Axtarış
The search found 105857 results in 0.078 seconds.
Search results
"Qoca"nın arvadı məhkəmədə dindirildi - "Mən onun işlərinə qarışmırdım..."
Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Muxalifet4 - 29-08-2018
ŞƏRHSİZ: Ramil Usubov Qüdrət Həsənquliyevi təltif etdi
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Daxili İşlər naziri , general-polkovnik Ramil Usubovun əmrinə əsasən “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” medalı ilə təltif edilib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Qüdrət Həsənquliyev yubiley medalı ilə təltif olunduğuna görə general-polkovnik Ramil Usubova təşəkkür məktubu göndərib.Muxalifet4 - 29-08-2018
Əsəd və ABŞ gizli danışıq aparıb: 3 MADDƏLİK ŞƏRT
Suriyadakı vətəndaş müharibəsində illərdir terror təşkilatlarına dəstək verən Amerikalılar, geri çəkilmək üçün neft rəhbərliyində rol istəyib.
Suriyada 7 ildir davam edən vətəndaş müharibəsi səbəbindən milyonlarla insan həyatını itirib, bir o qədəri də qaçqın vəziyyətinə düşüb. Vətəndaş müharibəsi davam edərkən öz mənfəətləri istiqamətində terror təşkilatlarına açıq bir şəkildə dəstək verən ABŞ, Əsəd rəhbərliyi ilə danışıq masasına oturub.
AMERİKANIN 3 ŞƏRTİ
Muxalifet3 - 29-08-2018
“Avropanın anası” Merkelin Cənubi Qafqaz turnesi: “İrəvan və Tiflisdən fərqli olaraq Bakı yalvar-yaxar etməyib” - TƏHLİL
İrina Corbenadze
rosbalt.ru, 28.08.2018
AFR kansleri Angela Merkel Cənubi Qafqaz dövətlərinə ilk dəfə rəsmi səfər edib və bu onun Rusiya prezidenti Vladimir Putinlə görüşündən dərhal sonra baş verib. Gürcüstan, Ermənistan və Azərbaycanda səfərin bu ölkələrdən hər biri üçün önəmindən, AB tərəfdən onlara dəstəyin yüksək səviyyəsindən, sonuncunun bölgə üçün böyük əhəmiyyətindən danışmağa başlayıblar.
Muxalifet4 - 29-08-2018
ŞƏMKİRDƏ DƏHŞƏT: Üç uşaq anası intihar etdi
Şəmkir rayonunda 26 yaşlı qadın intihar edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Lətifə Əkbər qızı Hüseynova sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. L.Hüseynovanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, L.Hüseynovanın 3 azyaşlı uşağı var idi.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 29-08-2018
İranın Əsədlə anlaşmasının arxa planı
Dünən İranın müdafiə naziri Əmir Xatəmi, Suriyada Bəşşar Əsədə bağlı rejim ordusunun yenidən qurulması üçün hər cür dəstək verəcəklərini açıqlamışdı. İranın, Rusiyanın çevriliş edə biləcəyi əndişəsi ilə Əsəd ilə razılaşdığı və ordusunun formalaşmasına dəstək verəcəyi aydınlaşıb.
İRAN, RUS TƏHLÜKƏSİNƏ QARŞI TƏDBİR GÖRDÜ
Muxalifet3 - 29-08-2018
Mesut Özil nişanlısı üçün 5 illik karyerasına SON QOYUR - FOTO
Türk əsilli alman futbolçu Mesut Özil illərdir formasını geyindiyi “Arsenal”dan ayrılacaq. Publika.az xəbər verir ki, futbolçu aktrisa və model sevgilisi Amine Gülşenin karyerasnı davam etdirməsi üçün Paris və Milan komandalarından birinə gedəcək. İddia İngiltərənin “Ekspress” qəzetində yayımlanıb. Almaniyada irqçi təzyiqlərə məruz qaldığı üçün milli komandada karyerasını başa vuran təcrübəli oyunçu gələn il toy etməyi düşünürdü. Lakin onun belə bir qərar qəbul etməsi nikah hazırlıqlarını sürətləndirib.
Muxalifet4 - 29-08-2018
Gecə klubunun sahibi canlı yayımda güllələndi - VİDEO
"Los Mero Mero" gecə klubunun sahibi "Facebook"da canlı yayım zamanı güllələnib.
Muxalifet.azoxu.az-a istinadən xəbər verir ki, qətl Puerto-Riko şəhərində baş verib.
Kadrlardan görünür ki, 44 yaşlı Omar Rolon Sanyuzt kameraya baxır və bu zaman silah səsi eşidilir.
Telefon onun əlindən düşüb və qadın qışqırığının səsləri eşidilib.
Muxalifet4 - 29-08-2018
Trampı məşhur mafiozla müqayisə etdilər - FOTOLAR
Son dövrlərdə ABŞ prezidentinin tərəfdarları onu məşhur mafiya başçısı Al Kapone ilə müqayisə etməyə başlayıblar.
Muxalifet.az musavat.com-a istinadən xəbər veri ki, bu barədə The Daily Beast qəzetində məlumat gedib.
Muxalifet4 - 29-08-2018
Bakıda yaşayış binasında yanğın olub
Bakının Nizami rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın olub.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 9 kv.m sahədə və məişət əşyası əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Muxalifet4 - 29-08-2018
Space Tv-nin efirində şok olay: “Qadın kişinin başına mikrofon çırpdı” - VİDEO
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişində mübahisəli anlar yaşanıb.
Muxalifet.az minval.info-ya istinadən xəbər verir ki, ilk olaraq qəbristanlıqda yaşayan Azər Bağırov staudiyaya gəlib. O, arvadının mülk davasının ucbatından bu hallara düşdüyünü qeyd edib.
Muxalifet4 - 29-08-2018
Toyuna hazırlaşan oğlan sevgilisilə qarajda öldü
Bakıda sevgililər qarajda boğularaq ölüb.
Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib. Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.
Avtomobil K.Əhədovaya məxsus olub. Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlülk də məhz maşının qazından ölüb.Muxalifet4 - 29-08-2018
"Ağlı başında olan uşaqlı qadınla evlənməz" - YENİ QALMAQAL - FOTO
Hande Ataizi "Uşaqlı qadınla evlənmərəm. Mənimkilər mənə bəsdi" deyən Mehmet Ali Erbili topa tutub.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Ataizi aparıcılığını etdiyi proqramda "Ağlı başında olan kim səninlə evlənər ki?" sözləri ilə şoumenə sərt reaksiya göstərib.
Muxalifet4 - 29-08-2018
Aslan Aslanovun oğlunu qətlə yetirən ömürlük məhkumdan XƏBƏR VAR - "LAMİYƏ İŞİ"
Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun vəfat etməsi, onun oğlunun qətlində təqsirli bilinərək ömürlük həbs edilən Vüqar Əliyevin azadlığa çıxma məsələsini gündəmə gətirib.
Amma onun hüquqlarını müdafiə edən Əsabəli Mustafayev Aslan Aslanovun vəfatının Vüqar Əliyevin işində vəziyyəti dəyişə biləcəyinə inanmır. Bu barədə Modern.az-a vəkil özü bildirib.
Ə.Mustafayev deyib ki, bunun səbəbi sabiq başçının vəzifədə olarkən, müvəkkilinə ən ağır hökmün çıxarılmasına nail ola bilməsidir:
Muxalifet4 - 29-08-2018
Toyuna 10 gün qalmış başqa qızla qarajda boğulub öldü - YENİLƏNİB
Bakıda toyuna cəmi 10 gün qalmış başqa qızla qarajda görüşərkən mühərriki işlək vəziyyətdə olan avtomobildə dəm qazından həmin qızla birlikdə boğulub ölən Elvin Zeynalov futbolçu olub. O, Azərbaycan Mini Futbol Assosiasiyasının "Bakcell"in baş sponsorluğu ilə təşkil etdiyi "Alfa Liqa" mini futbol çempionatında yarışan "İCE" adlı komandanın qapıçısı imiş. Bu haqda məlumatlar xəbər agentliklərində həmin liqanın oyunları barədə xəbərlərdən birində yer alır. Habelə E.Zeynalovun yas mərasimi zamanı onun "Alfa" loqosu qarşısında çəkilmiş və üzərinə qara lent vurulmuş fotosu asılıb.
Muxalifet4 - 29-08-2018
Gəlin maşınının içindən 8 əfqan, 3 pakistanlı çıxdı - TÜRKİYƏDƏ İNSAN ALVERÇİLƏRİNİN BAŞ TUTMAYAN PLANI
Gəlin maşını kimi bəzənən kirayə lüks avtomobillə İstanbuldan Antalyaya qədər gələrək qeyri-qanuni yollarla xaricə qaçmaq istəyən miqrantlar yola bəy və gəlinsiz çıxdıqlarından ələ keçdilər. Antalya Jandarma Komandanlığı tərəfindən saxlanılan saxta gəlin maşınında 8 Əfqanıstan və 3 Pakistan vətəndaşının olduğu ortaya çıxıb.
Muxalifet4 - 29-08-2018
Moskvada tutulan Eldar Orucov Azərbaycan hakimiyyətinin qatı düşmənidir? - YENİLƏNİB, FOTO
Bu gün Moskvada saxlanılmış Eldar Orucov artıq sərbəst buraxılıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.
* * *16.13
Moskvada ötən gün avqustun 28-də şəhər Baş polis idarəsinin binasının düz qarşısında tutulan Orucov Eldar Zübeyir oğlunun barəsində Azərbaycan hüquq mühafizə orqanlarından əlavə məlumatlar əldə etmək hələlik mümkün olmayıb. Bununla belə internet mənbələrində adı, soyadı və atasının adı, üstəlik təvəllüd tarixi eyni olan şəxs barədə məlumatlara rast gəlinir.
Muxalifet4 - 29-08-2018
FİFA prezidenti Trampa qırmızı vərəqə göstərdi
ABŞ prezidenti Donald Tramp avqustun 28-də Ağ evdə FİFA prezidenti Canni İnfantinonu qəbul edib.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, görüşlə bağlı bəzi təfərrüatlar mətbuata bəlli olub. Tramp İnfantinoya "Sokker oyundur. Siz isə onu futbol adlandırırsız. Ola bilsin ki, nə vaxtsa onun adını dəyişək" deyib. İnfantino isə "biz bunu müzakirə edə bilərik" cavabını verib.
Muxalifet4 - 29-08-2018
Güneydə “Səni deyirlər” trendə çevrilir - VİDEO
Güney azərbaycanlı İbrahim Əlizadəyə məxsus mahnı trendə çevrilib. Kult.az xəbər verir ki, “Səni deyirlər” adlanan mahnıya rəqs edənlərin videoları İnstaqram sosial şəbəkəsində sürətlə yayılır. Mahnıya olan maraq getdikcə daha çox artır.
Muxalifet4 - 29-08-2018
İran liqasında Azərbaycan derbisi - Bu kanalda izləyin
İran Super liqasının 6-cı həftəsində Təbriz təmsilçiləri üz-üzə gələcək.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, “Traktor” və “Maşınsazi” komandaları Təbrizin “Səhənd” stadionunda qarşılaşacaq.
Qardaş komandaların görüşü avqustun 30-u yerli vaxtla 18:00-da başlayacaq.
“Traktor”-“Maşınsazi” görüşünü internet üzərindən Günaz TV-də canlı izləyə bilərsiniz.
Muxalifet4 - 29-08-2018