Axtarış
The search found 105857 results in 0.072 seconds.
Search results
ABŞ-dan rəsmi XƏBƏRDARLIQ – Suriyanı bombalayacaqlar
ABŞ Rusiyanı Suriyaya zərbə endirəcəyi barədə xəbərdar edib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə keçirilən görüşündə bildirib.
O, Bəşər Əsəd hökumətinin ölkədə kimyəvi silah tətbiq edəcəyi təqdirdə Vaşinqtonun növbəti dəfə Suriyaya zərbə endirməyə hazırlaşdığını bildirib.
Bildirilir ki, əgər bu baş verərsə, ABŞ Əsəd hökumətinə "daha güclü hərbi hərəkətlərlə" cavab verəcək.Muxalifet - 25-08-2018
"Azərbaycan tranzit ölkə kimi nüfuzunu daha da artıracaq" - Millət vəkili
Azərbaycan bu gün iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.Muxalifet - 25-08-2018
Cəbhədə gərginlik: Atəşkəs pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 25-08-2018
PUTİN HÖKUMƏTİNİ HƏYƏCANLANDIRAN RƏQƏMLƏR – Dünya çempionatı da qurtardı, bəs sonra?…
Kreml rəhbəri özünə qarşı KİV-lərin diqqətini necə çəkməyi yaxşı bilir. Bu həftə Vladimir Putin Avstriya xarici işlər naziri Karin Knaysalın toyunda iştirak etməklə və Mezeber sarayında kansler Anqela Merkellə danışıqlar aparmaqla KİV-lərin diqqət mərkəzində olub. “Komsomolskaya pravda” qəzeti sevinclə yazıb ki, Qərb hökumətlərinin Rusiyanı təcrid vəziyyətinə salmaq istəyi baş tutmayıb.
Muxalifet - 25-08-2018
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları açıqlandı, deputat nüvə silahı ilə cavab verməyə çağırdı
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi federal hökumətin rəsmi saytında dərc edilib. Virtualaz.org xəbər verir ki, rəsmən avqustun 27-dən qüvvəyə minəcək sənədə əsasən Rusiyaya 1961-ci il qanunu əsasında hər hansı yardım (təcili humanitar yardım, o cümlədən ərzaq yardımları istisna olmaqla) qadağan edilir. Bundan başqa Rusiyaya hərbi təyinatlı və ikili təyinatlı Amerika mallarının ixracına qadağa qoyulur.
Muxalifet - 25-08-2018
Bəxtsiz oğru partnyorunu səhvən nokaut etdi - VİDEO
Londonda bəxtsiz oğru cinayət yoldaşını kərpiclə nokaut edib.
Muxalifet.az xəbər verir ki, hadisənin videoyazısı Yutubda dərc edilib.
Kadrlarda görünür ki, üç cavan insan motosikllə binaya yaxınlaşır. Sonra iki cinayətkar əllərində kərpiclə şüşə qapıya yaxınlaşır. Onlardan biri yaxın məsafədən qapını sındırmağa çalışır. Həmin vaxt ikinci cinayətkar kərpici uzaqdan qapıya atır, ancaq kərpic qapının yerinə cinayətkar yoldaşın başına dəyir və o, şüursuz vəziyyətdə yerı yıxılır.
Muxalifet - 25-08-2018
ABUTALIBOVUN YERİNƏ YENİ NAMİZƏDLƏR VAR - Nazirin qudası Bakıya gətirilir?
Ötən ay Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib və Bakı meriyasının başçının müavini təyin edildi. Hazırda BŞİH-nin başçısı postu yenə boşdur, həm struktur, həm kadr islahatlarının nə vaxt aparılacağı isə məlum deyil.
Muxalifet - 25-08-2018
Merkelin Azərbaycana səfəri başladı - FOTO
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.Muxalifet - 25-08-2018
Gürcüstanın Baş naziri avqustun 30-da Azərbaycana gəlir
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək.
Səfər iki gün davam edəcək.
Səfər çərçivəsində Gürcüstan hökümətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Bu görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.Muxalifet - 25-08-2018
Merkel Ermənistandakı çıxışında “soyqırımı” ifadəsini işlətmədi
Erməni mətbuatı qondarma, tarixi faktlara əsaslanmayan “soyqırımı” yalanı ilə, Azərbaycanın ərazi bütövlüyünün aşkar, de-fakto işğalını tərəzinin eyni gözünə qoyub
Muxalifet - 25-08-2018
Rusiyadan silah alan ölkələr hədəfdə - Azərbaycanı nə gözləyir?
Üzeyir Cəfərov: “Nə qədər sanksiya hədələri edirsə etsin, bizə ciddi təsiri olmayacaq”
Muxalifet - 25-08-2018
Bakıda sex, Bərdədə ev yandı
Paytaxtda sex, Bərdədə 6 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda tikilinin (yığma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış taxta materialları 10 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 180 m² tikilidə 6 otağın yanar konstruksiyaları, taxta konstruksiyalardan ibarət artırmalar və ev əşyaları 140 m² sahədə yanıb.Muxalifet - 25-08-2018
ŞOK HADİSƏ: Ata gənc oğlunu bıçaqladı - Şirvanda
Şirvanda Sabirabad sakini bıçaqlanıb.
Report-un məlumatına görə, gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlu atası tərəfindən bıçaqlanıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlərək əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.Muxalifet - 25-08-2018
"Hacı Mazan" çətin durumda: HƏBS TƏHLÜKƏSİ VAR
Hüquqşünas: “Məsələ xuliqanlıqla bağlıdırsa, əlbəttə ki, cinayət məsuliyyətinə də cəlb oluna bilər...”
Bir müddətdir ki, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun adı mətbuatın gündəmindən düşmür. Belə ki, avqustun 16-da xəbər yayıldı ki, ona məxsus avtomobilin 44-AA-444 dövlət nömrə nişanlı avtomobil yol polis tərəfindən saxlanılıb.
Muxalifet - 25-08-2018
Saatlı sakininin həyətində çətənə kolları tapıldı
Saatlı sakininin həyətində çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, Saatlı rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini 45 yaşlı Abasət Ağayev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Muxalifet - 25-08-2018
Avropanın üç nəhəng hava şirkəti İrana embarqo qoyur – Türkiyə şirkətləri daha çox sərnişin daşıyacaq
Xəbər verdiyimiz kimi, Avropanın nəhəng aviaşirkətləri ticari səbəbləri əsas gətirərək, Tehran səfərlərini sentyabr ayından etibarən dayandıracaqlarını açıqlayıblar.“British Airways”, “Air France” və Hollandiya krallığı Hava Yolları (KLM) İrandan uçuşları dayandıracaq. Avropalı üç hava yolu şirkəti Tehran səfərlərini dayandırma qərarını tətbiq etməyə başladığı zaman İran bazarında Türkiyə hava yolları şirkətləri daha çox sərnişin daşıyacaq.
Muxalifet - 25-08-2018
"Lotu Quli"dən Afaq Aslanla bağlı PAYLAŞIM - "PRİNSESİM" - FOTO
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov müğənni Afaq Aslanla sevgili olduğuna dair paylaşım edib.
Muxalifet - 25-08-2018
“Merkel Azərbaycana 1.2 milyard kredit ayıracaq” – Cənub Qaz Dəhlizi diqqətdə
Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri iqtisadi xarakterlidir.
Muxalifet.az xəbər verir ki, bu, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International) bəyanatında yer alıb.
Bəyanatda bildirilir ki, Merkelin əsas hədəfi Cənub Qaz Dəhlizidir:
Muxalifet - 25-08-2018
"Çukur"a BÖYÜK ŞOK - Adnan Oktarla EYNİ SİYAHIDA
Türkiyənin Radio və Televiziya Şurasına (RTÜK) edilən şikayətlərin ilk sırasında "Çukur” və “Adnan Oktarla söhbətlər” durur.
Muxalifet.az xəbr verir ki, RTÜK 2018-cı ilin ilk 6 ayında ən çox şikayət edilənverilişlərin siyahısını hazırlayıb.
Muxalifet - 25-08-2018
İcra hakimiyyətinin şəhid ailələrinə verdiyi qurban əti iylənmiş çıxdı - VİDEO
Qurban bayramı ərəfəsində qurban əti paylayanlar arasında Yevlax şəhər İcra Hakimiyyəti də olub.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, şəhərin ali qurumunun rəhbərliyi bayram günündə əlil və şəhid ailələrini unutmayıb.
Lakin onlara qurban əti adı ilə paylanılan ətlər iylənmiş çıxıb. Bundan başqa ətin rənginin qara olması da diqqətdən yayınmayıb.
Bu barədə sosial şəbəkədə video yayılıb. Şəhid ailəsindən olan qadın mövcud məsələni qabardaraq, xoşagəlməz mənzərədən danışıb.Muxalifet - 25-08-2018