Axtarış

The search found 105849 results in 0.152 seconds.

Search results

  1. "Penaltilər seriyasına hazıram" - Halldorsson

    "Penaltilər seriyası hər zaman lotereyadır. Ancaq həmin anda rəqibin fikirlərini oxumaq və onun qol vurmasına mane olmaq lazımdır".

    Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorsson Belarus mətbuatına açıqlamasında deyib.

    Muxalifet - 13-08-2018

  2. Balina ölən balasını 17 gün belində gəzdirdi

    Kanada açıqlarında bir balinanın, ölən balasını digər balinalara görə 10 gün daha çox belində daşıyaraq rekorda imza atdığı güman edilir.
     
    Balina Araşdırma Mərkəzindən (CWR) elm adamları, Vankuverın Haro Boğazı açıqlarına ölü balasını 17 gün belində daşıyan qatil balinanın 1600 kilometr yol keçdiyini bildirib.

    Muxalifet3 - 13-08-2018

  3. Gürcüstanda şok olay: qəzaya düşmüş azərbaycanlıların pasportları alınıb, ac-susuz saxlanılırlar – FOTOLAR

    Avqustun 11-də Tiflisdə azərbaycanlıların da olduğu mikroavtobus qəzaya uğrayıb. Nəticədə mikroavtobusdakı iki Gürcüstan, aralarında azyaşlı uşaq da olmaqla 5 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.

    Muxalifet.az bildirir ki, bu barədə musavat.com-a qəzada xəsarət almış vətəndaşlarımızdan biri, 49 yaşlı Dürdanə Eminbəyli məlumat verib.

    Muxalifet - 13-08-2018

  4. “Qaçqınkom”da İNTİHARA CƏHD: Onu müğənni Manaf Ağayev xilas elədi

    Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olub.

    Məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.

    Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

    Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.

    Muxalifet4 - 13-08-2018

  5. Azərbaycanlı iş adami ailəsi ilə birlikdə DİRİ-DİRİ YANDI

    Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb.

    Əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.

    Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb.

    Muxalifet4 - 13-08-2018

  6. “Bu, çox müəmmalı qərardır” – İlqar Məmmədovun həyat yoldaşı

    REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb. Məhkəmə onun cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib.

    Muxalifet.az xəbər verir ki, İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova musavat.com-a keçirdiyi hisslərlə bağlı bunları deyib:

    Muxalifet - 13-08-2018

  7. Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq CAVABI

    Türkiyə ABŞ-ın iqtisadi hücumlarına cavab olaraq yeni bazarlara açılır.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə Çin, Meksika, Rusiya və Hindistana yeni ixracat planı hazırlayır.

    Muxalifet4 - 13-08-2018

  8. Rus səfirin qətlinə görə daha bir nəfər saxlanıldı

    Rusiyanın qətlə yetirilmiş Ankaradakı səfiri Andrey Karlovun işinə görə daha bir nəfər həbs edilib.

    Muxalifet.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, aprelin 6-da həbs edilmiş Şahin Söğütün həyat yoldaşı Ayşe Söğüt polis tərəfindən saxlanılıb.

    Onun da Fətullah Gülənin terror təşkilatına işləməsi faktı ortaya çıxıb.

    Şahin Söğütün isə cinayəti törədən Mövlüt Mert Altıntaşın təşkilat içərisindəki “böyük qardaşı” olduğu bildirilir.

    Muxalifet - 13-08-2018

  9. Bu, Bakının mövqeyi nəticəsində baş tutdu - Ekspert

    Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütövlükdə region dövlətləri, bəlkə də dünya üçün önəmli bir hadisədir.

    Bu sözləri axar.az-a Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı danışan analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, bu beynəlxalq anlaşma təkcə Xəzərlə bağlı beş ölkə arasındakı münasibətləri deyil, eyni zamanda, Xəzərin hövzəsindən istifadə edən və yaxud da bu və ya digər şəkildə dənizdə hər hansı layihələri həyata keçirən dövlətlər və şirkətlər üçün də böyük önəm daşıyır:

    Muxalifet - 13-08-2018

  10. Avropa Şurası İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb

    Avropa Şurasının baş katibi Torbörn Yaqland REAL Partiyasının lideri İlqar Məmmədovun azadlığa çıxmasını alqışlayıb.
     
    "Bu gün Şəki Apellyasiya Məhkəməsinin tanınmış hüquq müdafiəçisi İlqar Məmmədovun beş illik həbs cəzazından sonra azad edililməsi barədə qərar çıxarması yaxşı xəbərdir. Avropada siyasi məhbusları qəbul edə bilmirik, günahsız insanlar azadlıqdan məhrum edilməməlidir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmalıdr", - T.Yaqland bildirib.

    Muxalifet3 - 13-08-2018

  11. ​Azərbaycan və Ermənistan üzərindən yeni xətt – İran planını açıqladı

    İran Rusiyaya elektrik enerjisi ixrac etmək üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır.
    Muxalifet.az xəbər verir ki, bunu İranın energetika naziri Reza Ardakanyan deyib.
    “Artıq bu iki ölkə ilə danışıqlara başlamışıq”, - iranlı nazir bildirib.
    Onun sözlərinə görə, İran Avropanın elektrik şəbəkəsinə qoşulmaq niyyətindədir: “Bu xətt şimal qonşularımızın – Azərbaycan və Ermənistan vasitəsilə qoşulmaq istəyirik”.

    Muxalifet - 13-08-2018

  12. ​Baş redaktor və qadın jurnalist cinayət başında tutuldu

    “El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.
    Bu barədə Muxalifet.az-a Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən məlumat verilib.

    Muxalifet - 13-08-2018

  13. ​Robert Köçəryan AZADLIĞA BURAXILDI

    Ermənistanın ikinci prezidenti Robert Köçəryan azadlığa buraxılıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Apellyasiya Məhkəməsi qərar verib. Aleksandr Azaryanın hakimliyi ilə keçirilən məhkəmə prosesinin üçüncü günündə məhkəmə şikayəti təmin edib.

    Muxalifet - 13-08-2018

  14. ​Tramp BUNU GÖZLƏMİRDİ: dünya DOLLARI TÜRK LİRƏSİNƏ dəyişdirir

    ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibə elan etməsindən sona müxtəlif ölkələr Ankaraya dəstək mesajları verir.
    Rusiya, İtaliya, Almaniya, İran, Pakistan, Livan və Qətər ABŞ-ın hücumları qarşısında Türkiyəyə dəstək verdiklərini bəyan ediblər. Bir çox ərəb ölkəsində isə dollarları türk lirəsinə dəyişdirmək üçün kampaniya başlayıb.
    İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın Türkiyəyə hücumlarının heç bir nəticə verməyəcəyini bildirib.
    İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi Türkiyə ilə həmrəylik nümayiş etdirdiklərini bəyan edib.

    Muxalifet - 13-08-2018

  15. ​İŞİD-də PARÇALANMA: Bağdadi liderlikdən çəkilir

    İŞİD lideri Əbubəkr Bağdadi hələ də ağır yaralı olaraq qalır.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İraqın “Əl Sumariya” televiziyası yayıb. Televiziya Bağdadinin faktiki olaraq terror təşkilatını idarə edə bilmədiyini bildirib. Bağdadinin yerinə onun səlahiyyətlərini Əbu Usman ət Tunisinin idarə etdiyi vurğulanıb. Maraqlı məqam isə Tunisinin vəzifəyə gətirilməsinə terror təşkilatında iraqlı ekstremistlər qarşı çıxıb.

    Muxalifet - 13-08-2018

  16. ​Magistraturanın boş qalan yerlərinə ixtisaslaşma seçiminin vaxtı UZADILDI

    Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq istəyən bakalavrların nəzərinə!
    2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb.
    Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

    Muxalifet - 13-08-2018

  17. ​Merkeldən kretik Türkiyə açıqlaması: “İqtisadi sabitliyi pozmağa cəhd…”

    Türkiyədə iqtisadi baxımdan sabitliyi pozmağa cəhd etmək heç kəsin xeyrinə olmayacaq.
    Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.
    Merkel Almaniyanın Türkiyəni iqtisadi rifah içində görmək istədiyini bildirib.
    Kanslerdən əvvəl Almaniya hökumətinin sözçüsü Şteffen Şeybert də Türkiyəyə elan edilmiş iqtisadi savaşı pislədiyini deyib: “Türkiyədəki iqtisadi sabitlik bizim də xeyrimizədir. Lirənin məzənnəsini izləyirik, hazırda narahatlıq yaradan vəziyyət yoxdur”.

    Muxalifet - 13-08-2018

  18. Mağazaya basqın edən qrupun daha bir üzvü tutuldu

    Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub. Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
    Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Lənkəran rayon sakini Rasim Bəşirzadə saxlanılıb.

    Muxalifet - 13-08-2018

  19. ​Dolların sabahkı MƏZƏNNƏSİ

    Avqustun 14-nə manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 14.08.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il avqustun 13-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 13-08-2018

  20. Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

    Avqustun 9-dan başlayaraq şimal-qərb rayonlarına yağan güclü leysan yağışları nəticəsində yaranan daşqınlar təsərrüfatlara, o cümlədən şəhər təsərrüfatına, əkin sahələrinə, infrastruktura ciddi ziyan vurub. Hazırda yağışlar səngiyib, Zaqatala və Balakən rayonlarından keçən çaylarda suyun səviyyəsi enib. Leysan və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı iş aparılır və rayon təsərrüfatına dəyən ziyan hesablanır. Sinoptiklər isə qeyri-sabit hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır və yeni daşqınlar, leysan istisna deyil.

    Muxalifet - 13-08-2018

Pages