görülən komissarın "Arxamdan təhqir etmisən" deyərək bar sahibinə ayağını öpdürdüyü görünür.
     

    Muxalifet3 - 7-08-2018

  5. ​Türkiyənin bu addımları Qərbi və ABŞ-ı TİR-TİR TİTRƏDİR - “Vay, türklər gəlir” QORXUSU

    Dünyanın üzərindəki “qaranlıq əl” regionda gün keçdikcə daha çox söz sahibi olan Türkiyənin ittifaq qurduğu bütün ölkələri hədəf seçir. 2013-cü ildən İranla yaxınlaşan Ankaranın güclənməsindən narahat olan dünyəvi şəbəkə 17-25 dekabrda çevriliş cəhdini həyata keçirdi.

    Muxalifet - 7-08-2018

  6. Koçaryan buraxılacaqmı?- ŞİKAYƏTƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

    28 iyulda həbs edilən Ermənisatanın keçmiş prezidenti Robert Köçəryanın apellyasiya şikayətinə avqustun 9-da baxılacaq.
     
    Bu barədə erməni mediasına istinadən xəbər verir. Köçəryanın vəkili Aram Orbelyan da məlumatı təsdiqləyib.

    Muxalifet3 - 7-08-2018

  7. Sarkisyanın partiyasında kütləvi istefalar davam edir

    Ermənistanda Respublika Partiyasından kütləvi istefalar davam edir.
    Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprelin 23-də Serj Sarkisyan istefa verdiyi tarixdən avqustun 1-nə qədər olan müddətdə 4,5 mindən çox insan Respublika Partiyasının sıralarını tərk edib.
    Partiyasının Təşkilat Komitəsinin sədri Ruben Torosyan istefaların təbii hadisə olduğunu bildirsə də, reallıqda keçmiş üzvlərin öz vəzifələrini əlində saxlamaq üçün Paşinyanın “Mülki Razılaşma” partiyasının sıralarına qatılmağa çalışdığı müşahidə olunur.

    Muxalifet - 7-08-2018

  8. ​İsrail tankları hücuma keçdi – Qəzzada döyüş

    İsrail tankları Qəzzada fələstinli döyüşçülərin postuna hücum edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
    Məlumata görə, fələstinlilər bir müddət əvvəl İsrail ordusuna atəş açıblar. Tankların hücumu buna cavabdır.
    Media iki fələstinlinin həlak olduğunu yazıb.
    Qeyd edək ki, son zamanlar İsrail ilə Fələstinin “Həmas” hərəkatı arasında razılaşmanın mümkünlüyü haqqında məlumatlar yayılır. İsrail tanklarının hücumu bu məlumatlar fonunda diqqət çəkir.

    Muxalifet - 7-08-2018

  9. ​Məşhur aktyor Moskvada döyüldü

    “Taksi” filminin baş rolunun ifaçısı Sami Naseriyə Moskvada hücum olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.
    Agentlik 57 yaşlı Naserinin “Vois” adlı barda hücuma məruz qaldığını bildirib. O, naməlum şəxslər arasında yaranan münaqişə zamanı üzündən zərbə alıb. Bundan sonra xəstəxanaya müraciət edib və qapalı kəllə-beyin travması aldığı müəyyən olunub.
    Hazırda Rusiya Daxili İşlər Nazirliyi Naseriyə hücum edənin kimliyini müəyyən etməyə çalışır.

    Muxalifet - 7-08-2018

  10. ​Qurban bayramında iki dövlət qurumu birgə fəaliyyət göstərəcək

    Avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu nazir müavini İlham Quliyev bildirib.
    Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq: "Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək".

    Muxalifet - 7-08-2018

  11. После убийства Орхана Джемаля. Во что втянута Россия

    Новое время страны

    Muxalifet4 - 7-08-2018

  12. ​FTB azərbaycanlıların da olduğu dəstəni həbs etdi

    Muxalift.az bildirir ki, ABŞ Ədliyyə Departamenti Nyu Yorkda çirkli pulyuma ittihamıyla saxlanmış dörd rusiyalının kimliyini açıqlayıb. Rusiyalılar ötən həftə Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıb.
    Ədliyyə Departamentinin sözçüsü Navas Oxman avqustun 6-da Rusiyanın TASS xəbər agentliyinə deyib ki, həmin rusiyalılar Kirill Dedusev, Aleksey Livadny, Nikolay Tupikin, and Stanislav Lisitskydir. Ötən həftə saxlanmış beşinci şübhəli – Maksim Suverinin vətəndaşlığı açıqlanmayıb.

    Muxalifet - 7-08-2018

  13. ​Fədayə Laçın dustaqları necə qaçırdı? - ŞOK ETİRAF

    Bakıda "Qoca" ləqəbli Etibar Məmmədovla birgə qatardan qaçan Əli Ağaminin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
    Xəbərə görə, o, özünü qismən təqsirli bilib.
    Ə.Ağami yalnız qatardan qaçması ilə bağlı ittihamı qəbul etdiyini söyləyib.
    O, ifadəsində hadisə barədə danışıb:

    Muxalifet - 7-08-2018

  14. ABŞ prezidentindən daha bir təhdid

    ABŞ prezidenti Donald Tramp, sosial media hesabı Twitter üzərindən İran ilə bağlı daha bir açıqlama verib.
     
    Tramp, "İran sanksiyaları rəsmən açıqlanıb. İndiyə qədərki ən kəskin sanksiyalar bunlar oldu və noyabr ayında daha yüksək səviyyəyə çıxacaq. İranla ticarət edənlər, ABŞ-la iş görə bilməyəcək. Dünyada sülh istəyirəm, daha azını deyil" deyib.
    ABŞ-ın İrana qarşı başlatdığı sanksiyalar bu gün etibarilə 00.01-də dövrəyə girib.
    Müxalifət.az

    Muxalifet3 - 7-08-2018

  15. Из-за санкций США Иран может оказаться "на грани выживания"

    Политики и бизнес в Европе единодушно критикуют Дональда Трампа за санкции против Тегерана, которые вступили в силу в ночь на 7 августа. Но шансов обойти или смягчить ограничения, похоже, пока нет.

    Muxalifet4 - 7-08-2018

  16. ​Rusiya İran-Ermənistan dəmir yolunun tikintisinə hazırlaşır

    Rusiya tərəfi İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi üzrə işlərə başlayıb.
    Bununla bağlı “Sputnik Ermənistan”a “Rusiya dəmir yolları” ASC sədrinin birinci müavini Aleksandr Mişarin məlumat verib.
    Onun sözlərinə görə, “Rusiya dəmir yolları” ASC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz dəmir yolları” konsessiya sazişi əsasında Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir və İranla layihənin həyata keçirilməsi vəziyyətində əsas benefisiarlardan biri olacaq.

    Muxalifet - 7-08-2018

  17. ​“İran nifrəti dəstəkləyir, buna görə də…” – Prezidentə təşəkkür

    ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların həyata keçirilməsinə başlaması cəsarətli addımdır.
    Muxalifet.az xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.
    O, ABŞ-ın İranla bağlı bütün sərt addımlarını dəstəklədiklərini bildirib: “ABŞ Prezidenti Donald Tramp İrana yönəlik cəsarətli addımlar atır. Bunu gələcək nəsillər unutmayacaq. O, ABŞ-ın İranla bağlı mövqeyini dəyişdirdi”.

    Muxalifet - 7-08-2018

  18. ABŞ-ın İrana qarşı sanksiyaları – Təbriz, Qarabağ məsələsinə şans yarana bilər

    ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb. Təkrar sanksiyalar avqustun 7-dən etibarən qüvvəyə minir.

    Muxalifet - 7-08-2018

  19. ​Ağacların dibindən götürülən nümunələrin analizinin nəticələri məlum olub

    Bakıda ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələri məlum olub.

    Muxalifet - 7-08-2018

  20. ​İYİ Partiyasında istefalar: Akşənərə yalvarırlar ki...

    Bu istefaların əsas səbəbi İYİ adlı layihənin, daha doğrusu, Maral Akşənərin siyasətçi kimi çökməsidir.
    Bu sözləri Türkiyənin İYİ Partiyasının təsisçilərinin ard-arda istefa verməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Maral Akşənərsiz İYİ Partiyası olmayacaq. Ona görə də İYİ Partiyasının üzvləri Akşənərə yenidən partiyaya rəhbərlik etməsi üçün yalvarırlar.
    Politoloq qeyd edib ki, ən azı indiki dövrdə Akşənər partiya liderliyinə qayıdacaq:

    Muxalifet - 7-08-2018

Pages