Axtarış

The search found 105849 results in 0.146 seconds.

Search results

  1. ŞƏKİDƏKİ PULLU KÖRPÜ İLƏ BAĞLI RƏSMİ AÇIQLAMA - VİDEO

    Xəbər verdiyimiz kimi, Şəki şəhərində uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxs körpüdən istifadəyə görə, hər sürücünün 1 AZN pul ödəməli olduğu haqda tapşırıq verib.

    Bəs sahibkarın bu addımı nə dərəcədə doğrudur?

    Muxalifet4 - 8-08-2018

  2. Araz və Emin Ağalarovlar AXTARILIR - Amerikalı vəkillər onları tapa bilmir...

    Bu həftənin əvvəllərində Nyu-Yorkun Manhetten federal məhkəməsinin hakimi Con Koytl Demokratlar partiyasının Milli komitəsinin vəkillərinin rusiyalı oliqarx Araz Ağalarova məhkəməyə çağırış təqdim edilməsinin üsulu barədə vəsadətini təmin edib. BBC rus xidməti xəbər verir ki, bu çağırış Demokratlar partiyasının aprel ayında qaldırdığı mülki iddia ilə bağlıdır. 

    Muxalifet4 - 8-08-2018

  3. "Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil" - DEPUTAT

    "Manatın devalvasiyaya məruz qalacağına dair deyilənlər iqtisadi hesablanmalara əsaslanmır. Milli valyutanın devalvasiyaya uğraması üçün lazım olan şərtlər hazırda mövcud deyil. Ona görə də hesab edirəm ki, səsləndirilən fikirlərin heç bir əsası yoxdur".

    Muxalifet.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili manatın devalvasiyaya məruz qalacağına dair səslənən fikirlərə münasibət bildirərkən qeyd edib.

    Muxalifet4 - 8-08-2018

  4. ​Çimərlikdən qum götürdüyünə görə fantastik məbləğdə cərimə ödədi

    İtaliyanın çimərlikləri ilə məşhur olan Sardiniya adasından bir şüşə qum götürən ingiltərəli turistə pul cəzası kəsilib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, adanın “zümrüd sahillər” adlanan şimal-şərq bölgəsində istirahət edən turist əməlinə görə 1000 avro cərimə ödəyib.

    Muxalifet4 - 8-08-2018

  5. Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTO

    Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

    Muxalifet4 - 8-08-2018

  6. Siyasi məhbuslarla bağlı BƏYANAT - "...bir sıra məmurların nəzarətindən xilas olmaq lazımdır"

    "Ədalət naminə həmrəylik" Komitəsinin üzvləri ölkə hakimiyyətini siyasi məhbuslar problemini həll etməyə, cəmiyyətdəki gərginliyi və beynəlxalq ictimaiyyətin tənqidini aradan qaldırmağa çağırıb. Bu barədə bu gün komitənin iclasında bildirilib.

    "Biz bütün siyasi məhbusların taleyindən narahatıq, amma 6 ildir həbsə olan, orada təzyiqə məruz qalan gənc fəal İlkin Rüstəmzadənin taleyi xüsusi narahatlıq doğurur", deyə komitənin bəyanatında bildirilir.

    Muxalifet4 - 8-08-2018

  7. Bakıdan olan erməni “qaçqın” və dörd nəfər Azərbaycan vətəndaşı ABŞ-da dələduzluğa görə həbs olunub

    Azərbaycan qaçqını kimi ABŞ-da vətəndaşlıq almış 44 yaşlı Armen Simonyan tibbi kartlar ilə dələduzluğa, naktotik maddənin qanunsuz dövriyyəsi və qanunsuz vətəndaşlıq aldığına görə Los Anjeles polisi tərəfindən həbs edilib.

    İttihamnamədə deyilir ki, Simonyan ABŞ-a 15 il öncə başqasının sənədlərilə gəlib. O, qarışıq ailədən (erməni-azərbaycanlı) olduğunu və valideynlərinin Azərbaycanda öldürüldüyünü bildirib.

    İstintaq müəyyən edib ki, Simonyan Ermənistanda anadan olub, valideynlərinin hər ikisi ermənidir və sağdır.

    Muxalifet4 - 8-08-2018

  8. Daha bir sayt bloklandı - MƏHKƏMƏ QƏRARI

    Bu gün Səbayel Rayon Məhkəməsi arqument.az saytının bloklanması barədə qərar qəbul edib. Bunu Turan-a saytın redaktoru Şəmşad Ağa bildirib.

    Bloklanma Rabitə Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzinin məhkəməyə müraciəti əsasında baş tutub. Mərkəz "Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər" və "Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır" sərlövhəli məqalələrdə qanun pozuntusuna yol verildiyini bildirib.

    Baş redaktor məhkəmə qərarının əsassız olduğunu bildirib və apellyasiya verəcəyini deyib.

    Muxalifet4 - 8-08-2018

  9. ABŞ sanksiyaları Ermənistanı da vuracaq - ERMƏNİ EKSPERTDƏN ETİRAF

    ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən bir çox dövlətlərə mənfi təsir edəcək, lakin bu məsələdə ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq.

    Bunu İran məsələləri üzrə erməni eksperti Karen Veranyan yerli KİV-ə müsahibəsində etiraf edib.

    Muxalifet4 - 8-08-2018

  10. RƏSMİ AÇIQLAMA: "Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış baş verməyib"

    "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib". Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

    Qeyd olunub ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

    Muxalifet4 - 8-08-2018

  11. Türk heyət Vaşinqtonda - GÖRÜŞ BAŞA ÇATDI, NƏTİCƏ...

    Türkiyədən ABŞ-a gedən nümayəndə heyəti bu gün Vaşinqtonda ABŞ Dövlət katibinin müavini Con Salivanla görüşəcək.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb. Agentlik görüşün Bakı vaxtı ilə 19:00-da baş tutacağını bildirib.

    Muxalifet4 - 8-08-2018

  12. İsmayıllıda müəmma: 20-ə yaxın inəyin süd vəzi kəsilib, yoxsa...- VİDEO

    İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzləri sanki kəsilərək yararsız hala salınıb. Nəticədə heyvanların süd vermək qabiliyyəti itib. Malqaranın süd vəzlərinin kimlər tərəfindən kəsildiyi və ya hansısa xəstəlik nəticəsində yararsız hala düşdüyü bilinmir.

    Sakinlərin sözlərinə görə, müəmmalı hadisə son 10 gün ərzində baş verib. Xəsarət alan inəklərdən südlük heyvan kimi istifadə etmək mümkün olmadığına görə fermerlər çıxılmaz vəziyyətdə qalıb. Həmin heyvanların qiyməti kəskin aşağı düşdüyü üçün onları satmaq da mümkün olmur.

    Muxalifet4 - 8-08-2018

  13. Xilaskar polis danışdı: "Tərəddüd etmədən suya atıldım və..." - VİDEO

    Lənkəranda çayda batan 2 uşaq atasını polis əməkdaşı xilas edib.

    Muxalifet.az xezerxeber.az-a istinadən xəbər verir ki, ibrətamiz hadisə Lənkəranın Ürgə kəndində baş verib.

    Muxalifet4 - 8-08-2018

  14. İrana qarşı sanksiyalar ölkəyə nə vəd edir? - TƏHLİL

    Fuad Şahbazov

    ABŞ Prezidenti Donald Trampın İranla bağlı imzaladığı yeni sanksiyalar sənədi bu həftədən etibarən qüvvəyə mindi.

    Sənədin rəsmi şəkildə imzalanmasından bir müddət öncə rəsmi Vaşinqton 2015-ci ildə İranla imzalanan "nüvə razılaşmasına" xitam verdiyini açıqladı.

    Muxalifet4 - 8-08-2018

  15. ​Üzeyir Mehdizadənin mahnıları London küçələrində - VİDEO

    Klassik musiqi dinləyərək rikşa gəzintisinə çıxacağımı düşünüb həyəcanlanmışdım. Lakin sonra başa düşdüm ki, kimliyini ilk dəfə Londonda məni gəzdirəcək rikşa sürücüsündən öyrəndiyim azərbaycanlı ifaçının mahnısını dinləməli olacam.
    Vüsal Həmzəyev Londondakı rikşalardan birində gözlənilmədən Azərbaycanın pop müğənnisi Üzeyir Mehdizadənin ifasıyla tanış olub.
    Sən demə, London rikşaçıları Üzeyir Mehdizadəni dinləyir və müştərilərinə də dinlədir(bbc).

    Muxalifet4 - 8-08-2018

  16. Rusiya-Gürcüstan müharibəsi FOTOLARDA

    2008-ci ildə baş vermiş və 5 gün davam etmiş Rusiya-Gürcüstan müharibəsindən 10 il keçir. Rusiya ordusu Gürcüstan qoşunları ilə Cənubi Osetiya separatçıları arasında silahlı toqquşmalara müdaxilə etmək üçün Gürcüstan ərazisinə daxil olurlar. Müharibə nəticəsində hər üç tərəfdən yüzlərlə insan həlak olub. Rusiya qoşunları Cənubi Osetiya yaxınlığındakı Qori şəhərində küçələrə nəzarət edir, 14 avqust 2008-ci il. Qori və Tbilisi şəhərləri arasında Gürcüstana məxsus zirehli maşın partaldığından Gürcüstan qoşunları fərdi avtomobildə hərəkət edir.

    Muxalifet4 - 8-08-2018

  17. Putin Trampa məktub göndərdi: "Bu, gələcək təmasların mühümlüyünə işarədir"

    ABŞ senatoru prezident Trampa Rusiya dövlət başçısı Vladimir Putindən məktub gətirdiyini bildirib.

    Kentuki ştatında respublikaçı senator Rand Pol Rusiya qanunvericiləri ilə müzakirələr keçirib.

    Twitter hesabında Pol yazıb ki, məktub gələcək təmasların mühümlüyünə işarədir. O, terrorizmlə mübarizə, qanuni daloq və mədəni mübadilələrin əhəmiyyətini önə çəkib.

    Putin ötən ay Helsinki sammiti zamanı Trampı Rusiyaya dəvət edib. ABŞ prezidentinin Rusiya ilə bağlı mövqeyi tənqidlər mövzusudur.

    Muxalifet4 - 8-08-2018

  18. ​DƏHŞƏTLİ QƏZA: 11 nəfər yaralandı

    Cəlilabad rayonunda 11 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şivələngə ilə Abaşabad kəndləri arasında yerləşən döngədə qeydə alınıb.
    Belə ki, Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Əkbər Mətləb oğlu Kərimovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə əks istiqamətə hərəkət edən, 1953-ci il təvəllüdlü İbişov İbrahim İsaəli oğlunun idarə etdiyi 15 BN 515 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub.

    Muxalifet4 - 8-08-2018

  19. Prezidentdən 102 polisə xəbərdarlıq: “Yoxsa sizi özüm öldürəcəyəm”

    Filippin prezidenti Rodriqo Duterte müxtəlif cinayətlər törətməkdən ittiham edilən 102 polis qarşısında çıxış edib.

    TRT xəbər verir ki, o, yenidən cinayət törədəcəkləri təqdirdə, onları özü öldürəcəyi barədədə polislərə xəbərdarlıq verib:

    “Əgər belə davam etsəniz, sizi öldürəcəyəm. Bundan sonra sizi xüsusi bir qrup izləyəcək. Ən kiçik səhvinizdə öldürülməyiniz üçün təlimat verəcəyəm”.

    Muxalifet4 - 8-08-2018

  20. ​Prezident medal verdi, Sahil Babayev VƏZİFƏYƏ TƏYİN ETDİ

    Bələdiyyənin sədr müavini dövlət qulluğuna təyinat alıb.
    Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmriylə Xəzər rayon Məşğulluq mərkəzinin rəis müavini təyin edilib.
    Qeyd edək ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamıyla respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə J.Əhmədova “Tərəqqi” medalı ilə təltif edilib.
     

    Muxalifet4 - 8-08-2018

Pages