Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. Tramp və Kim Vyetnamda görüşdülər: İlk açıqlamalar..

    ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın lideri Kim Yong bu gün Vyetnamın paytaxtı Hanoyda bir araya gəlib.
     
    Tramp və Kim təkbətək görüşü öncəsi iki ölkə bayraqlarının qarşısında əl görüşüblər.
    İki lider arasında səkkiz ay sonra ikinci görüş baş verir. İlk görüş ötən il iyun ayında Sinqapurda baş vermişdi. Sinqapurdakı zirvə ilk olduğu üçün tarixi əhəmiyyət daşıyırdı.
    Son dəqiqə olaraq iki lider canlı yayımda açııqlama verib.
    Şimali Koreya rəhbərindən ilk açıqlama:

    Muxalifet3 - 27-02-2019

  2. ​Şeyx ordenlə təltif edildi

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub.
    Bu barədə Muxalifet.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, respublikanın paytaxtı Çerkessk şəhərinin hava limanında A.Paşazadə və onu müşayiət edən şəxslər səmimi qarşılanıb.

    Muxalifet - 27-02-2019

  3. ​4 qol buraxan "Qalatasaray" yarımfinala yüksəldi - VİDEO

    Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
    Muxalifet.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Hatayspor"un qonağı olub. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.
    İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan "Cim bom" yarımfinal mərhələsinə yüksəlib.

    "Hatayspor" - "Qalatasaray" 4:2

    Qollar: Gökhan Karadeniz, 59 (pen), 71 (pen), Mirkan Aydın, 79, İsmayıl Çipe, 86 (avtoqol) - Muğdat Çelik, 21, Emre Akbaba, 53

    Muxalifet - 27-02-2019

  4. Ərdoğanla Trampın kürəkəni Kuşnerin görüşü başladı - Nələr danışılacaq?

    Rəsmi görüşlər keçirmək üçün paytaxt Ankaraya gələn ABŞ prezidenti Trampın kürəkəni və baş müşaviri Kuşner prezidenti Ərdoğanla bu dəqiqələrdə bir görüş həyata keçirir.
     
    Kuşneri Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Jason Greenblatt və İran üzrə xüsusi nümayəndəsi Brayan Hoop da müşayiət edir.
    Bir müddətdir ki, Yaxın Şərq turunda olan ABŞ nümayəndə heyəti Türkiyədən əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Omana səfər edib. Heyət İsrail-Fələstin arasında başlamaq istədiyi yeni sülh planı üçün dəstək axtarışındadır.
     

    Muxalifet3 - 27-02-2019

  5. ​Misirdəki dəhşətli qatar qəzasının görüntüləri – VİDEO

    Misirin pataxtı Qahirənin mərkəzindəki “Ramsis” dəmiryolu vağzalında yüksək sürətlə gedən qatarın platformaya çırpılması və zərbənin təsirindən qatarın yanacaq çəninin partlaması anı müşahidə kameralarına düşüb.
    Muxalifet.az xəbər verir ki, qəzanın video görüntüləri sosial şəbəkələrdə yayımlanıb. 
    Qeyd edək ki, qatarın qəza törətməsi nəticəsində azı 28 nəfər yanaraq ölüb, 50-dən çox insan xəsarət alıb. 

    Muxalifet - 27-02-2019

  6. ​İcra başçısının ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

    Fevralın 24-də Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən mənzildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə iş başlanılıb.

    Muxalifet - 27-02-2019

  7. Həsən Ruhani: "Ermənistana təbii qazın həcmini artırmağa hazırıq"

    Xəbər verildiyi kimi, İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan prezident Həsən Ruhani ilə görüşüb.
    Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, prezident H.Ruhani iki ölkə arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduğunu söyləyib.
    “Biz danışıqlarda energetika sahəsində Gürcüstanla birlikdə üçtərəfli, Rusiya ilə isə dördtərəfli formatda əməkdaşlığın perspektivlərini müzakirə etdik”,-deyə İran lideri birgə mətbuat konfransında söyləyib.

    Muxalifet - 27-02-2019

  8. BAKIDA MƏŞHUR KLİNİKA DƏRİN BÖHRAN KEÇİRİR – “Klinikada peşəkar kadr qalmayıb…”

    Bioloji Təbabət Klinikasında kadrlar kütləvi olaraq işdən çıxarılır. Buna səbəb klinikanın dərin maliyyə böhranı keçirməsidir. Qeyd olunur ki, daha çox alman müalicə üsulu kimi tanınan bioloji təbabətin tətbiqini nəzərdə tutan klinikada hazırda peşəkar kadrlar qalmayıb. Belə ki, pasientlərin kəskin şəkildə azalması səbəbindən klinika öz əməkdaşlarının əməkhaqqını vermək imkanında deyil.

    Muxalifet - 27-02-2019

  9. ​Sabiq icra başçısı və AXCP üzvlərinə hökm oxundu - iki nəfər azadlığa buraxıdlı

    Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli hakim qarşısına çıxarılıb. Bu iş üzrə daha 3 nəfər həbs edilən şəxs var. Onlar Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvləridir.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.

    Muxalifet - 27-02-2019

  10. ​Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR - Prezident QANUN İMZALADI

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
    Qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:
    “Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
    Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

    Muxalifet - 27-02-2019

  11. Azərbaycanda nə qədər məhkum elektron qolbaq daşıyır?

    Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verilib.

    Muxalifet3 - 27-02-2019

  12. Toqonyandan rus deputatların nəcibliyinə nanəcib bəyanat

    Rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşündə iştirakı Ermənistanın Rusiyadakı səfirinin bəyanatla çıxış etməsinə səbəb olub.
    Muxalifet.az xəbər verir ki, insanlığa xas olan elementar humanizm dəyərlərini anlaya bilməyən səfir Vardan Toqonyan bildirib ki, “parlamentarilərin motivləri erməni tərəfinə aydın deyil və onların Bakı ilə həmrəylik nümayiş etdirmələrini, bu cür aksiyalarda hansı məqsədlə iştirak etmələrini anlaya bilmir”.

    Muxalifet3 - 27-02-2019

  13. Çox şadam ki, ilk səfərimi Bakıya etdim - Zurabişvili

    Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 27-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, ölkələrimiz arasında münasibətlərdən danışan Oqtay Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin çox qədim tarixə malik olduğunu deyib. Parlamentin sədri bildirib ki, əsrlər boyu ölkələrimiz və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri olub. Bu münasibətlər o dərəcədə inkişaf edib ki, müstəqilliyimizi bərpa edəndən sonra əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

    Muxalifet3 - 27-02-2019

  14. Bakıda şam ağaclarının kütləvi qurudulmasına - Rəsmi reaksiya

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulması məsələsinə münasibət bildirib.
    Nazir müavini Firdovsi Əliyev report -a açıqlamasında sözügedən ərazidə ağacların qurudulması və kəsilməsi ilə bağlı Nazirlik tərəfindən artıq bir müddət əvvəl tədbir görüldüyünü bildirib.

    Muxalifet3 - 27-02-2019

  15. ABŞ İŞİD-lə qızıl qarşılığında müqavilə bağladı - Təxliyə

    ABŞ-ın İŞİD terror təşkilatı ilə yeni bir müqavilə imzaladığı barədə məlumat yayılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
    Məlumata əsasən, ABŞ və İŞİD qızıl qarşılığında Deyr əz-Zorda olan terrorçular və rəhbərlərinin etibarlı şəkildə təxliyəsi barədə razılaşıb.
     

    Muxalifet3 - 27-02-2019

  16. Milli Məclisin komissiyasına sədr seçildi

    Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının sədrinin və katibinin adına aydınlıq gətirilib.
    Muxalifet.az-ın modern.az-a istinadən əldə etdiyi məlumata görə, Komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda Fəttah Heydərov yenidən sədr, Sədaqət Vəliyeva isə katib seçilib.
    Xatırladaq ki, fevralın 1-də Milli Məclisin plenar iclasında Hesablayıcı komissiyanın yeni tərkibi seçilib.

    Muxalifet3 - 27-02-2019

  17. Kriminal avtoritet “Şeyx Həmzət” azərbaycanlı müğənniləri belə BİABIR ETDI – VİDEO

    Mərhum azərbaycanlı ”qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan Çeçen əsilli kriminal avtoritet ”Şeyx Həmzət” ləqəbli, Həmzət Qastəmirov şou-biznes nümayəndələrini özünün İnstagram səhifəsində tənqid edib.
    Muxalifet.az aznews.az-a istinadla xəbər verir ki, kriminal avtoritet ötən gün Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə dərin üzüntü hissi keçirdiyini bildirib.

    Muxalifet3 - 27-02-2019

  18. Problemləri nəvələrə buraxmayacağıq - Yıldırım

    İstanbulun problemlərini bilirik. Problemləri nəvələrə buraxmayacağıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul üzrə bələdiyyə namizədi Binəli Yıldırım bildirib.
    İstanbulun dünyanın barmaqla göstərilən şəhərləri arasına daxil olmasının boyunlarının borcu olduğunu deyən Yıldırım 16 il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanla yolları böldüklərini, ancaq Türkiyənin parçalanmasına icazə verməyəcəklərini bildirib:
    "İnsanlarımızın hər cür rahatlığı əldə etməsi üçün var qüvvəmizlə çalışdıq. İndi isə bu mübarək şəhərə borcumu ödəməyə gəlirəm".
     

    Muxalifet3 - 27-02-2019

  19. Azərbaycana narkotiki bu üsulla gətirmək istədilər - Foto

    Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş iki cəhdin qarşısı alınıb.

    Muxalifet3 - 27-02-2019

  20. Nazir ali komissarla görüşdü: Qarabağ müzakirəsi davam edir

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet ilə görüşüb.
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı tərəflər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

    Muxalifet3 - 27-02-2019

Pages