Axtarış

The search found 105857 results in 0.137 seconds.

Search results

  1. Sobçak "İnstaqram"ı PARTLATDI - Lüt soyundu və Hitlerin kitabını...

    Bu il Rusiyanın prezident seçkilərində Vladimir Putinin rəqiblərindən biri olan Kseniya Sobçak instqaramda paylaşdığı görüntüsü ilə şoka salıb. Publika.az xəbər verir ki, 36 yaşlı prezidentliyə namizəd çılpaq fotosunu paylaşıb. “Rusiyanın Paris Hiltonu” adlandırılan Sobçak çılpaq qasığını “Hitler üçün qeydlər” adlı kitabla örtüb. O, fotonun şərh bölməsinə “Bu yay nə oxuyursunuz?” notunu yazıb.

    Muxalifet4 - 29-08-2018

  2. Ermənistanda Paşinyanı tənqid edənlər işdən qovulur – Sosial şəbəkələrdə "LAYK" SENZURASI

    Ermənistanda Nikol Paşinyan hökuməti dövlət qurumlarının əməkdaşlarına qarşı senzura tətbiq edir.
     
    Bu barədə “Qraparak” qəzeti yazıb.
     
    Qəzet yazır ki, dövlət qurumlarının sosial şəbəkələrdə fəallıq nümayiş etdirən əməkdaşları sərt şəkildə cəzalandırılır.
     

    Muxalifet4 - 29-08-2018

  3. ​ABŞ dolları “allahsız”a çevrilmədi – MƏHKƏMƏ İDDİANI RƏDD ETDİ

    ABŞ-ın Minnesota ştatının Apellyasiya Məhkəməsi bir qrup ateistin dolların üzərindən “Biz Allaha inanırıq” ifadəsinin götürülməsiylə bağlı şikayətini rədd edib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, məhkəmə valyutanın üzərindəki ifadənin qanuni olduğu qənaətinə gəlib.
    Qeyd edək ki, ateistlər dollar üzərindəki bu ifadənin ABŞ Konstitusiyasının söz azadlığı və vətəndaşların dini haqları haqqında bəndinə zidd olduğunu düşünürlər.
    ABŞ dolları üzərinə “Biz Allaha inanırıq” ifadəsi 1864-cü ildən bu yana mövcuddur.

    Muxalifet4 - 29-08-2018

  4. Türk Kiprində Yunanlara casusluq edən şəxs yaxalandı

    Şimali Kipr Türk Respublikasında (Şimali Kipr), təqibə alınan Mehmet Besimoğlu, Gazimağuşa limanındakı əsgərlər ilə birliyin şəklini çəkərkən iş başında yaxalanıb. Fotoları əlaqədə olduğu Yunan vətəndaşı üçün çəkdiyini etiraf edən Besimoğlu, casusluq ittihamı ilə həbs olunub.
     

    Muxalifet3 - 29-08-2018

  5. ​ABŞ-ın hücumuna qarşı hazırlıq başladı - Müdafiə sistemləri hazır vəziyyətə gətirildi

    Suriya ordusu ABŞ-ın hücum ehtimalına qarşı müdafiə sistemlərini hazır vəziyyətə gətirib.

    Muxalifet4 - 29-08-2018

  6. Ərdoğanın heykəli meydandan götürüldü

    Xəbər verdiyimiz kimi, dünən Almaniyanın Uersbaden vilayətində polis bölməsinin qarşısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəli qoyulmuşdu.

    Muxalifet.az xəbər verir ki, heykəl şəhərdə böyük səs-küyə səbəb olub və geniş mübahisələr doğurub.

    Həm Ərdoğana simpatiyası olanların, həm də ona qarşı çıxanların heykəlin ətrafına toplaşması şəhərdə təhlükəsizliyi təhdid altında qoyub. Alman Birliyi Meydanında ucaldılan heykəl hücuma məruz qaldıqdan sonra gecə oradan götürülüb.

    Muxalifet4 - 29-08-2018

  7. ​Döyüş hazırlığı BAŞLADI: Azərbaycanda tank bölmələri hərəkətə keçdi

    2018-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, eləcə də cəbhə bölgəsində yerləşən tank bölmələrinin iştirakı ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir.
    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet3 - 29-08-2018

  8. ​Lövdən Məsudla bağlı açıqlama: 2 həftədir onunla...

    Əcnəbi əsilli futbolçular bizimlə oynamaqdan həmişə zövq alıb və bu barədə heç bir şey dəyişməyib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

    Muxalifet3 - 29-08-2018

  9. ​Trampdan Yaponiyaya: Gözüm üstünüzdədir...

    ABŞ Prezidenti Donald Tramp Yaponiya Baş naziri Şinzo Abeyə II Dünya müharibəsi illərində yaponların “Pörl Harbor” hərbi-dəniz bazasına hücumunu xatırladığını bildirib.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.
    Məqalədə bildirilib ki, iyulda görüş zamanı Ağ Ev rəhbəri yapon baş nazirə “Gözüm üstünüzdədir” kəlməsini deyib.
    Yaponiya hökuməti isə bu iddiaları təkzib edib.
    Xatırladaq ki, 1941-ci ilin dekabrın 7-də Yaponiya İmperiyasının hərbi təyyarələri sözügedən bazanı bombardman edib.

    Muxalifet3 - 29-08-2018

  10. ​Əlaqələrimiz günü-gündən inkişaf edir - Binəli Yıldırım

    Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional məsələlərdə mövqeyimiz eynidir.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.

    Muxalifet3 - 29-08-2018

  11. ​ABŞ-dan çağırış: Rusiyanın hüquqlarını bərpa etməyin!

    ABŞ Antidopinq Agentliyinin baş direktoru Trevis Tayqart Dünya Antidopinq Agentliyini (DAA) Rusiyanın hüquqlarını bərpa etməməyə çağırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “InsaydGeyms” portalı məlumat yayıb. Qeyd olunub ki, 2015-ci ildə Rusiya Antidopinq Agentliyinin statusu “Soçi-2014” Olimpiya Oyunlarında idmançıların dopinqdən istifadə etməsində dövlət dəstəyi sisteminin mövcudluğu ittihamı ilə dondurulmuşdu.

    Muxalifet3 - 29-08-2018

  12. ​Binəli Yıldırım TÜRKPA Katibliyində - Foto

    Avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov birgə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) inzibati binasında olublar.
    Muxalifet.az xəbər verir ki, Türkiyə parlamentinin sədrinə katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, ildən-ilə fəaliyyətini genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TÜRKPA-nın katibliyinin yeni inzibati binasında bütün lazımi şərait yaradılıb.

    Muxalifet3 - 29-08-2018

  13. Azərbaycanlılar Ərdoğanı gözləyir: Kampaniya başladıldı

    İran Təbriz şəhərində yaşayan minlərlə azərbaycanlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bölgəyə səfər etməsini istəyir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeniakit.com.tr” saytı məlumat yayıb.
    Bildirilib ki, hətta bununla bağlı sosial şəbəkələrdə kampaniya da başladılıb.
    Həmyerlilərimizin bu yöndə olan istəyi ilə bağlı geniş məlumat verilməyib.
     

    Muxalifet3 - 29-08-2018

  14. ​Azan səsinin yüksək olmasından şikayət edən qadın həbs edildi - FOTO

    İndoneziyada azan səsinin yüksək olmasından şikayət edən buddist bir qadın dini təhqir etdiyi üçün həbs edilib.
    Muxalifet.az xəbər verir ki, Çin əsilli olduğu bildirilən 44 yaşlı qadın evinin yaxınlığındakı məscidə gedərək azan səsinin azaldılmasını istəyib.
    Qadının narazılığından sonra bölgədəki bəzi buddist məbədləri oda verilib və qəzəbli kütlənin hücumuna məruz qalmaqdan qorxan bəzi çinlilər evlərini tərk ediblər. 
    Qadının vəkili  onun məhkəmə qərarını göz yaşları ilə qarşıladığını və 1,5 il  həbs cəzası ilə məhkum ediləcəyini bildirib.  

    Muxalifet3 - 29-08-2018

  15. ​ABŞ bundan bəhanə kimi istifadə edəcək - Rusiyalı senator

    ABŞ-ın Suriyanın şimalında raketdən müdafiə sistemləri quraşdırması sadəcə provokasiyadır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Frants Klintseviç deyib.
    “Əgər həqiqətən amerikalıların belə bir məqsədləri varsa, o zaman bu addım provokasiya olaraq qəbul ediləcək. ABŞ və müttəfiqləri bu provokasiyadan Suriya hökumətinə hücum etmək üçün istifadə edəcək. Baş verənlər Suriyadakı vəziyyəti daha da pisləşdirəcək”, - deyə senator bildirib.
     

    Muxalifet3 - 29-08-2018

  16. ​Bərdədə köçkün məktəbi yeni binaya köçürüləcək - Rəsmi

    Ağdam rayonunun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmir Yolu Vağzalında dəmir vaqonlarda fəaliyyət göstərir.
    Bu barədə  Ağdam rayon Təhsil şöbəsindən bildirilib.
    Məlumatda qeyd olunub ki, 122 nömrəli məktəbdə Ağdam şəhər Seçki Dairəsinin 3 saylı seçki məntəqəsi yerləşir.

    Muxalifet3 - 29-08-2018

  17. ​Ramil Usubov sıra baxışı keçirdi

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında DİN-in baş idarə, idarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

    Muxalifet3 - 29-08-2018

  18. ​Azərbaycanlı mafiya başçısı İstanbulda həbs olundu

    Türkiyənin DHA agentliyi qırmızı bülletenlə axtarışda olan Anbar S. adlı azərbaycanlı mafiya liderinin İstanbulda həbs olunduğu barədə məlumat yayıb.
    Muxalifet.az xəbər verir ki, 49 yaşlı şəxs İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən yaxalanıb və onun yaxın zamanda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
    Anbardan müxtəlif şəxslərə aid saxta vəsiqələr də götürülüb.

    Muxalifet3 - 29-08-2018

  19. "Kimə deyirsən, de. Guya gəlib “atvyorka”mızı əlimizdən alacaqlar?..." - Növbəti məmur ÖZBAŞINALIĞI - VİDEO

    Ağdam rayonu Quzanlı qəsəbəsində pambıq tarlaları susuzluqdan quruyur.
    Muxalifet.az xəbər verir ki, Ağdam rayon Bağbanlı kənd sakini, Quzanlıda məskunlaşmış Qabil İsmayılov tərəfindən yenicag.az-a daxil olan şikayətə görə, onun Quzanlı qəsəbəsində Q 151 saylı artezianın qarşısındakı 2 hektar pambıq sahəsinə su verilmir:

    Muxalifet3 - 29-08-2018

  20. ​Ərdoğan İran XİN rəhbərini qəbul etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
    Muxalifet.az xəbər verir ki, görüş AKP-nin Mərkəzi binasında baş tutub.
    Görüşlə bağlı jurnalistlərin suallarını cavablayan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, söhbətin məzmunu əsasən Suriya böhranı ilə bağlı olub:
    "Bizdə hər zaman yaxşı xəbərlər olur. Görüşlərdən çıxan nəticə barədə məlumatlar verəcəyik. İkitərəfli əlaqələr gündəmdədir".
     

    Muxalifet3 - 29-08-2018

Pages