Axtarış
The search found 105785 results in 0.101 seconds.
Search results
İcra başçısı qaynanasının adına subsidiya alıb? - TƏKZİB ETMİR
Ötən gün bir sıra saytlarda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qaynanası 80 yaşlı Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alması haqda məlumatlar yayılıb.
Muxalifet - 26-02-2019
Pensiyalarla bağlı mühüm təklif: Bu, qadağan olunsun!
Yaşa görə əmək pensiya yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması təklif edilir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində əksində əksini tapıb.Muxalifet - 26-02-2019
ABŞ səhvən hökumət qüvvələrini vurdu
Əfqanıstanda ABŞ döyüş təyyarələri səhvən Taliban döyüşçüləri əvəzinə Kabil hökumətinin qüvvələrini hədəf alıb.
Əfqanıstanın şərqində yer alan Qazını rayonunun Caguri qəsəbəsində ABŞ döyüş təyyarələrinin həyata keçirdiyi hava hücumunda Kabil hökumətinə sadiq qüvvələrdən 8 nəfər ölüb.
Yerli mənbələrdən edilən açıqlamalara görə, ABŞ döyüş təyyarələri hökumət gücləri ilə aralarındakı" koordinasiya çatışmazlığı"na görə, səhvən Kabil hökuməti qüvvələrini vurub.Muxalifet3 - 26-02-2019
Xocalının anım günündə Ermənistandan Azərbaycana ŞOK ÇAĞIRIŞ
Ermənistanın müdafiə naziri David Tonoyan Xocalı qurbanlarını andığımız gün bizi hədələyib. Tonoyan deyib ki, müdafiədənsə hücuma üstünlük vermək lazımdır: “Biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik”.
Muxalifet - 26-02-2019
Əməkdar artistdən GÖZLƏNİLMƏZ HƏRƏKƏT: Xocalı yürüşündə gülərək şəkillər çəkdirdi - FOTO
Əməkdar artist Nahidə Orucovanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə iştirakı qalmaqala səbəb olub. Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, aktrisa yürüş zamanı sənət yoldaşları ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabından paylaşıb. Aktrisanın "Bugün. Xocalı hadisələrindən 27 il keçir. Şəhidləri yad edib, yürüş keçirildi. Azərbaycanımızın görkəmli sənətkarları ilə görüşüb, xatirə şəkili çəkdirdik" şərhi ilə paylaşdığı şəkildə gülümsəməsi sosial şəbəkə istifadəçilərini bərk qəzəbləndirib.
Muxalifet - 26-02-2019
Zakir Qaralov bu rayona prokuror təyin etdi
Biləsuvar rayonuna prokuror təyin edilib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Camal Bağırov təyinat alıb. C.Bağırov bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb.
Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifələrini Qabil Əliyev icra edirdi.Muxalifet - 26-02-2019
Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO
Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
2019-cu tədris ilinin ilk komanda-qərargah təlimində “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib.Muxalifet - 26-02-2019
İlham Əliyev Ərdoğana zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.Muxalifet - 26-02-2019
Proqnozu doğru çıxan alimdən DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: 9 bal gücündə
Zəlzələ mütəxəssisi, alim Frenk Huqerbits daha bir zəlzələ ilə bağlı xəbərdarlıq edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, F.Huqerbits bu dəfə 9 bal gücündə zəlzələ olacağını açıqlayıb.
Qeyd edək ki, o bir neçə gün əvvəl 7-8 bal gücündə zəlzələ olacağı ilə bağlı açıqlama vermişdi və ondan bir gün sonra Ekvadorda 7.7 bal gücündə zəlzələ olmuşdu.
F.Huqerbits bu dəfə 9 bal gücündə zəlzələ olacağını açıqlayıb.Muxalifet - 26-02-2019
"Yol polisi ilə bağlı tədbir görülməlidir" - Ombudsman
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova dövlət yol polisi ilə bağlı problemlərin qarşısının alınması üçün tədbirlər görülməlisini təklif edir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu təkliflər Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.Muxalifet - 26-02-2019
“Bakı metrosunda sıxlıq o vaxt aradan qaldırıla bilər ki...” - BAŞ MÜHƏNDİSDƏN AÇIQLAMA
Bakı metrosunda Qırmızı və Yaşıl xətlər ayrıldıqdan sonra qatarlar arasında interval azalacaq.
Bunu Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.Muxalifet - 26-02-2019
Bu məktəb 40 ildir təmir olunmur - FOTO
Tovuz rayon Köhnəqala kənd orta məktəbi yarasız vəziyyətdədir.
Bu barədə sosial şəbəklərdə paylaşım edilib.
Məktəb binasının uçuq-sökük, sinif otaqlarının isə soyuq və yararsız olması diqqətə çatdırılıb. Kənd sakinlərinin sözlərinə görə, şagirdlər çox çətin şəraitdə məktəbə gedirlər. 40 ildir istifadəyə verilən məktəb bir dəfə dә təmir olunmayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna Təhsil Nazirliyindən cavab verilib. Bildirilib ki, hazırda Tovuz rayon Köhnəqala kənd orta məktəbinin yenidən qurulması üçün müvafiq qurumlarla danışıqlar aparılır./Oxu.azMuxalifet - 26-02-2019
“Fürsət olsa, Azərbaycanda çalışmaq istərdim” – Nihat Kahveci
2019-cu il UEFA Avropa Liqasının final matçı ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya gələcək Türkiyənin məşhur veteran futbolçusu Nihat Kahvecinin “Report”a müsahibəsi…
- “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmaya dəvət alan məşhurlar arasında siz də varsınız. Bu barədə nə deyə bilərsiniz?
Muxalifet - 26-02-2019
Qubada evində ayı saxlayan şəxs kimdir? - ŞOK TƏFƏRRÜAT - VİDEO/FOTO
Xəbər verdiyimiz kimi, Quba rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.
Muxalifet - 26-02-2019
"Sputnik Azərbaycan" da daha bir QALMAQAL: agentliyin baş redaktoru istefa verdi – ŞOK SƏBƏB
Rusiyanın “Sputnik” agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlu vəzifəsindən istefa verib. Muxalifet.az minval-a istinadən xəbər verir ki, Yaşaroğlu öz iradəsi ilə işdən ayrılıb.
Saytın məlumatına görə, Mətin Yaşaroğlu siyasi səbəblərdən işdən istefa verib. İddia olunur ki, "Sputnik Azərbaycan"nın Moskva bürosu Qarabağ məsələsində jurnalistin Ermənistanın mövqeyindən çıxış etməsini tələb edib. Bu tələbə cavab olaraq, baş redaktor agentlikdən istefa vermək qərarı verib:Muxalifet4 - 26-02-2019
Özcan Dəniz həyat yoldaşından boşanır - iddia
Müğənni Özcan Dəniz yenidən şəxsi həyatı ilə gündəmdədir.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Uçan kuş” televiziyasının aparıcısı Bilal Özcan ifaçının həyat yoldaşı Feyza Aktandan boşanmağa hazırlaşdığını iddia edib. O, hətta cütlüyün uzun müddətdir ayrı evlərdə yaşadığını açıqlayıb.
Cütlük isə haqlarında səsləndirilən iddialara aydınlıq gətirməyib.Qeyd edək ki, Özcan Dəniz ilə Feyza ötən il martın 8-də ailə qurub. Onlar evlənərkən Feyza 9 aylıq hamilə olub. Cütlük oğullarına Kuzey adını qoyub.
Muxalifet - 26-02-2019
İNANILMAZ OLAY: Telefon işığı qadının gözündə YÜZLƏRLƏ DƏLİK AÇDI
Telefonun ekran işığı 25 yaşlı Tayvanlı qadını xəstəxanalıq edib. Həkimlər gənc qadının gözündə 500 kiçik dəlik açıldığını bildirib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, qadın iki il boyunca telefonun ekran işığını ən yüksək parlaqlıq rejimində istifadə edib.
Çen adlı qadın gözləri qanayıb ağrıyandan sonra həkimə müraciət edib. Həkimlər müayinədən sonra ona bu diaqnozu qoyublar. Onlar bildirib ki, iki il ərzində gözü normadan çox işığın təsiri altında sanki mikrodalğalı sobada bişirilib.Muxalifet - 26-02-2019
Bakıda zəncirvari qəza - Prospektdə tıxac yarandı
Bakının Ziya Bünyadov prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
Muxalifet.az ona-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 17:50 radələrində 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospektinə gedən tuneldə qeydə alınıb. Qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.
Qəza ilə əlaqədar sözügedən prospektdə tıxac yaranıb.Muxalifet - 26-02-2019
Terrorçular Türkiyəni TƏHDİD ETDİ: “Gücünüz çatırsa...”
Terror təşkilatı YPG-nin davamı olan Demokratik Suriya Məclisi ABŞ-ın Suriyada 400 əsgər saxlama qərarını dəstəkləyən açıqlama verib. DSM-nin sözdə rəhbəri Gelo İsa ABŞ-ın arxasında gizləndiklərini açıq şəkildə nümayiş etdirərək "Türkiyə artıq bizi təhdid edə bilməz. “Fəratın şərqinə girərəm” deyə bilməz" açıqlamasını edib.
DSM-nin sözdə rəhbəri Gelo İsa ABŞ-ın Suriyada 400 əsgər saxlamasını müsbət və əhəmiyyətli bir addım olaraq gördüklərini bildirərək bu qərarla Türkiyənin regiona daxil olmayacağını deyib.Muxalifet3 - 26-02-2019
"Neftçi"nin futbolçusu Latviya klubuna keçib
"Neftçi" klubunun futbolçusu Elvin Sərkərov Latviyanın "Dauqavpils” komandasına transfer olunub.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, artıq 22 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb.
Sözləşmənin şərtlərinə görə, Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Azərbaycanın U-21 yığmasında da çıxış edən oyunçu ölkəyə qayıdacağı təqdirdə, ilk seçimini "Neftçi” üzərində edəcək.Muxalifet - 26-02-2019