Axtarış

The search found 105785 results in 0.081 seconds.

Search results

  1. Türkiyə Avropanı qınadı: Hələ də PKK-çıları...

    Avropada bəzi çevrələrin hələ də PKK təxribatlarını kürd aktivistlərin həyata keçirdiyi dinc aksiya kimi təqdim etməsini şiddətlə qınayırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy terrorçuların Avropa Şurası binası önündəki aksiyasına münasibət bildirərkən deyib.
    “PKK-çıların Strasburqda Avropa Şurasının Aqora binası önündə keçirdiyi təxribat bu qruplaşmanın mahiyyətini bir daha ortaya qoyur”, - deyə Aksoy bildirib.
     

    Muxalifet3 - 26-02-2019

  2. Polkovnikin dövlətə xəyanəti - 22 il cəza

    Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq əməkdaşı, polkovnik Sergey Mixaylov 22 il, “Kasperski Lab”ın əməkdaşı Ruslan Stoyanov isə 14 il həbs cəzasına məhkum edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Onlar məxfi məlumatları xarici ölkələrin gizli xidmətlərinə ötürməkdə ittiham edilirlər.
    Məhkəmənin hökmü hələlik qüvvəyə minmədiyindən hər iki şəxsin apellyasiya şikayəti vermək hüququ var.
     

    Muxalifet3 - 26-02-2019

  3. Gəncədə narkotik satıcısı saxlanılıb

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
    Muxalifet.az-ın ONA-ya istinadən məlumatına görə, fevralın 25-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 31 yaşlı Gündüz Xalıqverdiyev saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.

    Muxalifet3 - 26-02-2019

  4. Ruhani Cavad Zərifin istefasını qəbul etməyib

    İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Cavad Zərifin istefasını qəbul etməyib.
    Muxalifet.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Bəhram Hasemi teleqram-kanalda məlumat yayıb.
    Bundan əvvəl Cavad Zərif istefaya getdiyini elan etmişdi. O, bir qədər sonra “Jomhouri Islami” qəzetinə müsahibəsində bildirmişdi ki, partiya və fraksiyaların mübarizəsi İranın xarici siyasəti üçün “öldürücü zəhər” olacaq. Onun sözlərinə görə, razılaşma və daxili konsensus tələb edən xarici siyasət milli etimada əsaslanmalıdır.

    Muxalifet3 - 26-02-2019

  5. Bakıdakı Xocalı yürüşündə nə qədər insan iştirak edib? - Rəsmi

    Fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü keçirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
    Məlumatda qeyd edilir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib.

    Muxalifet3 - 26-02-2019

  6. ABŞ-dan 6 saatlıq sirli kəşfiyyat - RUSİYANIN ŞİMALINDA AXTARIŞ

    Rusiyanın cənubunda ötən günlərdə kəşfiyyat uçuşu edən Amerikaya məxsus pilotsuz uçuş aparatı bu dəfə də Rusiyanın şimalında kəşfiyyat uçuşları həyata keçirib.
     
    Ötən həftə İtaliya və Yunanıstandakı NATO bazalarından qalxan Amerikan İnsansız Hava Uçağı (İHA) Rusiyanın cənubunda kəşf uçuşları keçirmişdi. Bu dəfə yenə İtaliyada yerləşən Sigonella NATO bazasından havaya qalxan 10-2043 quyruq nömrəli Global Hawk Fransa və Almaniyanın üstündən uçaraq Rusiyanın Baltik sahilində olan şimal bölgələrində kəşfiyyat aparıb.

    Muxalifet3 - 27-02-2019

  7. Tramp elan etmişdi! LƏĞV EDİLDİ

    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın sərhəd təhlükəsizliyi səbəbilə elan etdiyi “milli fövqəladə vəziyyət”in ləğv edilməsini nəzərdə tutan layihəni təsdiq edib.
     
    Demokratların əksəriyyətdə olduğu Nümayəndələr Palatasının Baş Məclisində keçirilən səsvermədə 245 deputat layihənin lehinə səs verərkən, 182 vəkil isə əleyhinə səsi verib.
    Bu nəticəylə Baş Assambleyada qəbul edilən qanun layihəsi Respublikaçıların əksəriyyətdə olduğu Senata göndərilib. Layihənin bir neçə həftə ərzində Senatda səsverməyə çıxarılacağı bildirilib.

    Muxalifet3 - 27-02-2019

  8. ABŞ-dan yeni Suriya açıqlaması! Türkiyə və Rusiya...

    ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Conatan Koen Türkiyə və Rusiya arasında İdlibdə atəşkəs təmin edilməsi məsələsində əldə olunan anlaşmaya münasibət bildirib.

    Muxalifet3 - 27-02-2019

  9. "Venesuelaya qarşı güc işlədilməsinə yüksək səslə qarşı çıxın" - RUSİYADAN KRİTİK ÇAĞIRIŞ

    Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassiliy Nebenzia Latın Amerika ölkələrinə qonşuları Venesuelaya hərbi müdaxilə edilməsinə qarşı çıxmaları haqda çağırış edib.
     
    “Bölgədəki bütün ölkələrə, siyasi əlaqələri nə olursa olsun, qonşuları Venesuelaya qarşı güc işlədilməsinə yüksək səslə qarşı çıxmaları çağırışı edirik”, - deyən Vassiliy Nebenzia venesuelanın suverenliyinə hörmət edilməsinin lazım olduğunu bildirib. O, venesuelalılar ərzaq və dərman ala bilməsi üçün bu ölkəyə qarşı embarqoların qaldırılması lazım olduğunu ifadə edib.

    Muxalifet3 - 27-02-2019

  10. "GUAİDO TÜRKİYƏNİ DAHA TANIMIR, ÖYRƏNƏCƏK" - Ərdoğandan sərt cavab

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NTV- Star TV-lərin birgə yayımında Venesuela mövzusuna münasibət bildirərkən, Maduroya dəstəyini təkrarlayıb.
    Ərdoğan açıqlamasında bunları söyləyib:
    “Bu həqiqəti görmək lazımdır. Maduro seçilmiş bir liderdir. Guaido seçilmiş bir lider deyil, o, Məclis rəhbərliyinə gəlmiş biridir. Təəssüf ki, onu oraya əyalət valisi kimi təyinat cəhdləri var.

    Muxalifet3 - 27-02-2019

  11. Ərdoğan Makronu saymadı: “Lazım olsa...”

    Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi canlı yayımda Suriyadakı təhlükəsiz bölgə ilə bağlı son prosesləri dəyərləndirib.

    “Təhlükəsiz bölgənin nəzarətini nə Almaniyaya, nə Fransaya, nə də ABŞ-a buraxmarıq” deyən Ərdoğan, Fransa prezidenti Makronun bu mövzudakı görüş tələbinə isə “Lazım olarsa, sizə zəng edərik” cavabının verildiyini deyib.

    Müxalifət.az

    Muxalifet3 - 27-02-2019

  12. Türkiyənin dəniz qüvvələri SƏFƏRBƏR OLUNUR - Tarixdə ilk dəfə 103 gəmi ilə 3 dənizdə...

    Dəniz Qüvvələri Komandanlığı tərəfindən ölkə tarixində ilk dəfə Türkiyəni əhatə edən üç dənizdə 103 gəminin iştirakı ilə eyni vaxtda keçiriləcək "Mavi Vətən 2019 Təlimi" bu gün başlayacaq.
     

    Muxalifet3 - 27-02-2019

  13. Azərbaycan Xocalı üçün ayaqlandı - Bakıda böyük yürüş

    oyqırım qurbanlarının xatirəsi anıldı; Xocalı sakinləri başlarına gətirilən müsibətlərdən danışdılar

    20-ci əsrin ən dəhşətli qətliamının - Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirildi. Ötən illərlə müqayisədə bu yürüş daha izdihamlı oldu və on minlərlə insanı əhatə etdi.

    Muxalifet - 27-02-2019

  14. ​Qısqanc kişi keçmiş həyat yoldaşını BIÇAQLADI

    Xəzər rayonunda qısqanclıq zəminində ər keçmiş arvadını bıçaqlayıb.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
    1978-ci il təvəllüdlü İsayeva Rəna Əmirxan qızı yaşadığı evdə keçmiş əri ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya göndərilib.
    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

    Muxalifet - 27-02-2019

  15. Trampın kürəkənindən Türkiyəyə sürpriz ziyarət

     ABŞ prezidenti Trampın kürəkəni və baş müşaviri Jared Kuşner sabah Ankaraya gəlir. Kuşnerin prezidenti Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir.
    Görüşdə, Suriya və terrorla mübarizə başda olmaqla, regional məsələlər və ikitərəfli əlaqələrin müzakirə olunacağı bildirilir. Trampın kürəkəni Kuşnerin səfərinin 1 günlük olacağı və prezident Ərdoğandan başqa hər hansı bir rəsmi şəxslə görüşməyəcəyi qeyd edilib.
    Müxalifət.az

    Muxalifet3 - 27-02-2019

  16. ​SON DƏQİQƏ: Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşı VƏFAT ETDİ

    Vergilər Nazirliyinin əməkdaşı vəfat edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Nazirliyin 9 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət və şəffaf vergi partniyorluğu şöbəsinin rəisi Teyyub Əsgərov dünyasını dəyişib.
    Allah rəhmət eləsin!

    Muxalifet - 27-02-2019

  17. ARAZ MUSAYEV PUTİNƏ MÜRACİƏT ETDİ – ​Rusiya prezidentinə 10 min nəfərdə çox vətəndaşın rəyi çatdırılıb​

    Azərbaycanın tanınnış idmançısı, 9 qat dünya çempionu, 3 qat Avropa çempionu, Muay-tay və Tayboksinq federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Vəkillər Kollegiyasının üzü Ramil Rüstəmovun da imza atdığı müraciətdə Putindən vətənpərvər jurnalistimiz Fuad Abbasovun təhlükəsizliyinin təmin olunmasına göstəriş verməsi xahiş olunur.

    Muxalifet4 - 27-02-2019

  18. Moskvada Xocalı qurbanlarının xatırəsini yad etmiş azərbaycanlılar saxlanıldı

    Moskvada yaşayan bir qrup azərbaycanlı çərşənbə axşamı günü Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək üçün aksiya təşkil edib.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan bayrağı ilə bir neçə avtomobil Rusiya paytaxtının mərkəzi küçələrindən keçib. Son məntəqə kimi Azərbaycan səfirliyi seçilib ki, həmyerlilərimiz diplomatik təmsilçiliyin qarşısına gül dəstələri qoymaq fikrində olublar.

    Muxalifet - 27-02-2019

  19. ​Monteneqro Prezidenti Bakıya gələcək

    Monteneqro Respublikasının Prezidenti Milo Cuqanoviçin Azərbaycana səfəri gözlənilir.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak etməkdir. Milo Çuqanoviçin Forumda nitq söyləyəcəyi və səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.

    Muxalifet - 27-02-2019

  20. ​Ömürlük məhbusların AZADLIĞA ÇIXMA İMKANLARI ARTIR

    Əliməmməd Nuriyev: “Əfv Komissiyasına ömürlük məhbuslar da müraciət edirlər”
    Həbsdəki ömürlük məhbuslarla bağlı məsələ yenidən gündəmə gəlib. Üzümüzə gələn Novruz bayramında veriləcək əfvlə onların bir neçəsinin  azad edilə biləcəyi deyilir.
    Bu tipli məhbuslarla bağlı gedən müzakirələrdə ilk göz önünə 3 isim gəlir. Bunlar, artıq 25 ilə yaxındır həbsdə olan OMON-çular-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımzadədir. Bu üç məhbusun qarşıdakı əfvdə azad olunacaqlarına inam kifayət qədər böyükdür.

    Muxalifet - 27-02-2019

Pages