Axtarış
The search found 105849 results in 0.085 seconds.
Search results
6 il eyni mahnıya qulaq asan qadın həbs olundu - Video
16 ildir eyni musiqini dinləyən Eva N. adlı qadın həbs tutulub.
Qaynarinfo.az xəbər verir ki, maraqlı hadisə Slovakiyanın Sturovo qəsəbəsində qeydə alınıb. O, qonşuların şikayəti əsasında saxlanılıb.
Qonşuların sözlərinə görə, qadın 16 ildir ki Cüzzeppe Verdinin "La Traviata" operasından 4 dəqiqəlik ariyanı gecədən səhərə qədər dinləyir və bu da onları narahat edir.
Saxlanılan qadın zorakılıq və pis niyyətli zülm verməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə o, 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər.Muxalifet - 14-08-2018
Türk musiqiçinin Trampa cavabı dünyanı ŞOKA SALDI
Türkiyədə məşhur musiqiçi Haluk Leventin ABŞ prezidenti Donald Trampın türk lirəsinin dollar qarşısında dəyər itirməsinə səbəb olan tvitinə cavabı bütün dünyada diqqət çəkib.
Tramp “Türk lirəsi çox güclü dollarımız qarşısında sürətlə düşdüyü bir vaxtda Türkiyədən gələn polad və alüminiumun gömrük rüsumunun artırılması ilə bağlı qərar verdim. Türkiyə ilə əlaqərimiz son vaxtlar yaxşı deyil” tivitini atıb.Muxalifet - 14-08-2018
Lukaşenko iki naziri işdən qovdu...
Belarus Prezidenti Aleksandr Lukaşenko Sənaye naziri Vitaliy Vovka və Memarlıq və Tikinti naziri Anatli Çernovun istefaya göndərilməsi barədə qərar qəbul edib.
Muxalifet.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Aleksandr Lukaşenko Orşansk rayonunun kompleks inkişafına dair iclasda belə qərar verib.
Belarus prezidenti həmçinin Dövlət Hərbi Sənaye Komitəsinin sədri və Təhlükəsizlik Şurasının dövlət katibinin xidmətindən narazı olduğunu deyib.Muxalifet - 14-08-2018
Fədayə Laçının bacısının istintaqa verdiyi ifadə məlum olub
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ögey bacısı Telli Ağayeva cinayət işi üzrə ibtidai istintaqa şahid qismində ifadə verib.
Muxalifet.az xəbər verir ki, o, ifadəsində qeyd edib ki, bacısı F.Laçınla münasibəti həmişə yaxşı olub.
T.Ağayeva dindirilən zaman söyləyib ki, 2016-cı ildən Bakı-Tiflis-Bakı istiqamətində vaqon rəisi işləyib:Muxalifet - 14-08-2018
Türkiyə klubundan qeyri-adi addım:18 futbolçusunu sataraq 10 baş keçi aldı
Türkiyənin İsparta bölgəsində həvəskarlar liqasında çıxış edən “Gülspor” klubu xərclərini qarşılamaq üçün qeyri-adi addım atıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yetişdirdiyi 18 futbolçusunu 15 min lirəyə sataraq həmin pula 10 baş keçi alıb. İlk ildə keçilərin südünün satışından 4-5 min lirə qazanc və 20 bala gözlənilir. 6 ildən sonra keçilərin sayının 140-a çatacağı proqnozlaşdırılır. Əldə olunacaq vəsaitin klubun inkişafına töfhə verəcəyi bildirilir.Muxalifet - 14-08-2018
Avropa Parlamentindən Türkiyəyə dəstək
Avropa Parlamentinin Türkiyə Forumu ABŞ prezidenti Donald Trampın Türkiyəyə yönəlmiş polad və alüminiuma görə əlavə vergi qərarının qeyri-qanuni və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu açıqlayıb.
Avropa Parlamentindən 60 millət vəkilinin üzv olduğu Forumdan yayılan yazılı açıqlamada Türkiyə və ABŞ arasında dərinləşən diplomatik gərginliyin narahatlıqla təqib edildiyi qeyd edilib.Muxalifet - 14-08-2018
"Birjalarda təşviş yoxdur" - Albayrak
"Bu gün bir çox ölkələr başa düşür ki, dollara olan inam azalır".
Muxalifet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib.
Bununla belə, onun sözlərinə görə, hökumət ölkənin milli valyutasının məzənnəsinin qorunması istiqamətində daha güclü addımlar atacaq.Muxalifet - 14-08-2018
DİN və Ekologiya Nazirliyi reyd keçirdi – 65 min manat cərimə
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsi məqsədilə Tədbirlər Planına uyğun olaraq paytaxtın Xəzər, Sabunçu, Binəqədi, Səbail, Xətai, Suraxanı, Nərimanov, eləcə də respublikanın Sumqayıt, Xaçmaz, Lənkəran, Astara şəhər və rayonlarında reydlər keçiriblər.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Muxalifet - 14-08-2018
Allahşükür Paşazadə Almaniya səfirini qəbul etdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.
İdarədən Publika.az-a verilən məlumata görə, səfir şeyxülislamla daha əvvəl müxtəlif tədbirlərdə görüşdüyünü, lakin ilk dəfədir Qafqaz Müsəlmanları İdarəsini ziyarət etdiyini və bundan çox məmnun olduğunu bildirib.Muxalifet - 14-08-2018
SON DƏQİQƏ: “Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin Madrid prinsipləri var.
Muxalifet.az xəbər verir ki, Ermənistanın “Hüquq pozuntularına qarşı” ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan bu gün gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil.Muxalifet3 - 14-08-2018
İtaliyada körpü çökdü: 30 ölü - Video
İtaliyanın Genuya şəhərində avtomobil körpüsü qəfil çöküb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində xeyli sayda insan həlak olub.
Ölənlərin sayı barədə hələlik dəqiq məlumat yoxdur.
İtaliya Daxili İşlər Nazirliyi körpünün çökməsi nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb.
Qəza nəticəsində 20 nəqliyyat vasitəsi dağıntılar altında qalıb.
Hadisə yerinə 200 xilasetmə xidməti əməkdaşı cəlb edilib.
İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.Muxalifet3 - 14-08-2018
Tramp Türkiyə ilə bağlı yunanları sevindirdi
Amerika yunan təşkilatı HALK Türkiyəyə F-35-lə bağlı tətbiq edilən sanksiyaya münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, təşkilat Türkiyəyə qarşı qəbul edilən qərardan xoşbəxt olduğunu, bunun davamının gələcəyini gözlədiklərini söyləyib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp 2019-ci ilin müdafiə büdcəsini təsdiqləyib. Yeni büdcənin həcmi 716 milyard dollardır. Sözügedən qanunda beşinci nəsil F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan məsələ də öz əksini tapıb.
Muxalifet3 - 14-08-2018
Millimiz Belarusda "Qarabağ"ı dəstəkləyəcək
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması "Qarabağ"ın Belarusda BATE ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyəcək.
Muxalifet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Minskdə təlim-məşq toplanışında olan komanda bugünkü görüş vaxtı "Borisov Arena"da olacaq.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim məşq toplanışı çərçivəsində belaruslu həmyaşıdlarını hər iki oyunda 1:0 hesabı ilə məğlub edib.
Muxalifet3 - 14-08-2018
Konvensiya tezliklə ratifikasiya olunacaq - Xələf Xələfov
Xarici işlər nazirinin müavini Xələf Xələfov azərtac -a müsahibəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən danışıb və sənədin əsas müddəalarını şərh edib. Müsahibəni təqdim edirik.
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmiz üçün mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik.Muxalifet3 - 14-08-2018
"Lotu Quli" şah paltarında. Kriminal aləmin "karol”u - "Sxodka"dan FOTO
Uzun müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan "Lotu Quli” ləqəbli Nadir Səlifov gündən-günə nüfuz dairəsini genişləndirir. Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, sərbəst qaldıqdan sonra vahid gücə çevrilən azərbaycanlı "qanuni oğru” artıq kriminal aləmin "şah”ı hesab olunur. Hətta yığıncaqların (sxodka) birində "Lotu Quli”yə şah qiyafəsi də təqdim olunub. Bu isə 45 yaşlı Səlifovun kriminal aləmdə "karol” kimi qəbul edilməsi mənasına gəlir.
Muxalifet3 - 14-08-2018
ABŞ bu milyarderi saxlatdırdı: Müsadirə edilir
Malayziya hökuməti ABŞ tərəfinin sorğusu əsasında Sinqapurda saxlanan, milyarder Lou Tek Coya məxsus biznes-təyyarəni müsadirə etməyi planlaşdırır.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, 1MDB Dövlət İnvestisiya Fonduna məxsus vəsaitin mənimsənilməsində şübhəli bilinən və daha çox Co Lou adı ilə tanınan milyarder hazırda həbsdə olan Malayziyanın sabiq baş naziri Nacib Razakın yaxın adamlarından hesab edilir.Muxalifet3 - 14-08-2018
Liberalizmin iflası, yoxsa idarəolunan xaos?
Bir çox ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri müasir dünya düzənini xarakterizə etməyə çalışırlar. Onların qiymətləndirmələri bir sıra hallarda kəskin fərqlənir. Bəzən bir-biri ilə daban-dabana zidd proqnozlar verilir. Bu cür vəziyyət hər şeydən öncə ona dəlalət edir ki, hazırkı dönəmdə qlobal dünya düzəni haqqında konkret mövqe yoxdur. Onun kökü isə dünyanın qarışıq və ziddiyyətli geosiyasi situasiyada olmasındadır. Mütəxəssislər bu kimi ziddiyyətlər kontekstində müasir dünyanın geosiyasi nizamını xarakterizə etməyə cəhd göstərirlər.
Muxalifet3 - 14-08-2018
Alimlərdən inanılmaz kəşf — Qamma-partlayışlarda zaman geriyə gedir
ABŞ-ın Çarlston universitetinin alimləri yeni kəşflərini “Astrophysical Jorunal” jurnalında dərc ediblər.
Muxalifet.az xəbər verir ki, məqaləyə əsasən, Kainatın ən güclü partlayışlarından olan qamma-partlayışların spektrində anomaliya var. Bu isə kataklizma vaxtı bu proseslərdə zamanın irəli yox, geriyə getməsidir.
Alim Con Hakkil deyib: “Biz demirik ki, fenomen həqiqətən də mövcuddur və reallıqda bəzi qanunları pozur. Çox ehtimal ki, bu belədir”.Muxalifet3 - 14-08-2018
“ABŞ sanksiyalarını ləğv edəcəyi ümidləri ilə özünüzə təsginlik verməyin...” – Kadırov
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov yaxın vaxtlarda ABŞ-ın Rusiyaya qarşı “sanksiyalarını ləğv edəcəyi ümidləri ilə özünə təskinlik verməməyə” çağırış edib.
Muxalifet.az xəbər verir ki, Kadırov bu barədə şəxsi Telegram-kanalında yazıb.
O bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin xarici siyasətini “yalnız düzgün” hesab edir.
Kadırovun sözlərinə görə, Putin ABŞ-ın diktat siyasətini qəbul etməyənlərlə ittifaq axtarır:Muxalifet3 - 14-08-2018
Avropadan Türkiyəyə dəstək: Qeyri-qanunidir
Avropa Parlamentinin Türkiyə Forumundan ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyəyə dəstək verilib.
Muxalifet.az xəbər verir ki, dəstək bəyanatında tətbiq edilən sanksiyaların qeyri-qanuni və Dünya Ticarət Təşkilatı qaydalarına zidd olduğu bildirilib.
Bəyanatda Türkiyə lirəsinin dəyərdən düşməsinin istehlakçılara və həyat standartlarına mənfi təsir etdiyi bildirilib.
Muxalifet3 - 14-08-2018