Axtarış
The search found 105849 results in 0.149 seconds.
Search results
ABŞ-dan HESABAT: Lirənin ucuzlaşması nəyə səbəb olacaq?
Türk lirəsi əsl dəyərindən də aşağıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Vaşinqtonun Beynəlxalq Maliyyə İnstitutunun hesabatında bildirilib.
Hesabatda o da vurğulanır ki, lirədə yaşanan itki ixracda artıma, idxalda isə azalmaya səbəb olacaq və bu da Türkiyənin cari kəsirinin azalacağını göstərir.Muxalifet - 16-08-2018
Ermənistan atəşkəsi 87 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 16-08-2018
Samuxda dəhşət: Kişi arvadını öldürdü, bibisini isə...
Samuxda ər arvadını qətlə yetirib.
Məlumata görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
E.Bayramov yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.Muxalifet - 16-08-2018
Bu rayonlarda qaz olmayacaq
Bu gün Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Muxalifet - 16-08-2018
DSX-dən ƏMƏLİYYAT: İrandan gələn qrup ifşa edildi
Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.
Muxalifet - 16-08-2018
Qubad İbadoğlunun qardaş ölkə üçün hazırladığı antiböhran tədbirləri
Türkiyə rəsmiləri azərbaycanlı alimin təkliflərini bəyənib
Muxalifet - 16-08-2018
ABŞ hökumət sistemini DƏYİŞİR - Sanksiyalar SƏBƏBİYLƏ
ABŞ prezidenti Donald Trampın imzaladığı Təhlükəsizliyin Səlahiyyətləndirilməsi Qanunu çərçivəsində Çin istehsalı “Huavei” və ZTE markalı mobil telefon və cihazlar hökumət qurumlarında, həmçinin, bu qurumlarla işləyən şirkətlərdə işlədilməyəcək.
Muxalifet - 16-08-2018
UEFA Super Kubokunun qalibi BƏLLİ OLDU
Mövsümə Zinəddin Zidan və Kriştiano Ronaldosuz başlayan məşhur “Real” Madrid klubu UEFA Super Kubokunun finalında ağır məğlubiyyət yaşayıb.
Muxalifet.az xəbər verir ki, Estoniyada keçirilən Super Kubok finalında “Atletiko” Madrid klubu 4:2 hesabı ilə qələbə qazanıb.
Bu nəticə “Real”ın baş məşqçisi Lapoteqi üçün son 3 ildə baş məşqçi postunda aldığı ilk məğlubiyyət hesab olunur.Muxalifet - 16-08-2018
Tələbə adını qazananlara XƏBƏRDARLIQ – qeydiyyat başladı
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.Muxalifet - 16-08-2018
“Təkcə yaxınları ilə yox, hamı ilə görüşə bilir” – Hüseyn Abdullayevin vəkili
Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin sağlıq durumu yaxşıdır, o, təqsirləndirilən şəxs kimi bütün hüquqlarından istifadə edə bilir. Bu haqda “Yeni Müsavat”a onun vəkili Ruhid Əkbərov məlumat verib.
Muxalifet - 16-08-2018
Bu il rekord sayda abituriyent 700 bal toplayıb - Məleykə Abbaszadə
“Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.Muxalifet - 16-08-2018
ABŞ Çinlə ticarət müharibəsinə son qoymaq istəyir
ABŞ və Çin ticarət müharibəsi fonunda danışıqları bərpa edəcəklər.
Tərəflərin diplomatik heyətlərinin görüşünün avqustun sonunda Vaşinqtonda baş tutacağı bildirilir.
Çindən gələn heyətə nazirin müavini Van Şouven, ABŞ heyətinə isə Maliyyə nazirinin müavini Devid Malpas rəhbərlik edəcək.
Görüşdə tərəflər ABŞ və Çin arasındakı iqtisadi və ticarət əlaqələri müzakirə olunacaq.
“Çin qarşılıqlılıq, bərabərlik və dürüstlük əsasında dialoqu alqışlayır” – nazirliyin rəsmi səhifəsində bildirilib.Muxalifet - 16-08-2018
Yol polisindən AÇIQLAMA - "1 MANATLIQ" TAKSİLƏRLƏ BAĞLI
Yolunuz azı bir dəfə Xırdalan, Masazır,
Muxalifet - 16-08-2018
Bayramda kəsim məntəqələrində heyvan kəsənlər icra hakimiyyətlərinə müraciət etməlidir - XƏBƏRDARLIQ
Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini təmin etmək üçün yerlərdə müvəqqəti kəsim məntəqələri yaradılır.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az saytına məlumat verib:Muxalifet - 16-08-2018
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 38 049 nəfər artaraq 2018-ci il iyul ayının 1-i vəziyyətinə 9 936 134 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.
Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.Muxalifet - 16-08-2018
“Səbrimizi sınamayın” - ABŞ-dan Türkiyəyə təhdid dolu Mesajlar
ABŞ-ın vitse-prezidenti Maykl Pens növbəti dəfə Türkiyəni təhdid edib.
Muxalifet.az xəbər verir ki, vitse-prezident yeni təhdid mesajını Tvitter üzərindən yayımlayıb.
Rahib Bransonun Türkiyədə həbs edilən məsum bir şəxs olduğunu ifadə edən Pens bəyan edib ki, ədalət rahibin azad edilməsini istəyir:
“Türkiyə Donald Trampın qürbət torpaqlarda haqsız yerə həbs edilən amerikalıların ABŞ-a qayıtması istiqamətində qərarlılığını sınamasa, yaxşı olar”.Muxalifet - 16-08-2018
Türkiyədən açıqlama: İqtisadi çevriliş cəhdi...
Türkiyə Prezident Administrasiyası son günlər baş verən iqtisadi çətinliklər barədə açıqlama verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Millətimizin dəstəyi ilə iqtisadi çevriliş cəhdini də dəf edəcəyik”, - PA-dan bildirilib.Muxalifet - 16-08-2018
PUTİN DAYANMIŞ MÜHƏRRİKİ İŞƏ SALMAQ İSTƏYİR – Arabanı atdan qabağa qoymaq?…
ABŞ-ın sanksiyaları sərtləşdirdiyi bir vaxtda Rusiyanın iqtisadiyyatı gücləndirmək istiqamətindəki yeni planı köhnə üsulda olduğu kimi, yenə də dövlət investisiyaları üzərində qurulur. Məqsəd, heç də istehlakdakı vəziyyəti düzəltmək yox, iqtisadi böyməni təmin etməkdir. Rusiya İqtisadiyyat Nazirliyinin dərc etdiyi məlumata görə, Vladimir Putin hökuməti 2024-cü ilədək ölkəyə rubl ilə qoyulan kapital yatırımının həcmini iki dəfə artırmaq istəyir.
Muxalifet - 16-08-2018
PKK-çı qadınların təcavüz etirafları QAN DONDURDU: "Təşkilatda qadın olmaq..."
Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində ağır zərbələr alan PKK terror təşkilatının 1 il ərzində təslim olan 297 qadın üzvünün ifadələri sənədləşdirilib. Sənəddəki ifadələr qadın terrorçuların yaşadıqları faciələri ortaya qoyub. Terrorçu lider Duran Qalxanın düşərgələrində xidmət edən qadınlar başçılarını “Manyak Abbas” adlandırıb. Silav Qarzan: “Kandildə təcavüzə qarşı çıxdığı, ya da təcavüzə məruz qaldığı üçün edam edilənlər ilə yaşadıqlarına tab gətirə bilməyib intihar edən qadınların sümüklərini düzsələr, kəndlərindən Kandilə qədər uzanar.
Muxalifet - 16-08-2018
“Paşinyanı devirirlər” – Sərkisyan Moskvadan planla qayıdıb - POLİTOLOQ
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı törətdiyi cinayət əmələrinə görə həbs etmişdilər. Söhbət 2008-ci il martın 1-də prezident seçkilərindən sonra İrəvanın mərkəzi meydanına toplanmış etirazçılara odlu silahdan atəş açmaq əmri verməkdən gedir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, həmin dönəmdə İrəvan qarnizonuna, yaxud Ermənistan Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturov idi:Muxalifet - 16-08-2018