Axtarış
The search found 105849 results in 0.144 seconds.
Search results
Şəbnəm Tovuzlunun başına dollar səpdilər - VİDEO
Azərbaycanlı müğənni Şəbnəm Tovuzlu Gürcüstanda baş tutan toyların birində iştirak edib.
Muxalifet.az yenicag.az-a istinadla xəbər verir ki, ifaçının çıxışı zamanı qonaqlardan biri Tovuzlunun başına dollar səpib.
Həmin anın videosunu təqdim edirik:
Muxalifet4 - 11-08-2018
Anar Nağılbazın heç yerdə yayımlanmayan görüntüsü - VİDEO
Mərhum reper Anar Nağılbaz ölümündən öncə yeni bir film çəkməyə hazırlaşırdı. O, mətbuata müsahibə verərkən filmi üçün səsləndirdiyi monoloqu lentə almağı xahiş etmişdi.
Muxalifet.az xəbər verir ki, ölümündən iki ay əvvəl yenicag.az-a müsahibə verən reper həmin müsahibədən sonra Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindən Kefli İsgəndərin monoloqunu səsləndirdi. Xahişini yerə salmayıb, bu görüntüləri kameranın yaddaşına həkk etdik.
Dediyinə görə, bu monoloqu yaxın günlərdə ekranlaşdıracağı filmə daxil edəcəkdi. O, həmin filmin intihar mövzusunda çəkiləcəyini demişdi.Muxalifet - 11-08-2018
"Barselona"dan PSJ-yə daha bir transfer - 125 milyon avro...
Paris klubunun "Barselona"dan İvan Raktiçi transfer etmək niyyətində olduğu bildirilir.
"El Mundo Deportivo"nun məlumatına görə, bu mövsüm Çempionlar Liqasını qazanmağı hədəfləyən PSJ-nin sahibi Nasir Əl-Xəlifə Neymardan sonra "Barselona"dan daha bir ulduzun transferi üçün hərəkətə keçib. Qətərli milyarderin Raktiç üçün "Barselona"ya 125 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edilir ki, xorvat ulduzu "Monako" da istəyir. Lakin PSJ-nin daha israrlı olduğu və artıq təklifini qarşı tərəfə təqdim etdiyi bildirilir.
Muxalifet4 - 11-08-2018
Trampa XƏBƏRDARLIQ: “İncirlikdəki nüvə bombalarını unutma!”
ABŞ prezidenti Donald Tramp Türkiyədən aldığı dəmir və alüminiuma əlavə faiz vergisinin tətbiqi qərarını verdikdən sonra “Vaşinqton Post” qəzetinin yazarı Brayan Klaas ona İncirlikdəki nüvə bombalarını xatırladıb.
Muxalifet4 - 11-08-2018
Emoməli Rəhmonın Azərbaycana səfəri başa çatıb
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 11-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.Muxalifet - 11-08-2018
İrandan ABŞ-a SƏRT REAKSİYA: "UTANCVERİCİDİR"
İran xarici işlər naziri Məhəmməd Zərif ABŞ preizdneti Donald Trampın Türkiyə ilə bağlı qərarını utancverici adlandırıb.
M.Zərif bu barədə fikirlərini tvitter hesabında paylaşıb.Muxalifet - 11-08-2018
Bakı sakini həmyerlisini bıçaqladı
Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
DİN-dən verilən xəbərə görə, öz izahatında o, yıxılması nəticəsində xəsarət almasını bildirib. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla həmin gün Ş.Məmmədovla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsi ərazisində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.Muxalifet4 - 11-08-2018
Suriya hökuməti Türkməndağına hücumlara başlayıb
Muxalifet.az xəbər verir ki, Suriya hökuməti və onu dəstəkləyən qüvvələr ölkənin şimal-qərbindəki Lazkiyə rayonunda yerləşən Türkməndağına hücuma keçiblər.
Hökumət qüvvələri ölkənin cənubundakı Dera və Kuneytra rayonlarında nəzarəti təmin elədikdən sonra lazkiyəli türkmənlərin yaşadığı Türkməndağına hücum eləmək üçün hərəkətə keçib. Bu ərazilər Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarəti altındadır.Muxalifet - 11-08-2018
Zəlzələ qurbanlarının sayı 387-yə çatdı
İndoneziyada baş vermiş 7 ballıq zəlzələdə ölənlərin sayı artıb.
Muxalifet.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, hazırda ölənlərin sayı 387-yə çatıb.
Ölkənin təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılması üçün Milli Şurası ölənlərin sayının daha da artacağını bildirib.
Bunun səbəbinin isə dağıntılar altında hələ də cəsədlərin olması ilə əlaqədar olduğu qeyd edilir.Muxalifet - 11-08-2018
Rumıniyada kütləvi etirazlarda 450 nəfər yaralandı
Rumıniya paytaxtı Buxarestdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında polislə etirazçılar arasında toqquşmalar baş verib.
Muxalifet.az “TASS” agentliyinə istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 35-i jandarm olmaqla 450 nəfər xəsarət alıb.
Bu barədə Rumıniya Jandarmeriyasının nümayəndəsi Marius Militaru mətbuat konfransı zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə xəsarət almış 452 nəfərdən içərisində 11 jandarma nəfəri olmaqla 70 nəfər xəstəxanaya yerləşdirilib.Muxalifet - 11-08-2018
Dövlət Xidmətinin 5 vəzifəli şəxsi işdən kənarlaşdırılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Muxalifet - 11-08-2018
Türkiyədə “Məşədi İbad sayağı” əhvalat
Türkiyənin Manisa bölgəsinin Gördes qəsəbəsinin sakini K.G.-nin başına “O olmasın, bu olsun” filminin süjetini xatırladan əhvalat gəlib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəsəbə sakini A.R.T (44 yaşında) qohumu K.G.-ni Azərbaycan vətəndaşı olan qadınla tanış edib. Daha sonra o, qohumundan “tanışlıq haqqı” kimi 4 min lirə alıb.
Muxalifet - 11-08-2018
Nazirlik qeyri-sabit hava ilə bağlı xəbərdarlıq etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Eyni zamanda avqustun 13-14-də, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Muxalifet - 11-08-2018
ABŞ Talibanı vurdu: 19 ölü
ABŞ Əfqanıstanın Gilmend əyalətinə aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.
Hücum nəticəsində Taliban hərəkatının 19 üzvü, həmçinin silah anbarı məhv edilib.Muxalifet - 11-08-2018
ABŞ-ın Türkiyəyə hücumunun arxasındakı 9 SİRR
ABŞ-ın Türkiyəyə qarşı iqtisadi hücumları dünyanın əsas gündəmidir. NATO-da müttəfiq olan iki ölkə arasındakı qarşıdurma getdikcə qızışır. ABŞ prezidenti Donald Tramp İran və Rusiyaya sanksiyalar tətbiq etməklə yanaşı. Türkiyəyə qarşı da analoji addımlar atdı. Ankara-Vaşinqton boranının Türkiyədə amerikalı rahib Endryu Brunsonun həbs edilməsi əsas götürülsə də, qarşıdurmanın altında daha dərin səbəblər olduğu deyilir.
“haber7” saytı ABŞ və Türkiyə arasındakı problemlərin daha dərin köklərə malik olduğunu yazıb.Muxalifet - 11-08-2018
Bərdə sakinindən narkotik vasitələr və silah götürülüb
Bərdə sakinindən narkotik vasitələr və silah aşkar edilərək götürülüb.
DİN-dən Modern.az-a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Telman Abbasovun evinə baxış zamanı oradan 67,2 qram civə, 8,5 qram marixuana, 2 ədəd qaz tapançası, ona aid 7 ədəd patron və 2 ədəd patron darağı, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 1 ədəd tir tüfəngi və 72 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.Muxalifet - 11-08-2018
Menbiçdə ABŞ-la Türkiyə qarşı-qarşıya gələ bilər - VƏDLƏRİNƏ ƏMƏL ETMƏDİLƏR
Muxalifet.az xəbər verir ki, iyulun 4-dən etibarən PKK/PYD-nu Menbiçdən çıxarağına söz verən ABŞ bir daha vədinə xilaf çıxıb. Terrorçular hələ də şəhəri tərk etməyiblər.
Muxalifet - 11-08-2018
Ərdoğan “Nyu-York Tayms”a məqalə yazdı
Türkiyə prezidenti R.T.Ərdoğan “Nyu-York Tayms” qəzeti üçün məqalə yazıb.
Muxalifet4 - 11-08-2018
Türkiyədə “Məşədi İbad sayağı” əhvalat - Azərbaycanlı qadınla evləndi, 10 gün sonra ...
Türkiyənin Manisa bölgəsinin Gördes qəsəbəsinin sakini K.G.-nin başına "O olmasın, bu olsun" filminin süjetini xatırladan əhvalat gəlib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, qəsəbə sakini A.R.T (44 yaşında) qohumu K.G.-ni Azərbaycan vətəndaşı olan qadınla tanış edib. Daha sonra o, qohumundan "tanışlıq haqqı" kimi 4 min lirə alıb.
Muxalifet4 - 11-08-2018
Bakıda ölümlə bitən “razborka”nın TƏFƏRRÜATI: ölkədə silahı olan şəxslər var
Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Ramana qəsəbəsində məcburi köçkünlərin "Şuşa şəhərciyi"nin ərazisindəki "Naxçıvan" kafesində bir nəfərin ölümü, digərinin yaralanması ilə bağlı silahlı insident olub.
Muxalifet4 - 11-08-2018