Axtarış
The search found 105849 results in 0.24 seconds.
Search results
Rusiyadan Paşinyana qarşı ŞOK ... yerinə onu hazırlayır – POLİTOLOQ
Köçəryanın həbsdən azad edilməsi Moskvadan verilən göstəriş nəticəsində mümkün olub.
Bu sözləri Axar.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Köçəryanın birdən-birə həbsdən azad olunması Paşinyanın Qarabağ klanına qarşı planlarının boşa çıxmasından xəbər verir:Muxalifet - 15-08-2018
DİN-dən genişmiqyaslı ƏMƏLİYYAT: 79 nəfəri saxladı
Avqust ayının 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 132 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.Muxalifet - 15-08-2018
Türkiyəyə müharibə elanının SƏBƏBLƏRİ ORTAYA ÇIXDI - Amerikalı generallardan GÜNDƏM YARADACAQ HESABAT
“CNN International” telekanalı ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi ilə bağlı maraqlı bir analiz verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, analizə görə, Türkiyənin itirilməsi Qərbə baha başa gələcək.
“Türkiyədəki qeyri-sabitlik sərhədlərin kənarında nəticələr doğura bilər. Ölkəni idarə edən kim olursa-olsun, Türkiyənin ağırlıq mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaqdır”, - analizdə qeyd edilir.Muxalifet - 15-08-2018
Ermənistan atəşkəsi 91 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.
Muxalifet - 15-08-2018
Müharibənin 50 il əvvəl ayırdığı ailələr görüşəcək
Koreya müharibəsi zamanı ayrı düşmüş ailələrin görüşü üçün hazırlıq prosesinə start verilib.
Modern.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, avqustun 20-26 tarixlərində keçiriləcək görüşün Şimali Koreya ərazisində yerləşən Kımqansan kurort bölgəsində keçirilməsi planlaşdırılır.
Koreya Respublikası Qırmızı Xaç heyəti görüşün şərtlərini razılaşdırmaq üçün KXDR-ə gəlib.
Bu görüşdə hər iki tərəfdən bir-birini 50 il ərzində görməmiş ümumi 250 insanın iştirak edəcəyi planlaşdırılıb.
Bu şəxslərin görüşünün iki mərhələdə keçiriləcəyi bildirilir.Muxalifet - 15-08-2018
Xəzəri çirkləndirən iaşə obyektləri BAĞLANACAQ - Nazirlikdən XƏBƏRDARLIQ
Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirkləndiricilər kimi xarakterizə edilir. Vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov deyib.Muxalifet - 15-08-2018
“Dünyanı idarə edən ailənin” ən yaşlı üzvü bazarları şərh etdi – “Narahatam”
Dünya iqtisadiyyatına istiqamət verdiyi söylənən ailələrdən biri olan Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild (Jacob Rotschild) qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu bildirib.
“Marja” xəbər verir ki, Dünyanı idarə edən ailələrdən biri olduğu tez-tez nəzəriyyəçilər tərəfindən dilə gətirilən, ABŞ Mərkəzi Bankının təsisçilərindən Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu deyib.Muxalifet - 15-08-2018
Dollar kəskin bahalaşdı, elektrik stansiyaları işini dayandırdı
Türkiyədə ABŞ dollarının məzənnəsinin lirəyə nisbətdə son günlər kəskin artmasının nəticəsi olaraq ölkədə azı elektrik stansiyası işini dayandırıb. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bunun səbəbi istehsal edilən elektrik enerjisinin maya dəyərinin kəskin artması və nəticədə elektrik stansiyalarının müflis olması təhlükəsidir. Çünki həmin elektrik stansiyası Rusiya, Azərbaycan və İrandan dollarla idxal edilən təbii qazla çalışır.
Muxalifet - 15-08-2018
Əfqanıstanda hərbi bazaya hücum: 45 ölü
Taliban qüvvələri Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yerləşən hərbi bazaya hücum ediblər.
Muxalifet.az xəbər verir ki, hücum nəticəsində 45 təhlükəsizlik əməkdaşı öldürülüb.
Məlumata görə, hücum gecə saatlarında baş verib. Öldürülənlərin 35-i hərbi qulluqçu, 10-u isə polis əməkdaşı olub.
Hakimiyyət orqanları hücumla bağlı informasiyanı təsdiqləyib.Muxalifet - 15-08-2018
“Arağa pul xərcləmək olar, Həccə yox?” – Deputatdan ilginc müqayisə
Kimsə inancına görə Həcc ziyarətinə gedir. Dərhal başlayırlar ki, bu Həccə xərclənən pulla beş tələbəni oxutdurmaq olar, yaxud da on kasıbın qarnını doyuzdurmaq olar. O zaman başqa əks arqument gətirmək olar ki, hər gün restoranlarda, kafelərdə arağa, çaxıra xərclənən pullarla yüz tələbəyə təqaüd, min kasıba qida təmin etmək olar. Yaxud da xeyli insan bədənini zəhərlədiyi siqaretə xərclənən pullara qənaət etsə və ehtiyacı olan insanlara xərcləsə, cəmiyyətdə xeyli problemlər öz həllini tapar.
Muxalifet - 15-08-2018
Deputat macar spikerlə Qarabağdan danışdı
Millət vəkili Qənirə Paşayeva Macarıstan parlamentinin spikeri Laslo Kover və vitse-spikeri Şandor Lejakla görüş keçirib.
Muxalifet.az xəbər verir ki, görüş zamanı Macarıstan parlamentinin spikeri Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib.
O, Macarıstanda Turan Qurultayı kimi tədbirlərin keçirilməsinin xalqlar arasındakı dostluğun inkişafına töhfə verəcəyinə qeyd edib.Muxalifet - 15-08-2018
“Türkiyə Atatürk modelinə qayıdarsa, bu, onun iqtisadiyyatının sonu ola bilər”
“Türkiyə Atatürk modelinə qayıdarsa, bu, onun iqtisadiyyatının sonu ola bilər”
Natiq Cəfərli: "Dövlətin nəzarəti altında olan bazar iqtisadiyyatı modelinə keçiddən sonra yatırımcılar sürətlə ölkədən çıxacaq"
Qubad İbadoğlu: "Türkiyədə lirə böhranı, ilk növbədə, bankları və yerli istehsal şirkətlərini sıradan çıxaracaq və onların müflisləşməsini şərtləndirəcək"Muxalifet - 15-08-2018
Putindən Kim Çenə məktub: Əminəm ki, birgə fəaliyyətlə biz...
Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda regional məsələləri və ikitərəfli münasibətləri müzakirə etmək üçün Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu bəyan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin ölkənin yapon işğalından azad edilməsinin 73-cü ildönümü münasibətilə Kim Çen İnə göndərdiyi təbrik teleqramında deyilib.Muxalifet - 15-08-2018
SON DƏQİQƏ: Məhkəmə rahib Brunsonla bağlı QƏRAR VERDİ
Türkiyənin ikinci Ağır Cinayətlər Məhkəməsi amerikalı rahib Endryu Brunsonla bağlı qərar verib. Məhkəmə Brunsonun ev həbsinə etirazını qəbul etməyib və aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan rahibin vəkili İsmayıl Cem Halavurt məhkəməyə etiraz ərizəsinə Endryu Bransonun Türkiyəni tərk etməsi maddəsini də əlavə edib. Qeyd edək ki, rahib Brunson Türkiyədə FETÖ və PKK terror təşkilatlarına dəstək ittihamı ilə həbs olunub. Əvvəlcə həbsxanada olan rahibin cəzası sonradan ev həbsinə dəyişdirilir.
Muxalifet - 15-08-2018
Sabahdan havanın temperaturu artacaq
Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.Muxalifet - 15-08-2018
Türk ordusundan PKK-ya AĞIR ZƏRBƏ - iki lider MƏHV EDİLDİ - FOTO
Türkiyə ordusu Tunceli vilayətində PKK terror təşkilatına ağır zərbə endirib.
Muxalifet.az xəbər verir ki, adları narıncı siyahıda yer alan iki PKK-çı: Dərsim Saha kod adlı Ömər Duran və Rəzzan Mardin kod adlı Pınar İldırım dünən keçirilən əməliyyatlar nəticəsində məhv edilib.Muxalifet - 15-08-2018
GENERALA RƏSMİ İTTİHAM ELAN OLUNDU! – “Dərman mafiyası”nın istintaqında ŞOK gəlişmə
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqında yenilik var.
Muxalifet - 15-08-2018
Şad xəbər: bu yollarda piyada keçidi olacaq
Bakı şəhərində 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.
Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub.Muxalifet - 15-08-2018
Azərbaycanlılar ayağa qalxdı: Ermənistana sement daşınır
Güney Azərbaycanın sement zavodlarından tonlarla sement Ermənistana daşınır.
Bu barədə azərbaycanlı milli-mədəni fəallar məlumat yayıb.
Onların sözlərinə görə, Güney Azərbaycanın sement zavodlarından gündə ən azı 25 TIR sement İran-Ermənistan arasındakı sərhəd keçid məntəqəsinə, oradan da işğal altında olan Dağlıq Qarabağ və Ermənistan şəhərlərinə aparılır.
Qeyd edək ki, İranda sement son günlər 12 faizə qədər bahalaşıb. Ölkədə ən böyük sement zavodu olan “Sofiyan” Təbrizdə yerləşir.Muxalifet - 15-08-2018
4 ölkə BİRLƏŞSƏ...- İngiltərə ABŞ-ın çöküş ssenarisini AÇIQLADI
“Türkiyə, Çin, Rusiya və İran biləşərsə, ABŞ-ın bütün planları puça çıxacaq”.
Muxalifet.az xəbər verir ki, bu sözləri ingiltərəli jurnalist və Oksford Araşdırmalar Universitetinin müdiri Mark Almond “Gündəlik Teleqraf” qəzetində dərc edilən məqaləsində qeyd edib.Muxalifet - 15-08-2018