Axtarış

The search found 105785 results in 0.031 seconds.

Search results

  1. ​"Azərbaycan dünyada ən çox məcburi köçkünlərin olduğu ölkədir"

    Azərbaycan bütün dünyada insan hüquqlarının təşviqi və qorunması üçün çoxtərəfli institutların vacibliyinə inanır. Bu səbəbdən, Azərbaycan əməkdaşlıq və həqiqi dialoq vasitəsilə bütün insan hüquqlarının təşviq edilməsinə və qorunmasına cavabdeh olan BMT-nin İnsan Hüquqları Şurasına əhəmiyyət verir.
    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında çıxışı zamanı deyib. 

    Muxalifet - 26-02-2019

  2. Azərbaycan bu sammitə ev sahibliyi edəcək - XİN rəhbəri

    Bu ilin oktyabr ayında Azərbaycan sədrliyini öz üzərinə götürəcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcək.
    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında deyib.
    "İnanırıq ki, Azərbaycanın sədrliyi 2020-ci ildə 65-ci ildönümü İnsan Hüquqları Şurası da daxil olmaqla bir çox BMT platformaları boyunca qeyd olunacaq Hərəkatın təməl prinsiplərinin irəli aparılmasına təkan verəcək.

    Muxalifet3 - 26-02-2019

  3. Oğurluğa görə 5 nəfər tutuldu

    Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də və 24-də “Bakı Telekom Rabitə” MMC-yə və 5 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərini kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Ələkbərov saxlanılıb.

    Muxalifet3 - 26-02-2019

  4. Gəncədə soyqırım qurbanları yad edildi

    Ümumşəhər tədbiri Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə -2” də, “Xocalı” abidəsinin önündə baş tutub.

    Muxalifet3 - 26-02-2019

  5. Ərdoğanın sözçüsü: Türkiyə Xocalı qətliamını unutmayacaq

    İşğal edilmiş Azərbaycan torpaqları bir gün mütləq azadlığa qovuşacaq. 
    Bu fikirləri Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın “Twitter” hesabında paylaşıb.
    İ.Kalın Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bildirib ki, Türkiyə bu vəhşicəsinə qətliamı heç vaxt unutmayıb və unutmayacaq.
     

    Muxalifet3 - 26-02-2019

  6. Azərbaycanda məktəbli enerji içkisindən öldü

    Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.
    Muxalifet.az report-a istinadən məlumatına görə, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.
    Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
    Qeyd edək ki, M.Babayev VII sinif şagirdidir.
     

    Muxalifet3 - 26-02-2019

  7. Metroda cibgirlik edən şəxs saxlanıldı

    Bakıda qadının pulqabısını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
    DİN Mətbuat xidmətindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də paytaxt sakini olan bir qadının içərisində 90 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunan R.Məmmədov saxlanılıb. 
     

    Muxalifet3 - 26-02-2019

  8. Ürək xərçəngi necə yaranır? — Alimlər açıqladı

    Miçiqan universitetinin ürək-damar sistemi xəstəlikləri mərkəzinin kardioloqları ürək xərçənginin əsas səbəbini açıqlayıblar.
    Muxalifet.az xəbər verir ki, alimlərin tədqiqatının nəticəsinə əsasən, ürəkdə bədxassəli şiş çox nadir hallarda, 100 min insane 1.38 hadisə olaraq qeydə alınır. Bununla belə, bu xəstəlik insan ölümünə səbəb olur.
    Ürəkdə yaranan şişlər 75 faiz halda xoşxassəli olur. Ağ ciyər, sinə və digər orqanlarda şiş yaranması daha geniş yaranıb. Əgər ürəkdə şiş yaranıbsa, böyük ehtimal ki, bu, genetik xəstəlikdir.

    Muxalifet3 - 26-02-2019

  9. SON DƏQİQƏ: Bakıdan uçan təyyarə qəzaya uğradı - FOTO

    Bakıdan Moskvaya uçan təyyarə qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, Moskvanın Şermetev Hava limanına uçuş yerinə yetirən 4K-AZ88 nömrəli Gulfstream G200 Galaxy təyyarəsi eniş əsnasında eniş zolağından kənara çıxıb.
    Nəticədə təyyarənin şassiləri qırılıb, gövdəsi zədələnib.
    Məlumata əsasən təyyarənin heyət üzvləri və beş nəfər sərnişin xəsarət almayıb.

    Muxalifet3 - 26-02-2019

  10. Qara dənizdə türk balıqçılar güllələndi

    Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin əməkdaşları Türkiyəyə məxsus balıqçı gəmisini atəşə tutub.
    Muxalifet.az DHA-ya istinadən xəbər verir ki, Türkiyənin Ordu şəhərindən açıq dənizə çıxan 14 metrlik balıqçı gəmisi beynəlxalq sularda Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin katerləri tərəfindən izlənilməyə başlanılıb və “Dayan” əmrinə tabe olmayan türk gəmisi atəşə tutulub.
    Olayda 3 balıqçının yaralandığı, gəminin də zərər gördüyü deyilib.
    Böyük qorxu yaşayan 8 nəfərlik balıqçı heyəti rabitə əlaqəsinə girərək yardım çağırmaq məcburiyyətində qalıb.

    Muxalifet3 - 26-02-2019

  11. Müdafiə Nazirliyindən Tonoyana cavab: Anlayışı yoxdur

    Ermənistanın müdafiə naziri David Tonayan ictimai televiziya vasitəsilə çıxış edərək ölkəsinin öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.
    Müdafiə Nazirliyindən bildirilib ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.

    Muxalifet3 - 26-02-2019

  12. Vahid aylıq müavinət neçə nəfərə şamil olunacaq?

    Vahid aylıq müavinətin məbləği  500 min nəfərə yaxın insana şamil olunacaq.
    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
    Məlumatda bildirilir:

    Muxalifet3 - 26-02-2019

  13. Bayıl sürüşmə zonasının sakinləri ilə kompensasiya söhbəti olmayıb

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bayıl sürüşmə zonasının sakinləri ilə görüşü zamanı kompensasiya barədə söhbət olmayıb. Bu barədə komitədən bildirilib.

    Muxalifet3 - 26-02-2019

  14. Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir

    Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir.
    Deyilənə görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. 
    Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
    Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.
    Martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
     

    Muxalifet3 - 26-02-2019

  15. Tanınmış türkiyəli aktyor vəfat etdi

    Türkiyənin tanınmış aktyoru Aytaç Arman 70 yaşında vəfat edib. 
    Bu barədə Hürriyet xəbər yayıb.
    Ustad aktyor uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.O, bu gün müalicə aldığı İstanbul Onkologiya Xəstəxanasında dünyasını dəyişib. 
    Onlarla bədii film, teleserial və tamaşalarda rol alan aktyor bir çox  nüfuzlu mükafatlara layiq görülüb.
    Aytac Arman evliydi. Bir oğlu var. Aytac Arman Adanada dəfn ediləcək.
     

    Muxalifet3 - 26-02-2019

  16. ​Kənd Təsərrüfatı Nazirliyi aqroparklarla bağlı iradlara cavab verdi

    Bu günlərdə sosial şəbəkələrdə “dövlətin aqrar siyasəti yalnız aqroparkların inkişafına yönəlib, dövlət dəstəyindən yalnız aqroparklar və iri şirkətlər bəhrələnirlər” kimi statuslar yer alır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi bu fikirlərə münasibətini açıqlayıb.

    Muxalifet3 - 26-02-2019

  17. Xocalının anım günündə Ermənistandan Azərbaycana ŞOK ÇAĞIRIŞ

    Ermənistanın müdafiə naziri David Tonoyan Xocalı qurbanlarını andığımız gün bizi hədələyib. Tonoyan deyib ki, müdafiədənsə hücuma üstünlük vermək lazımdır: “Biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik”.

    Muxalifet3 - 26-02-2019

  18. Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb

    Lənkəranda kəndə girən canavarlar mal-qaraya hücum edib, təsərrüfat sahibinə 5000 manat ziyan vurub. 
    Hadisə rayonun Ürgə kəndində baş verib. Səhər saatlarında dənizkənarı otlaq ərazidə canavar iribuynuzlu heyvanlara hücum edib.
    Kənd sakini və mal-qaranın sahibi Savalan Rəhimov hadisə yerindən 200-250 metr məsafədə heyvanların birləşərək canavara müqavimət göstərdiyinin şahidi olub. Canavar heyvanlarını qoruyan təsərrüfat sahibini görən kimi qaçıb.

    Muxalifet3 - 26-02-2019

  19. Türkmənistanda spirtli içkilər satışdan çıxarılır

    Türkmənistanın paytaxtı Aşqabadda yerləşən mağazalarda fevralın 26-da spirtli içkilərin müsadirə edilməsinə dair reyd keçirilib.
    Məlumata görə, gün ərzində şəhərin bütün şəxsi mağazalarında, o cümlədən bazarlarda reyd keçirilib və alkoqollu içkilər müszadirə edilib.
    Bildirilir ki, yoxlamalar yeni “Alkoqolun zərərli təsirinə dair profilaktika” qanununun tələbləri ilə bağlıdır. Qanun 2018-ci ilin dekabr ayında qəbul edilib və cari ilin əvvəllərində qüvvəyə minib. 

    Muxalifet3 - 26-02-2019

  20. Azərbaycanlı qadın Rusiya miqrasiya xidmətində qanunsuz işləyib

    Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri Kuntsevo rayonu üzrə miqrasiya bölməsində iki ay müddətində Azərbaycan vətəndaşı olan qadın işləyib. Paytaxt prokurorluğunun məlumatına görə, həmin şəxs işdən uzaqlaşdırılıb və cərimələnib.
    Fakt Kuntsevo Prokurorluğunun apardığı araşdırmalar zamanı üzə çıxıb. 
    “Rayonun miqrasiya idarəsində 2018-ci ilin noyabrından əcnəbi şəxs faktiki olaraq qanunsuz fəaliyyətlə məşğul olub”, - məlumatda bildirilib. 
    Araşdırmalar zamanı həmin şəxsin sənədlərinin federal qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi müəyyənləşib. 

    Muxalifet3 - 26-02-2019

Pages