Axtarış

The search found 105849 results in 0.067 seconds.

Search results

  1. ​"Qarabağ" usta komandadır - BATE-nin baş məşqçisi

    Onlar qol vurmalıdırlar. “Qarabağ” hücumda yaxşı legionerləri olan usta komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik.
    Muxalifet.az-ın məlumatına görə, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

    Muxalifet3 - 13-08-2018

  2. ​“Qaçqınkom”da intihara cəhd etdi, ev verdilər - YENİLƏNİB

    Gözdən əlil idmançı Natiq Novruzzadə: "4 aylıq kirayə pulumu da verdilər”

    Muxalifet4 - 13-08-2018

  3. ​"Onlar bu tarixi razılaşmaya əngəl olmaq istəyirdilər, çünki..."

    Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri tarixi əhəmiyyətli sənədi imzaladılar.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri azərtac -a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

    Muxalifet3 - 13-08-2018

  4. ​Neftçalada 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

    Neftçala rayonunda 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
    Muxalifet.az report-a istinadәn xәbәr verir ki, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək evindən 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis şöbəsinə gətirilib.

    Muxalifet3 - 13-08-2018

  5. ​"Dollardan Lirəyə keçənlər böyük qazanc əldə edəcəklər" - Yiğit Bulut

    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Valyuta məzənnəsində baş verən sərt dalğalanmaları 15 iyul 2016-cı ildə təşəbbüs edilən zərbə girişiminə bənzədən Yiğit Bulut "Xarici valyutadan TL-ə dön

    Muxalifet3 - 13-08-2018

  6. ​Mingəçevirdə 52 yaşlı qadın intihara cəhd edib

    Mingəçevir şəhərində intihara cəhd olub.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağlar yaşayış massivində qeydə alınıb.
    Belə ki, şəhər sakini, 1966-cı il təvəllüdlü S.D özünü öldürmək məqsədilə eyni vaxtda 20 müxtəlif dərman həbi içib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
    Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 13-08-2018

  7. ​Gül: Tramp ilk gündən qlobal təhlükə yaradıb

    ABŞ Prezidenti Donald Trampın prezidentliyə namizəd olduğu ilk gündən bu günə qədər heç bir dəyər və prinsip tanımayan ritorika və siyasəti qlobal bir təhlükə yaradıb.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül bildirib.
    Gül Trampın təhdidinə qarşı bütün ölkələrin sülh və ticarət üçün həmrəy olmasına ehtiyac olduğunu söyləyib.
     

    Muxalifet3 - 13-08-2018

  8. ​Tramp "Con Makkeyn Qanunu"nu imzalayacaq

    AВŞ Prezidenti Donald Tramp Nyu York ştatındakı Fort Dramda 2019-cu maliyyə ili üçün milli müdafiə büdcəsinə dair qanunu imzalayacaq.
    Muxalifet.az xəbər verir ki, ABŞ Senatında təsdiq edilmiş qanun layihəsi Arizona ştatından respublikaçıları təmsil edən, Vyetnam müharibəsinin keçmiş hərbi əsiri, hazırda Senatın silahlı qüvvələr komitəsinin sədri və beyin xərçəngindən müalicə olunan senator Con Makkeynin adını daşıyır.

    Muxalifet3 - 13-08-2018

  9. ​Ramil Quliyev: Son anda əllərimi qaldırmasaydım...

    Avropa çempionatında son anda əllərimi qaldırmasaydım, Avropa rekordunu qıra bilərdim. Lakin əllərimi qaldırdığım üçün peşman deyiləm. Çünki həmin anda, həyəcandan kimin nə edəcəyi bəlli deyil. Bunu sevindiyim üçün etdim, çempionluğu qeyd etdim. Rekordu qıra biləcəyimi düşünmədim.
    Muxalifet.az xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Hürriyet"ə müsahibəsində deyib.

    Muxalifet3 - 13-08-2018

  10. ​Rus ekspert: Türkiyə itkinin bir hissəsini kompensasiya edə bilər

    Türkiyə lirə ilə bağlı yaşadığı itkinin bir hissəsini kompensasiya edə bilər, ancaq bu, son dərəcə çətin olan siyasi konyuktora bağlıdır.
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı ekspert Yannur Aşiqali deyib.
    "TL-nin dəyər itirməsi əhəmiyyətli itkidir, inflyasiyada yenidən artıma yol aça bilər. Əgər lirə qismən də olsa, dəyər qazanmasa, daxili tələbat ciddi şəkildə azalacaq və bu da iqtisadi artıma təsir edəcək", - Aşiqali qeyd edib.
    Qeyd edək ki, son günlər Türkiyə lirəsi dollar qarşısında sürətlə dəyər itirməyə başlayıb.
     

    Muxalifet3 - 13-08-2018

  11. ​Dünyada ən böyük terrorçu sıxlığı bu şəhərdədir

    İdlib prioritetdir, çünki dünyada ən böyük terrorçu sıxlığı oradadır.
    Muxalifet.az xəbər verir ki, bunu suriyalı generalı Rada Əhməd Şariki bildirib.
    "Döyüşçülərə dəstək verən xarici qüvvələr onları xilas etməyə çalışacaq. Əminəm ki, bu toqquşma baş verəcək və ordumuz qələbə qazanacaq. Bundan sonra Suriyada müharibənin sona çatdığını deyə biləcəyik. Suriya müharibəsinin son mərhələsində belə sülh üçün bütün imkanlardan istifadə ediləcək", - Şariki vurğulayıb.
    Qeyd edək ki, Suriya ordusu İdlibin cənub-şərqində mövqeyini gücləndirib.
     

    Muxalifet3 - 13-08-2018

  12. Özü üçün ayrıca dövlət yaradan azərbaycanlı milyonçu – Onu siz də tanıyın!

    Muxalifet.az azxeber.com-a istinadən oxuculara dünyanın ilk kosmik ölkəsi olan "Asgardia"nın baş naziri, azərbaycan əsilli milyonçu İqor Aşurbəyli haqda məlumat verəcək.

    Muxalifet3 - 13-08-2018

  13. ​Ermənistanın müdafiə naziri Qarabağa gəldi

    Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağa səfər edib.
    Muxalifet.az erməni mediasına istinadən xəbər verir ki, o, Azərbaycan torpağında təmas bölgəsindəki vəziyyətlə maraqlanıb, bir neçə hərbçini tapşırıqları yerinə yetirərkən fərqləndiyi üçün mükafatlandırıb.
     

    Muxalifet3 - 13-08-2018

  14. ​"Qarabağ" aldadıcı təəssürat yarada bilər - Draqun

    "Qarabağ" aldadıcı təəssürat yarada bilər. Kifayət qədər güclü futbolçular və yaxşı legionerlər var.
    Muxalifet.az-ın məlumatına görə, bunu Belarusun BATE komandasının futbolçusu Stanislav Draqun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

    Muxalifet3 - 13-08-2018

  15. ​Norveçli nazir İrana görə istefa verdi

    Norveçin balıq təsərrüfatı naziri Per Sandberq əvvəlcədən hökumətə məlumat vermədən və təhlükəsizlik qaydalarını pozaraq məzuniyyətini İranda keçirdikdən sonra istefa verib.
    Muxalifet.az xəbər verir ki, yeni balıq təsərrüfatı naziri vəzifəsinə artıq Harald Tom Nesvik təyin edilib.

    Muxalifet3 - 13-08-2018

  16. ​Poroşenko həbs edilə bilər - ABŞ-dan cinayət işi

    ABŞ Ukrayna Prezidenti Pyotr Poroşenko barəsində cinayət işi açıb.
    Muxalifet.az xəbər verir ki. bunu Gürcüstanın keçmiş prezidenti, sabiq Odessa meri Mixail Saakaşvili deyib.
    "Poroşenko prezident kreslosundan enəndə heç bir ölkə onu qəbul etməyəcək, ya da anında ekstradisiya edəcək. O, ABŞ-da keçmiş Ukrayna baş naziri Pavel Lazarenko kimi həbsə məhkum edilə bilər. Çünki ABŞ Federal İstintaq Bürosu Poroşenko haqqında bir fayl hazırlayıb. Orada ofşor şirkətlər qrupu barədə iddialar var", - Saakaşvili söyləyib.
     

    Muxalifet3 - 13-08-2018

  17. ​Tacikistanda helikopter qəzaya uğradı: ölənlər var

    Ötən gün Tacikistan dağlarında sərt eniş edən Mİ-8 helikopterində olan 15 nəfərdən beşi – üç alpinist və iki ekipaj üzvü həlak olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Tacikistan Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi məlumat yayıb. Helikopterdə olan alpinistlərdən 13-ü Rusiya, 1-i Belarus, digəri isə İspaniya vətəndaşı olub.
    Helikopter 7495 metr hündürlükdə İsmoili Somoni zirvəsinə qalxdıqdan sonra Fortambek buzlağının yamacında yerləşən baza düşərgəsinə qayıdarkən qəzaya uğrayıb. Zirvə keçmiş SSRİ məkanının ən hündür dağıdır.

    Muxalifet3 - 13-08-2018

  18. ​Trampla bağlı mesajları ortaya çıxdı, işdən qovuldu

    ABŞ Prezidenti Donald Tramp əleyhinə mesajları ortaya çıxan Federal Təhqiqat Bürosunun agenti Peter Strzok vəzifəsindən qovulub.
    Muxalifet.az xəbər verir ki, Strzokun vəkili 21 ildir vəzifədə olan müvəkkilinin işdən çıxarılmasının qurumun iş prinsipinə uyğun olmadığını söyləyib. Strzokun vəkili qərarın bütün amerikalılar üçün çox təhlükəli olduğunu söyləyib.
    Qeyd edək ki, Tramp bu ilin may ayında Federal Təhqiqat Bürosunun 2016-cı ildə keçirilən prezident seçkilərində təbliğat kampaniyasına müdaxilə edilməsi ilə bağlı araşdırma aparılmasını tələb edib.
     

    Muxalifet3 - 13-08-2018

  19. ​Azərbaycanda qızıl və gümüşün qiyməti ucuzlaşıb

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, avqustun 13-də qızılın qiyməti avqustun 10-u ilə müqayisədə 4,386 manat azalaraq 1 troy unsiyası üçün 2054,6795 manat təşkil edib.
    Gümüş 0,2464 manat ucuzlaşaraq 1 unsiya üçün 25,942 manata bərabər olub.
    Platinin qiyməti 23,2305 manat azalaraq 1391,331 manat, palladiumun qiyməti isə 2,6945 manat azalaraq 1535,8905 manat təşkil edib.
     

    Muxalifet3 - 13-08-2018

  20. Сильный удар по США на Каспии

    Сернур Яссыкая (Sernur Yassıkaya)

    Muxalifet4 - 13-08-2018

Pages