Axtarış

The search found 105785 results in 0.033 seconds.

Search results

  1. Trampın arxasındakı şəxs: Hər şeyi o planlaşdırır

    ABŞ mətbuatında prezident Trampın müavini Mayk Pens-in xarici siyasət üzərindəki təsiri müzakirə edilir. Pens-in başda Trampın Venesuela ilə bağlı qərar da daxil olmaqla, bir çox məsələlərin həllində təsirli rol oynadığı iddia edilir.
     

    Muxalifet3 - 27-02-2019

  2. Azərbaycanda DƏHŞƏT: 13 yaşlı uşaq enerji içkisindən öldü

    Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.
    Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
    O, 7-ci sinif şagirdi idi./Report/

    Muxalifet - 27-02-2019

  3. Kəmaləddin Heydərovla Əli Həsənovun yanan BİNA İLƏ BAĞLI ANLAŞMASI - TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yanan bina "Qoşa Park" yaşayış kompleksi "Gilan Holdinq"in balansındadır. "Gilan Holdinq"in isə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova məxsus olduğu heç kimə sirr deyil. 

    Unikal.org baş verən yanğından sonra həmin yaşayış komleksi barədə ilginc məlumatlar əldə edib. 

    Muxalifet - 27-02-2019

  4. ​25 günün qəza statistikası: 33 ölü, 124 yaralı

    Fevral ayının 25 günündə respublikanın avtomobil yollarında 80 yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, qəzalarda 33 nəfər ölüb, 124 nəfər xəsarət alıb. Qeyd edək ki, yanvar ayında respublikanın avtomobil yollarında 88 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 43 nəfər ölüb, 154 nəfər yaralanıb.

    Muxalifet - 27-02-2019

  5. ​Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
    Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 27-02-2019

  6. Paşinyanın İran səfəri, Putinin qəfil zəngi, Bakının gözləntisi

    Ermənistan baş nazirinin ilk Tehran səfərində əsas hədəf; siyasi və iqtisadçı ekspertlər işğalçı üçün yaxşı heç nə vəd eləmirlər; erməni KİV-i: “Paşinyan iqtisadi sıçrayış üçün zəmin hazırlaya bilməyib...”

    Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan İrana ilk rəsmi səfərə gedəcək. Bundan qabaq o, Gürcüstanda, Rusiyada, Avropada (Fransa, Almaniya) işgüzar səfərlərdə olub. Lakin İran ziyarəti özünəməxsusluğu ilə seçilir.

    Muxalifet - 27-02-2019

  7. Bakıda sərxoş şəxslər binanın damına çıxdı və... – GECƏYARISI QORXUNC ANLAR

    Bakıda intihara cəhd etmiş şəxslər xilas edilib.
    Ötən gecə saat 02:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda iki nəfərin beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə müraciət daxil olub.
    Dərhal hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

    Muxalifet - 27-02-2019

  8. ​Ombudsmandan televiziyalarla bağlı Müraciət

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) daxil olan müraciətlərlə yanaşı, mətbuatda yer alan məlumatlar əsasında da uşaq hüquqlarının pozuntusu ilə bağlı araşdırmalar aparır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.
    Bildirilib ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.

    Muxalifet - 27-02-2019

  9. ​Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadənin yeni MƏHKƏMƏSİ OLACAQ

    Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə Nərmin Şahmarzadə yenidən hakim qarşısına çıxarılacaq.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə idmançı Araz Musayevin apellyasiya şikayətinə baxılacaq.
    Xatırladaq ki, 2018-ci il dekabr ayının 25-də Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi keçirilib.

    Muxalifet - 27-02-2019

  10. Pakistan Hindistana misli ilə cavab verdi: Hindistan təyyarəsi vuruldu

     Pakistan Hərbi Hava Qüvvələrinə məxsus üç qırıcının Hindistan hava sahəsinə daxil olduğu və Hind təyyarələrinin önləmə tədbirləri həyata keçirdiyi bildirilib. Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin Cammu Kəşmir bölgəsində düşdüyü bildirilib.
     
    Pakistan ordusu hava məkanlarına daxil olan iki Hind qırıcısının vurulduğunu və birinin düşdüyünü açıqlayıb.
    Pakistan Hindistanla gərginliyi artırmaq istəmədiyini, ancaq məcbur qaldığığı təqdirdə hər şeyə hazırlıqlı olduğunu açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 27-02-2019

  11. ​Putin və Netanyahudan İrana qarşı ORTAQ ADDIM: Bu gün gecə saatlarında...

    İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
    Tərəflər bu gün Moskvada bir araya gələcək. Netanyahu görüş üçün gecə saatlarında yola düşüb.
    Görüşdə İranın Suriyadakı mövcud mövqeyi müzakirə olunacaq. Bu barədə baş nazirin ofisindən məlumat verilib. İranın İsraili yox etməklə təhdid etdiyini bildirən Netanyahu bunları deyib:

    Muxalifet - 27-02-2019

  12. ​Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri başlayıb - FOTO

    Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
    AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    Gürcüstanın Prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

    Muxalifet - 27-02-2019

  13. ​Rusiyada “Lotu Quli” qorxusu: POLİS GÜCLƏNDİRİLMİŞ REJİMƏ KEÇİR

    Azərbaycanlı qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları Rusiyada arzuolunmaz şəxslərə çevrilir.
    Muxalifet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Uralda azərbaycanlı avtoritetin dəstəsi “vəziyyət”i nəzarətə götürmək üzrədir.
    Həmçinin Uralda, konkret olaraq Sverdlovsk əyalətində “Lotu Quli”nin adamları xüsusi biznes məkanlarında və bazarların böyük qismində çirkli pulların toplanmasına nəzarət edirlər.

    Muxalifet - 27-02-2019

  14. Hindistandan Pakistana cavab! Müharibə təhlükəsi

     Hindistan mediası Hind ordusunun bir Pakistan döyüş təyyarəsini vuraraq saldığını bildirib.
     
    Pakistan Hərbi Hava Qüvvələrinə məxsus üç qırıcının səhər saatlarında Kəşmir Sərhəd Nəzarət Xəttini keçərək Hindistanın Cammu Kəşmir bölgəsinə girdiyi və Hind təyyarələrinin önləmə tədbirlər həyata keçirdiyi bildirilib.
    Hindistan mətbuatında yer alan xəbərlərə görə, Pakistan Hərbi Hava Qüvvələrinə aid F-16 tipli üç qırıcının səhər saatlarında Hindistanın Cammu Kəşmirin Novşera bölgəsində uçduğu müəyyən edilib.

    Muxalifet3 - 27-02-2019

  15. "Yuventus" qapıçısını 20 milyona satdı

    "Yuventus" növbəti futbolçusunu satıb. Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, "qoca sinyora" "Sampdoriya"da icarə əsasında çıxış edən qapıçısı Emil Auderonu qarşı tərəfə birdəfəlik satıb. 22 yaşlı qolkiperin keçidi Turin klubuna 20 milyon avro qazandırıb. Qeyd edək ki, İndoneziya əsilli italiyalı qapıçı "Yuventus"un yetirməsidir və o, ötən yaydan "Sampdoriya"da çıxış edir.

    Muxalifet - 27-02-2019

  16. Azərbaycanlı jurnalist İRAQDA SAXLANILDI: “Sənədimi alıb, türmə kimi yerə salıblar” - FOTO

    Azərbaycanın tanınmış jurnalistlərindən Səbuhi Məmmədli Bağdad Hava Limanında saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, İraqa xüsusi reportajlar hazırlamaq üçün gedib, lakin onu ölkəyə buraxmaqdan imtina ediblər. 
    Jurnalistin sözlərinə görə, İraq sərhədçiləri onu niyə saxladıqları barədə heç bir məlumat vermirlər: "Pasportumu əlimdən alıb, məni burada türmə kimi yerə salıblar” – deyə, jurnalist bildirib. 

    Muxalifet - 27-02-2019

  17. ​Xocalı günündə ermənilərin yeni müharibə XƏBƏRDARLIĞININ SİRRİ - Paşinyanın ŞOK PLANI

    Ermənistanın müdafiə naziri David Tonoyan fevralın 26-da erməni hərbi birləşmələrinin Azərbaycana hücum edə biləcəyinin anonsunu verdi. “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən erməni nazir jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verib.

    Muxalifet - 27-02-2019

  18. ​Bakıda qadın özünü maşına belə çırpdı - Ağlagəlməz üsul - VİDEO

    Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.
    Muxalifet.az xəbər verir ki, elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları "vuran" sürücülərdən pul tələb edirlər.
    Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.

    Muxalifet - 27-02-2019

  19. ​Bakıda OLAY: İki nəfər özünü binanın damından yerə atmaq istədi

    Bakıda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

    Muxalifet - 27-02-2019

  20. Mərhum müğənninin oğlu HAKİM QARŞISINDA: Adam öldürməkdə ittiham edilir

    Mərhum müğənninin oğlu qətl törətməkdə ittiham edilərək hakim qarşısına çıxarılıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
    Növbəti məhkəmə iclası martın 6-a təyin edilib.
    Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 7-də Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.

    Muxalifet - 27-02-2019

Pages