Axtarış

The search found 105849 results in 0.094 seconds.

Search results

  1. Bu, Qarabağ probleminin həllində ən konstruktiv yoldur – Rəhman

    Dost Azərbaycan torpağında rəsmi səfərdə olmaq və Azərbaycan xalqının səmimi sevincini duymaq mənim üçün xoşdur. Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur və biz Tacikistan-Azərbaycan əməkdaşlığının gələcəkdə də inkişafında və möhkəmlənməsində maraqlıyıq.

    Bunu Tacikistan Prezidenti İmaməli Rəhman avqustun 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

    Muxalifet4 - 10-08-2018

  2. ​"Azərbaycanda xarici valyuta satışında məhdudiyyət yoxdur" – PALATADAN AÇIQLAMA

    "Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur".
    Bunu Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər.
    Palatadan bildiriblər: "Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb".

    Muxalifet4 - 10-08-2018

  3. İranlı nazirdən özünü tənqid: GƏLƏCƏK NƏSİLLƏRƏ HEÇ NƏ BURAXMADIQ

    İranın Ətraf Mühit Təşkilatının sədri İsa Kələntəri, ölkəsinin geoloji problemləri ilə bağlı açıqlama verib.
     
    İran rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Kələntəri, ölkə torpaqlarının hektar başına 12 tonluq erroziyaya uğradığını və bu statistikanın illik hesabatlara əks olunduğunu söyləyib.
    Kələntəri, "Torpaq problemi, ABŞ və ya İsraillə bağlı deyil, keçmiş illərdə aparılan yanlış siyasətlərin nəticəsi kimi ortaya çıxıb. İran torpaq problemində dünyada birinci yerdədir" deyib.

    Muxalifet3 - 10-08-2018

  4. ​Naxçıvandan “savaş başladan” ermənidən yeni addım - Video

    Erməni politoloq Levon Şirinyan yeni partiya yaradır.
    Bu barədə məlumatı Şirinyan öz Feysbuk səhifəsində paylaşıb. O, yeni partiyası ilə birgə Ermənistandakı növbədənkənar parlament seçkisində iştirak edəcəyini bildirib. Şirinyan yeni partiyasının Xristian Demokratik Partiyası adlanacağını deyib.
    Qeyd edək ki, Şirinyan kəskin antirusiya mövqeyi ilə seçilir. Ermənistanda baş verən inqilab zamanı Nikol Paşinyanın mövqelərini müdafiə edən əsas şəxslərdən biri olub.

    Muxalifet - 10-08-2018

  5. Manatın yeni məzənnəsi - MƏRKƏZİ BANKDAN AÇIQLAMA

    Azərbaycan Mərkəzi Bankı (AMB) həftənin ilk gününə USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
    Bankdan bildiriblər ki, Azərbaycan Mərkəzi Bankı avqustun 13-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.

    Muxalifet4 - 10-08-2018

  6. Trampdan Türkiyə açıqlaması

    Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, Türkiyədəki valyuta dalğalanmasına münasibət bildirib.
     
    Tramp "Türkiyə ilə aramız yaxşı deyil. Türk lirəsi valyutamız qarşısında sürətlə dəyər itirir” deyib.
    Tramp, Twitterdə verdiyi açıqlamada "Türkiyədən gətirilən polad və alüminiuma tətbiq olunan gömrük vergisini iki dəfə artırdım" deyə, qeyd edib.
    Müxalifət.az

    Muxalifet3 - 10-08-2018

  7. ​“Qarabağın üzərindəki boz duman çəkilməyib” – İngilis KİV

    Ermənistanda baş verən hakimiyyət dəyişikliyi gözlənilməz oldu. Bu dəyişiklik bir sıra məsələlərin, xüsusilə də Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həllində müsbət irəliləyişin olacağına ümid yaratsa da, Qarabağın üzərindəki boz duman hələ dağılmayıb.
    Muxalifet.az xəbər verir ki, bu iddia Böyük Britaniyada nəşr olunan “Foreign Policy Centre” jurnalında yer alıb.
    Jurnalda dərc olunmuş məqalədə ingilis analitik Kreyq Olifant yazır ki, Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın mövqeyində də böyük dəyişikliklər gözləmək çətindir:

    Muxalifet - 10-08-2018

  8. ​2019-cu ildə ölkədə ÜDM artacaq – Vahid Əhmədov

    “Mudi” beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı gözləntilərində həqiqət var.
    Bunu Axar.az-a “Mudi” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyi ilə bağlı hesabatını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda son illər ərzində həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunda artımlar əldə edilib:

    Muxalifet - 10-08-2018

  9. ​11 sentyabr terrorçusu azadlığa buraxılır

    Yaxın zamanlarda 11 sentyabr teraktına hazırlıqda iştirakda ittiham edilən əslən Mərakeşdən olan Münir əl Mütəsadiq vaxtından əvvəl həbsdən azad ediləcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Bild” qəzeti yayıb. Qəzet Mütəsadiqin həbsdən 15 oktyabrda çıxacağını bildirib.
    Mütəsadiqin azad edilməsindən dərhal sonra Mərakeşə deportasiya edilməsi nəzərdə tutulub. Onun burada əslən Belarusdan olan həyat yoldaşı Mariya və iki övladının olduğu vurğulanıb.

    Muxalifet - 10-08-2018

  10. Heyvanların bu xəstəliyə yoluxmaması üçün insanlar...

    Bu ilin ilk 7 ayı ərzində Balakəndə 2630 baş iribuynuzlu heyvan bruselyoz xəstəliyinə peyvənd edilib. Bu göz damcı üsulu ilə peyvəndləmə işi aparılıb.
    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, epizootik tədbirlər plana uyğun olaraq Balakən rayonunda 4000 baş iribuynuzlu heyvanın peyvəndə cəlb edilməsi nəzərdə tutulub. 1370 baş iribuynuzlunun peyvənd işi davam etdirilir. Ay ərzində bu tədbirin yekunlaşdırılması nəzərdə tutulub.

    Muxalifet - 10-08-2018

  11. ​DİM-dən abituriyentlərə ixtisas seçimi ilə bağlı XƏBƏRDARLIQ

    Ali təhsil müəssisələrinin ixtisas seçiminin başa çatmasına 3 gün qalıb!
    İxtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılır.

    Muxalifet - 10-08-2018

  12. ​Ruslar Cənubi Osetiya və Abxaziyanı dəstəkləyir - Sorğu

    Rusiyalıların 80%-i 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Moskva tərəfindən tanınmasının doğru qərar olduğunu hesab edir.
    Muxalifet.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.
    31% rusiyalı Rusiya-Gürcüstan münasibətlərinin normal olduğunu bildiriblər. Münasibətlərin soyuq olduğunu düşünənlərin sayı isə əhalinin 29%-ni təşkil edib.

    Muxalifet - 10-08-2018

  13. ​Tramp Türkiyəyə hücum etdi, Putinlə Ərdoğan... – Qarşıdurma güclənir

    ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı qalmaqallı qərarından sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefonda danışıb.
    Muxalifet.az xəbər verir ki, Türkiyə və Rusiya lideri iki ölkə arasında iqtisadi əlaqələri müzakirə edib.
    Bununla yanaşı, Suriya və Astana prosesi ilə bağlı müzakirələr aparıblar.

    Muxalifet - 10-08-2018

  14. ​Gömrükdə külli miqdarda xarici valyutanın keçirilməsinin qarşısı alınıb

    Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana “Mersedes Benz travego” markalı avtobusla gedən Türkiyənin iki vətəndaşının üzərində “Sınıq Körpü” gömrük postunda şəxsi yoxlama aparılıb.

    Muxalifet - 10-08-2018

  15. ​Ərdoğanla Putin telefonda danışdı

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
    Muxalifet.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, Ərdoğan Bayburt şəhərində olarkən Putinə telefon açıb.
    İkitərəfli iqtisadi əməkdaşlığın müzakirə olunduğu danışıqlar zamanı energetika və hərbi sənaye sahəsindəki əməkdaşlıq diqqət mərkəzində saxlanılıb.
    Bundan başqa, Putinlə Ərdoğanın Suriya münaqişəsini də müzakirə etdiyi bildirilir.

    Muxalifet - 10-08-2018

  16. ​Paşinyan Köçəryanın həbsini şərh etmədi

    Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın həbsini şərh etməyib.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan açıqlamasının təhrif edilə biləcəyini deyib.
    “Düşünürəm ki, bu gün açıqlama versəm, bu, təhrif edilə bilər və məni işə qarışmaqda ittiham edərlər. Ancaq hesab edirəm ki, Ermənistanın istənilən vətəndaşı bu sualın cavabını bilir”, - o vurğulayıb.
    Hazırda apellyasiya məhkəməsi Robert Köçəryanın həbsi ilə bağlı onun şikayətinə baxır.

    Muxalifet - 10-08-2018

  17. Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçildi

    Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib.

    İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.

    Muxalifet4 - 10-08-2018

  18. Ronaldo onu "Yuventus"dan göndərdi

    İtaliyanın "Yuventus" klubunun futbolçusu Stefano Sturaro klubunu dəyişib.

    Muxalifet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Portuqaliya təmsilçisi "Sportinq"də davam etdirəcək.

    O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək. Bu barədə futbolçunun agenti məlumat verib.

    Sturaro özünü başqa ölkədə də sınamaq istəyib. Lakin onun yeni komanda yoldaşı Kriştiano Ronaldo "Sportinq"ə keçməyi tövsiyə edib.

    Qeyd edək ki, Sturaro 2014-cü ildən "Yuventus"da çıxış edib. Ronaldo isə “Sportinq”in yetirməsidir.

    Muxalifet4 - 10-08-2018

  19. Boşanmış məşhurlar arasında qızğın DAVA - FOTO

    Mustafa Sandal ilə Əminə Yahoviç bolandıqdan sonra ilk dəfə bir araya gəlib.

    Muxalifet4 - 10-08-2018

  20. ​Kanadanın General-Qubernatoru Azərbaycan Prezidentinə məktub göndərdi

    Kanadanın General-Qubernatoru Devid Conston Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir:

    Muxalifet - 10-08-2018

Pages