Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. ​Pakistan Hindistana son xəbərdarlıq etdi

    Pakistanın xarici işlər naziri Şahmahmud Qureşi Hindistan hərbi hava qüvvələrinin mübahisəli Kəşmirə bölgəsinə zərbələr endirməsinə münasibət bildirərkən bəyan edib ki, Pakistan ordusu istənilən hərbi təcavüzə cavab verməyə hazırdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə “GEO TV” Qureşiyə istinadla məlumat yayıb. Pakistan XİN rəhbəri vurğulayıb ki, tərəflər arasında belə bir ciddi qarşıdurmanın yaşana biləcəyilə bağlı beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdar ediblər. 

    Muxalifet - 26-02-2019

  2. Rusiyadan dünyanı sarsıdan “Venesuela” açıqlaması!

     Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev ABŞ-ın Venesuelaya hərbi müdaxilə üçün hazırlıq gördüyünü irəli sürüb. Pentaqonun bölgədəki hərbi imkanlarını gücləndirdiyi qeyd edilən açıqlamada, ABŞ-ın Maduronu devirmək üçün xüsusi hərbi birlikləri ilə ordunu Porto Riko və Kolumbiyaya göndərdiyi qeyd edilib.
    Müxalifət.az

    Muxalifet3 - 26-02-2019

  3. ​Azərbaycanda iş adamı həbs edilib

    Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət rəhbəri həbs edilib.
    ONA-nın məlumatına görə, 1 milyon manatlıq dələduzluqda təqsirli bilinən "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov bir müddət əvvəl saxlanılıb. Cinayət işi üzrə 16 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
    İttihama görə, A.Qədirov inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.

    Muxalifet - 26-02-2019

  4. Peskovun qızı Avropanı qarışdırdı! Şok həqiqət ortaya çıxdı

     Kremlin sözçüsü Dmitriy Peskovun qızı Elizaveta Peskovanın Avropa Parlamentində (AP) bir Fransız deputatın yanında "stajçı tərcüməçi" kimi çalışdığı və Aİ sənədlərinə giriş imkanlarının olduğu səbəbilə Avropa Parlamentində böhran çıxıb.
     

    Muxalifet3 - 26-02-2019

  5. ​Şagirdlərin NƏZƏRİNƏ: Buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

    Martın 3-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
    Muxalifet.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər DİM-in saytından istifadə etməklə özlərinin imtahana buraxılış vərəqini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

    Muxalifet - 26-02-2019

  6. ​Meşələr nə üçün çəpərlənir? – Nazirlik rəsmisi açıqladı

    Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb.
    Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov meşələrin bəzi hissələrində çəpərlənmə aparılacağı ilə bağlı məlumatı şərh edərkən deyib.
    Onun sözlərinə görə, bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək.

    Muxalifet - 26-02-2019

  7. Netanyahudan İran XİN rəhbərinin istefasına göndərmə

     İsrailin baş naziri Binyamin Netanyahu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını məmnuniyyətlə qarşılayaraq, " Zərif getdi, getdiyi yerə qədər" deyə bildirib.
     
    Netanyahunun bu fikri  İsrail baş azirinin Mətbuat Ofisindən edilən yazılı açıqlamada qeyd edilib.
     Netanyahu açıqlamada, Zərifin istefasına sanki özünün səbəb olduğu görüntüsü yaratmaq niyyətilə, "Mən burada olduqca İran nüvə silahı əldə edə bilməyəcək” deyib.
    Qeyd edək ki, İsrail illərdən bəri İranla bağlanan nüvə müqaviləsinə qarşı kampaniya aparır.

    Muxalifet3 - 26-02-2019

  8. Bakıdan 3 VİP-sərnişin aparan “Gulfstream” Moskva aeroportunda uçuş-enmə zolağından çıxdı

    Bakıdan havaya qalxan və Moskvaya reys yerinə yetirən təyyarə bu gün fevralın 26-da “Şeremetyevo” aeroportunda uçuş-enmə zolağından kənara çıxıb. Virtualaz.org Rusiyanın “Beşinci kanal” televiziyasına (5-tv.ru) istinadən xəbər verir ki, “Gulfstream” təyyarəsi göyərtəsində 3 VİP-sərnişin olmaqla Moskvaya biznes-uçuş həyata keçirirdi.
    Hadisənin təfərrüatları araşdırılır. Zərərçəkənlər haqda məlumat daxil olmayıb./virtualaz

    Muxalifet - 26-02-2019

  9. ​Xırdalanda binanın zirzəmisində meyit tapıldı

    Xırdalanda binanın zirzəmisində meyit aşkarlanıb.
    Muxalifet.az ona-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsində qeydə alınıb. Yeni tikilən binanın zirzəmisində 40-45 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Onun ölüm səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 26-02-2019

  10. ​ŞOK: Qazdığı məzara düşdü, ayağını sındırdı - VİDEO

    Qazdığı məzara düşərək ayağını sındırmış qəbirqazan hadisə yerinə gəlmiş xilasedicilərin yardımına möhtac qalmışdı.
    Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, olay Avstraliyanın Melburn şəhərindəki "Eltham Cemetery" qəbristanlığında baş verib.
    40 yaşlı qəbirqazan qazdığı, 2 metr dərinliyi olan məzara yıxılıb. O, sağ ayağını sındırmışdı və bu səbəbdən məzardakı nərdivanla yuxarı çıxa bilməyib.
    Meteri-Rouddakı qəbristanlığa yollanmış yanğınsöndürənlər və xilasedicilər zavallını məzardan çıxarıblar.

    Muxalifet - 26-02-2019

  11. Azərbaycanda dovğanı səhv bişirirlər – Ölü qida kimi zərərlidir

    Azərbaycanda uşaqdan böyüyə əksəriyyətin sevimli qidası, çoxunun isə yemək yox, içkisi hesab olunan dovğa faydalı olması ilə yanaşı mədə-bağırsaq sistemində bir sıra problemlər, xüsusən köp yaradır.
    Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış həkim Seyfəddin Əsəd Azərbaycanda dovğanın səhv bişirildiyini, ona görə səhhətə zərərli olduğunu bildirib.
    Muxalifet.az xəbər verir ki, Medicina.az-a açıqlamasında həkim ən düzgün dovğanın İranda bişirildiyinin şahidi olduğunu deyib.

    Muxalifet - 26-02-2019

  12. ​İlham Əliyevdən daha bir SEVİNDİRİCİ ADDIM: bu şəxslərin müavinəti 50 faiz artırıldı

    Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
    Sərəncamda qeyd olunur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılsın.

    Muxalifet - 26-02-2019

  13. “Avropa ikiüzlüdür” - Çavuşoğlu

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gündəlikdəki məsələlər haqqında açaıqlama verib verib.
     
    Çavuşoğlunun açıqlamalarından sətir başları:
     
    ABŞ-ın SURİYADAN ÇƏKİLMƏ PROSESİ
     
    “ABŞ-ın Suriyadan çəkilmə prosesi necə koordinasiya ediləcək, bunu müzakirə edirik”.
     
    MİSİRDƏ KEÇİRİLƏN AVROPA İTTİFAQI-ƏRƏB BİRLİYİ SAMMİTİ
     

    Muxalifet3 - 26-02-2019

  14. ​Dəm qazından ölən tələbənin atası: “Təcili yardım gələndə çox gec idi”

    “Aytən Qovlarda ən yüksək bal toplayan tələbə olub. İndiyə kimi heç kim onun qədər bal yığmayıb. Universitetdə də öz qruplarının nümayəndəsi idi” 
    Bunu ötən gün dəm qazından zəhərlənərək ölən tələbə, Tovuz rayon sakini Aytən Camalovanın atası Hikmət Camalov deyib.
    Onun sözlərinə görə, qızı öz qəsəblərindən olan başqa bir qızla Bakıda kirayədə yaşayırmış: “Evdə iki qız qalırdı. Aytən dünən saat 11 radələrində hamamda dəm qazından zəhərlənib. Artıq təcili yardım gələndə çox gec idi”. 

    Muxalifet - 26-02-2019

  15. “Azərbaycanın gələcəyinin bir qismi ölüb” – Rusiyalı deputat

    “Hesab edirəmn ki, Xocalı hadisələrinin, orada baş vermiş qırğının Rusiyada soyqırım kimi tanınması üzərində çalışmaq lazımdır. Bu faciəni hamımız öz faciəmiz kimi qəbul edirik. Onun tanınması üzərində çalışmalıyıq”.
    Bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.

    Muxalifet - 26-02-2019

  16. Bakıda FACİƏ: 2 yaşlı uşaq dəm qazından boğulub öldü

    Bakıda azyaşlı dəm qazından boğulub.
    Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25a ünvanında baş verib.
    Həmin ünvanda yaşayan, 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu evin yataq otağına qaz sızması nəticəsində dəm qazından boğulub ölüb.
    Həmin vaxt uşağın valideynlərinin də otaqda olmasına baxmayaraq, onların sağlamlığına zərər dəyməyib.
    Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar aparılır.

    Muxalifet - 26-02-2019

  17. ŞOK OLAY: Gənc qız yol polisini belə döydü – Video

    Çində motosiklet sürən ailəni yol polisi saxladıqdan sonra iki xanım arasında dava düşüb.
    Motosikletdə sürücünün arxasında əyləşən xanım yol polisi olan qadınla saçyolduya çıxıb.
    Tərəflər arasında baş verən dava ətrafdakı insanlar tərəfindən videoya çəkilib.
    Qadın polis əməkdaşı motosikletdə əyləşən xanımın ona əl-qol atmasından sonra reaksiya göstərir və beləcə dava başlayır.
    Bir-birinə zərbələr endirən iki xanım daha sonra mübarizəni yerdə davam etdirir. Bu zaman xanımın əri və digər polis əməkdaşı onları sakitləşdirməyə çalışır.

    Muxalifet - 26-02-2019

  18. Psixoloq-müğənni məhkəmə zalında həbs edildi - FOTO

    Mətbuatda özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Suraxanı rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
    Hökmə əsasən, Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunan Nurlan Kərimov 2 il azadlıqdan məhrum edilib.

    Muxalifet - 26-02-2019

  19. İspaniya mətbuatı Xocalı faciəsini soyqırım kimi tanıdı - FOTOFAKT

    Azərbaycanlı diaspora fəalının, Xocalı soyqırımın il dönümü münasibəti ilə İspaniya cəmiyyətinə müraciəti bu ölkənin mətbuatında dərc edilib. İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti, diaspora fəalı Fərid Mustafayev yaşadığı ölkənin mətbuatı vasitəsi ilə ispan cəmiyyətinə müraciət edib. "26 fevral 1992-ci ildə əsil soyqırım baş verib" başlığı ilə dərc olunan müraciətdə, İspaniya cəmiyyətinə Xocalı faciəsi haqqında geniş məlumat verilir.

    Muxalifet - 26-02-2019

  20. “Güllə qucağımda balama dəydi, son dəfə “ay ana” dedi” - VİDEO

    27 il əvvəl bu gün Xocalıya zülmət qaranlıq çökür. O qaranlıq ki göy üzündə uçuşan güllələrin işığından başqa heç nə görünmür.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, o gün göydən sanki qar deyil, qan yağırdı. Fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərini bir yerə toplanmağa vadar edən o dəhşətli hadisə. İllərin sağalda bilmədiyi yaralar.

    Muxalifet - 26-02-2019

Pages