Axtarış
The search found 105849 results in 0.13 seconds.
Search results
Ermənistanın Səhiyyə Nazirliyində BOMBA HƏYƏCANI - Bina boşaldıldı
Ermənistanın Səhiyyə Nazirliyinin binasına bomba qoyulması barədə məlumat yayılıb.
Muxalifet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bir nəfər 911 "qaynar xətti"nə zəng edərək Səhiyyə Nazirliyinin binasını partladacağını bildirib.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları, böhran vəziyyəti və təcili tədbirlər qrupları və psixoloji yardım əməkdaşları cəlb edilib.
Artıq nazirlik əməkdaşları binadan təxliyə edilib.Muxalifet - 15-08-2018
Rəsulzadənin Atatürkə teleqrafı - İzmir sui-qəsdi
1926-cı il iyun ayı.
Türkiyə Cümhuriyyətinin qurucusu böyük Mustafa Kamal Atatürkə qarşı İzmirdə sui-qəsd planı hazırlanır.
Sui-qəsdi həyat keçirmək istəyənlər arasında keçmiş nazirlər, vəzifəlilər, ittihadçılar vardı.
Ölkədə baş verən hadisələr (Şeyx Səid üsyanı), Mustafa Kamalın xalq arasında birmənalı qarşılanmayan radikal islahatları, ittihadçıların hakimiyyəti ələ keçirmək arzusu fonunda prezidenti aradan götürmək üçün İzmir səfərində sui-qəsd planı təşkil edilir.
Muxalifet - 15-08-2018
Bu 3 ölkə təsadüfi nüvə savaşı başlada bilər - Həyəcan
ABŞ, Rusiya və Çin təsadüfən nüvə müharibəsi başlada bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” nəşri yazıb.
Nəşrin yazdığına görə, hazırda müşahidə və kəşfiyyat sistemləri yalnız nüvə başlığı daşıyan ballistik raketlərin buraxılmasını deyil, qeyri-nüvə başlıqlı silahları izləmək üçün də istifadə olunur. Məhz buna görə də səhv baş verə bilər və bu səhvin nəticəsində cavab olaraq nüvə zərbəsi endirilə bilər.Muxalifet - 15-08-2018
SON DƏQİQƏ: Ərdoğan Merkel və Makronla görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniya kansleri Angela Merkel, sabah isə Fransa prezidenti Emmanuel Makronla telefon danışığı edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın məlumat verib.
Sözçü bildirib ki, Ərdoğanın sentyabr ayının əvvəllərində Qırğızıstana rəsmi səfəri də planlaşdırılır.
Həmçinin Qətər əmiri Şeyx Təmim ibn Həmid əl Sani də bu gün Türkiyəyə rəsmi səfər edəcək.Muxalifet - 15-08-2018
Kilsədə 1000 uşaq zorlanıb – Dəhşətli HESABAT
Xristian kilsəsinin ABŞ-dakı fəaliyyəti yenə də yenə də qalmaqalla gündəmə gəlib.
Muxalifet.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu dəfə söhbət Pensilvaniya ştatında 300 keşişin 1000 nəfər uşağa təcavüz etməsindən gedir.
Böyük Jürinin araşdırdığı və Ştatın Ali Məhkəməsi tərəfindən çərşənbə axşamı dərc olunan 900 səhifəlik hesabatda dəhşətli məqamlar ortaya çıxıb.
Jüri bu qeyd edilən bu 1000 nəfərin oğlan uşağı olduğuna diqqət çəkərək həmçinin daha 1000-ə yaxın uşağın sənədlərdə görülmədiyi və ifadə vermək istəmədiyi üçün gizli qaldıqlarını bildirib.Muxalifet - 15-08-2018
Bakıda avtobus azyaşlını vurub öldürdü
Bakıda avtobus azyaşlını vurub öldürüb.
Avqustun 14-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Şüriyyə Həsənov idarə etdiyi “İsuzu” markalı, 62 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, azyaşlı Aygün Binnətovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 15-08-2018
Murat Boz sevgilisinə EVLİLİK TƏKLİF ETDİ
Bu ilin aprel ayında 2,5 illik münasibətlərinə son qoyan Murat Boz və Aslı Enver cütlüyünün barışması an məsləsi olub.
Muxalifet.az xəbər verir ki, Aslı ilə barışmaq üçün dəridən-qabıqdan çıxan Murat Boz unuda bilmədiyi sevgilisinə evlilik təklifi edib.
“Tv8” telekanalının rəhbəri Acun Ilıcalı Murat Bozun evlilikdən qorxması iddialarına “məncə, bacararlar” deyib və bununla barışmağın yaxın olduğu siqnallarını verib.Muxalifet - 15-08-2018
Amerika eksperti: “Türkiyə kimi önəmli müttəfiqi itirmək Qərbə çox baha başa gələcək, onu təcili AB-yə qəbul etmək lazımdır” – TƏHLİL
Fadi Hakura
CNN (ABŞ), 14.08.2018
Muxalifet - 15-08-2018
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Oktyabrın 28-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcəkdir.
Qurumdan “Report”a verilən məlumata görə, aviareyslər (J2-223/J2-224) baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.
Bunun üçün Airbus A319 / A320 tipli hava gəmilərindən istifadə olunacaq. Uçuşlar hər həftənin çərşənbə axşamı və bazar günləri, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq.Muxalifet - 15-08-2018
Messi millidə çıxış etməyəcək - Federasiyaya bildirdi
Argentina millisinin kapitanı Lionel Messi yığmadakı karyerasına fasilə vermək niyyətindədir.
Muxalifet.az xəbər verir ki, futbolçu Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və müvəqqəti baş məşqçi Lionel Skalonidən ilin sonunadək milli komandaya çağırılmamasını istəyib.
Xəbərdə “İnter”in hücumçusu Mauro İkardinin yenidən yığmaya dəvət alacağı da bildirilib.
Argentina millisi sentyabrın 7-də Qvatemala, sentyabrın 11-də Kolumbiya ilə yoldaşlıq oyunları keçirəcək.
Qeyd edək ki, 2005-ci ildən milliyə dəvət olunan Messi 128 oyunda 65 qol vurub.Muxalifet - 15-08-2018
Almaniyada Elman Allahverdiyevin otelini yandırdılar
Almaniyada naməlum şəxslər iş adamı Elman Allahverdiyevə məxsus otellərdən birini yandırıblar.
Virtualaz.org “Algemeine Zeitung” nəşrinə istinadən xəbər verir ki, yanğın Remstedterştrassedə yerləşən hazırda boş olan oteldə baş verib.
Polisin rəyinə görə, yanğın təsadüfən baş verməyib.
“Hesab edirik ki, binanı yandırıblar”, - polisin nümayəndəsi Kay Rixter deyib. Yanğın nəticəsində heç kim xəsarət almayıb. Hadisə vaxtı oteldə adam olmayıb.Muxalifet - 15-08-2018
Xəzər Konvensiyası: Bakının xeyrinə olan 4 MÜHÜM MADDƏ
22 illik müzakirədən sonra hazırlanan Xəzər Konvensiyasının və orda əksini tapan prinsiplər ölkəmizin siyasi və iqtisadi maraqları baxımından olduqca əhəmiyyətlidir.
Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı 12 avqustda Aktauda Xəzəryanı dövlət başçılarının imzaladığı Xəzər Konvensiyası haqda danışarkən deyib. A.Camalqızı bildirib ki, haqlı olaraq “Xəzərin Konstitusiyası” adlandırılan bu Konvensiya hər şeydən öncə Xəzəryanı ölkələr arasında xoş münasibətə kölgə sala biləcək mümkün narazılığı aradan qaldırdı:Muxalifet - 15-08-2018
Baxçalıdan Trampa ŞOK sözlər: Baş verənlər əxlaqsızlıqdır
ABŞ-ın prezident kürsüsündə hal-hazırda qalmaqallı və təcavüzkar bir şəxs oturub. Ağ Ev hökuməti tarazlıq və nəzarətdən uzaqlaşıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxış edən MHP sədri Dövlət Baxçalı deyib.Muxalifet - 15-08-2018
Rusiyada azərbaycanlı iş adamı öldürüldü
Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb.
"Report"un əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib.
Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Hadisənin mübahisə zəminində baş verdiyi deyilir. Gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.Muxalifet - 15-08-2018
Ərdoğan, Putin və Si Cinpin birləşir – Trampı yox edəcək SSENARİ
ABŞ-ın “Newsweek” jurnalı prezidenti Donald Trampı Türkiyə ilə bağlı xəbərdar edib.
Muxalifet.az xəbər verir ki, nəşr Vaşinqton və Ankara arasında baş verən böhranın Türkiyəni Rusiyaya yaxınlaşdırdığını yazıb.
“Türkiyə NATO-nun ən böyük hərbi güclərindən biridir. Vaşinqtonun illərdir Yaxın Şərqdə ən önəmli müttəfiqlərinin başında dayanır. Son dövrlər baş verən proseslər Türkiyəni Rusiyaya yaxınlaşdırır”, - deyə məqalədə bildirilir.Muxalifet - 15-08-2018
Balakəndə itən 68 yaşlı kişinin meyiti meşəlikdə tapıldı
Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları başa çatıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, S.Ramazanovun meyiti meşəlik ərazidə aşkar olunub.
Axtarış tədbirlərinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və müvafiq texnikası, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunmuşdu.Muxalifet - 15-08-2018
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Muxalifet.az-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Tələbə adını qazanmış hər kəsi təbrik edirik!Muxalifet - 15-08-2018
Ərdoğan Qətər əmiri ilə görüşdü - Foto
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, liderlərin görüşü Beştəpədəki prezident sarayında baş tutub.
Ölkə başçılarının görüşü zamanı ikitərəfli münasibətlər və gündəmdə dayanan digər məsələlər geniş şəkildə müzakirə olunacaq.Muxalifet - 15-08-2018
Sabirabadda dəhşət: 23 yaşlı gənci bıçaqladılar
Sabirabad rayonunda gənc sevdiyi qızın qohumları tərəfindən bıçaqlanıb.
Muxalifet.az Report-a istinadən bildirir ki, rayon sakini, 1995-ci il təvəllüdlü Əli Pənah oğlu Bağırov sevdiyi qızın qohumları tərəfindən döyülüb və daha sonra bədəninin müxtəlif yerlərinə bıçaq xəsarətləri yetirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.Muxalifet - 15-08-2018
Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub
Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub.
“Reprot” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə bütün ölkələri arxada qoyub.
Məlumata görə, Gürcüstanın 2-ci ən böyük investoru Niderland (356,7 mln. dollar), 3-cü ən böyük investoru isə Türkiyə olub (286 mln. dollar).
Ümumilikdə ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.Muxalifet - 15-08-2018