Axtarış

The search found 105849 results in 0.111 seconds.

Search results

  1. ​​Sabiq baş nazir niqablı qadınları təhqir etdi - SOYĞUNÇUYA OXŞAYIRLAR

    İngiltərənin sabiq baş naziri Boris Conson niqab geyinən qadınları poçt qutusu və bank soyğunçusuna oxşatdığını bildirib.
    Müxalifet.az xəbər verir ki, Consonun fikirləri ölkədə narazılıq doğurub.
    Xarici işlər nazirinin köməkçisi Alastair Burt Consonun "Daily Telegraph" qəzetindəki məqaləsində istifadə etdiyi ifadələrin "zərərli" olduğunu bildirib.
    İngilərə Müsəlmanlar Şurası Consonu "aşırı sağcıların çörəyinə yağ sürtməkdə" ittiham ediblər.

    Muxalifet4 - 7-08-2018

  2. "Qarşıda hələ 90 dəqiqə var" - QURBAN QURBANOV

    "Məğlub olmaq istəməzdik. Amma hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qarşıda daha maraqlı 90 dəqiqə var”.

    Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına 0:1 hesabı ilə uduzduqları ilk matçı şərh edərkən deyib.

    46 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

    Muxalifet4 - 7-08-2018

  3. APA FƏALİYYƏTİNİ TAM OLARAQ DAYANDIRIR? - "Necə yaradılmışdısa, elə də getdi"

    APA xəbər saytı artıq 7 gündür ki, fəaliyyətini dayandırıb. Holdinqin rəhbəri BBC News Azərbaycancaya demişdi ki, "Müəyyən problemlərə görə APA Holdinqə daxil olan saytların fəaliyyətini şirkət özü dayandırıb və hazırda məsələ ilə bağlı araşdırmalar aparılır". Xanım Mahirqızı yaxın günlərdə nəticə barədə məlumat verəcəyini bildirsə də, hələ ki, əlavə açıqlama verilməyib. Bundan öncə isə APA Holdinq Prezident İlham Əliyevin sözlərini təhrif etdiyini etiraf edərək üzr istəyib.

    Muxalifet4 - 8-08-2018

  4. ABŞ XIN-dən “Türkiyə” açıqlaması!

    ABŞ-XİN-in sözçüsü Nayert, İzmirdə terror təşkilatları FETÖ və PKK adına cinayət törətdiyi və casusluq etdiyi iddiasıyla ev həbsində olan ABŞ-lı keşiş Endryu Kreyq Brunson ilə bağlı açıqlama verib.
     
    Nayert, Çavuşoğlu ilə Pompeo arasındakı görüşə istinad edərək, “Telefon danışığı aparmaq əhəmiyyətli bir işarədir. Söhbət etmiş olmaları qətiyyən zərər verməz, biz bu dialoqun vacibliyinə inanırıq" deyib.

    Muxalifet3 - 8-08-2018

  5. Almaniyadan Ərdoğan açıqlaması

    Alman Xəbər Agentliyinin (DPA) verdiyi xəbərdə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 28-29 sentyabr tarixlərində Almaniyaya rəsmi səfər edəcəyi açıqlanıb.
     
    Almaniya prezidenti Frank-Uolter Steinmeierin prezidenti Ərdoğanı hərbi mərasimlə qarşılayacağı ifadə edilərkən, Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində Almaniya baş naziri Angela Merkel ilə də bir araya gələcəyi bildirilib.
    Prezident Ərdoğanın Almaniya proqramının detallarına dair isə hazırda iki tərəf arasında "yaxın koordinasiya içində" danışıqlar aparıldığı da qeyd edilib.

    Muxalifet3 - 8-08-2018

  6. ​ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı - Yeni xəbər

    ABŞ-da həbsdə saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın işi ilə bağlı yeni məlumat üzə çıxıb.
    Muxalifet.az xəbər verir ki, Zərrabın həbsxana nəzarətçisi Viktor Kasado məhkəməyə çıxaraq rüşvət aldığını etiraf edib.
    Kasadonun ifadəsini dəyişdirməsi və rüşvət aldığını etiraf etməsi səbəbindən məhkəmə prosesinin davamı sentyabr ayına təxirə salınıb.
    Qeyd edək ki, o, Rza Zərrabdan Manhettendə yerləşən Metropolitan həbsxanasında onu içki, narkotik vasitə və qadınla təmin etməsi üçün 45 min dollar rüşvət almaqda ittiham edilir.

    Muxalifet - 8-08-2018

  7. ABŞ-dan İrana şantaj: GƏLİB MASAYA OTURSUNLAR

    ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton, "Tehranın sanksiyalardan qaçmasının yeganə yolu, Trampın danışıq təklifini qəbul etməsidir" mesajını verib.
     
    “Fox News”-a müsahibə verən Bolton, prezidentin nüvə müqaviləsini ləğv edib, sanksiyaları yenidən tətbiq etməsi qarşısında İranın nə edə biləcəyi sualına, “Prezidentin onlara təklif etdiyi danışıqlar masasına oturmağı qəbul edərlər” deyərək belə davam edib:

    Muxalifet3 - 8-08-2018

  8. ​BŞİH-dən restoran və şadlıq saraylarına XƏBƏRDARLIQ – Reydlər başlayacaq

    Bakı Şəhər İcra Hakimiyyətindən daxil olan məlumata görə şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayı artıb.
    Bu haqda Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Muxalifet - 8-08-2018

  9. ​Ötən gün 30 şübhəli saxlanıldı - Rəsmi

    Ötən gün ərzində respublika ərazisində 115 cinayət faktı qeydə alınıb, onların 25-i "isti izlər"lə açılıb.
    Muxalifet.az-a DİN-in mtbuat xidmətindən verlən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
    Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb".

    Muxalifet - 8-08-2018

  10. Rusiya ABŞ-a elə təkliflər etdi ki... - Putinlə Tramp arasındakı qapalı görüşün İNANILMAZ SİRRİ AÇILDI

    Helsinkidə görüş zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donalda Trampa nüvə silahının ixtisarı və kosmosda silahın yerləşdirilməsinin qadağası edilməsi haqqında danışıqların keçirilməsi də daxil olmaqla, silahlara nəzarət üzrə bir sıra təkliflər edib.
    Bu haqda “Politico” nəşri bildirib.
    Nəşr bildirir ki, belə təkliflər daha əvvəl “Silahlara nəzarət üzrə Dialoq” adlı sənədin dərc edilmiş hissəsində yer almayıb. Sənədi “Politico”ya təqdim etmiş insanın onu Rusiya məmurlarından aldığı, orada Putinin Helsinkidə Trampa verdiyi təkliflərin yer aldığı bildirilir.

    Muxalifet - 8-08-2018

  11. Yunanlardan acı etiraf: “Bir Yunana qarşı 10 Türk öldürün”

    Kiprdə nəşr edilən Yunan “Politis” qəzeti 20 iyul 1974-ci il Kipr Sülh Hərəkatı ərəfəsində Yunanların Türklərə qarşı soyqırımları ilə bağlı bir sıra etraflar dərc etdirərək Yunanların bu barədə susqunluğunu pozub.
     
     
    “1 YUNANA QARŞI 10 TÜRK ÖLDÜRÜN” ƏMRİ
     
    11 may 1964-də iki Yunan zabiti ilə bir Yunan polisi Mağusa şəhərində öldürüldü. Öldürülənlərdən Kostakis Pandelidis, Nikosiya Yunan polis rəisinin oğluydu. Yuxarıdan əmr gəldi: "Hər öldürülən Yunana qarşı 10 Türk öldürülsün".

    Muxalifet3 - 8-08-2018

  12. Ermənilər atəşkəsi 87 dəfə pozdular...cəbhədə təxribat

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
    Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Məzəm, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 8-08-2018

  13. ​FHN-dən açıqlama: Şamaxıda meşə yanğınının qarşısı alındı

    Şamaxıda 17 sahə yanıb. FHN-dən Muxalifet.az-a verilən məlumata görə, rayonun Mədrəsə kəndində 17 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 8-08-2018

  14. ​Azərbaycanda ŞOK hadisə: şagird müəllimini bıçaqladı - Video

    Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.
    Muxalifet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib. Polisə məlumat daxil olub ki, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayev ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

    Muxalifet - 8-08-2018

  15. İrana qarşı sanksiyalar “Şahdəniz”i və Azərbaycanı vuracaqmı?

    Ötən gün avqustun 7-də ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəy mindiyi barədə fərman imzalayıb. Fərmana əsasən sanksiyaların birinci mərhələsində İranın beynəlxalq valyuta bazarlarına çıxışı məhdudlaşdırılır, habelə bu ölkənin qızıl və digər qiymətli metallarla ticarət aparmasına məhdudiyyətlər qoyulur. Sanksiyaların ikinci mərhələsi isə noyabrda qüvvəyə minir və həmin mərhələdə İrandan neft idxalına qadağa qoyulacaq, habelə İranla ortaq layihələrdə işləyən enerji şirkətləri sanksiyaların təsiri altına düşəcək.

    Muxalifet - 8-08-2018

  16. Naim Süleymanoğlunun Yapon qız ilə bağlı DNT atalıq testinin nəticəsi bəlli oldu

    Nəim Süleymanoğlu ötən il 18 noyabrda vafat edib. Dünyaca məşhur ştanqçının vəfatından sonra diqqətçəkən bir atalıq davası açılıb. Yapon Sekai Mori, Süleymanoğlunun onun qızının atası olduğunu irəli sürərək iddia qıldırıb. Mori sözügedən iddianı qaldırmasına Süleymanoğlunun qızları Sezin və Ə. Süleymanoğlu təpki göstərmişdi. Məhkəmə, Morinin iddiasına dair DNT araşdırması aparılmasına qərar verib. Ədliyyə Tibb Müəssisəsinə göndərilən DNT analizindən sonra hesabat hazırlanıb.

    Muxalifet3 - 8-08-2018

  17. İspaniya Estoniyaya səhvən raket atdı

    İspaniya ilə Estoniya arasında bir anlıq diqqətsizlikdən diplomatik böhrana çevriləcək bir hadisə baş verib.
     
    İspaniya Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarə Estoniyanın cənubunda uçuş həyata keçirdiyi zaman səhvən "havadan havaya” raketini atəşləyib. Raket Estoniyanın üzərindən uçub.
     
    ÖZ ÖZÜNÜ MƏHV EDİB
     
    Estoniya müdafiə qüvvələrinin məsələyə dair açıqlamasında, raketinin uçuş orbiti, mümkün düşmə yeri və vəziyyəti haqqındakı informasiyaların dəqiqləşdirildiyi qeyd edilib.

    Muxalifet3 - 8-08-2018

  18. ​Conson müsəlman qadınlardan üzr istəməlidir - Tereza Mey

    Boris Conson çarşab geyinən müsəlman qadınlar haqqında işlətdiyi ifadələrə görə üzr istəməlidir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniya Baş naziri Tereza Mey deyib.
    Qeyd edək ki, Conson bundan öncə Britaniyada çarşab geyinən müsəlman qadınları poçt qutusuna və bank oğrusuna bənzətmişdi.

    Muxalifet - 8-08-2018

  19. ​“Kondaliza Rays qeyri-rəsmi söhbətlərində...” - “Beşgünlük müharibə”nin GİZLİNLƏRİ AÇILDI

    “2008-ci ildə rəsmi Vaşinqton Dövlət Departamentinin sabiq başçısı Kondoliza Raysın diliylə dəfələrlə Rusiyanı inandırırdı ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyada hərbi münaqişəyə başlamaq barədə qərar verməyəcək. 2008-ci ilin avqustundan sonra etiraf etdilər ki, o bütün vədləri pozdu”.

    Muxalifet - 8-08-2018

  20. ​ABŞ köhnə planı işə salır: “Ulduz müharibəsi”nə hazırlıq – Generalın açıqlaması

    ABŞ Kosmik Qüvvələr Komandanlığını qurmaq üçün çalışır.
    Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.
    Pentaqon rəhbəri bildirib ki, ABŞ Prezidenti Donald Trampın təlimatı əsasında Kosmik Qüvvələr Komandanlığının yaradılması üzərində iş gedir:
    “Mən bu ideyanı dəstəkləyirəm. Kosmosa müharibə meydanı kimi baxmalıyıq. Quracağımız şeylərdən biri də döyüş komandası olacaq”.

    Muxalifet - 8-08-2018

Pages