Axtarış

The search found 105849 results in 0.066 seconds.

Search results

  1. ​Ərdoğana dostundan böyük jest: Birbaşa 15 milyard yatırılır

    Ərdoğanla görüşən Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Türkiyəyə birbaşa 15 milyard dollar investisiya yatıracaqlarını bəyan edib.
    Görüşdə ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
     

    Muxalifet3 - 15-08-2018

  2. ​Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş

    Azərbaycandan olan məşhur rus jurnalist və bloqqer Vyaçeslav Sapunov Bakının 1942-ci ildə faşist Almaniyasının “Yunkers” Ju-88 kəşfiyyat təyyarəsinin göyərtəsindən çəkilmiş unikal kadrlarını yayıb. Fotolar alman bundesarxivindən götürülüb.

    Muxalifet3 - 15-08-2018

  3. ​Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

    Bakıda yaşayış binasında yanğın baş verib.
    Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 ünvanında qeydə alınıb.
    Beşmərtəbəli binanın birinci mərtəbəsində çıxan yanğın zamanı ikiotaqlı ev əşyaları ilə birgə yanıb.
    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
    Binanın sakinləri təxliyə edilib.

    Muxalifet3 - 15-08-2018

  4. “Qaz gözləməyin, çəkilməyəcək...”- “Azəriqaz”dan Ermənistanla sərhəd bölgəyə sensasion MESAJ

    “Gədəbəyin Ermənistanla sərhəd ərazidəki Şinıx bölgəsinin qazlaşdırmadan kənarda qalmış 20-yə yaxın kəndinə qaz çəkilməyəcək”.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Muxalifet3 - 15-08-2018

  5. ​ABŞ-ın iddiaları əsassızdır, əsas məqsəd... - Rusiya XİN

    ABŞ-ın açıq səma razılaşması ilə bağlı Rusiyaya qarşı iddiaları əsassızdır və mümkün problemlər həll edilməkdənsə, daha da dərinləşdirilir. Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarova deyib ki, ABŞ əsassız iddialardan yararlanaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2019-ci ilin müdafiə büdcəsini təsdiqləyib. Yeni büdcənin həcmi 716 milyard dollardır.

    Muxalifet3 - 15-08-2018

  6. ​Millimiz İsveç üzərində əzmkar qələbə qazandı

    Bu gün Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa çempionatının seçmə turnirində çıxışlara başlayıb.
    Muxalifet.az xəbər verir ki, “Dərnəgül” mərkəzində keçiriləcək qrup mərhələsinin birinci turunda komandamız İsveç voleybolçularına qarşı çıxış edib.
    Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
    İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

    Muxalifet3 - 15-08-2018

  7. ​Bəşər Əsəd əfv fərmanı imzaladı

    Suriya Prezidenti Bəşər Əsəd əfv fərmanı imzalayıb.
    Muxalifet.az xəbər verir ki, fərmana əsasən, silahlı münaqişələrdə iştirak edən döyüşçülər və bəzi vətəndaşlar azadlığa buraxılacaq.
     

    Muxalifet3 - 15-08-2018

  8. ​Türkiyə ABŞ-a qarşı səssizliyini pozdu: Qırıcılar bombardmana başladı

    Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın Şenqal şəhərinə hücum edib.
    Muxalifet.az xəbər verir ki, TSQ təyyarələri ABŞ-ın dəstək verdiyi deyilən Şenqal Müqavimət Birliyinin (YBŞ) mövqeyini bombalayıb.
    Bombardman nəticəsində bəzi terrorçuların öldüyü, bir komandanın öldüyü barədə məlumat yayılıb.
     

    Muxalifet3 - 15-08-2018

  9. ​Ərzaqların keyfiyyətini bu üsulla da yoxlamaq mümkündür

    Azərbaycanda ərzaq məhsullarının keyfiyyətinin monitorinqi üçün mobil proqram işə salınıb.
    Bunu trend -ə “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib.
    TUT mobil proqramı Azərbaycan Ərzaq Təhlükəsizliyi Agentliyinin təşəbbüsüdür, “Neuron Technologies” isə mobil distributivin müəllifidir. TUT proqramı “Android” və İOS əməliyyat sistemləri ilə işləyən mobil qurğularda tam funksionaldır.
    İ.Ələkbərovun sözlərinə görə, bu distributiv bütün ölkə ictimaiyyəti üçün ərzaq təhlükəsizliyi sahəsində texnoloji yenilikdir:

    Muxalifet3 - 15-08-2018

  10. ​"Putinlə Ərdoğan dollardan danışdı, ABŞ təlaşa düşdü"

    Türkiyə Rusiya kimi dollar sistemindən çıxmaq məcburiyyətindədir.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Yaxın Şərq üzrə eksperti İsrail Şamir çıxış edib.
    Türkiyə lirəsinə tətbiq edilən əlavə vergilərin ciddi şəkildə təsir etdiyini deyən Şamir ABŞ-ın özünü hər kəsdən üstün saydığını söyləyib.

    Muxalifet3 - 15-08-2018

  11. ​Azərbaycanda qızıl-gümüş bazarında ucuzlaşma var

    Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşmaqda davam edir.
    Muxalifet.az trend-ə istinadən xəbər verir ki, avqustun 15-də qızılın qiyməti avqustun 14-ü ilə müqayisədə 12,716 manat azalaraq 1 troy unsiyası üçün 2019,2005 manat təşkil edib.
    Gümüş 0,151 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4363 manata bərabər olub.
    Platinin qiyməti 16,5405 manat azalaraq 1343,57 manat, palladiumun qiyməti isə 4,352 manat artaraq 1519,987 manat təşkil edib.
     

    Muxalifet3 - 15-08-2018

  12. Putinin sinif rəhbəri onu DÜNYAYA BİABIR ETDİ: “Ku–ku, bu mənəm” - FOTO

    Rusiya prezidenti Vladimir Putinin sinif rəhbəri olmuş Vera Qureviç onunla bağlı maraqlı məqamlardan söz açıb.
    Muxalifet.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qureviç Putinə 5-ci sinifdən 8-ci sinfə qədər Leninqraddakı 193 nömrəli məktəbdə dərs deyib.
    Müəllimə müsahibəsində keçmiş şagirdinin təhsildəki uğurlarından və məktəbdəki nadincliyindən bəhs edib: "O, dərslərdən qaçıb, digər sinif otaqlarının qapısını açıb "Ku–ku, bu mənəm” deyirdi. Onun belə dəcəl olmasına səbəb isə içindəki enerji idi”.

    Muxalifet3 - 15-08-2018

  13. Qurbanlıq heyvan seçərkən nələrə diqqət olunmalıdır?

    Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlara qarşıdan gələn Qurban bayramı ilə bağlı tövsiyyələr verib.
    Muxalifet.az xəzər TV-yə istinadla xəbər verir ki, tövsiyyələrdə qurban üçün hansı heyvanları seçilməsi, neçə nəfərin hansı heyvanı qurban kəsə bilməsi ilə bağlı tələblər də yer alıb. İdarənin Fətva şöbəsinin baş mütəxəssisi Ağa Seyid Yaqublu bildirir ki, qurbanlıq heyvan alarkən islamın bəzi qaydalarına riayət olunmalıdır...

    Muxalifet3 - 15-08-2018

  14. ​Almaniyada üçüncü cins rəsmən qanuniləşdirildi

    Almaniya hökuməti vətəndaş vəziyyətinin qeydiyyatı kitablarına üçüncü cinsin daxil edilməsi barədə sərəncam verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Twitter”də ölkə DİN-i məlumat yayıb.
    Düzəlişlərə əsasən, Almaniyada “kişi” və “qadın” cinsindən əlavə “interseksual” cins də olacaq.
    Beləliklə, Almaniya hökuməti özünün hansı cinsə aid olduğunu müəyyən etməkdə çətinlik çəkən insanlara yardım etmək niyyətindədir.
    Qeyd edilir ki, qanun layihəsi Almaniyanın Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq hazırlanıb və indi Bundestaq buna münasibət bildirməlidir.

    Muxalifet3 - 15-08-2018

  15. ​Merkeldən Ərdoğana: Güclü olmağınız lazımdır

    Avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
    Muxalifet.az xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.
    Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.
    Söhbət zamanı ikitərəfli əməkdaşlığın qarşılıqlı səfərlər və görüşlərlə daha da möhkəmləndirilməsinin vacibliyi ifadə edilib.
     

    Muxalifet3 - 15-08-2018

  16. ​İtaliya da Türkiyənin yanında - İnanılmaz güzəştlər

    ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı həyata keçirdiyi iqtisadi məhdudiyyətlərə qarşı çıxan dövlətlərin sayı artır.
    Muxalifet.az xəbər verir ki, İtaliya da Türkiyəyə tam dəstək verəcəyini açıqlayıb.
    İtaliyalı investorlar Türkiyəni seçəcəklərini bəyan ediblər. Eləcə də İtaliya dövləti qapılarını sonuna qədər türkiyəli iş adamlarının üzünə açıb. Viza, bu ölkədə yaşamaq üçün icazə və vergi ödənişləri ilə bağlı türkiyəli iş adamlarına güzəştlər ediləcək.

    Muxalifet3 - 15-08-2018

  17. ​Böyük layihələrdə tranzit ölkələr hansı üstünlüklər əldə edir?

    "Qazprom"un idarə heyətinin üzvü Oleq Aksyutin qaz ixracında tranzit ölkə mövqeyində yer alan ölkələrin əldə edəcəyi üstünlüklərdən danışıb.
    Muxalifet.az xəbər verir ki, Aksyutin tranzit ölkələrin əldə etdiyi güzəştlərdən də söz açıb.
    "Tranzit ölkə olmaq bir çox üstünlük verir. Qaz transfer edən ölkələr tranzit ölkəyə ödənişlər edir. Həmçinin tranzit ölkələr qaz istehlakında mümkün artımı ödəmək üçün qaz ehtiyatına malik olur. Bu növ layihələr iqtisadi, regional və sosial inkişaf üçün də əsas yaradır", - Aksyutin söyləyib.
     

    Muxalifet3 - 15-08-2018

  18. ​Ukrayna generalı Rusiya ilə bütün münasibətləri kəsməyə çağırdı

    Ukraynanın Təhlükəsizlik Xidmətinin Baş idarəsinin keçmiş rəhbəri, general-mayor Vasiliy Vovk Rusiya ilə münasibətləri tamamilə kəsməyə çağırıb.
    Muxalifet.az xəbər verir ki, general bu haqda “Obozrevatel” nəşrinə açıqlamasında bildirib.
    “Əgər biz dəmiryol əlaqəsini kəsəcəyiksə, onda bütün münasibətləri kəsək. Gəlin, ümumiyyətlə bütün münasibətləri, Rusiya isə sərhəddəki bütün sərhəd-keçid məntəqələrini ləğv edək”, - Vovk deyib.

    Muxalifet - 16-08-2018

  19. ​ABŞ İlqar Məmmədovla bağlı bəyanat yaydı

    ABŞ REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyanatında bildirilib.
    Qeyd edək ki, 13 avqust tarixində Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

    Muxalifet - 16-08-2018

  20. ​Türkiyədə saxlanılan amerikalı rahib Gülənlə dəyişdirilə bilər

    “ABŞ Ankaraya Fətullah Güləni təhvil versə, Türkiyə Vaşinqtona terrorçuluqda ittiham olunan amerikalı rahib Endryu Bransonun verilməsi məsələsinə baxa bilər”. Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, belə bəyanatla Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı çıxış edib.
    Müxalifətin əsas simalarından biri qeyd edib ki, Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında bu gün türk lirəsini süquta uğratmaq istəyən qüvvələr dayanırdı.

    Muxalifet - 16-08-2018

Pages