Axtarış
The search found 105844 results in 0.117 seconds.
Search results
Zəvvarlarla bağlı ŞOK ADDIM: Həccə gedən hər bir şəxs...
Çin hökuməti tərəfindən idarə edilən Çin İslam Dərnəyi Məkkə şəhərinə Həcc ziyarəti üçün gedən çinli müsəlmanların kartlarına GPRS (Qlobal Mövqetəyinetmə Sistemi) taxıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Amerikanın “Vall Strit” qəzeti məlumat yayıb.
Xəbərə görə, Çin hökuməti bu sistem vasitəsilə zəvvarları 24 saat izləyir. Dərnəyin ifadəsinə görə isə bu kartlar istifadəçilərin təhlükəsizliyini təmin edir. Kartlarda GPRS və zəvvarın şəxsi bilgiləri var.Muxalifet - 6-08-2018
Məmmədyarovdan rus mediasına ŞOK sözlər: "İndiyə qədər..."
Brüsseldə baş tutan görüş yeni erməni həmkarımla ilk məzmunlu təmasım idi. Biz nəticəyə hədəflənmişik və bu istiqamətdə intensiv substantiv dialoqu davam etdirməyə hazırıq.
Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yeni görüşün yeri və tarixinin müəyyənləşməsi texniki məsələlərdir və diplomatik kanallar vasitəsilə razılaşdırılır.Muxalifet - 6-08-2018
Akşənərə növbəti zərbə: Əsas dayaqlar istefaya getdi
Türkiyənin İYİ Partiyasında yenidən istefalar gündəmə gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat partiyanın təsisçilərindən olan Yusif Halaçoğlu, Nevzat Bor və Özcan Yeniçərinin istefa verdiyini bildirib.
Qeyd edək ki, Halaçoğlunun son zamanlar İYİ Partiya rəhbərliyi ilə münasibətləri pisləşib. Onun partiya rəhbərliyi ilə münasibətlərinin pozulmasına səbəb deputatlığa namizəd kimi göstərilməməsi olub.Muxalifet - 6-08-2018
SABAHA OLAN hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az - a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.Muxalifet - 6-08-2018
Azərbaycan liderinin sözləri Ermənistanı SİLKƏLƏDİ - Düşmən QORXU İÇİNDƏ
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş ərazilərin qaytarılması haqqında dediyi sözlər İrəvanda təşviş yaradıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan lideri münaqişənin yeganə həll yolunun ərazi bütövlüyümüzün bərpa edilməsindən keçdiyini vurğulayıb.Muxalifet - 6-08-2018
Mətbuat Şurası beşinci gündür ki, APA-nın bağlandığını “görmür”
200- ə yaxın jurnalist və texniki personalın çalışdığı APA İnformasiya Holdinqinin saytlarının bağlanmasından beş gün keçsə də Azərbaycan Mətbuat Şurası heç bir bəyanat verməyib, hökumətə və prezidentə müraciət etməyib, ümumiyyətlə, formal olaraq da agentliyin bağlanmasına maraq göstərməyib.
MŞ sədri, deputat Ə.Amaşov avqustun 1-də "Yeni Çağ" saytının baş redaktoru Aqil Ələsgərlinin (KİV-in məlumatına görə, prezidentin köməkçisi Əli Həsənovun yaxınıdır) qaçaqmalçılığa görə sərhəddə saxlanmasına operativ reaksiya verib.Muxalifet - 6-08-2018
İntiharların sayını azaltmaq olar - Ekspert
"Son illərdə intiharlara cəhd halları çoxalıb, halbuki, bu, şərq və cənub ölkələri üçün o qədər də xas olan hal sayılmaz". Bunu psixoloq Azad İsazadə ölkədə intiharlarla bağlı durumu şərh edərkən bildirib.
Muxalifet - 6-08-2018
ABŞ Əfqanıstandakı xüsusi təyinatlılarının bir hissəsini İranla sərhəddə yerləşdirib
ABŞ xüsusi təyinatlılarını Əfqanıstanın İranla sərhəddə yerləşən Fərəh bölgəsində yerləşdirib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Radmeneş bildirib.
Onun sözlərinə görə, həmin hərbçilər Əfqanıstanın təhlükəsizlik qüvvələrinə yardım edəcək.Muxalifet - 6-08-2018
Köçəryan qayıdır: Paşinyana qarşı vahid müxalifət
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsi ölkədə yeni müxalif qütbün formalaşmasına gətirib çıxaracaq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Vigen Akopyan deyib.Muxalifet - 6-08-2018
"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi
Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılıb.
Muxalifet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında saat 14:00-da başlayan tədbirdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
Səpələnməmişlər səbətində yer alan Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. "Qarabağ" Eyndhoven təmsilçisinə rəqib olsa, ilk görüşü Bakıda keçirəcək.Muxalifet - 6-08-2018
Avropadan ABŞ-ı dəliyə döndərəcək İRAN QƏRARI
Avropa ölkələri ABŞ-ın İrana zərbə vurmaq planlarına qarşı sərt açıqlama yayıb.
Fransa, İngiltərə və Almaniya İranla ticarətə davam edəcəklərini bəyan ediblər.
“Avropa İttifaqının hüquqları və BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq, İranla qanuni ticarət aparan Avropa firmalarını qoruyacağıq”, - deyə açıqlamada bildirilir. (Publika)Muxalifet - 6-08-2018
Gəncə hadisələrinin daha bir iştirakçısı tutuldu - Bu ölkəyə qaçarkən...
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərini davam etdirir.
DSX-dən Axar.az-a verilən məlumata görə, qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.Muxalifet - 6-08-2018
Jurnalist olmaq istəyən 446 abituriyent imtahan verdi – DİM-dən AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
Muxalifet.az DİM-ə istinadən xəbər verir ki, bu imtahanda 2018‑ci ilin iyul ayının 29-dan avqustun 1-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak ediblər.Muxalifet - 6-08-2018
Putin Gürcüstan dövlətini ləğv etmək istəyirdi - Saakaşvili
2008-ci ildə Gürcüstana hücumun hədəfi ölkənin işğalı idi.
Muxalifet.az xəbər verir ki, bunu “Currenttaym” portalına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Gürcüstanın hazırda Rusiyadan müdafiə olunmaq üçün heç bir strategiyası yoxdur. Anlamaq lazımdır ki, Rusiyanın 2008-ci ildəki hücumunun hədəfi nə idi. Bu işğal cəhdi o zaman uğurlu islahatlar həyata keçirən gürcü dövlətçiliyinə hücum idi. Ovaxtkı hədəf Tiflisdə hakimiyyət dəyişikliyinə nail olub, Gürcüstanı dövlət kimi ləğv etmək idi.Muxalifet - 6-08-2018
Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq
Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək.
Muxalifet - 6-08-2018
Kəşfiyyatçı Vardanovdan sərsəm təklif: “Axmaqlıq etmək istəmiriksə, Naxçıvanı götürməliyik”
Keçmiş erməni kəşfiyyatçısı, “Sağ qalmaq sənəti” təşkilatının rəhbəri Vova Vardanov Ermənistanın 1-ci informasiya saytına KTMT, Rusiya ilə münasibətlər, Yuri Xaçaturovun həbsi və müharibə perspektivi ilə bağlı açıqlamalar verib.
Muxalifet.az bildirir ki, Vova Vardanov KTMT-ni ölü təşkilat saydığını, lakin Xaçaturov məsələsində Ermənistanın ehtiyatlı olması gərəkdiyini söyləyib. O, Rusiya əleyhinə atılacaq hər hansı addımın ciddi nəticələr doğura biləcəyini qeyd edib.Muxalifet - 6-08-2018
Bakıda ən yüksək və ən aşağı əməkhaqqı alan kimlərdir?
2018-ci ilin yanvar-may aylarında Bakıda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 2,1 faiz artaraq 790,6 manat olub.
Məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.Muxalifet - 6-08-2018
Deputat Elmira Axundovanın oğlu yenidən ifadə verdi – ZƏRƏRÇƏKƏNLƏR HAKİMƏ ETİRAZ ETDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindiriləcəyi elan olunub.Muxalifet - 6-08-2018
Direktor fermerlərə səsləndi: “Pullarınızı havayı sovurmayın”
Ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə və meşə mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri əhatə edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai biçindən sonra kövşənliyi yandırmasının zərərli olduğu barədə danışarkən deyib.Muxalifet - 6-08-2018
Bakıda əhali ərzaq və qeyrı-ərzaq məhsullarına 9 milyard manatdan çox pul xərcləyib
2018-ci ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq 9 milyard 505,8 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 4 milyard 359,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 5 milyard 146,0 milyon manata bərabər olub.Muxalifet - 6-08-2018