Axtarış

The search found 105785 results in 0.04 seconds.

Search results

  1. ​Azərbaycan və Gürcüstan prezidentləri təkbətək görüşdü - FOTO

    Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.

    Muxalifet - 27-02-2019

  2. ​“WhatsApp” istifadəçiləri üçün YENİ QADAĞA

    “WhatsApp” mesajlaşma proqramından istifadə edənlər üçün qadağa tətbiq edilməyə başlanılıb.
    Muxalifet.az xəbər verir ki, qadağa çaxnaşma və söz-söhbətlərin yayılmasına qarşı mübarizə aparmağa yönəlib.
    Belə ki, yeniliyə görə, bundan sonra “WhatsApp”da yaradılan qruplara üzv qəbul etmək asan proses olmayacaq. Bunun üçün qrup yaradan şəxs ora sərbəst üzv seçə bilməz. Bunun üçün qrupa üzv seçilən nömrənin sahibinə istək mesajı gələcək.
    Həmin nömrənin sahibi istəyi qəbul etməsə, onu qrupa üzv etmək mümkün olmayacaq./Baku.ws

    Muxalifet - 27-02-2019

  3. Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi - Ağır yaralanıb

     Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi yol qəzasında ağır yaralanıb.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.
    Belə ki, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev idarə etdiyi xidməti avtomobili ilə hərəkətdə olan zamanı idarəetməni itirib və avtomobil beton maneəyə çırpılıb. 
    Qəza zamanı Ə.Əmirəliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 27-02-2019

  4. ​“Zərif gedib, xoş getdi, gələn səfa gətirər” - ZƏRDÜŞT ƏLİZADƏ

    “Pompeoya fikir verməyin, o, kəşfiyyatçı adamdır”
    “Mən düşünmürəm ki, Bəşər Əsədin İrana gəlişi Zərif üçün gözlənilməz, sürpriz olsun”

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən vəzifəsindən istefa verdiyini bildirib. Zərif rəsmi sosial media hesabı “İnstagram”dan paylaşdığı mesajda vəzifəsini davam etdirmək iqtidarında olmadığını bildirib və xidməti zamanı buraxdığı səhvlərə görə üzr istəyib.

    Muxalifet - 27-02-2019

  5. ​8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıldı

    Şabran rayonunda  antibiotik iynə vurulması nəticəsində vəfat edən 8 yaşlı uşğın ölümü ilə bağlı cinayət işi başlanılıb.
    Muxalifet.az Şabran Rayon Prokurorluğundan bildirilib ki, Şabran rayon sakini, 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşovanın ölüm faktına görə Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb.
    Faktla bağlı araşdırmalar davam etdirilir. 

    Muxalifet - 27-02-2019

  6. Tramp Rusiyaya hücum planını şəxsən bəyənib – ŞOK İDDİA

    ABŞ prezidenti Donald Tramp Amerika kibernetika komandanlığının Rusiyanın İnternet Tədqiqatları Agentliyinə kiberhücum həyata keçirməsini şəxsən bəyənib.
    Bu haqda mənbələrə istinadən “NBC News” bildirib.
    Telekanalın məlumatına görə, bu hücum Amerikadakı seçkilərə Rusiyanın müdaxiləsinə qarşı Tramp administrasiyası tərəfindən cavab addımı olub.
    Qeyd edilir ki, söhbət ABŞ Konqresinə 2018-ci ilin aralıq seçkisi zamanı Sankt-Peterburqdakı İnternet Tədqiqatları Agentliyinin internetə giriş imkanlarının bloklanmasından gedirdi.

    Muxalifet - 27-02-2019

  7. ​İranda zəlzələ baş verib

    İranın İlam vilayətinin Abdanan rayonunda rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.
    Trend-in məlumatına görə, bunu İranın İlam vilayəti Abdanan rayonu qubernatoru Sirus Murad Hasili deyib.
    M.Hasilinin sözlərinə görə, 9 km dərinlikdə baş verən zəlzələ nəticəsində mənzillərin, ticarət və dövlət idarələrinin pəncərələri qırılıb və divarlarda çatlar əmələ gəlib.
    Qubernator zəlzələ ilə əlaqədar məktəblərin bağlandığını qeyd edib.

    Muxalifet - 27-02-2019

  8. ​Ruhani Cavad Zərifə: "Sizin istefanız ölkənin mənafeyinə ziddir"

    İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.
    Bu barədə Trend İran hökumətinin internet portalına istinadən məlumat verib.
    H.Ruhani C.Zərifin istefası ilə əlaqədar məktubunu belə cavablandırıb:

    Muxalifet - 27-02-2019

  9. ​Azərbaycanlı deputat: “Bakı meri seçki yoluyla seçilsin”

    Real Partiyası Bakı merinin seçki yolu ilə seçilməsi üçün 40 min imza toplayıb. Partiya təklif edir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı seçkili institut olsun və Mer Bakı sakinlərinin səsverməsi ilə keçirilsin. Bəs, bu təklif Bakıya nə vəd edir və digər siyasi partiyaların bu məsələyə baxışı necədir?
    BakuPost məsələ ilə bağlı Milli Məclisinin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafanın mövqeyini fikirlərini öyrənib.

    Muxalifet - 27-02-2019

  10. Maduro Əsəd deyil, Venesuela da Suriya - İki qitədə "şər rejimləri"nin əsas fərqləri və oxşarlıqları - TƏHLİL

    Hüseyn Vəlid

    “Əl-Cəzirə”, 26.02.2019

    Venesuela Bolivarian Respublikasının prezidenti Nikolas Maduro, liberal iddialara baxmayaraq, Bəşər Əsəd deyil, Venesuela da Suriya, Liviya və ya İraq.

    Əslində, Yaxın Şərq siyasətinin klişesini Venesueladakı vəziyyətə tətbiq etmək son dərəcə təhlükəli deyilsə də, absurddur. Venesuelanın Kolumbiya və Braziliya sərhədləri boyunca gərginliklər də həmişə yüksək səviyyədə olub, amma ABŞ-ın müharibə maşınları, müttəfiqləri və liberal mətbuat müharibə təbili çalır.

    Muxalifet - 27-02-2019

  11. ​Bakıda qadın evində saxlanılan silah-sursatı polisə təhvil verib

    Polis əməkdaşları Bakıda qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər həyata keçirib.
    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.

    Muxalifet - 27-02-2019

  12. Qərbin əsl üzü - ANALİZ

    "Haber 7"nin köşə yazarı Taha Dağlı Misirdə 9 gənc edam edildikdən 3 gün sonra dövlət çevrilişi edən Sisinin yanına qaçaraq dəstəklərini nümayiş etdirən Qərbin əsl üzünü göstərib. Həmin yazını saytımızın oxucularına təqdim edirik:

    Muxalifet3 - 27-02-2019

  13. KREDİTİ OLANLARA SEVİNDİRİCİ XƏBƏR: "10 min dollara qədər kreditlər dövlət tərəfindən ödəniləcək"

    QHT rəhbəri Azərbaycanda 10 min dollara qədər götürülmüş kreditlərin bağışlanacağını bildirib.

    Muxalifet.az xəbər verir ki, unikal.org-a açıqlama verən "Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov banklarda olan etibarlı mənbədən belə bir məlumat aldığını bildirib:

    Muxalifet4 - 27-02-2019

  14. Pakistan-Hindistan gərginliyindən sonra yeni gəlişmə

    Pakistan və Hindistan qarşılıqlı olaraq döyüş təyyarələrini vurduqdan sonra bir neçə şəhərdəki hava limanlarında mülki təyyarələrin uçuşunu dayandırıb.
     

    Muxalifet3 - 27-02-2019

  15. “Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

    Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. Bu məqsədlə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. “Nar”-ın yüksəksürətli internetə çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb.

    Muxalifet4 - 27-02-2019

  16. “Anasını öldürmüşdülər, yaralıydı...” - Evində ayı saxlayan iş adamı danışdı

    Qubanın Mirzəqışlaq kəndindəki evində ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov haqqındakı məlumatlara münasibət bildirib.

    Muxalifet4 - 27-02-2019

  17. Nobel Akademiyasında “zəlzələ”! Cinsi təcavüzlər üsyan etdirdi

     Nobel Akademiyasında baş verən "korrupsiya və cinsi təcavüz” qalmaqallarından sonra istefalar davam edir. Akademiyanın qadın üzvlərindən Sara Danius cinsi təcavüz hadisələrinə təpki göstərək istefasını açıqlayıb.
     
    Verdiyi mükafatlarla mübahisə mövzusu olan, "Korrupsiya və cinsi təcavüz” qalmaqalları ilə gündəmdən düşməyən Nobel Ədəbiyyat Mükafatının sahibini müəyyən edən İsveç Nobel Akademiyasının qadın üzvlərindən Sara Danius da istefa verib.

    Muxalifet3 - 27-02-2019

  18. “ƏSLİNƏ BAXSAQ, ELƏ MƏN DƏ İNQİLAB İSTƏYİRƏM...” – Sərdar Cəlaloğlu: "Azərbaycan inqilabdan sığortalanmayıb"

    Sərdar Cəlaloğlu: "Azərbaycan iqtidarında xarici güclərə işləyən qüvvələr var"

    "Bu gün məmurların arasında belə, Azərbaycanın sabahı ilə bağlı çox böyük narahatlıq meydana gəlib"

    Muxalifet4 - 27-02-2019

  19. Gərginlik artır! Pakistan bütün hava sahəsini bağladı

    Pakistan Hindistanla qarşıdurmalardan sonra bütün hava sahəsini bağladı.
     
    Pakistan Mülki Aviasiya Təşkilatı ölkənin hava sahəsini bütün uçuşlara bağladığını söyləyib.
    Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı gərginlik iki həftə əvvəl artmağa başlayıb.
    Fevralın 14-də Hindistanın Paramilis konvoyunu hədəf alan bombalı hücumda 44 əsgər həlak olub və 20 əsgər yaralanmıdı.
    Hindistan rəhbərliyi rəhbərliyi hücumda Pakistanı günahlandırıb. Hücumu qınayan Pakistan isə ittihamı rədd edib.
     

    Muxalifet3 - 27-02-2019

  20. İstefa verən İran XİN rəhbəri ilk dəfə danışdı

     İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefasının prezident Ruhani tərəfindən qəbul edilməməsindən sonra etdiyi açıqlamada, "Xarici siyasətimizi inkişaf etdirmək, İran xalqının hüquq və maraqlarını beynəlxalq arenada müdafiə etməkdən başqa bir narahatçılığım olmayıb. Xarici İşlər Nazirliyinin hər kəsin dəstəyi ilə Konstitusiya, ölkədəki qanunlar və ümumiyyətlə siyasət çərçivəsində vəzifəsini layiqincə yerinə yetirməsini arzulayıram" deyib.
     

    Muxalifet3 - 27-02-2019

Pages