Axtarış

The search found 105849 results in 0.173 seconds.

Search results

  1. ​Ukrayna 10 terrorçunu həbs etdi, 60-nı axtarışa verdi

    Ukrayna Təhlükəsizlik Xidməti bu ilin yanvar-iyul aylarında ölkə ərazisində terror akti törətməkdə şübhəli bilinən 60 nəfər barəsinə axtarış elan edib.
    Muxalifet.az xəbər verir ki, hesabat dövründə Zakarpat və Lvov vilayətlərində iki terror aktı törədilib. Ukraynada bu müddətdə terror aktı törətməkdə təqsirləndirilən 10 nəfər həbs edilib.
    Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti 2017-ci ildə terror hadisəsi ilə bağlı 3700 cinayət işini araşdırıb. Bunlardan 381-i məhkəməyə təqdim olunub.

    Muxalifet - 10-08-2018

  2. ​Türkiyə iqtisadiyyatı yeni modelə keçir - Albayrak

    Bu ilin sonuna qədər Türkiyə iqtisadiyyatında yeni modelin tətbiqinə başlanılacaq.
    Bu barədə ölkənin xəzinə və maliyyə naziri Berat Albayrak açıqlama verib.
    Onun sözlərinə görə, yeni model çərçivəsində tədbirlərin görülməsinə 35 mlrd. türk lirəsi, indiki məzənnə ilə 5,2 mlrd. ABŞ dolları xərclənəcək.

    Muxalifet - 10-08-2018

  3. ​Azərbaycan Rusiya şirkətindən avtobus alacaq

    Rusiyanın Likino avtobus zavodu (LiAZ) Azərbaycana avtobus tədarükünü təşkil etmək niyyətindədir.
    Trend-in məlumatına görə, bunu “QAZ Qrupu”nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.
    N.Odintsovun sözlərinə görə, Azərbaycana avtobus tədarükü ilə bağlı bir neçə müqavilənin imzalanması gözlənilir.
    Direktor qeyd edib ki, LiAZ-ın məhsullarının təxminən 10 faizi MDB ölkələrinə, ilk növbədə Qazaxıstana ixrac olunur:

    Muxalifet - 10-08-2018

  4. ​“Milan” futbolçusuna 40 milyon qiymət qoydu

    “Milan” “Roma” və “Napoli”nin maraq dairəsində olan Susonun təzminat qiymətini açıqlayıb.
    Muxalifet.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “rossonyerlər” ispan futbolçunu 40 milyon avroya satmağa hazır olduqlarını bildirib. 24 yaşlı oyunçu özü də Milan şəhərinin eyniadlı təmsilçisini tərk etməkdə maraqlıdır.
    Qeyd edək ki, “Roma” Susoya görə “Milan”a müəyyən miqdarda pul və yarımmüdafiəçi Dieqo Perottini təklif edib. Ancaq klub rəhbərliyi hələlik qarşı tərəfə cavab verməyib.

    Muxalifet - 10-08-2018

  5. ​Qubanın bir neçə kəndi işıqsız qaldı

    Quba rayonunda yüksək gərginlikli (10000 V) elektrik xəttinin keçdiyi dirəkdə yanğın baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb.

    Muxalifet - 10-08-2018

  6. ​Gürcüstana yağan leysan yağışlar: Lars yolu bağlandı

    Avqustun 9-da və 10-da Gürcüstana yağan leysan yağışlar və dolu ölkənin bəzi bölgələrində bir sıra fəsadlar törədib.
    Muxalifet.az xəbər verir ki, Axmeti rayonunda evlərin zirzəmilərinə, ictimai-iaşə obyektlərinə su dolub, xırda sahibkarlara xeyli ziyan dəyib.
    “Hərbi yol” kimi tanınan və Gürcüstanı Rusiyaya birləşdirən Mtsxeta-Stepantsminda-Lars yolu gecə saatlarında bağlanıb.

    Muxalifet - 10-08-2018

  7. ​ABŞ-ın hədələri Pakistanı qorxutmadı - “İranla əlaqələr davam edəcək”

    Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal ABŞ-ın sanksiyalarına rəğmən, İranla ticarət əlaqələrinə davam edəcəklərini açıqlayıb.
    “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Pakistanın suveren ölkə olaraq iqtisadi və ticari fəaliyyətinə özünün qərar verəcəyini bildirən Faysal heç bir sanksiyanın İranla münasibətlərinə təsir etməyəcəyini nəzərə çatdırıb. O, Pakistanla İranın hər zaman regional məsələlərdə birgə addım atdığını vurğulayıb. 

    Muxalifet - 10-08-2018

  8. ​Sumqayıtda zəncirvari qəza - Yaralılar var

    Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib.
    Hadisə 2-ci məhəllə ərazisində baş verib.
    Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşurut, idarəetməni itirərək, KİA və Hundai markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

    Muxalifet - 10-08-2018

  9. ​Ər arvadını arxadan vurdu - Bıçaqla

    Bakıda qadın ailə dramının qurbanı olub. 3 saylı şəhər kliniki xəstəxanasına kürəyindən bıçaq yarası almış Nizami rayon sakini, 1987-ci il təvəllüdlü Abbasova Turanə Əlövsət qızı gətirilib.

    Muxalifet - 10-08-2018

  10. RUSİYADAN ÇAĞIRIŞ: Dollardan imtina edək

    Rusiya digər ölkələrlə aparılan əməliyyatlarda dollardan istifadəyə son qoymalıdır.
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı senator İqor Morozov bildirib.
    Morozov Vaşinqtonun yeni sanksiyalarına cavab verməli olduqlarını söyləyib:
    "Yeni sanksiyalara cavab verməliyik və ilk növbədə iqtisadiyyatda tərəfdaşlarımızla birlikdə dollardan imtina etməliyik və milli valyutadan yararlanmalıyıq. Bu, yalnız Rusiyanın deyil, iqtisadi müharibədə beynəlxalq ictimaiyyətin cavabı olacaq".

    Muxalifet - 10-08-2018

  11. ​BATE - “Qarabağ” oyununu latviyalı hakimlər idarə edəcək

    Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda keçiriləcək BATE - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Modern.az xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.
    Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs köməklik göstərəcək. Dörüdüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

    Muxalifet - 10-08-2018

  12. ​BENZİNİN QİYMƏTİ QALXIR?! – Artırılmasını şərtləndirən amillər!

    Azərbaycana idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir.
    “Report”un məlumatına görə, araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə “Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

    Muxalifet - 10-08-2018

  13. ​Sürücülərin diqqətinə: Bakıda daha bir yolda geridönmə - Foto

    Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.
    Muxalifet.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla da şəhərin mərkəzindən Şah İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.

    Muxalifet - 10-08-2018

  14. MƏHKƏMƏDƏN SENSASİON QƏRAR - Bloklama qərarını ləğv etdi

    Bakı Apellyasiya Məhkəməsi bu gün, avqustun 10-da arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 2 gün əvvəl qəbul etdiyi qərarı ləğv edib.

    Bu haqda saytın rəhbəri Şəmşad Aga məlumat verib.

    Onun bildirdiyinə görə, bu gün səhər rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Həmin şikayətdə qərarın ləgv edilməsi, portalın blokunun qaldırılması tələb edilib.

    Muxalifet4 - 10-08-2018

  15. “Sərkisyan adı it dəftərində olmayan bir gədə idi” - ​Elman Məmmədov:

    “İşğala son qoymaq üçün Azərbaycan əsgəri sözünü deməlidir, başqa çıxış yolu yoxdur”

    Muxalifet - 11-08-2018

  16. ​Neftçalada ana və qızı qarpızdan zəhərləndi

    Neftçalada iki nəfər qarpızdan zəhərlənib.
    Hadisə rayonun Söyüdlü kəndində baş verib.
    Belə ki, kənd sakini,1966-cı il təvəllüdlü Quliyeva Ülkər Səfər qızı və onun qızı, 2003-cü il təvəllüdlü Quliyeva Fatimə Fərhad qızı qarpızdan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
    Xəstəxanada zəhərlənməyə qarşı lazımi tədbirlər görülüb. Beş saat həkim nəzarətindən sonra ana və qızı ambulator müalicəyə buraxılıb (Report).

    Muxalifet - 11-08-2018

  17. ​Trampdan daha bir Türkiyə açıqlaması: Avqustun 13-dən...

    ABŞ-ın Türkiyədən idxal etdiyi polada qoyduğu yeni rüsumlar avqustun 13-dən qüvvəyə minəcək.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə Ağ Ev açıqlama yayıb.
    Açıqlamanı prezident Donald Tramp imzalayıb: "Polad idxalını azaltmaq və yerli məhsuldarlığı artırmaq üçün avqustun 13-dən başlayaraq Türkiyədən idxal olunan polada tətbiq edilən gömrük tariflərini 50 faizə çatdırmağı zəruri və uyğun saydım".
    Ticarət Nazirliyi də Türkiyədən idxal olunan polada gömrük rüsumlarının 25 faizdən 50 faizə qaldırıldığını qeyd edib.

    Muxalifet - 11-08-2018

  18. Kremlin əks-inqilab ssenarisi - “Paşinyanın vaxtına az qalıb...”

    Ermənistanın qərbyönlü iqtidarı Rusiyaya qarşı özünü müdafiə rejiminə keçir; hökumət iclasları təhlükəsizliklə bağlı media üçün bağlı elan edildi; Moskva və İrəvan həlledici toqquşma ərəfəsində...

    Muxalifet - 11-08-2018

  19. ​ABŞ Avropaya sıxılmış qaz ixracını iki dəfə artırıb

    Avropa Komissiyası (AK) cümə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) 2016-2017-ci illər aralığında Avropaya ixrac etdiyi sıxılmış qaz həcmlərinin iki dəfə artdığını elan edib.
    «İlk dəfə 2016-cı ilin aprelindən başlayaraq, ABŞ-dan Avropa İttifaqına (Aİ) sıxılmış təbii qaz idxalı 2,8 milyard kubmetrə çatıb və 2017-ci ildə Avropaya Amerikadan qaz ixracı 5 faizdən 10 faizə yüksəlib» – deyə, Brüsseldə keçirilən brifinqdə AK-nın rəsmi nümayəndəsi Mina Andreyeva bəyan edib.

    Muxalifet - 11-08-2018

  20. ​Bakıda sərxoş sürücü maşını mağazaya çırpdı

    Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
    "Report" xəbər verir ki, Biləcəri qəsəbəsində qeydə alınan hadisədə 2 nəfər xəsarət alıb.
    39 yaşlı Ağayev Anar Elşad oğlu idarə etdiyi "Opel" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman ötmə əməliyyatı edib. Bu zaman qarşıdan gələn "Daewoo" markalı avtomobilə dəyib. Daha sonra idarəetmədən çıxan "Opel" yaxınlıqdakı mağazaya çırpılıb.
    Nəticədə "Opel"də olan sürücü A.Ağayev və sərnişin Ələsgər Babayev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Muxalifet - 11-08-2018

Pages