Axtarış
The search found 105849 results in 0.124 seconds.
Search results
SON DƏQİQƏ: Ermənistan tərəfi hücuma keçdi - ÖLDÜRÜLƏN və ƏSİR ALINANLAR VAR
Muxalifet.az həmin video sujeti oxucularına təqdim edir:
Muxalifet3 - 12-08-2018
Nabranla bağlı video yayıldı: nazirlik həll etdi
Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Muxalifet3 - 12-08-2018
"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto
Bakı Bus MMC-yə məxsus 3 nömrəli avtobus paytaxtın Binəqədi rayonunun Abay Kunanbayev küçəsində qəza vəziyyəti ilə üzləşib.
Muxalifet.az xəbər verir ki, avtobus "Dərnəgül" metrosu istiqamətində irəliləyərkən asfaltın üzərindəki kanalizasiya qapaqlarından biri çıxaraq nəqliyyat vasitəsinin qapı hissəsinə girib.
Hadisə zamanı sürücü dərhal avtobusu saxlayıb və aidiyyəti şəxslərin əraziyə gəlməsini gözləyib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Muxalifet3 - 12-08-2018
Ərdoğanın bu çıxışı ABŞ-la yeni müharibəni BAŞLADA BİLƏR
Bu, Türkiyəyə qarşı bir əməliyyatdır.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu əməliyyatın məqsədi bütün sahələrdə Türkiyəni təslim etməkdir. Oyununuzu gördük və meydan oxuyuruq. Təslim olmayacağıq”, - Ərdoğan bildirib.
Muxalifet3 - 12-08-2018
Sənəd imzalandı, xalqımızı təbrik edirəm - Deputat
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.
Moderator.az Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin fikirlərini öyrənib:Muxalifet3 - 12-08-2018
Ronaldo xəstəxanaya yerləşdirildi
Braziliya millisinin sabiq hücumçusu Ronaldo pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Muxalifet.az-ın yaydığı xəbərə görə, hadisə bu həftənin cümə günü 41 yaşlı braziliyalı İbitsa adasında dincələrkən baş verib. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər.
Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.
Muxalifet3 - 12-08-2018
Məşhur aparıcının qətlini kim sifariş edib? - 23 illik sirr
Tanınmış rus jurnalist Vladislav Listyevin qətlinin sifarişçisi oliqarx Boris Berezovski ola bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Keçmiş SSRİ məkanında ən populyar televiziya proqramlarından olan “Vzqlyad” verilişinin müxbiri, jurnalist Dmitri Zaxarov “Görüşdük – danışdıq” verilişindəki çıxışında həmkarının ölümünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölümünə az qalmış Listyevə zəng edib hədə-qorxu gəlmişdilər. Zaxarov deyir ki, narazılar arasında televiziyadakı reklamdan gəlir götürmək istəyənlər vardı.Muxalifet3 - 12-08-2018
Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhərinin Sermada mahalında şiddətli partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 32 nəfər həlak olub, 45-i yaralanıb. İdlib Mülki Müdafiə qurumunun məlumatına görə, 13 nəfər dağıntılar altından xilas edilib.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Hadisə ilə bağlı istintaq başladılıb.
Muxalifet3 - 12-08-2018
Abadi İrana səfərini ləğv etdi
İraqın Baş naziri Heydər Abadi İrana səfərini ləğv edib.
Muxalifet.az xəbər verir ki, bu barədə İran XİN sözçüsü Bəhram Qasımi məlumat yayıb. Səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmayıb.
Qeyd edək ki, Abadinin avqustun 15-də İrana gedəcəyi gözlənilirdi.
Muxalifet3 - 12-08-2018
Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...
Ümid edirəm ki, Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusuna əsasən regiondankənar dövlətlərin hərbi qüvvələrini yerləşdirməməklə bağlı öhdəliklərini yerinə yetirəcək.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Xəzər dənizi xüsusi su hövzəsidir və müvafiq xüsusiyyətlər konvensiyanın mətnində qeyd olunub.
Muxalifet3 - 12-08-2018
Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq
Bəzi kateqoriyadan olan Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq ediləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
“İki ölkə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi perspektivlərini müzakirə etməyi planlaşdırırıq”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, Rusiya 2015-ci ilin noyabrından Türkiyə ilə viza rejimi tətbiq etmişdi.
Muxalifet3 - 12-08-2018
Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, rüsumlarda və digər sahədə olan artımlar bahalaşmaya səbəb olacaq.
Muxalifet.az bbc Azərbaycana istinadən xəbər verir ki, Buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manatda artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək”, – Vahid Əhmədov belə deyib.Muxalifet3 - 12-08-2018
"Qarabağ" "Borisov Arena"da: mühüm matç üçün son məşq
"Qarabağ" klubu sabah Bakı vaxtı ilə 19:00-da BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.
Baş məşqçi Qurban Qurbanov isə 18:45-də media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, BATE - "Qarabağ" matçı 14 avqust saat 21:00-da start götürəcək.
Muxalifet3 - 12-08-2018
İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı
Biz mövqeyimizi çox açıq şəkildə bəlli edirik. ABŞ rəsmiləri səmimi davranmırlar. Sanksiyalar məsələsində qərarlı olmaqları müzakirələrin keçirilməsinin qarşısını alır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Mən Mayk Pompeo ilə görüşməyəcəyəm. Bundan başqa, Omanın İranla ABŞ arasında vasitəçilik etməsi haqqında yayılmış xəbərlər həqiqəti əks etdirmir", - Zərif bildirib.
Muxalifet3 - 12-08-2018
Xəzərlə bağlı mühüm gün - Prezidentdən bəyanat
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sammitin qarşılıqlı anlaşma və mehriban şəraitdə keçdiyini deyərək Konvensiyanın imzalanmasını görülən işin kulminasiyası adlandırıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı:
"Hörmətli Nursultan Abişeviç.
Hörmətli dövlət başçıları.
İlk növbədə, göstərilən qonaqpərvərliyə, səmimi qəbula və Sammitin yüksək səviyyədə təşkilinə görə Nursultan Abişoviç Nazarbayevə bir daha təşəkkürümü bildirmək istərdim.Muxalifet3 - 12-08-2018
Azərbaycanda hər kəsi təəccübləndirəcək əmək haqqı artımı baş verib - RƏSMİ AÇIQLAMA
Muxalifet.az xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki aylara - yanvar-may aylarına nisbətən 0,02% və yaxud 10 qəpik artaraq 541 manat 10 qəpik olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, bu ilin yanvar ayında ölkədə orta aylıq əmək haqqı 519,8 manat, fevralda 510,8 manat, martda 532,4 manat, apreldə 538,8 manat, may ayında isı 541 manat olub.
Muxalifet3 - 12-08-2018
Tramp özünü təriflədi: rekord səviyyədə...
Ölkədə işsizlik nisbəti rekord səviyyədə azalıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Ölkəmiz misli görünməmiş dərəcədə sürətlə böyüyür və daha da böyüyəcək. Bir çox şirkət ABŞ-a qayıdır. Bu, çox müsbət haldır", - Tramp bildirib.
Muxalifet3 - 12-08-2018
Əfv Təşkilatından azərbaycanlılarla bağlı - Bəyanat
Beynəlxalq Əfv Təşkilatı türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda iyul və avqust aylarında keçirilən mərasimlərdə saxlanılıb sonralar girov qarşılığında azadlığa buraxılan fəallara bəraət verilməsi və İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.Muxalifet3 - 12-08-2018
İlk tur: "Qəbələ" "Səbail" matçı başa çatdı
Topaz Premyer Liqasının ilk turunda "Qəbələ" "Səbail"i qəbul edib.
Muxalifet.az xəbər verir ki, meydan sahibləri rəqibinin qapısından 3 cavabsız top keçiriblər.
Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov fərqi iki topa çatdırıb. Ceyms Adeniye isə 81-ci dəqiqədə yekun hesabı müəyyən edib: 3-0.
Günün digər matçında isə "Keşlə" və "Sabah" klubları üz-üzə gəlirlər.
Muxalifet3 - 12-08-2018
Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro
ABŞ hökuməti mənə qarşı təşkil edilmiş sui-qəsdlə bağlı Federal Təhqiqat Bürosu ilə işbirliyi qurmağı təklif etsə, buna razılıq verərəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.
Qeyd edək ki, bir neçə gün öncə Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub.
Muxalifet3 - 12-08-2018