Axtarış
The search found 105849 results in 0.067 seconds.
Search results
Ərdoğan Makronla telefonda nələri müzakirə etdi?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın prezidenti Emmanuel Makronla telefonda danışıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğanla Makron iki ölkə arasındakı münasibətlər və regional proseslərlə bağlı müzakirə aparıblar.
Liderlər iki ölkə arasındakı iqtisadi münasibətlərin genişləndirilməsi məsələsinə də toxunublar. Ərdoğanla Makron iki ölkənin maliyyə nazirlərinin yaxın günlərdə görüşü haqqında razılaşıblar.
Makron Türkiyə iqtisadiyyatında sabitliyin Fransanın maraqlarına uyğun olduğunu da bildirib.Muxalifet - 16-08-2018
Bakıda metroda yuxuya gedən şəxsi soydular
Beyləqan rayon sakini metronun “Nəsimi” stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib.
Muxalifet.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.Muxalifet - 16-08-2018
Dərs ilinin prioritet istiqamətləri müəyyənləşdi - Əmr
Azərbaycanda ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müəyyənləşib.
Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
Əmrə əsasən, “Təhsildə keyfiyyət ili” ilə bağlı nazirliyin Fəaliyyət planında nəzərdə tutulan mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab edilib.Muxalifet - 16-08-2018
Bakıda dayanacağın ətrafına çəkilmiş hasar söküldü - Foto
Xətai rayonu İnqilab İsmayılov küçəsindəki avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev paylaşıb.
O bildirib ki, problemlə əlaqədar BNA-ya vətəndaşlar məlumat veriblər və müraciət əsasında əraziyə baxış keçirilib:
“Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb.Muxalifet - 16-08-2018
İraqda valideynlərini itirmiş uşaqlar Bakıya gətirildi
İraqın Bağdad şəhərinin valideynlərini itirmiş azərbaycanlı uşaqlar ölkəyə gətirilib.
Muxalifet.az Oxu.Az-a istinadən məlumatına görə, Bağdad şəhərinin uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşları olan, valideynlərini itirmiş azyaşlı uşaqların Azərbaycana gətirilməsi, daha sonra yerləşdirilməsi, səhiyyə xidmətlərinə cəlb edilməsi, sosial və psixoloji realibitasiyası və digər tədbirlərin görülməsi ilə bağlı proseslərin əlaqələndirilməsi üçün müvafiq dövlət orqanlarının iştirakı ilə İşçi Qrup yaradılıb.Muxalifet - 16-08-2018
İrandan qonşusuna böyük DƏSTƏK: "Bu, milli hərəkatdır"
İran mediası ABŞ-ın Türkiyə iqtisadiyyatını hədəf alan təşəbbüslərinə qarşı türk xalqının qəti davranışını təqdir edən xəbərlər verib.
Muxalifet.az xəbər verir ki, İranın ən çox oxunan qəzetlərindən olan “Tabnak”da yer alan yazıda Türkiyə əhalisinin və işçilərin dolları milli valyutaya dəyişmək kampaniyasını alqışlanıb.Muxalifet - 16-08-2018
Sabirabad sakini intihar edib
Sabirabad rayonunda 32 yaşlı kişi intihar edib.
“Report”un Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaratoğay kəndində baş verib.
Belə ki, həmin kəndin sakini,1986-cı il təvəllüdlü Rəşad Əflatun oğlu Mürsəlov yaşadığı evdən 200 metr aralıda, pay torpağında özünü ağacdan asaraq intihar edib. R.Mürsəlovun hansı səbəbdən İntihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 16-08-2018
Azərbaycanda ilk dəfə belə bir festival keçiriləcək
Azərbaycanda ilk dəfə “Regionun mətbəx günü” adı ilə milli yemək festivalı təşkil olunacaq.
Avqustun sonunda Qubada keçiriləcək yemək festivalında ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdiriləcək.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Azərtac-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim olunacaq. Bölgəmizdə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələrinin tədbir iştirakçılarında böyük maraq oyadacağı gözlənilir.Muxalifet - 16-08-2018
Ərdoğan nazirləri toplayır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırıb.
Muxalifet.az xəbər verir ki, iclasda iqtisadi böhran və terrorla mübarizə məsələlərinin müzakirəsi gözlənilir.Muxalifet - 16-08-2018
Prezident Qaradağa 11,6 milyon manat ayırdı
Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.Muxalifet - 16-08-2018
"Rusiya ilə problem İrəvanın tənəzzülünü sürətləndirəcək"
Ermənistanın indiki rəhbərliyinin “günahları” sırasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu Rusiya ilə məsləhətləşmədən cinayət məsuliyyətinə cəlb etməsini, hətta barəsində ev dustaqlığı qərarı çıxarmasını qeyd etmək yerinə düşər.
Muxalifet.az xəbər verir ki, bu sözləri azərtac -a analitik-icmalçı Ehtiram Aşırlı deyib.Muxalifet3 - 16-08-2018
Nazirlikdən əhaliyə ŞAD XƏBƏR
Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.
Fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib.Muxalifet3 - 16-08-2018
TAP-la bağlı yeni xəbər
Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası üzrə Yunanıstan və Albaniyada boruların 97 faizi marşrut xətti boyunca düzülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 740 kilometrində borular marşrut xətti boyunca düzülüb.Muxalifet3 - 16-08-2018
Leysan və sellər. Azərbaycanı bu payızda nə gözləyir?
Azərbaycanın müvafiq strukturları artıq indidən payız mövsümündə mümkün leysan və hətta sellərə hazırlaşmalıdırlar.
Bu barədə azərbaycanlı ekoloq, Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda payız artıq başlayıb və daha istiləri gözləmək lazım deyil.
“Azərbaycanda hədsiz yağışlı payızı proqnozlaşdırmaq üçün kifayət qədər əsaslar var. Bəzi hallarda yağıntılar iqlim normasını aşacaq”, - deyə Zeynalov bildirib.Muxalifet3 - 16-08-2018
Koçaryan siyasətə qayıdır
Avqustun 13-də həbsdən azad edilən Ermənistanın sabiq prezidenti Robert Koçaryan siyasətə qayıtdığını bəyan edib.
Bu barədə Muxalifet.az Ermənistan mətbuatına istinadla xəbər verir.
Jurnalistin onun siyasətə qayıtmasına dair sualına Koçaryan “hesab edin ki, artıq qayıtmışam” cavabını verib.
“Niyə hamı narahat olub, niyə mane olurlar? Bu ölkədə fərqli düşüncə ola bilməz?
Məni baş nazirin bütün dünyanın Ermənistana uyğunlaşmalı olmasına dair sözləri narahat edir” – eks-prezident deyib.Muxalifet3 - 16-08-2018
Təmsilçilərimiz beynəlxalq turnirdə qələbə qazandı
Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçiləri Qazaxıstanın Aktau şəhərində keçirilən “Beynəlxalq Xəzər Kuboku” yarışında qələbə qazanıblar.
Federasiyadan bildiriblər ki, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan və Özbəkistan təmsilçiləri də mübarizə aparıblar.Muxalifet3 - 16-08-2018
DİQQƏT: Avtobuslarda gediş haqları endirildi - SİYAHI
Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gedişhaqqı 60 qəpiyə endirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova qeyd edib.
O bildirib ki, Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gedişhaqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub:
Muxalifet3 - 16-08-2018
Rusiya gəmisi 2 aydır İstanbuldan buraxılmır - Səbəb
Təmir üçün İstanbula gələn "Streamline" yük gəmisi borc səbəbindən saxlanılıb, gəminin 11 rus ekipajı təxminən 2 aydır geri qayıtmayıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Dənizçilərinin Peşə Birliyinin sədri Aleksandr Rubtsov bildirib.
Rubtsov yük gəmisinin təmir üçün Moskva şəhərindən İstanbula getdiyini, gəminin daha sonra Rusiyaya geri dönəcəyinin planlaşdırıldığını deyib:Muxalifet3 - 16-08-2018
Kılıçdaroğlu son nöqtəni qoydu: Mübahisə bitdi
Fövqəladə qurultayın keçirilməsi ilə bağlı mübahisələr bitdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri CHP başqanı Kamal Kılıçdaroğlu bildirib.
Qurultayın keçirilməsinin gündəmdə olmadığını deyən Kılıçdaroğlu bələdiyyə seçkilərinə hazırlaşdıqlarını deyib.
Qeyd edək ki, CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə növbədənkənar başqan seçimi üçün qurultay keçirilməsi üçün müraciət etmişdi.
Muxalifet3 - 16-08-2018
Türkiyə klublarının televiziya kanalları fəaliyyətini dayandırır
Türkiyə klublarının televiziya kanalları fəaliyyətini dayandırır.
Muxalifet.az xəbər verir ki, Klublar Birliyi telekanalların bağlanılması barədə klublarla razılığa gəlib.
Buna səbəb kimi maddi problemlər göstərilir. Televiziyalara xərclənən məbləğ uşaq futboluna yönləndiriləcək. Eyni zamanda klubların televiziya kanalları rəqamsal mediada fəaliyyət göstərəcək.
Qeyd edək ki, Türkiyədə "Qalatasaray", "Beşiktaş", "Fənərbağça" və "Bursaspor" klublarının televiziya kanalı mövcuddur.
Muxalifet3 - 16-08-2018