Axtarış
The search found 105849 results in 0.182 seconds.
Search results
MÜXALİF PARTİYADAN SƏRT BƏYANAT: “Mehman Hüseynova bəraət verilməli və dərhal azadlığa buraxılmalıdır"
KXCP rəhbərliyi Emin və Mehman Hüseynovlara anaları Firəngiz xanımın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.
Başsağlığında bu ailəyə qarşı haqsızlıqlar və hadisələrin gedişatının bütün ölkə ictimaiyyəti kimi KXCP-nin də diqqət mərkəzində olduğu deyilir.
Müəlliflər xatırladırlar ki, QHT rəhbəri E.Hüseynov bəzi hakimiyyət nümayəndələrinə sərgilədiyi tənqidi mövqeyə görə təqib və təzyiqlərə məruz qalaraq ölkəni tərk etməli olub.Muxalifet4 - 7-08-2018
Rabitə Nazirliyi daha bir sayta xəbərdarlıq edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi Xidməti "arqument.az" saytına xəbərdarlıq məktubu göndərib. Məktubda iki yazının saytdan çıxarılması tələb olunur. Bu barədə Turan-a saytın rəhbəri Şəmşad Aga bildirib.
Onun sözlərinə görə, həmin yazılar Laçın rayonu qaçqınlarının kəskin sosial problemləri ilə bağlıdır.
Bunlar "Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər" və "Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır" sərlövhəli məqalələrdir.
Muxalifet4 - 7-08-2018
“Həbsdən çıxsam korrupsiyaya qarşı mübarizəni davam etdirəcəm” - MEHMAN HÜSEYNOV
"Anamın ölümü məni sındırmayacaq. Həbsdən çıxdıqdan sonra korrupsiya ilə bağlı araşdırmaları davam etdirəcəm".
Bloger Mehman Hüseynov bu gün anasının dəfn mərasimində deyib.
"Əgər həbsdən sağ çıxsam, ikiqat fəal olacağam. Biz öz yolumuzdan dönməyəcəyik",- o bildirib.
Blogerin qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru, siyasi mühacirətdə olan Emin Hüseynov WhatsApp vasitəsilə dəfn mərasimi iştirakçılarına müraciət edib.Muxalifet4 - 7-08-2018
Kitaba görə müəllimini bıçaqladı - ABŞERONDA ŞOK
Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.
Muxalifet.az xeberler.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib. Polisə məlumat daxil olub ki, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayev ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Muxalifet4 - 7-08-2018
"Qarabağ" üçün həlledici oyun - Start heyətlər AÇIQLANDI - YENİLƏNİR
Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belarusun BATE klublarının start heyətləri açıqlanıb.
Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov ilk dəfə islandiyalı qapıçı Hannes Halldorssonun xidmətindən yararlanacaq. Bundan başqa 18-likdən kənar qalan Dani Kintananı daha bir yeni transfer Con Delarj əvəzləyib.
Muxalifet4 - 7-08-2018
Naməlum şəxs inəklərin süd vəzini kəsib – İSMAYILLIDA
İsmayıllı rayonunda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Girk kəndində qeydə alınıb.Muxalifet4 - 7-08-2018
"Qarabağ" - BATE oyunu öncəsi azarkeş izdihamı - FOTOLAR
"Qarabağ" -BATE komandalarının qarşılaşmasına sayılı dəqiqələr qalıb.
Saat 21:00-da Tofiq Bəhramov stadionunda baş tutacaq oyuna azarkeş marağı yüksək səviyyədədir. Artıq minlərlə azarkeş oyunun keçiriləcəyi stadionun qarşısına axın edir. Qarabağ" azarkeşləri bu qarşılaşmanə həyəcanla gözləyirlər və komandaya dəstək üçün "Qarabağ-Qarabağ" şüarı səsləndirirlər.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Qarabağ" - BATE oyununa 25 minə yaxın bilet satılıb.
Muxalifet4 - 7-08-2018
Kirayələdiyi “Lamborghini” ilə dörd saata 33 dəfə cərimələndi
Böyük Britaniya vətəndaşı olan 25 yaşlı turist Dubayda “Lamborghini Huracan” markalı avtomobili kirayəyə götürüb və dörd saat ərzində 33 dəfə sürət həddini aşıb. Məlumatlara görə, sürücü saatda 240 kilometr sürətlə hərəkət edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “The National” nəşri məlumat yayıb.Muxalifet4 - 7-08-2018
DÜNYA ÜÇÜN TƏHLÜKƏ: Temperatur daha 2 dərəcə artsa...
Beynəlxalq araşdırma qrupunun araşdırmasına görə, qlobal istilik daha 2 dərəcə də artsa, bir çox təbiət hadisələrinin balansı pozula bilər.
“Qafqazinfo” “Mynet.com”a istinadən xəbər verir ki, bu, növbəti 10-20 il ərzində baş verə bilər.
Dünyada meşələr və okeanlar normalda temperaturu artıran 4,5 milyard ton karbon kütlələrini udur. Lakin, hazırda meşəliklərin sürətlə yox olması səbəbindən karbon miqdarı da çoxalır.Muxalifet4 - 7-08-2018
Çempionlar Liqasının qrup oyunları bu kanalda yayımlanacaq
“CBC Sport" telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib.
Muxalifet.az xəbər verir ki, telekanaldan "Report"a verilən məlumata görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdır.
Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real Madrid" və "Atletiko" komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək.Muxalifet4 - 7-08-2018
Bu ölkədə duzlu məhsullara vergi tətbiq edilir
Portuqaliya duzlu məhsullara vergi tətbiq edir.
Xarici KİV-lər xəbər verir ki, duzlu ərzaq məhsulları üçün tətbiq edilən vergi əhalinin sağlamlığı ilə bağlı xərclərin ödənilməsi məqsədini daşıyır. Vergi qanununda edilmiş yeniliyə əsasən, 100 qram məhsulun tərkibində 1 qram və ya daha artıq duz olduqda həmin məhsulun hər kiloqramı üçün 0,8 avro məbləğində vergi tutulacaq.
Yeni vergi ilə bağlı təklif ölkə parlamentinə 2018-ci il üzrə büdcə çərçivəsində təqdim olunub.Muxalifet4 - 7-08-2018
Ermənilər Azərbaycan ərazisində mitinq keçirib – FOTO/ VİDEO
Avqustun 2-də 27-ci ildir işğal altında qalan, “Berdzor” adlandırılmış Laçın rayon mərkəzində ermənilərin mitinqi təşkil olunub.
"Azad vətən" partiyasi tərəfindən keçirilmiş mitinqdə işğal edilmiş torpaqların Azərbaycana qaytarılması haqda Ermənistanın birinci prezidenti L.Ter-Petrosyanın və onun nümayəndələrinin təkliflərinə qəti etiraz bildirilib.Muxalifet4 - 7-08-2018
"Qarabağ" - BATE oyunu başladı - CANLI YAYIM
"Qarabağ"- BATE matçı başladı. Matçı burdan izləyə bilərsiniz.
***
Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belarusun BATE klublarının start heyətləri açıqlanıb.
Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov ilk dəfə islandiyalı qapıçı Hannes Halldorssonun xidmətindən yararlanacaq. Bundan başqa 18-likdən kənar qalan Dani Kintananı daha bir yeni transfer Con Delarj əvəzləyib.
Muxalifet4 - 7-08-2018
ABŞ-ı HƏDƏLƏDİ: “Trampın addımları cavabsız qalmayacaq”
ABŞ prezidenti Donald Trampın hərəkətləri regionda təhlükəsizliyə zərər verir.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda İran parlamentinin sədri Əli Laricani bildirib.
“Trampın təşəbbüs etdiyi addımlar regionda təhlükəsizliyə zərər verir. Onun həyata keçirdiyi düşmən kursu cavabsız qalmayacaq”, - o vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ilk hissəsi bu gündən etibarən qüvvəyə minib.Muxalifet4 - 7-08-2018
Zəngin su qanyaqları uğrunda savaş – “İSTƏNİLƏN SSENARİYƏ HAZIRIQ”
İsrail ordusu Suriyada istənilən ssenariyə hazırdır.
Bu haqda İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.
Qolan təpələrində hərbi qüvvələri ziyarət edən Liberman Suriyadakı son prosesləri qiymətləndirib. Suriyanın böyük bir quru ordusu qurduğunu və bu ordunun ötən illərlə müqayisədə daha da gücləndiyini deyən israilli nazir bütün prosesləri izlədiyini və hər bir ssenariyə hazır olduqlarını deyib.Muxalifet4 - 7-08-2018
Nabranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-08-2018
ABŞ-la Türkiyə arasında açıq toqquşma: Alyansda çat...
ABŞ ilə Türkiyə arasında son dövrdə yaşanan böhran iki ölkə arasında açıq toqquşmaya çevrilməklə yanaşı, NATO daxilində bir çat yaradıb.
Muxalifet.az xəbər verir ki, bunu israilli politoloq Aviqdor Eskin bildirib.
"Türk lirəsi ABŞ-ın sanksiyaları altında dağıldı. Sanksiyalardan sonra lirə rekord səviyyədə aşağı düşdü. NATO-nun bir üzvü digərinə sanksiya tətbiq edir, bu günə qədər alyans daxilində belə bir hadisə baş verməyib. Siyasi çəkisi olan ciddi bir həmlənin müzakirə məsələsi olduğunun şahidiyik", - Eskin söyləyib.Muxalifet - 7-08-2018
Gürcüstanın paytaxtında yol çökdü
Avqustun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzindəki Çitadze küçəsində yol çöküb. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, baş verən hadisədən xəsarət alan olmasa da, küçədə nəqliyyatın hərəkəti tam dayanıb.
Tbilisinin mərkəzi Rustaveli prospektinə bağlanan küçədə iki metr dərinlikdə və diametrdə dərin, qara çuxur yaranıb. Torpaq çökməsinə şəhərin bu hissəsindəki su-kanalizasiya sistemindəki nasazlığın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-08-2018
Türk ordusundan PKK-ya ağır zərbə - 5 TERRORÇU MƏHV EDİLDİ
Türkiyənin Şırnak vilayətinin Qabar dağında PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, pilotsuz uçuş aparatı ilə yeri müəyyən edilən 5 terrorçu aviazərbələrlə məhv edilib.Muxalifet4 - 7-08-2018
"Bunu Gürcüstan üçün yeganə yol hesab edirik" - AZƏRBAYCANLI DEPUTAT
Muxalifet.az Gürcüstan parlamentinin azərbaycanlı deputatı, hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının funksioneri Mahir Dərziyevin teleqraf.com-a müsahibəsini təqdim edir.
- Mahir müəllim, Gürcüstanda keçirilən NATO təlimləri Moskvada ciddi etiraza səbəb olub. Rusiya Baş naziri Dmitri Medvedyevin “Gürcüstanın NATO-ya üzvlüyü qorxunc münaqişəyə səbəb ola bilər” bəyanatını necə qiymətləndirirsiniz?
Muxalifet4 - 7-08-2018